"Hazırda ən çox tələbat olan turlar xarici qrup turlarıdır. Tayland, Misir, Qətər, Dubay istiqamətində turlara böyük istək var. Yaxın gələcəkdə Çinə də qrup turları təşkil olunacaq. Qrup turlarına tələbatın olmasına bir çox səbəblər var. İnsanların çoxunun dil biliyinin olmaması, həmin ölkələri tanımaması, oğurluq və.s kimi halların qrup olan zaman minimuma enməsi, qiymət məsələsi turistləri qrup halına getməyə vadar edən səbəblərdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.
"Qiymət məsələsi ən əsas məsələdir. Çünki turlar otellər götürən zaman çox münasib qiymətə başa gəlir. Avropada qiymətlər bizim pula nəzərən baha başa gəldiyinə görə çox sayda insanlar turlara üstünlük verirlər. İnsanlara gəzmək olsun. Passiv istirahət sevən insanlar onsuz da Avropaya getmirlər. Passiv istirahət istəyənlər Antalyaya, Şarm-əl-Şeyxə, Montenegroya üstünlük verirlər. Aktiv istirahət istəyənlər üçün gəzinti önəmlidir. Nə qədər şəhər gəzsələr, o qədər yaxşıdır. Ona görə də Avropaya səfər etmək onlar üçün daha zövqlü olur".