Ardını oxu...
Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov məsuliyyətə cəlb edilə bilər.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə Rüstəm Xəlilovun məsuliyyətə cəlb edilməsi Hacıqabul rayonuna rəhbərlik etdiyi dövrdəki ciddi yeyinti faktoruna görədir.

Belə ki, 2023-cü il üzrə dövlət büdcəsindən Hacıqabul rayonuna abadlıq və yolların əsaslı təmiri işləri üçün ayrılan vəsaitlər səmərəli xərclənməyib.

Hacıqabul rayonunda abadlıq işlərinin formal, bəzi küçələrdə isə asfaltlama işlərinin standartlara uyğun aparılmadığı, şəhərin M.Cəfərov, A.Dadaşov, Ə.Əsədov, Ə.Həşimov, R.Baladov, S.Vurğun, P.Balabəyov, M.Şahbazov, N.Ağayev, N.Şirəliyev, Ə.Nağıyev, S.Qubadov, Şirvan və A.Bakıxanov küçələrində yenilənən asfalt örtüyünün mastikasının standartlara uyğun olmadığı, eyni zamanda yol aşırımlarının da təmir edilməyib.

Qeyd edək ki, bu küçələrdə asfaltlama işlərini görən təşkilatlardan biri - "MUĞAN-KİTT ŞİRKƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2023-cü ilin noyabr ayında dövlət büdcəsindən 392.822 manat xərclənib.

2023-cü ilin avqust ayında Hacıqabul şəhərinin yollarının təmiri üçün daha bir şirkətə - "Aztimont" ASC-yə 485.841 manat vəsait ayrılıb.

Hacıqabul şəhərinin küçələrində 2023-cü il ərzində ümumilikdə doqquz yüz min manata yaxın vəsaitin xərcləndiyi yol təmiri işlərinin keyfiyyətsiz aparılmasına səbəb kimi qırmadaş hazırlıq qatlarında standartların qorunmaması, coğrafi relyefin nəzərə alınmaması, yağış sularının ötürülməsi üçün drenaj sistemlərinin düzəldilməməsi göstərilir.

2023-cü ildə Hacıqabul rayonunun abadlıq işlərinə isə 142 min manat xərclənib. Dövlət büdcəsindən ayrılan bu vəsait "VİKTORY CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə köçürülüb.

Qeyd edək ki, Rüstəm Xəlilov 2019-2024-cü illərdə Hacıqabul rayonuna rəhbərlik edib.

R.Xəlilov 2024-cü ildə Salyan rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Məsələ ilə bağlı Salyan rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik.
 
 


 
Ardını oxu...
Səkkiz il əvvəl fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin 10 il həbs cəzasına məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2.5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul olduğu müəyyən edilib.
TEREF“Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın Maliyyə Monitorinqi Mərkəzi belə bir hesabın olduğunu öyrənib və aidiyyəti üzrə məlumat verib. Xətai rayonu icra şöbəsi isə həmin hesaba həbs qoyulması üçün məhkəməyə təqdimat verib.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bu səbəbdən onun Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.
 
Ardını oxu...
Bakı şəhər sakini Xəlilov Elçin Hüseynağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıb. Onun müraciətini olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, iki əkiz qız övladım var. Uşaqları hərarətlə M.Ə adına Uşaq Kliniki Təcili Xəstəxanasına apardıq. Uşaqlar həm də diş çıxarırdı.

Xəstəxanadan bizə bildirdilər ki, uşaqlar xəstəxanada yatmalıdır. 10 gün sonra isə uşağı evə buraxdılar.

Axşam gördüm ki, uşağın vəziyyəti yenə pisdir. Səhəri yenə uşağı həmin xəstəxanaya apardıq. 2023-cü ilin 13 mart tarixində, təxminən saat 14:00 radələrində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovun qardaşı qızı, həkim Əsgərli Pərvanə və Əsgərli Pərvanənin əmisi Hüseyn Əsgərovun həyat yoldaşı, qeyd olunan klinikanın 3-cü korpusunun şöbə müdiri Güllü Əsgərova tərəfindən azyaşlı Məryəm balamıza səhv diaqnoz qoyularaq və yalnış müalicələr aparılması səbəbindən vəfat etmişdir. Daha dəqiq desək, mərhum balamız həkim Pərvanə Əsgərli və onun əmisinin həyat yoldaşı Güllü Əsgərova tərəfindən öldürülmüşdür.

Mən hər gün uşaqlarıma baş çəkmək üçün xəstəxanaya gedirdim. Nə antibiotik vururdularsa, uşağımın halı olmurdu. Müalicəni səhv edirdilər. Həkim səhlənkarlığından uşağım öldü.

O biri uşağımı da ordan götürüb, “Qarayev Xəstəxanası”na apardım. Orada qızımı sağaltdılar.

Qeyd edim ki, bununla bağlı Baş prokuro Kamran Əliyevə, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyevaya və digər qurumlara şikayətlər etsək və mərhum balamız Məryəmin həkim Pərvanə Əsgərli və onun əmisinin həyat yoldaşı Güllü Əsgərova tərəfindən öldürülməsi haqda hər bir faktları, sübutları təqdim etsək də, bu vaxta kimi mərhum balamız Məryəm Xəlilovanın ölüm işi bağlı qalmışdır”.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
Ötən gün Səhiyyə Nazirliyinin yaydığı məlumat ictimaiyyətdə böyük maraq doğurub. Belə ki, plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar apardığını bildirib.

Bu nəyi dəyişdirəcək? Belə “həkimləri” hansı cəzalar gözləyir? Saxta plastik cərrahlar yığışdırılacaqmı?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, yoxlamaların başlaması cəmiyyətdə həkim səhvləri səbəbindən fəsadlarla qarşılaşan insanların çoxluq təşkil etməsindən qaynaqlanır:

“Həkimlər tərəfindən onun ixtisasına aid oldu- olmadı, yaxud da tibb məntəqəsinin lisenziyada göstərilən fəaliyyətlə məşğul olmağa icazəsi var, ya yox, fərq etmədən ortaya qoyulan işlərdə zərərçəkənlər çox olur. Nəticədə dövlət hərəkətə keçdi.

Aparılan istintaq hərəkətləri və araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bəzi tibbi təhsili olan şəxslər müəyyən rüşvət qarşılığında ixtisaslarını dəyişməklə faktiki olaraq estetik cərrahlıqla məşğul olurlar. Bununla bağlı AR Cinayət Məcəlləsinin 314-cü maddəsinə uyğun olaraq zərər vurulduqda, müvafiq araşdırma başlanılır. Rüşvət nəticəsində şəxsin qanunları pozduğu məlum olarsa, Cinayət Məcəlləsinin 311, 312-ci maddələrinə əsasən araşdırma aparılıb qərar verilir.

Səhiyyə Nazirliyi tərəfindən bu tip yoxlamaların keçirilməsi çox doğru qərardır. Bununla bağlı mütəmadi işlər görülməlidir”.
 
Ardını oxu...
Məhkəmələrin məhkəmə müdafiəsi hüququna “ərazi aidiyyatı” qadağası

Səbinə Nuriyeva VKRH-nın Nərimanov məhkəməsinə, Rəna Qafarova AZAL-ın Səbailə aid olmadığına qərar verib (?)

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 15.11.2024 tarixli, 2(103)-3974/24 saylı qərardadla üzərinə qoyulan 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılması öhdəliyini 18 gündür icra etməməsindən aidiyyatı üzrə Nərimanov məhkəməsinə verilən iddia qəfildən geri qaytarılıb.

Hakim Səbinə Nuriyeva 5 günlük müddət bitəndən sonra (ərizə 27.11.2024-cü ildə kabinetdən daxil olub, dekabrın 2-də geri qaytarılması haqqında bilgi verilib.) birdən-birə necə belə absurda imza atıb? Axı 8internet resurslarında açıq göstərilir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin hüquqi ünvanı Ceyhun Hacıbəyli, 100 Nərimanov rayonundadır! Hansı əsasla iş ərazi aidiyyatının pozulmasına görə geri qaytarılıb? Bəlkə Bakı Apellyasiya Məhkəməsinin qərardadının icrası VK-nın Rəyasət Heyətinə tapşırılmayıb? Yox, 15.11.2024-cü il tarixli, 2(103)-3974/24 saylı qərardadda imperativ formada yazılıb:” Qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə həvalə edilsin”.

18 gündür qüvvəyə minən və icrasından imtina edildiyinə görə məhkəmə qaydasında tələb edilən vəkil ayrılmasına cavabdeh-borclu VKRH məhkəməyə basqı yapmaqla da qadağa qoyur? Yəqin Ədliyyə Nazirliyi VKRH-nın, Məhkəmə Hüquq Şurası məhkəmənin (hakim Səbinə Nuriyeva) qeyri-prosessual özbaşınalığına qiymət verməkdə çətinlik çəkməz. Hələliksə şəxsi kabinetdən hakimə etiraz təqdim edilib. Absurddur, VKRH hüquqi ünvanını Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 100 kimi göstərir, məhkəmə “e-məhkəmə” sistemindən ünvanın başqa olduğunu müəyyən edir? Axı mülki işlərdə məhkəmənin sübut toplamaq hüququ yoxdur! Di gəl, Səbail məhkəməsinin hakimi Mədinə Bağırova şəbəkə cinayəti ilə bağlantıya qadağa qoyan mobil operatorun ünvanını Dövlət Vergi Xidmətinin reyestrindən müəyyən etmişdi..

Səbaildən söz düşmüşkən, Soçi- Bakı reysinə dələduzluqla buraxılmayan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin təyinat yeri üzrə daşıyıcıya ( AZAL QSC) iddiasını Səbail məhkəməsinin hakimi Rəna Qafarova geri qaytarıb ki, cavabdeh AZAL QSC-nin hüquqi ünvanı Səbail rayonu deyil. Hələ hakim geriqaytarma qərardadını kabinetdə yerləşdirmədiyindən ünvanı necə “müəyyən etməsi” bilinmir. Amma “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Prezidentin 16.04.2008 tarixli, 2761 N:-li Sərəncamı ilə yaradılıb və NK-nın 30.04.2008 tarixli, 105 N:-li Qərarı ilə təsdiq olunan nizamnaməsinin 1.5 bəndində aktlaşdırılıb: “Cəmiyyətin hüquqi ünvanı: AZƏRBAYCAN RESPUBLİKASI, BAKI ŞƏHƏRİ, AZADLIQ PROSPEKTİ, 11” Bu ünvanın Nizami küçəsi ilə kəsişmədə olması və Səbail rayonuna aid olması isə internet resurslarından (da!) bəllidir.

Məhkəmələrin əsas insan hüquq və azadlıqlarından olan məhkəmə təminatı hüququna “ərazi aidiyyatı” qadağası qoyması üzə çıxır. Bu isə yolverilməzdir. Ölkənin baş qanununda- Konstitusiyada belə yazılıb. Görək, şikayət edilən Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası məhkəmənin hüquqa qadağa qoyan yox, hüquq qoruyan orqan olduğunu məhkəmələrə anlada biləcək?

Məğrur BƏDƏLSOY
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sosial şəbəkələrdə elmi işlərin ödəniş qarşılığında yazılması təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, xüsusilə tələbələrə edilən bu təkliflərdə qeyd olunur ki, elmi işlərin hazır şəkildə təqdim edilməsi ödəniş qarşılığında həyata keçirilir.

Universitetlərin mətbuat xidmətindən “Xəzər Xəbər”ə verilən məlumata görə, proseslə mübarizə məqsədilə universitetlərdə komisiya fəaliyyət göstərir. Elmi işlərdə plagiatın aşkarlanması üçün antiplagiat sistemindən istifadə edilir, həmçinin antiplagiat komissiyası da bu işlə məşğul olur.

Elə biz də sosial şəbəkə üzərindən axtarışa verdikdə çoxlu belə səhifələrə rast gəldik və bir neçəsi ilə əlaqə saxladıq. Lakin həmin şirkətlərdən bizə bildirildi ki, onlar müxtəlif məlumatların yalnız toplanaraq tərcümə və redaktə edərək tələbəyə təhvil verilməsi işi ilə məşğuldurlar.

Ekspertlərin sözlərinə görə isə, qanunvericilikdə bu məsələ ilə bağlı heç bir qadağa nəzərdə tutulmayıb. Bu səbəblə sözügedən elanlar açıq şəkildə reklam edilir. Hətta aidiyyəti üzrə komisiyaların işini belə məsələni aşkar etməkdə xeyli çətinləşdirir.

Mütəxəssislərin fikrincə, Azərbaycanda pulla yazdırılan elmi işlərin sayı son illər kifayət qədər artıb. Məlumat üçün bildirək ki, ölkədə elmi işlərin yoxlanılması prosesini həmçinin, Ali Attestasiya Komisiyası həyata keçirir. Orijinallıq xüsusi komanda və programlar vasitəsilə yoxlanılır. Komissiyada elmi işin plagiat olması aşklarlandığı halda iş rədd edilir. Ali Attestasiya Komissiyasına müraciət etsək də, indiyə kimi aşkarlanan belə hallarla bağlı heç bir açıqlama verilmədi.
 
Ardını oxu...
Artıq 3 aydır ki, sahibkarlar "20 Yanvar"da bağlanan obyektlərin açılmasını gözləyir. Bu yeraltı keçidindəki ticarət obyektlərinin taleyi necə olacaq? Milli.Az xəbər verir ki, əvvəlcə keçid alış-veriş mərkəzləri ilə tanınan bu ərazilər indi yalnız sərnişinlər və yolun digər üzünü keçmək istəyən şəxslər tərəfindən istifadə olunur.

Bu əraziləri kiçik sahibkarlara icarəyə verən şirkətin nümayəndəsi Sənan İsmayılov bildirib ki, qanunvericilikdə nəzərdə tutulan bütün vergi və rüsumları ödəyirlər. O bildirib ki, obyektlərin Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Komitəsi ilə müqavilələri var. Lakin bu barədə onlara heç bir məlumat verilmir ki, niyə şirkətin fəaliyyəti dayandırılıb.

Məsələ ilə bağlı Yasamal Rayon Təsərrüfat Birliyi açıqlama verərək bildirildi ki, sözügedən ərazinin icarəsinə dair heç bir sənəd mövcud deyil, şirkətlə yalnız istismar müqaviləsi bağlanıb ki, bu da məişət tullantılarının daşınması ilə həyata keçirilir.

Sözügedən problemlə bağlı Dövlət Əmlak Komitəsindən bildirildi ki, sahibkarlarla sonuncu dəfə 2022-ci ilin iyulun 27-də bağlanmış müqavilənin müddəti bu ilin iyul ayında başa çatıb. Müqavilənin müddəti bitdiyi üçün o, avtomatik olaraq ləğv olunmuş sayılır.
 
Ardını oxu...
“Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlib”.

Tribunainfo.az xəbər verir ki, bu barədə MEDİA-nın açıqlamasında bildirilir.

“Müdafiə Nazirliyi cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları bölmələrinin Seyfəli poliqonunda taktiki təlim keçirdiyini və narahatlığa heç bir əsas olmadığını bildirib.
Sosial şəbəkə seqmentinə bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq” – açıqlamada qeyd olunur.
 
Ardını oxu...
Bakının Nəsimi rayonunda, "Kubinka" deyilən ərazidə sakinlərlə “Vialon” MMC-nin rəhbərliyi arasında gərginlik davam edir. Bu dəfə mübahisənin predmeti Balababa Məcidov küçəsi, 66 ünvanında yerləşən evdir. "Vialon" MMC ərazidə bir çox evləri söksə də, Törəxanım Əzimova dəyərindən az pul təklif olunduğu üçün evini satmaqdan imtina edib. Lakin şirkət nümayəndələri evin alındığını iddia edirlər.
Törəxanımın Əzimova Bakupost.az -a açıqlamasında bildirib ki, “Vialon” MMC-nin nümayəndəsi Ramil Quliyev, evin ailənin digər üzvü, Törəxanımın həyat yoldaşı Hacıağa Əzimov tərəfindən satıldığını iddia edir. Lakin Törəxanım Əzimova və qızı bu iddiaya etiraz edərək məhkəməyə müraciət ediblər.
Məhkəmə onların xeyrinə qərar çıxarıb. Qərara əsasən, evin onların razılığı olmadan satılması və söküləməsi qanunsuzdur. Törəxanım Əzimova məhkəmənin bu qərarındna sonra ciddi təzyiqlərə məruz qaldığını deyir:
""Vialon" MMC bizi mənzildən çıxarmaq üçün qonşu evəri sökməyə başlayıb. Bu zaman mənim evim də ziyan görüb. Çıxıb etiraz etdim, mənim üstümə qışqırdılar ki, içəri gir. Qızım dərhal polisə zəng etdi, amma heç kim gəlmədi. Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik, onlardan da cavab ala bilmədik".
Onun sözlərinə görə, evin qaz xətti və telefon şəbəkəsi zədələnib, çanaq antenası isə oğurlanıb:
“Evimizin qabağına daş, söküntü qalıqları töküb yolumuzu bağlayırlar. Deyirik ki, heç olmasa, gəlib yığışdırın, evimizə girə bilək. Mənim hazırda evimə giriş yoxdur. Bizi təhqir edib deyirlər ki, təmizləmirik, gedin nə edirsiz, edin".
Sakinlərin sözlərinə görə, Ramil Quliyev onların ünvaına hədə və təhqirlər yağdırmaqdan belə çəkinmir:
“Ramil Quliyev bizə deyir ki, dilinizi dartıb boğazınızdan çıxardaram".
Hadisəylə bağlı “Vialon” MMC-nin nümayəndəsi Ramil Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.
Məsələylə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan ünvanda söküntü işləri ilə bağlı sakinlərin polisə müraciəti daxil olub. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlər görə, “Vialon” MMC-nın rəhbərinin sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımov olduğu bildirilir.
 

Şərur rayonuda yeni yaradılmış Sənaye Məhəlləsindəki qarğıdalı yağı istehsalı üçün nəzərdə tutulan fabrikdə yanğın baş verib. Bu yanğının milyonlarla manat yeyintini ört-basdır etmək üçün qəsdən törədildiyi bildirilir. Bu haqda “Gündəlik Naxçıvan”a Şərur rayon İcra Hakimiyyətindəki mənbə məlumat verib. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, tikinti və digər işlər üçün nəzərdə tutulan həmin pulların mənimsənilməsində icra başçısının əli var:
“Pullar Kamal Cəfərovun əli ilə mənimsənilib. Bizdə olan məlumata görə, yanğında da onun əli var. Məsələ ondadır ki, 2019-cu ildə bu kompleksin tikilməsi üçün milyonlarla manat pul ayrılmışdı. Həmin pullar yeyildiyindən, tikinti vaxtında təhvil verilə bilmirdi. Tikinti başa çatmasa da, sənədlərdə göstərilir ki, guya təhvil verilib. Bu yaxınlarda Bakıdan yoxlama gələcəkdi. Fabrikin yanması bu yeyintini ört-basdır üçündür. Əlavə olaraq göstəriblər ki, guya yanğından öncə zavodda 100 min ton qarğıdalı olub. Kilosu bir manatdan hesablayanda, 100 min də belə silmək istəyirlər”.
Adı çəkilən kompleks Şərur şəhərində yerləşir.
Məsələ ilə bağlı Şərur rayon İcra Hakimiyyətindən münasibət bildirmək istəmədilər.

 
 
 

Dünyapress TV

Xəbər lenti