Ardını oxu...
DogruXeber.az: - “Crystal Group of Companies” ASC-nin tərkibinə daxil olan “Crystal Beton” QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

Ardını oxu...

XALQ.AZ-ın məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 290948.39 AZN-dir.

Ardını oxu...

Bildirək ki, nizamnamə kapitalı 136745.80 AZN olan “Crystal Group of Companies” ASC-nin qanuni təmsilçisi Baxış Əliyev Akif oğludur.

Ardını oxu...

Əldə etdiyimiz məlumata görə, bir çox tenderlərin qalibi olmuş “Crystal Group of Companies” ASC Milli Məclisin deputatı Ağalar Vəliyev himayəsində fəaliyyət göstərir. Crystal Group of Companies” ASC-nin müşahidə şurasının sədri deputatın oğlu Pərviz Vəliyevdir.

Ardını oxu...

Qeyd edək ki, “Kristal Abşeron” şirkətidə “Crystal Group of Companies” ASC-nə daxildir və şirkət haqqında bir çox sosial hesablarda və ölkə mətbuatında mütəmadi şikayətlər yayımlanır.

Vergi borcu və digər məsələrlə bağlı “Crystal Group of Companies” ASC heç bir açıqlama almaq mümkün olmadı.

Adların keçənlərində açıqlamasını dərc etməyə hazırıq.
Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov daha bir diqqətçəkən təyinat imzalayıb.

Məlumata görə, o, SHXÇDX-nin Hüquq İdarəsinin rəisi vəzifəsinə ləğv edilmiş MTN-də Huquq idarəsinin rəisi işləmiş Bəxtiyar Hacıyevi təyin edib.

Xatırladaq ki, yeni rəis də MTN ləğv edildikdən sonra həmin xidmətdən kənarlaşdırılanlar arasında olub.

Onu da bildirək ki, vaxtilə MTN-də işləyən M.İbrahimov yeni təyinatlarda daha çox oradan "vurulan" kadrlara üstünlük verir.

Yeri gəlmişkən, MİA.AZ saytı bundna əvvəl Mürsəl İbrahimovun 2023-cü ilin aprel ayında özünə Baş köməkçi götürdüyü qalmaqallı sabiq MTN-çi Tehran Babatovu bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi, digər MTN-çi Hikmət İsbatovu isə özünə Baş köməkçi götürməsi haqda yazıb.

Həmin xəbəri bu linkdən oxuya bilərsiniz: https://www.mia.az/w1078798/1078798

Xidmətdəki dəyişiklikləri diqqətdə saxlayırıq.

MİA.AZ
 
 
 

Ardını oxu...
Prezident İlham Əliyev cənabları ölkədə aparılan tikinti işlərinin normativ qaydalara uyğunlaşdırılması istiqamətində son illər bir çox sərəncam imzalayıb. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparılan struktur və kadr islahatı da sözügedən sahənin müsbət dinamikanın artmasını təmin edib. Bakı şəhərinin baş planının növbəti 20 il üçün perspektiv inkişafını nəzərdə tutan Bakı 2040 layihəsinin qısa zamanda hazırlanması da şəhərsalma və arxitektura sahəsinin inkişafının bariz nümunəsi sayıla bilər. Lakin təəssüflər olsun ki, görülən müsbət işlərə rəğmən hələ də ölkəmizdə qanunsuz tikinti işləri aparılmaqdadır.

AzFakt.com xəbər verir ki, qanunsuz aparılan tikinti işlərindən biri də Abşeron rayonunda "AAAF Park" Yaşayış Kompleksinin girişində aparılıb.

Bu barədə mediada dəfələrlə məlumat dərc edilsə də aidiyyatı dövlət qurumları qanunun tələblərinə uyğun olaraq heç bir tədbir görmədilər.

Arxitektura Komitəsində "köhnə ənənələrə" sadiq qalan kimlərdir?

"AAAF Park" Yaşayış Kompleksinin girişində aparılan qanunsuz tikintiyə ilk öncə müdaxilə etməli olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəmmalı formada susdu. Dövlət Komitəsinin bu susqunluğunun istifadə edən işbazlar isə qanunsuz tikintilərini başa çatdırdılar.

Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi son illər ölkəmizdə aparılan tikinti işlərinin normativ qaydalara uyğunlaşdırılması, müasir, yaraşıqlı, ətraf mühitin coğrafi, ekoloji və sosioloji vəziyyəti ilə uzlaşan tikintilərin sayının artmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, xüsusən də Komitənin rəhbərliyinin ciddi səyləri nəticəsində nail olunub.

Anar Quliyev 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edildikdən sonra həm Bakı şəhərinin baş planının hazırlanması istiqamətində, həm də aparılacaq tikinti işlərinin vahid platformada sistemləşdirilməsi, tikintilərin hüquqi bazalarının formalaşdırılması və sadələşdirilməsi istiqamətində misilsiz işlər görülüb.

Sevindirici haldır ki, Komitədə aparılan təkmilləşdirmə prosesi bu gün də sürətlə davam etməkdədir.

Ancaq təəssüflər olsun ki, hər bir sahədə olduğu kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də inkişak çarxına çomaq soxanlar var. Əllərində iş olan yerdə problem olar kimi bayağı, məqsədli sözləri bəhanə edən bu kimi məmurlar öz şəxsi mənafeləri naminə həm öz rəhbərliklərinin gördüyü işləri, çəkdikləri zəhməti yerə vurur, həm də dövlətin illərlə bu sahənin inkişafı, hüquqi bazasının dayanıqlı olmağı üçün yatırdığı külli-miqdarda maliyyənin hədər getməsinə səbəb olurlar.

Eynən "AAAF Park" Yaşayış Kompleksinin girişində əhalinin sıx yaşadığı, ətrafda gələcəkdə baş verə biləcək hansısa xoşagəlməz hadisə zamanı insanların evaukasiyasını ciddi təhlükə altına atan bir obyektin tikintisinə məqsədli formada göz yumuldu.

Uzun zaman diktlə yüksək hasara alınaraq əhalidən gizli aparılan, Tikinti Məcəlləsinə tamamilə zidd olan bu obyektin tikintisini aparan Vüqar Səidzadə adlı şəxsə heç kim dur deyə bilmədi.

"AAAF Park” Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.

Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.

Təbii ki, bütün bunları Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bilməmiş deyillər.

"AAAF Park" Yaşayış Kompleksinin girişində inşa edilən qanunsuz obyekt sakinlərdən daha çox Dövlət Komitəsinin vicdanlı məmurlarını narahat etməlidir.

Çünki onlar bu obyektin tikintisinə göz yummaqla, şərait yaratmaqla özlərinin, Komitə sədri Anar Quliyevin və Prezident, Ali Baş komanda İlham Əliyev cənablarının ölkəmizdə tikinti sahəsində olan xaosun aradan qaldırılması istiqamətində gördükləri bütün işlərə ciddi xələl gətirdilər.

Əlbəttə, bu məsələdə - qanunsuzluğun aradan qaldırılması üçün qərar vermək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hansısa orta ranqlı səlahiyyətlisinin yox, birbaşa Komitə sədri anar Quliyevə aiddir.

Çünki onu bu yüksək vəzifəyə möhtərəm prezidentimiz etimad göstərərək təyin edib.

Anar Quliyev isə ümid edirik ki, indiyədək olduğu kimi, bundan sonra da etimadı doğruldacaq.

Və sakinlərin, ictimaiyyətin gözlədiyi qərarı - "AAAF Park" Yaşayış Kompleksinin girişində inşa edilən qanunsuz obyektin söküntüsü barədə qərarını verəcək!

Mənbə: AzFakt.com
Ardını oxu...
Yenixeber.org-a daxil olan məlumata görə maliyyə yoxlaması Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunur. Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında medianın ən “sevimlisi”nə çevrilib. Mediada bu idarə ilə bağlı yazılar az qala ədədi silsilə şəkilini alıb. Konkret faktların yer aldığı yazılarda bu idarənin müxtəlif tabeli müəssisələri tənqid olunmaqdadır...
On gün əvvəl isə məlumat yayıldı ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Regional Maliyyə Müfəttişliyi Abşeron-Xizi Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində maliyyə təsərrüfatının yoxlamasını həyata keçirir. Yoxlama çərçivəsində adıçəkilən regiondakı uşaq bağçaları və məktəblərdə son 5 il üzrə tarifləşmə, invertarların mövcudluğu və silinməsi, ərzaq təminatı, qida qalıqlarının hesablanması, əvəzçilik, xəstəlik bülletenlərinin uçotu, dərs bölgüsü və müəssisələrdə işçilərin, təhsilverənlərin və təhsilalanların davamiyyətinin yoxlanılması həyata keçirilir.
Bu arada Yenixeber.org-a daxil olan məlumata görə maliyyə yoxlaması Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunur. Təkcə ona görə yox ki, bu yoxlamanın bütün istiqamətlərdə təhlükəli nəticə ilə sonuclanacağı gözlənilir. Həm də, ona görə ki, budəfəki yoxlamanı “yola vermək” mümkünsüz görünür. Səbəb də, yenicə təyin edilmiş maliyyə naziri Sahil Babayevin kimsəni ”yaxına buraxacağına” ümidin olmamasıdır...
Yumşaq desək bu yoxlama İlhamə Abdullayeva üçün heç də, yerinə düşən olmadı. (Bu haqda qarşıdakı günlərdə geniş yazımız olacaq. Red.)

Qohumbazlıq nümunəsinin fəsadları

Yuxarıda qeyd etdiyimiz kimi, Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında mediada hər nə qədər haqqında çox yazılandırsa, Xırdalan şəhər 2№-li tam orta məktəb də, bu idarənin əhatə dairəsində olan təhsil müəssisələri sırasında medianın ən “sevimlisi”nə çevrilib. Bu məktəb və məktəbin direktoru Gülnaz Kərimova haqqında google üzərindən bir axtarış yetər ki, “N” sayda yazılarla rastlaşaq. Həm də, qalmaqallı... Elə ötən ilin son ayında Gülnaz xanım rəhbərlik etdiyi məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva ilə çəkişməsi ilə gündəmə gəlmişdir. İşdən haqsısz yerə, direktorun istəyi ilə çıxarıldığını iddia edən müəllim məsələni məhkəmə müstəvisinə daşıyıb...

Gülnaz Kərimova ilə bağlı Yenixeber.org-a daxil olan məlumatlarda da, yumşaq desək təhsil ocağı ilə uyğun olmayan iddialar yer alır. Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatların araşdırılıb, redaksiyamızın məlumatlandırılması məqsədi ilə İlhamə Abdullayevaya 15.01.2025-ci il tarixdə 05/025№-li rəsmi məktub ünvanladıq. Təəssüf ki, bir aydan artıq vaxt keçsə də, məktubumuz hələ də, cavabsız qalmaqdadır(?) Baxmayaraq ki, bizimlə telefon əlaqəsində ən qısa zamanda məktubun cavablandırılacağı deyilmişdi.
Məlumatlarda İlhamə Abdullayevanın xalası nəvəsi (Bu məlumat dəfələrlə mediada yayılıb. Red.) Gülnaz Kərimovanın Pedaqoji Şurada hədə-qorxu gəlməsindən, dərs saatlarını 100 manata satmasından, yeni il bayramı üçün hər sinifdən 100 manat tələb etməsindən və s. bəhs edilir. Hətta bayramla bağlı onu təbrik etməyən müəllimləri təzyiqlə təhrik etməsi də bildirilir. Ki, gəlib, kabinetində onu “təbrik” etsinlər. Məlum təyyarə qəzası ilə bağlı digər təşkilatlar təntənəli bayram şənliyi etməsələr də, Gülnaz xanımın fərqli mövqedə olduğu da deyilir... Bugünlərdə aldığımız məlumata görə, yuxarıda qeyd etdiyimiz maliyyə yoxlamasının Xırdalan şəhər 2№-li tam orta məktəbdən yan keçməsi üçün obrazlı desək, bütün qüvvələr səfərbər olub. Əlbəttə, İlhamə Abdullayevanın rəhbərliyi ilə...Mənbəmizin bildirdiyinə görə Gülnaz Kərimova məhz qohumu İlhamə Abdullayevanın güvənliyi ilə özünü məktəbin direktoru yox, sahibi kimi aparır.
***
Qrşıdakı günlərdə aşağıdakı sualların araşdırılması ilə mövzunu davam etdirəcəyik:
1.Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Abşeron-Xizi Regional Təhsil İdarəsində hazırkı yoxlaması hansı səbəblərdən doğdu?
2.Yoxlamalar daha çox hansı istiqamətlərdə və hansı faktorlar üzərində köklənib?
3.Yoxlamalar İlhamə Abdullayevanı xüsusi ilə hansı səbəblərdən narahat edir?
4.İlhamə Abdullayeva yaxın günlərdə hansı posta transfer etməyi hədəfləyib?
5.Məktəb direktorlarının təyinatında İlhamə xanımın hansı rolları olub və hansı qayda və prinsiplər əsas olub?
6.Uşaq bağçaları və məktəb rəhbərləri ilə xanım müdir hansı qaydalarla işləyir?
7.Bəzi məktəb direktorlarının məlum yaş senzini keçməsinə baxmayaraq, vəzifələrini davam etdirməsinin sirri nədir? Və.s./
***
Bu saatlarda ( 1620 radələrində) məktubumuza cavab aldıq:
Xırdalan şəhər 2№-li tam orta ümumtəhsil məktəbinin direktoru Gülnaz Kərimovanın fəaliyyəti ilə bağlı araşdırma aparılmasına dair məktubunuza baxılmışdır. Bildiririk ki, qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmış, məktəb rəhbərliyi, rəhbərləri, müəllimlər və valideyinlərlə söhbətlər aparılmış, müvafiq izahatlar alınmışdır. Alınmış izahatlarda göstərilən faktlar təsdiqini tapmamışdır.Əlavə olaraq bildiririk ki, məktəb rəhbərliyinin verdiyi məlumata əsasən sabiq riyaziyyat müəllimi Vəfa Həziyeva ilə bağlanmış əmək müqaviləsi işdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tələblərinə uyğun olaraq 04.11.2024-ci il tarixdən ləğv edilmişdir. Hazırda V. Həziyevanın iddia tələbinə məhkəmə qaydasında baxılır.
Ardını oxu...
Yeni texnikaların alınması üçün Naxçıvan Dövlət Avtomobil Yollarına milyonlarla manat vəsait ayrılsa da, yollar hələ də köhnə traktorlarla təmizlənir. Müasir minik avtomobillərinə bu yaxınlarda yarım milyon manata yaxın pul xərcləyən agentlik, qar təmizləmək üçün yeni texnika almağa isə maraq göstərmir.
Görüntülərdə qar təmizləyən "DT-57" traktorları 1950-cı illərdə istehsal olunublar və öz istismar müddətlərini on illər əvvəl başa vurublar. Üstəlik, polad zəncirlə hərəkət edən bu traktorlar asfalt yolları təmizləmək üçün deyil, qayalıqda yol açmaq üçün nəzərdə tutulmuşdu. Asfalt örtüyünü sıradan çıxardığı üçün bu texnikaların avtomobil yollarında istifadəsi hələ sovet dövründə qadağan edilmişdi.
Yollara duz səpilməsi üçün isə agentlik 70-ci illərə aid "KamAZ" markalı yük avtomobillərindən istifadə edir.
Naxçıvan Dövlət Avtomobil Yolları publik hüquqi şəxs ötən ilin sonlarında Ali Məclisin qərarı ilə yaradılıb. Yeni qurum olmasına baxmayaraq, agentliyin adı artıq büdcədən vəsaitin təyinatına uyğun xərcləməməkdə hallanır.
Gündəlik Naxçıvan

 
Ardını oxu...
Paytaxt sakinlərinin rastlaşdığı problemlərdən biri də səkilərlə bağlıdır.

Bu problem hazırda Bakı küçələrinin bir çoxunda müşahidə edilir. Belə ki, küçələrdə səkilərin əksəriyyəti ya avtomobillər, ya da ofislər tərəfindən zəbt edilib. Bu gün Bakı küçələrində hər addımda nəinki yol kənarları boyunca düzülən, həmçinin bununla kifayətlənməyib, səkilərə “dırmaşan” avtomobilləri görmək mümkündür.

Əgər hansısa bir avtomobilin sahibindən niyə məhz səkidə saxladığını soruşsaq, ya evinin, ya da sahib olduğu obyektin, dükanın, ofisinin qarşısı olduğunu deyir. Sürücülər üçün məhz onun maşınının rahat, toxunulmaz bir yerdə dayanması daha önəmlidir, nəinki piyadaların rahat hərəkəti. Eləcə də yol kənarındakı obyektin sahibləri səkinin üzərində pilləkanlar quraşdıraraq vətəndaşların səkidə hərəkətinə mane olurlar.

Beləliklə, hərəkət etməyə səki tapa bilməyən sakinlər avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar ki, nəticədə həyatlarını təhlükə qarşısında qoyurlar. Yol qəzalarının bir qismi də məhz yolda hərəkət edən piyadaların vurulması ilə nəticələnir. Səkilərin zəbt edilməsi ilə bağlı problemə dəfələrlə toxunulmasına baxmayaraq, bu problem nəinki həllini tapmır, daha da genişlənir.

Problemi necə həlli etmək olar? Ümumiyyətlə, səkilərə hansı qurum nəzarət edir? Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən “Cebheinfo.az”-a bildirilib ki, bununla bağlı digər qurumlara müraciət etmək lazımdır. Yəni səkilərlə bağlı vəziyyətə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), yerli icra hakimiyyətləri nəzarət edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdikdə isə bildirilib ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənəddə göstərilir ki, Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülməlidir.

Dövlət Proqramına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Maliyyə Nazirliyi (MN), Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi (ƏƏSMN), Daxili İşlər Nazirliyi (DİN), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), NƏŞ birlikdə 2025-2026-cı illərdə Tədbirlər Planının icrasını təmin etməlidir. Görünən odur ki, səkilərlə bağlı problem hələ də davam edir. Məsələnin Dövlət Proqramında əksini tapmasına baxmayaraq, burada adıçəkilən qurumların nə mövcud problemdən, nə də Dövlət Proqramı ilə üzərlərinə düşən vəzifədən xəbəri var.
 
Ardını oxu...
Vaxtilə “AAAF Park” yaşayış komleksi inşa edilərkən bu kompleksin bəlli bir planı var idi. Var idi ona görə yazırıq ki, artıq bu plandan əsər- əlamət qalmayıb. Ərazi başdan-başa restoran-kafe-dükan şəbəkəsinə çevrilib. Yaşayış komleksində olan bütün binaların ətrafı restoranlarla əhatələnib. Bir sözlə burada təhlükəsizlik qaydaları kobudcasına pozulub. On minlərlə insanın yaşadığı “AAAF Park” yaşayış komleksində hər hansı bir yanğın hadisəsi olsa, dəhşətli bir mənzərənin şahidi ola bilərik. Çünki işbazlar pul qazanmaq üçün binalar arasında keçidləri tamamilə bağlayaraq burada restoranlar tikiblər. Ciddi təhlükəsizlik problem ilə üz-üzə olan yaşayış kompleksi dövlət qurumları tərəfindən görməzdən gəlinir.

Belə ki, ölkə mediası “AAAF Park”-da qanunsuz tikinti işlərinin aparıldığını yazır. Amma nədənsə dövlət qurumları bu tikinti ilə bağlı susqunluq nümayiş etdirirlər.

Mətbuatın gündəmdə saxladığı bu mövzu daha çox aktuallığını ona görə itirmir ki, ”AAAF Park” yaşayış kompleksinin girişində, bu ölkənin qurucusu, yoxdan bu ölkəni quran Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa ediblər. Bu tikintini iş adamı Vüqar Sədizadə tərəfindən aparıldığı ilə bağlı mütamadi məlumatlar yayılır. Ən maraqlısı odur ki, mətbuat yazsa da iş adamı Vüqar Sədizadə nəinki geri çəkildi, əksinə nümayişkaranə şəkildə bu tikintini başa çatdırdı. Ulu Öndər Heydər Əliyevin postamenti olan lövhə dağıdıldı və postamenti dayanacağa yerləşdirildi. Ulu Öndərin şəkli və dövlət atributlarımız olan sərginin yenidən bərpa edildiyini yazan “AAAF Park” rəhbərliyi nədənsə həmin xəbərdə onun qoyulduğu yeri göstərmək istəmirlər. Çünki özləri də bu sərginin avtomobil dayanacağının içərisinə sürüşdülməsinin mənəvi məsuliyyətini anlayırlar, fəqət tamah buna əməl etməyə imkan vermir.
Ardını oxu...
Mütamadi olaraq mediamız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan tikintiylə bağlı sorğu ünvanlasa da cavablar eyni oldu.

Adıçəkilən qurumdan mediaya bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisinə baxış keçirilmiş, özbaşına tikinti işlərinin aparıldığı aşkar edilmişdir.

Sorğunun cavabında daha sonra deyilir:” Faktla bağlı akt tərtib edilərək tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət edilmiş və tikinti işləri dayandırılmışdır. Hazırda ərazi aidiyyəti qurumların nəzarəti altındadır, inşaat işləri aparılmır”.
Ardını oxu...
Amma bu cavabı Ulu Öndər Heydər Əliyevin ruhuna sayğısılıq kimi dəyərləndirmək olar. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu açıqlamanı verərkən həmin ərazidə işlər davam edib və bu gün tam olaraq yekunlaşdırlıb.

Bir kasıbın tikdiyi evi qanunsuz deyib sökənlər, nədənsə Vüqar Sədizadənin apardığı işlərə göz yumurlar və ya “orada inşaat işi aparılmır” deyə ictimaiyyəti yanıldırlar. Halbuki hər gün orada yaşayanlar fərqli mənzərənin şahidi olurlar.

Onu da qeyd edək ki, Abşeron rayonu “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektlə bağlı Abşeron rayon icra hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Sorğumuza cavab ala bilmədiyimiz üçün onların mövqelərini dərc etmək imkanımız olmadı. Obyektivliyi nəzarə alıb Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mövqelərini də dərc etməyə hazırıq. (Ulusal.az)Ardını oxu...
Vaxtilə “AAAF Park” yaşayış komleksi inşa edilərkən bu kompleksin bəlli bir planı var idi. Var idi ona görə yazırıq ki, artıq bu plandan əsər- əlamət qalmayıb. Ərazi başdan-başa restoran-kafe-dükan şəbəkəsinə çevrilib. Yaşayış komleksində olan bütün binaların ətrafı restoranlarla əhatələnib. Bir sözlə burada təhlükəsizlik qaydaları kobudcasına pozulub. On minlərlə insanın yaşadığı “AAAF Park” yaşayış komleksində hər hansı bir yanğın hadisəsi olsa, dəhşətli bir mənzərənin şahidi ola bilərik. Çünki işbazlar pul qazanmaq üçün binalar arasında keçidləri tamamilə bağlayaraq burada restoranlar tikiblər. Ciddi təhlükəsizlik problem ilə üz-üzə olan yaşayış kompleksi dövlət qurumları tərəfindən görməzdən gəlinir.

Belə ki, ölkə mediası “AAAF Park”-da qanunsuz tikinti işlərinin aparıldığını yazır. Amma nədənsə dövlət qurumları bu tikinti ilə bağlı susqunluq nümayiş etdirirlər.

Mətbuatın gündəmdə saxladığı bu mövzu daha çox aktuallığını ona görə itirmir ki, ”AAAF Park” yaşayış kompleksinin girişində, bu ölkənin qurucusu, yoxdan bu ölkəni quran Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa ediblər. Bu tikintini iş adamı Vüqar Sədizadə tərəfindən aparıldığı ilə bağlı mütamadi məlumatlar yayılır. Ən maraqlısı odur ki, mətbuat yazsa da iş adamı Vüqar Sədizadə nəinki geri çəkildi, əksinə nümayişkaranə şəkildə bu tikintini başa çatdırdı. Ulu Öndər Heydər Əliyevin postamenti olan lövhə dağıdıldı və postamenti dayanacağa yerləşdirildi. Ulu Öndərin şəkli və dövlət atributlarımız olan sərginin yenidən bərpa edildiyini yazan “AAAF Park” rəhbərliyi nədənsə həmin xəbərdə onun qoyulduğu yeri göstərmək istəmirlər. Çünki özləri də bu sərginin avtomobil dayanacağının içərisinə sürüşdülməsinin mənəvi məsuliyyətini anlayırlar, fəqət tamah buna əməl etməyə imkan vermir.
Ardını oxu...
Mütamadi olaraq mediamız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan tikintiylə bağlı sorğu ünvanlasa da cavablar eyni oldu.

Adıçəkilən qurumdan mediaya bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisinə baxış keçirilmiş, özbaşına tikinti işlərinin aparıldığı aşkar edilmişdir.

Sorğunun cavabında daha sonra deyilir:” Faktla bağlı akt tərtib edilərək tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət edilmiş və tikinti işləri dayandırılmışdır. Hazırda ərazi aidiyyəti qurumların nəzarəti altındadır, inşaat işləri aparılmır”.
Ardını oxu...
Amma bu cavabı Ulu Öndər Heydər Əliyevin ruhuna sayğısılıq kimi dəyərləndirmək olar. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu açıqlamanı verərkən həmin ərazidə işlər davam edib və bu gün tam olaraq yekunlaşdırlıb.

Bir kasıbın tikdiyi evi qanunsuz deyib sökənlər, nədənsə Vüqar Sədizadənin apardığı işlərə göz yumurlar və ya “orada inşaat işi aparılmır” deyə ictimaiyyəti yanıldırlar. Halbuki hər gün orada yaşayanlar fərqli mənzərənin şahidi olurlar.

Onu da qeyd edək ki, Abşeron rayonu “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektlə bağlı Abşeron rayon icra hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Sorğumuza cavab ala bilmədiyimiz üçün onların mövqelərini dərc etmək imkanımız olmadı. Obyektivliyi nəzarə alıb Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mövqelərini də dərc etməyə hazırıq. (Ulusal.az)
Ardını oxu...
“Azərenerji” ASC sədrinin oğlu Fuad Rzayev Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,Mərdəkan prospekti, giriş 156 ünvanda yeni ticarət obyekti inşa edir...
Fuad Rzayevə qeyri-yaşayış binasının tikintisi üçün icazə bu gün, 17.02.2025-ci ildə verilib. Ticarət obyektinin yerləşəcəyi bina yaşayış məntəqələri torpaqlarında inşa ediləcək. Torpağın ümumi sahəsi 1068.44 m2, tikinti sahəsi isə 419.05 m2 olacaq. Ticarət obyekti 2 mərtəbədən və zirzəmidən ibarət olacaq.
Ardını oxu...
Məlumat üçün bildirək ki, “Azərenerji” ASC sədri Baba Rzayev ölkədə geniş biznes şəbəkəsinə sahib olan və bu statusunu qoruya bilən çox az məmurlardan biri hesab olunur. Baba Rzayevin oğlu və digər ailə üzvləri ölkədə geniş biznes fəaliyyəti ilə məşğuldurlar.
Yerli mətbuatın yazdığına görə “GBS” (“General Boards System”) QSC (VÖEN -1500855231) adlı şirkət Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev tərəfindən 2003-cü ildə təsis edilib. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur.
“GBS” QSC-nin yerləşdiyi hüquqi ünvanda – Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir.
Belə şirkətlərdən biri də 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Zirə Aqropark” MMC-dir (VÖEN – 1503134451). Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
“GBS” QSC-yə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
2018-ci ildə Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Electro Service” QSC (VÖEN – 1504224741) adlı daha bir şirkət qeydiyyata alınıb. Hazırda hüquqi ünvanı Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşən QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.
Son iki ildə aparılan araşdırmalar üzə çıxarıb ki, Baba Rzayevin ailəsi enerji ixracından külli miqdarda qazanıb. Bu biznesə “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin ailə üzvləri, həmçinin indiki prezidenti Balababa Rzayevin öz ailə üzvləri - kürəkəni və oğlu daxildir. Musavat.com saytı ötən ilin noyabr ayında yazıb ki, Gürcüstanda Azərbaycandan enerji ixracını inhisarda saxlayan E.Pirverdiyevin ailə üzvlərinin və Baba Razeyin oğlunun çoxsaylı ortaq biznesləri fəaliyyət göstərir. Məhz həmin şəxsin nəzarətində olan şirkətlər Azərbaycandan enerjini alaraq Türkiyəyə sataraq yüz milyonlarla dollar gəlir əldə edilibb.
Əvəzində B.Rzayevin oğlu Fuad Rzayevin Gürcüstandakı biznes fəaliyyətinə əlverişli şərtlər təmin olunub. O, qonşu ölkədə elektrik avadanlıqlarının idxalından tutmuş daşınmaz əmlak sahəsinə qədər çoxsaylı sahələrdə çalışan şirkətlərin yaradıcısı, yaxud payçısına çevrilib.(poliqon)
 
 
 
Ardını oxu...
Bakıdakı “Rus Evi”-nin bağlanması və Azərbaycan-Rusiya münasibətlərində məlum səbəblərdən yaranan gərginlik fonunda mediamızda Azərbaycandakı Rusiya şəbəkəsinə dair məlumatlar yayımlandı. Həmin məlumatlarda qeyd edilirdi ki, çox yüksək ranqlı məmurlardan ibarət olan şəbəkə üzvləri vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışaraq, yeyib-içmək məclisləri təşkil edib, toplantılar keçiriblər.

Yenixeber.org: Hətta şəbəkənin Moskvadan təyin olunmuş və tez-tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunduğu da qeyd edilib. Şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi, onun üzvləri arasında sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun olduğu iddia edilir.

Ardını oxu...
Bu məlumatın ətrafında yaşanan müzakirələrdə önə çəkilən faktorlardan biri sözügedən şəbəkənin yalnız yuxarıda adı keçən şəxslərlə məhdudlaşmaması, daha geniş tərkibdə olmasıdır. Onun tərkibində Baş nazirin müavini Yaqub Eyyubov başda olmaqla, bir çox iri ranqlı məmurların və deputatların olduğu iddia edilir. Təbii ki, bu iddialar əsassız və məntiqsiz sayıla bilməz. Bəziləri hətta siyahıda yalnız Ramiz Mehdiyev və bir neçə sabiq nazirin adının çəkilməsini hazırda vəzifədə olan və olmayan digər şəbəkə üzvlərinin diqqətdən kənarda saxlanmasına, yayındırılmasına xidmət etdiyini iddia edirlər. Əslində, bu iddia da məntiqsiz görünmür

Hazırda vəzifədə olan, yaxud sabiq yüksək ranqlı məmurların Rusiya şəbəkəsilə əlaqələrini şərtləndirən əsas göstəricilərdən biri bu şəxslərin təkcə Rusiya elitasındakı siyasi və digər əlaqələri, Kremlin onları mükafatlandırması, orden-medal verməsi və s. deyil, həm də onların Rusiyada iri bizneslərinin, iqtisadi maraqlarının olmasıdır.

Bu baxımdan diqqət cəlb edən şəxslərdən biri də Azərbaycan parlamentinin sabiq sədri Oqtay Əsədovdur. Onun da zaman-zaman Rusiya ilə əlaqələrinə dair mediada müxtəlif iddialar yer alıb. Həmçinin, O.Əsədovun sabiq MTN naziri Eldar Mahmudovla sıx əlaəqdə olduğu, hətta onun şəxsi agentlərindən biri olduğu barədə iddialar var.

Ardını oxu...
Qeyd edək ki, məhz Mahmudovun “vurulmasından” sonra Əsədovun da ulduzu sönməyə başladı və qısa müddət sonra onun da siyasi karyerası sona çatdı. Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsini tutub. 2000-ci ildə keçirilən növbədənkənar parlament seçkisin deputat mandatı qazansa da, sədr postuna seçilməyib.

Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçrilən növbədənkənar VII qurultayında İdarə Heyətinə də düşməyib. Həmçinin 1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkilərində hakim partiya tərəfindən namizədliyi irəli sürülməyib.

Lakin Əsədov Azərbaycanın siyasi elitasından uzaqlaşdırılsa da, böyük biznesləri, xüsusilə də Rusiyadakı biznesi, iqtisadi maraqları qalmaqdadır. Məlum olduğu kimi, Rusiyada Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın adına “Arizarum Qrup” adlı şirkət var. 3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin “Kapriz” adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan “Arizarum Qrup”-un balansında olub.

Ardını oxu...
Rəsmi mənbələrdə Rusiyada fəaliyyət göstərən "Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) təkcə 2023-cü ildə əldə etdiyi gəlir 14 milyon 270 min rubl (260 min manat) göstərilir. Təbii ki, Rusiyadakı Azərbaycandan heç də geri qalmayan iqtisadi mühiti, korrupsiyalaşma səviyyəsini nəzərə alsaq, rəsmi gəlirlər real gəlirlərdən dəfələrlə az göstərilə bilər. Bu baxımdan təbii ki, Əsədovun Rusiyadakı iqtisadi maraqları, mülkiyyəti və gəlirləri rəsmi rəqəmlərdə qeyd olunanlardan qat-qat artıq ola bilər.

Ardını oxu...
Ya da olsun hazırkı Baş nazirin müavini Yaqub Eyyubov. Hələ 2014-cü ildə onun Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasındakı çıxışını xatırladaq: “Yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək… Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək”.

Ardını oxu...
Bunu hansısa rəsmi Kreml təbliğatçısı yox, 25 ildir Azərbaycanın Baş nazirinin müavini vəzifəsini tutan şəxs deyir. Bununla yanaşı, Eyyubovun bir çox dünya ölkələrində, o cümlədən Rusiyada biznesi və iqtisadi maraqlarının olması barədə mediada məlumatlar dərc edilib. Rusiyanın “Proyekt” nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkinin Yaqub Eyyubovla şəxsi əlaqələrinə dair araşdırma da dərc edib. Həmin materialda Narışkinin Eyyubovun Moskvada iri biznesi olan qudası - iş adamı Elman Bayramovla dostluq münasibətindən söz açılır…

Ardını oxu...
Ümumiyyətlə, bir iri Azərbaycan məmurunun, hətta parlament sədri kimi yüksək strateji post tutan şəxsin xarici ölkədə, xüsusilə də Rusiya kimi bir ölkədə böyük biznesə sahib olması normal dövlətin təhlükəsizliyi üçün qəbuledilməzdir, nonsensdir. Məsələn, təsəvvür etmək olarmı ki, Türkiyə parlamentinin sədrinin Fransada, yaxud Yunanıstanda böyük biznesi olsun? Əlbəttə ki, yox!

Ancaq təəssüf ki, Azərbaycan reallıqları, Eldar Mahmudov kimisinin zamanında ölkəmizin milli təhlükəsizliyinə rəhbərlik etməsi fonunda bu cür anormal faktlar adi hal alıb.

Bir sözlə, ölkəmizdəki Rusiya şəbəkəsi, rus yumşaq gücü, təsir agenturası və s. əlbəttə ki, bir Ramiz Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşmır.

Ardını oxu...
Onu da qeyd edək ki, elə indinin özündə də nəinki sabiq, hətta hazırda vəzifədə olan və Rusiyada böyük bizneslərə malik çoxlu sayda məmur və depuatat olmamış deyil. Bu isə həmin şəxsləri avtomatik olaraq Rusiya xüsusi xidmət orqanlarının “yeminə” və Azərbaycandakı Rusiya şəbəkəsinin potensial üzvünə çevirir. Onların Rusiyadakı iqtisadi maraqları və digər əlaqələrinə son qoyulmayınca, bu təhlükə qalacaq…(Azpolitika)

C.Məmmədov
 
 


 

Ardını oxu...
Məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər valideynlərin narazılığına səbəb olub

Gundeminfo.az xəbər verir ki, söhbət Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli məktəbdən gedir.

Yayılan xəbərləri eşidən valideynlər təhsil ocağına gələrək etiraz ediblər.

Valideynlərin sözlərinə görə, məktəb, lisey kimi fəaliyyət göstərəcək.Təhsil müəssisində yalnız 10-11 siniflər təhsil alacaq. Kiçik siniflərin şagirləri isə müxtəlif məktəblərə köçürüləcək. Bu isə onları qane etmir.

Yayılan iddialarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Dünyapress TV

Xəbər lenti