Ardını oxu...
Bu gün Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkət açılması, bank krediti götürülməsi və ya vergi borcunun yaranması kimi hallara tez-tez rast gəlinir. İnsanlar təsadüfən – banka kredit üçün müraciət etdikdə, vergi borcu ilə bağlı bildiriş aldıqda və ya məhkəmə çağırışı ilə üzləşdikdə bu cür problemlərdən xəbər tutur. Bəs bu halların baş vermə mexanizmi necədir?

Bu barədə Moderator.az-a danışan iqtisadçı Günay Hüseynova deyir ki, son dövrlərdə bir çox insanın adına xəbərləri olmadan şirkət açılması və bunun nəticəsində borc yükü ilə üzləşməsi barədə məlumatlar yayılır:
“Lakin burada diqqət edilməli olan məqam odur ki, əslində vətəndaşların böyük əksəriyyəti bu prosesdən xəbərsiz olmur, sadəcə sonradan yaranan vergi və borc öhdəliklərindən yayınmaq üçün bu faktı inkar edirlər. Halbuki, Azərbaycanda və digər ölkələrdə bir şəxsin adına şirkət açmaq üçün onun şəxsiyyət vəsiqəsinin məlumatları və imzası mütləq lazımdır. Adına şirkət açılan şəxslərin əksəriyyəti bu prosesdən xəbərsiz olmur və sadəcə hüquqi məsuliyyətdən yayınmağa çalışır. Bəzi insanlar asan yoldan pul qazanmaq niyyəti ilə şübhəli təkliflərə razı olur və nəticədə dələduzların tələsinə düşürlər. Misal üçün, bir çox hallarda vətəndaşlara yüksək məbləğdə aylıq gəlir vəd edilərək onların adına şirkət açılır. Lakin sonradan bu şirkətlər müxtəlif maliyyə fırıldaqlarında istifadə edildiyi üçün həmin şəxslər böyük məbləğdə borc və vergi öhdəlikləri ilə üzləşirlər. Bu cür hallardan qorunmaq üçün insanlar hər hansı bir təkliflə qarşılaşdıqda onun qanunauyğunluğunu və təhlükəsizliyini araşdırmalı, xüsusilə imza atdıqları sənədlərin məzmununu diqqətlə oxumalıdırlar”
İqtisadçı vurğulayır ki, dələduzlar süni intellektdən, telefon tətbiqlərindən və ya müxtəlif fırıldaq üsullarından istifadə edərək vətəndaşların adına kredit götürə bilirlər:
“Bu halda, həqiqətən də, aldanma halları baş verə bilər. Vətəndaşların şəxsi məlumatlarını, xüsusilə kart və fin kod kimi bilgilərini heç kimlə paylaşmaması vacibdir. Çünki bu cür dələduzluq hallarının qarşısını almağın əsas yollarından biri şəxsi məlumatların qorunmasıdır. Maliyyə fırıldaqlarına qarşı ən yaxşı müdafiə vətəndaşların öz maariflənməsi və ehtiyatlı davranmasıdır. Bəzi rəhbər şəxslər əmlaklarını dövlətə bəyan etməmək üçün yaxın qohumlarının və ya işçilərinin adına keçirirdilər. Onlar notariuslarla əlbir olaraq bu prosesi həyata keçirirdilər. Ona görə də vətəndaşlar bu kimi məsələlərdə daha diqqətli olmalıdırlar”.

Hüquqşünas Ramil Süleymanov isə bildirir ki, insanların xəbəri olmadan adlarına şirkət açılması, bank krediti götürülməsi və ya vergi borcunun yaranması kimi hallar dünyada baş vermir, bu yalnız Azərbaycanda və Azərbaycan kimi ölkələrdə baş verir. Vətəndaşın adından ümumi bir etibarnamə götürülür və həmin etibarnamə əsasında şirkətlər təsis olunur:
“Azərbaycanda artıq şirkətlərin təsis edilməsi elektron qaydada həyata keçirilir. Lakin bəzi şəxslər bundan sui-istifadə edərək “Asan İmza” SİM kartları əldə edir və başqalarının adından etibarnamə olmadan şirkətlər açırlar. Daha sonra özlərini həmin şirkətlərin qanuni təmsilçisi kimi qeydiyyata alır, müxtəlif maliyyə əməliyyatları aparır, dövriyyələr formalaşdırır və kreditlər götürürlər. Nəticədə kreditlər ödənilmədikdə, bütün məsuliyyət şirkətin adında olan şəxsə düşür. Belə halların qurbanı olmamaq üçün şəxslər yaşadıqları ərazi üzrə Vergilər İdarəsinə müraciət edərək adlarında hər hansı bir hüquqi şəxsin təsis olunub-olunmadığını yoxlamalıdırlar. Əgər belə bir fakt aşkar edilərsə, ilk növbədə həmin şirkətin vergi borclarını və dövriyyələrini araşdırmaq vacibdir. Şübhəli məqamlar olduqda, dərhal hüquqşünasa müraciət edərək məsləhət almaq və ya hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bu əməliyyatların saxta şəkildə həyata keçirildiyini bildirmək lazımdır. Azərbaycanda artıq bir çox insanın adına xəbəri olmadan şirkətlər açılıb və bu şirkətlər vasitəsilə dövriyyələr formalaşdırılıb, kreditlər götürülüb. Bu əməliyyatları həyata keçirən şəxslər gəlir əldə etsələr də, vergiləri ödəməyərək həmin şəxsləri dövlət qarşısında borclu vəziyyətə salıblar. Bu problemlə bağlı bir neçə məhkəmə və istintaq qərarları mövcuddur. Lakin zərərçəkmiş şəxslər şikayət etsələr də, çox vaxt məsuliyyət onların üzərinə qoyulur. Çünki onlar bu prosesin öz adlarından saxta şəkildə həyata keçirildiyini sübut edə bilmədiklərindən, məhkəmələr onların iddialarını qəbul etmir və nəticədə çətin vəziyyətə düşürlər”.
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin Analitik Tibbi Ekspertiza Mərkəzinin Ajans.az-a ünvanladığı açıqlamada Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli Baş Nazir Artur Rəsizadənin təsdiq etdiyi və hazırda qüvvədə olan 178 saylı qərarı sual altına alınıb. Bu qərarda izahın düzgün verilməməsinə işarə edilib.
İlk olaraq xatırladım ki, Ajans.az lazer epilyasiyası və depilyasiya xidməti göstərən 15 mindən çox sahibkarlıq subyektlərinin bağlanma təhlükəsi səbəbindən qadın sahibkarların Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevaya, Baş Nazir Əli Əsədova, İqtisadiyyat Naziri Mikayıl Cabbarova müraciət ünvanlaması barədə məlumat yaymışdı. Xəbərdə vurğulamışdıq ki, “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli qüvvədə olan qərarı ilə 030210 təsnifat kodunda “Bərbərlik” ixtisas qrupunda lazer epilyasiyası və depilyasiya xidməti ixtiasın adı kimi yer alıb.
Ardını oxu...
Ardını oxu...
Səhiyyə Nazirliyi Analitik Tibbi Ekspertiza Mərkəzinin Ajans.az-a ünvanladığı açıqlamada məndə şəxsən sual doğuran hissəni sizə təqdim edirəm. Oxuyun və deyin, hansı qənaətə gəlirsiz?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən “Bərbərlik” ixtisas qrupuna aid olan Lazer epilyasiyası və depilyasiya texniki qeyd edilsə də, bu fəaliyyətin izahı və kim tərəfindən həyata keçirilə bilməsi barədə məlumat yoxdur.

Açıqlamanın bu hissəsini oxuyandan sonra belə təəssüat oyandı...

Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı olan Nazirlər Kabinetinin qüvvədə olan qərarını sual altına almasına səbəb nədir?

Maraqlıdır ki, Səhiyyə Nazirliyi bu günə qədər qeyd olunan xidmətlərin kim tərəfindən reallaşdıracağı ilə bağlı yaranan bu sualı necə həll etmək istəyib? Heç bir xəbərdarlıq etmədən 15 mindən yuxarı sahibkarlıq subyektini narazı salmaqla?

İndi Nazirlər Kabinetinin qüvvədə olan qərarında boşluq tapdıqlarını iddia edərək 15 mindən yuxarı sahibkarlıq subyektini niyə incitməyə qərar veriblər? Sahibkarlar tərəfindən çoxsaylı şikayətlər daxil olur və onlara qarşı haqsız addımlar atıldığı, rüşvət alındığı iddia olunur.

Səhiyyə Nazirliyi bu qərarda hər hansı narahatlıq görürdüsə nə üçün Nazirlər Kabinetinin hüquq şöbəsi ilə qarşılıqlı informasiya mübadiləsi həyata keçirmirdi? Yaxud da səhiyyə ilə bağlı qərar verilərkən müzakirələr zamanı Nazirlik ümumiyyətlə necə reaksiya verib? Zamanında etiraz etmədiklər bu bənd necə oldu ki, indi qəbulolunmaz hala düşdü? 2011-ci ildə Baş Nazirin imzaladığı və qüvvədə olan qərara etimadsızlığın səbəbi nədir?

Heç bir xəbərdarlıq edilmədən sahibkalara şok effekti yaşatmaqda və narazı kontingent formalaşdırmaqda kim maraqlıdır?

Nazirliyin rəsmi olaraq Nazirlər Kabinetinin qərarında anlaşılmaz bildiyi məqam indimi yada düşüb? Maraqlıdır Nazirlər Kabinetinin qərarında səhv tapan Səhiyyə Nazirliyinin qanunverici bazası necə təkmilləşibmi? Əgər Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin qərarında səhv tapa biləcək qədər peşəkarlığa malikdirsə biz bu Nazirliyin potensialının itib-batmamasını arzu edərək səhiyyədə məlum problemlərin aradan qaldırılacağına inanmaq istərdik.

Amma son dönəmdə plastik cərrahlarla bağlı yaşanan biabırçı vəziyyət Nazirliyin faktiki fəaliyyəti barədə təsəvvür oyatmış oldu. İllərdir lisenziyasız, saxta diplomlarla “qəssab” rolu oynayan “tibb işçiləri” necə rahat çalışa bilirdi? Məhz ictimai qınaqdan sonra Nazirlik “hərəkətə” keçməli oldu.

Dəfələrlə plastik cərrahiyyələr zamanı ölüm hallarının olması mediada işıqlandırılsa da Səhiyyə Nazirliyi tərəfindən reaksiya olmurdu. Plastik cərrahlar sıradan çıxan kimi yeni bir istiqamətdə sahibkarlara “hücum” planı işə düşüb. Şikayətçilərin iddiasına görə bu hal korrupsiyaya yol açıb. “Saxta” diplomlu “cərrah”lara göz yuman Nazirliyin bir anda "Bərbərlik" ixtisas qrupunda olan lazer epilyasiyasiyası üçün xüsusi qaydalar fikirləşib bu sahəni hədəfə alaraq sıxışdırması düşüncüləri qarışdırır.

Bu arada qeyd edim ki, lazer epilyasiyası üçün istifadə olunan avadanlıqlar tibbi avadanlıq sayılmır. Gömrükdən bu adda keçmir.

Suallar çoxdur. Köklü cavablara ehtiyac var Cənab Nazir.

Nazirliyin Analitik Tibbi Ekspertiza Mərkəzinin açıqlamasını tam olaraq təqdim edirik. Bu açıqlamanın ilk abzasında sual meydana çıxır.

Necə olur ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasında qəbul olunan qərarla Nazirlər Kabinetinin qüvvədə olan qərarına təsir etmək istəyirsiz? Bu nə həyəcanlı geri dönüşdür. Kollegiya 2022-ci ildə olub. 2025-ci ildir axı. 3 il sonra yada düşdü? Yoxsa yeni sahələrdə boşluq tapıb maraqları təmin etmək üçün istinad nöqtəsi lazım idi?

Açıqlamaya keçid etməzdən öncə qeyd edim ki, məlumata görə Səhiyyə Nazirliyinin nəzdində 200-ə yaxın sertifikasiya alan dermotoloq var. 200 dermotoloqla 15 mindən yuxarı sahibkarlıq subyektinin gördüyü işi mənimsəmək və bu sahəni "ələ keçirmək" mümkün olacaq?

Səhiyyə Nazirliyinin Analitik Tibbi Ekspertiza Mərkəzinin açıqlamasının tam mətni belədi:

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxildir. Lisenziya tələb olunan özəl tibb fəaliyyətlərinin Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 1 nömrəli əlavəsinin 2.13.2-ci yarımbəndinə əsasən kosmetoloji fəaliyyət dermotologiyanın tərkibi kimi təsdiq olunub.

Lazer dermatologiyası və prosedurları “Dermatovenerologiya” ixtisasının rezidentura səviyyəsinin təhsil proqramına daxil olduğundan, müvafiq sertifikata malik həkim mütəxəssis tərəfindən icra olunmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 10 iyun 2022-ci il 2205000022 nömrəli Qərarı ilə təsdiq edilən “Kosmetoloq” kvalifikasiya standartında “lazer epilyasiyası” və digər kosmetoloji prosedurların anlayışları verilib və bu işlərin sertifikatlı tibb mütəxəssisi olan “kosmetoloq” tərəfindən icra edilməsi qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilən “Əhaliyə göstərilən pullu xidmətlərin həcminin tam hesablanması” metodoloji izahatında “kosmetologiya” xidməti səhiyyə xidmətlərinə daxil edilərək tibbi xidmətlərin uçotuna aid edilib.

Qeyd edilənlər onu deməyə əsas verir ki, lazer prosedurları bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən icra edilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən “Bərbərlik” ixtisas qrupuna aid olan Lazer epilyasiyası və depilyasiya texniki qeyd edilsə də, bu fəaliyyətin izahı və kim tərəfindən həyata keçirilə bilməsi barədə məlumat yoxdur.
Tural Müseyibov
Ardını oxu...
"Azərbaycanda yemək üçün yararlı olmayan ətlərin satışına qadağa qoyulmalıdır".

TEREF xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıda dönər və toyuq əti emalı müəssisəsində at ətinin aşkarlanmasına münasibət bildirərkən deyib.

Sədr belə nöqsanların üzə çıxarılması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə təşəkkür etsə də, bəzi nöqsanların olduğunu da bildirdi:

"Əvvəla, çox sağ olsun ki, bunu müəyyən edib üzə çıxarıb. Lakin AQTA-nın yoxlamalarında böyük nöqsanlar var. Məsələn, onlar hər hansı bir müəssisəyə yoxlamağa gedərkən bunu onlara qabaqcadan bildirməyə məcburdurlar. Bunun üçün Ədliyyə Nazirliyinə məlumat verirlər, onlar da qarşı tərəfə bildiriş verir və s. Qida sahəsində aparılan yoxlamalarda bu bürokratik prosedur aradan götürülməlidir".
Eyyub Hüseynov sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşıdırılması siyasətini məqsəduyğun sayır:

"Lakin qida məsələsində yoxlama cəld olmalıdır. Bu məsələdə AQTA-ya müstəsna hüquq verilməlidir ki, müəssisələrdə yoxlamaları xəbardarlıq etmədən apara bilsinlər. Hələ xəbərdarlıqdan sonra belə nəticə aşkarlanıb. Görün xəbərarlıq etməsəydilər, nəticə necə olardı. AQTA-nın əsasnaməsində təcili dəyişiklik olmalıdır".

Sədrin sözlərinə görə, ölkədə heç bir ətin satışına qadağa yoxdur:

"At, eşşək, it ətinin satışda icazəsi var, qanunvericiliklə heç bir qadağa yoxdur. Sadəcə dövlət orqanları tələb edir ki, ət satışında istehlakçının məlumat almaq hüququ təmin olunsun. Üstünə satılan ətin mənşəyi yazılsın. Biz dəfələrlə demişik, Qida Təhlükəsizliyi Agentliyi, Nazirlər Kabineti Azərbaycanda ənənəvi olmayan, yeyilməyən heyvan ətlərinin siyahısını hazırlamalı və onun satışı qadağan edilməlidir. Azad İstehlakçılar Birliyinin ofisində bir kitab var. 1963-cü ildə dərc olunub. Həmin kitabda SSRİ-in tabeliyində olan 15 respublikaları arasında tək Azərbaycanda eşşək əti yeməli hesab edilib, onun növləri, qiymətləri yazılıb. Sonradan öyrəndik ki, bu kitabçanı ermənilər hazırlayıb. O vaxt ermənilər bizim xalqı vəhşi eşşək əti yeyən kimi bütün dünyaya təqdim edib. Belə çıxır ki, indi də bu işlə məşğul olanlar ermənilərin dəyirmanına su tökənlərdir. Və belə davam edir".

Qeyd edək ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində at ətindən dönər hazırlandığı aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumatna görə, yoxlamada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub. "AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.
Ardını oxu...
Xırdalan şəhərində beşmərtəbəli qəzalı binanın zirzəmisinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən satıldığı bildirilir, ərazidəki ağacların kəsiləceyi ehtimal edilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə görüntüləri jurnalist Pərvin Abışova paylaşıb.

Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, tədbir görülməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Dövlət Ekoloji Təhlukəsizlik Xidmətinin əməkdaşları ərazidədirlər və araşdırma aparırlar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğu ünvanlanıb.

 
 
 
Ardını oxu...
Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir.

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi çağırış edib. Bildirilir ki, 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib:

“8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək”.

Qeyd edək ki, uzun illərdir ki, məktəblərdə müəllimlərə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlər tərəfindən hədiyyələrin təqdim olunması reallıqdır.

Sadəcə olaraq bir vaxtlar müəllimlərə təqdim olunan hədiyyələrin məbləği yüksək deyildi. Müəllimə bir gül təqdim etmək belə, hədiyyə sayılırdı. Ancaq təəssüf ki, bu gün bəzi müəllimlər bu “kiçik” hədiyyələrə qane olmur, valideynlərdən daha bahalı hədiyyələr gözləyirlər.

Ümumiyyətlə, ötən illərdə müəllimin aldığı hədiyyə ilə bağlı hansısa cəza tətbiq olunubmu?

Məsələ ilə bağlı 1998-2013-cü illərdə təhsil naziri olmuş, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri, professor Misir Mərdanov "Cebheinfo.az"-a bildirib ki, çalışdığı dövrdə də belə hallar, söz-söhbətlər, xoşagəlməz hadisələr olub:

“O zaman mən məktəb direktorlarının iştirakı ilə iclas keçirirdim və onlara bildirirdim ki, belə hallara yol verməyin. Yəni bu təbrik gətirib rüşvətə çıxarmasın. Çalışmaq lazımdır ki, belə hallar olmasın. Bu kimi hallar həmişə olub və yəqin ki, indi də var. Ancaq mən istəməzdim ki, belə hallar məktəbi və müəllimi nüfuzdan salsın. Elə etmək lazımdır ki, bu, müəllimə utanc gətirməsin. Hər bir məsələnin ölçüsü var və mənə belə gəlir ki, ölçüdən kənara çıxmamaq lazımdır. O hədd daxilində çox şey etmək olar. Həmin həddi qoruyub saxlamaq lazımdır”.

Sabiq nazir bildirib ki, onun çalışdığım dövrdə də belə hallar olurdu:

“Biz onlara cəzalandırırdıq. İndi kim və neçə nəfər olduğunu xatırlamıram. Ancaq bu hallar olub. Cəza tədbirlərinə gəldikdə isə elə müəllim olub işdən çıxarmışıq, yaxud töhmət vermişik”.
 
Ardını oxu...
“Unicapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi və “Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 10 min manat cərimə edilib.

“Unicapital İnvestisiya Şirkəti” Müşahidə şurasının sədri Tahir Qəribov.

"DogruXeber.az" qeyd edir ki, bu barədə XALQ.AZ-a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinə əsasən “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.

Ardını oxu...

Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” rəhbəri Qəribov Tahirdir. “Unicapital İnvestisiya Şirkəti” “Unibank”ın Müşahidə şura
Ardını oxu...
Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır.

TEREF Lent.az-a istinadən xəbər verir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transpatency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib.

Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transpatency İnternational” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil.

Rəna Səfərəliyevanın anası Zemfira Verdiyeva uzun illər Dillər Universitetinin rektoru olub.

Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin nüfuzuna əsaslı zərbə vurub.

Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir.

Sayt öyrənib ki, məsələ ilə bağlı cinayət işi açılması gözlənilir. Məlumata görə, Fuad Nağıyev başda olmaqla qurumda işləyən bir sıra şəxslərin istintaqa cəlb ediləcəyi istisna olunmur.
 
Ardını oxu...
Tanınmış jurnalist Heydər Oğuz TNS TV-nin "Doğru məkan" proqramının qonağı olub.

Jurnalist Naxçıvanla bağlı danışarkən, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun qohumu Anar Həsənova muxtar respublikada özəl status verildiyini bildirib.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Sabunçu rayonundakı Abbasqulu ağa Bakıxanov adına park axşamlar işıqlandırılmadığı üçün narkotik və içki aludəçilərinin məskəninə çevrilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Sabunçu rayon sakinləri bldiriblər. Onların sözlərinə görə, parkın işıqları xeyli müddətdir yandırılmır. Sakinlər parkın içindən və ətrafından piyada yolu kimi istifadə etdikləri üçün axşamlar problemlə üzləşirlər. Parkda sakinlərin dincəlməsi üçün oturacaqlar, uşaqlar üçün yelləncəklər olsa da, gündüz vaxtı belə sakinlər ora ehtiyatla gedir. Hava qaralandan sonra isə parkın ərazisindən keçmək qorxulu vəziyyətə çevrilib.

Sakinlər lazımi bütün qurumlara dəfələrlə müraciət ediklərini bildirirlər:

“Aidiyyəti orqanların problemdən xəbərsiz olması mümkün deyil, çünki park Sabunçu rayonuna məsul dövlət qurumlarının bir addımlığında yerləşir. Bakıxanovun demək olar mərkəzi yerlərindən biridir. Ancaq baxımsızlıqdan təhlükəli yerə sevrilir”.
Gülşən
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sabunçunun icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin (Vəliyev) vəkili müdafiə etdiyi şəxsin avtomobil kolleksiyası ilə bağlı məsələyə münasibət bildirib.

Hurriyyet.Az bildirir ki, Ənvər Ənvərlinin vəkili Demokrat.az-ın İnformasiya Sorğusuna cavab olaraq Adil Vəliyevin oğlunun biznes fəaliyyətinin olduğunu və yazımızda qeyd olunan faktları təsdiqləyib:

“Sizin sorğunuza əsasən, barəsində öyrənmək istədiyiniz şəxsin nümayəndəsi və vəkili olaraq sorğunuza cavab verməklə yanaşı, qarşı tərəf olaraq biz də sizin xəbər redaksiyanıza öz suallarımızı ünvanlayırıq.

İlk öncə qeyd etmək istəyirəm ki, irəli sürdüyünüz uzun və əsassız iddialar verdiyiniz suallarla ziddiyət təşkil edir. Bildirirəm ki, dövlətin qayda-qanunları çərçivəsində fəaliyyət göstərən və 15 ildən artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir zəhmətkeş şəxsin lüks avtomobillərə və xüsusi dövlət qeydiyyat nişanlarına sahib olması tamamilə təbii haldır.

Bundan əlavə, sahibkarlıq fəaliyyəti müddətində daim dövlətin vergilərini ödəyən, qanunlara riayət edən və hüquqlarını bilən bir şəxs heç bir halda hər hansı ərazini qanunsuz şəkildə zəbt etməz və edə də bilməz.

Qanunsuz qaraj zəbti ilə bağlı irəli sürülən iddialara gəlincə, bu iddianı səsləndirən şəxslərin kimliyi bizə məlum deyil. Əgər tərəfinizdən bu iddiaları irəli sürən şəxslər barədə məlumat təqdim olunarsa, həmin şəxslərin böhtan xarakterli məlumatların yayılmasına cəhd etdiklərinə görə məhkəmə və aidiyyəti qurumlara qanun çərçivəsində təcili qaydada şikayət ediləcəkdir. Bu səbəbdən də irəli sürülən iddiaların heç bir hüquqi əsası yoxdur.

Xüsusilə vurğulamaq istərdim ki, fərdi sahibkarlıqla məşğul olan şəxsin yaxın qohumlarının dövlətin hər hansı qurumunda çalışması həmin sahibkarın problemi sayılmamaqla yanaşı, onun məsuliyyət daşıdığı bir məsələ deyil və ona heç bir əlavə imtiyaz qazandırmır. Hər bir şəxs müstəqildir və yalnız öz fəaliyyətinə görə cavabdehdir.

Sorğunuzun digər hissəsinə gəldikdə isə, adıçəkilən MTK ilə bağlı qeyd etməliyəm ki, vəkili olduğum şəxsin artıq həmin MTK-ya heç bir aidiyyəti yoxdur. Sözügedən MTK iki il əvvəl digər şəxslərə satılmışdır.

Sorğunuzun əsas mahiyyəti MTK ilə bağlı olduğu üçün, müvafiq suallara cavab almaq məqsədilə birbaşa MTK rəhbərliyinə müraciət etməyinizi tövsiyə edirik.

Məlumat üçün bildirirəm ki, vəkili olduğum şəxs “Efendiler” şirkətlər qrupunun sahibidir və şirkətin baş ofisi qeyd etdiyiniz S.Mehmandarov küçəsində yerləşir. Ofisimizdə kifayət qədər əməkdaş fəaliyyət göstərir və onların da nəqliyyat vasitələri mövcuddur.
Ardını oxu...
Kompleksə aidiyyəti olmayan yan küçədə “dayanma-durma qadağandır” nişanının qoyulması bizim əməkdaşlarımız üçün də parklanma məsələsində müəyyən çətinliklər yaratmışdır. Bununla belə, kompleksin qarşısında dövlətə məxsus ödənişli dayanacaq mövcuddur və əməkdaşlarımız məhz həmin dayanacaqdan istifadə edirlər.

Bundan əlavə, AYNA-nın rəsmi açıqlamasına əsasən, bina sakinləri müraciət edərək əraziyə yaxın parklanma sahələrində ödənişsiz fərdi parklanma talonu əldə edə bilərlər. Eləcə də baş ofisimizin heç bir əməkdaşı kompleksin qadağan olunmuş ərazilərində avtomobil park etmir və bu, mümkün də deyil.

MTK-nın yeni rəhbərliyi ilə parklanma məsələsi müzakirə edilərkən, onların bildirdiyinə görə, kompleksin sakinləri həyət daxilində avtomobil saxlanılmasına qəti şəkildə qarşıdırlar. Həmin ərazi yalnız sakinlərin və azyaşlıların asudə vaxt keçirməsi üçün nəzərdə tutulub.

Qarajın qiymətləri ilə bağlı verdiyiniz suala gəlincə, qeyd edilən MTK-da sahibkarlıq fəaliyyətimiz dövründə bir çox yeraltı qaraj müxtəlif şəxslərə və sakinlərə satılmışdır.

Hal-hazırda isə qarajların mövcudluğu və qiymətləri ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Bu səbəbdən, dəqiq informasiya əldə etmək üçün birbaşa MTK-nın hazırkı rəhbərliyinə müraciət etməyinizi tövsiyə edirik”.



Leyla Turan
 

Dünyapress TV

Xəbər lenti