![]() |
![]() ![]() ![]() |
|
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri arasında baş verən salamlaşma anı sosial mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Makronun salamlaşma zamanı əlini Ərdoğanın əlinin üstünə qoyaraq psixoloji üstünlük əldə etməyə çalışdığı anlar kameralara yansıyıb.
Prezident Ərdoğan Fransa liderinin barmağını tutaraq bu hərəkətə dərhal reaksiya verib və nəzarəti əldən buraxmayıb.
Görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb. İstifadəçilər Rəcəb Tayyib Ərdoğanın bu reaksiyasını “diplomatik bədən dili ilə verilmiş güclü bir mesaj” kimi qiymətləndirib.
Aytən Novruz
Musavat.com