Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın estetik cərrahiyyəsi ilə məşğul olan saxtakar həkimləri ifşası davam edir.
Qeyd edək ki, jurnalistin araşdırması zamanıı tibb təhsilini olmayan, yaxud da tibb təhsilli amma başqa sahənin həkimi olan şəxslərin estetik cərrahiyyəsi kimi fəaliyyət göstərməsi üzə çıxıb.
Məlum olub ki, bu sahə üzrə heç bir təhsili olmayan həkimlər onlarla insanın sağlamlığına qəsd edib.
Əlbəttə, bu şəxslərin estetik cərrah kimi qanunsuz fəaliyyətində Səhiyyə Nazirliyinin də məsuliyyəti var.
Bir neçə gündür ki, ölkədə böyük rezonansa səbəb olan bu olaya münasibət öyrənmək üçün Gununsesi.info saytının əməkdaşı səhiyyə naziri Teymur Musayevlə əlaqə saxlayıb.
Əvvəlcə məşğul olduğunu deyən nazirə sualı whatsapp üzərindən yollasaq da, Teymur Musayev sonradan buna cavab vermək əvəzinə əməkdaşımızı da əngəlləyib.
Görünür, səhiyyə naziri özünün və komandasının məsuliyyətini heçə sayır.
Yoxsa, o, Səhiyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Səidə Rüstəmovanın özbaşınalıqları, vəzifə səlahiyyətindən sui-istifadə hallarına yol verməsi və həmin saxta həkimlərin ixtisasdəyişmə adıyla əldə etdiyi sənədlərdə məhz Səidə Rüstəmovanın imzası haqqında suallara cavab verə bilərdi.