Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
Şirvan şəhərində yaşıllıqların qəsdən məhv edilməsi, onların yerində obyektlərin inşa olunması artıq sistemli xarakter almaqdadır.

XALQ xəbər verir ki, növbəti “ağac qətliamı” şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən başlayaraq irəlilədikdə, yolun sağ kənarında çoxsaylı ağacların kəsildiyi, hətta kötüklərinin betonlanaraq izlərinin silinməyə çalışıldığı aşkarlanıb.

Maraqlıdır, bu qədər yaşıllığın qurban verilməsi hansı zərurətdən doğub? Bu ağaclar kimin yoluna “maneə” olub ki, onları bu cür məhv edirlər? Sözügedən yerdə araşdırma aparan “vətənpərvərlər tv.az” üzə çıxarıb ki, “ağac qətliamı” Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Orxan İbrahimovun atası, Əhmədağa İbrahimovun “əl işidir”.
Belə ki, kəsilmiş ağacların yerində betonlanmış yol İH başçısının müavini O.İbrahimovun atası Ə.İbrahimovun obyektinə doğru istiqamətlənir. Məsələ burasındadır ki, adıçəkilən Əhmədağa İbrahimov dövlət vəzifəsi daşıyır – o, Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində çalışır. Həmçinin onun Şirvan və Sabirabad rayonlarında çoxsaylı obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumat da dərc edilib.

Təəccüblüdür ki, bu miqyasda bir ağac kəsimi və torpaq üzərində tikinti prosesi şəhər rəhbərliyi, xüsusilə də Şirvan şəhər icra başçısı İlqar Abbasovun diqqətindən necə yayınmış ola bilər? Yaxud doğrudanmı bu proseslər onun razılığı və ya göstərişi olmadan baş tuta bilərdi?
Halbuki rayonda bir sakin həyətində daşı daş üstünə icazəsiz qoya bilmir, həyətində aşan ağacı icazəsiz budaya bilmir. Çünki indi “yaşıl qətliam”ı gözü görməyən icra hakimiyyəti, icra hakimiyyətinin başçısı İ.Abbasovun gözündən rayon sakininin həyətində etdiyi iş qaçmır. Ancaq indi yaşıllıqların məhv edilməsi, üstünün betonlanmasını görməzdən gələ bilirlər.

Mövzunu işləyərkən Şirvan şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Üstəlik yazı hazır olsa da, İH-dən açıqlama gəlmədiyi üçün bir qədər də gözlədik. Ancaq artıq 2 həftədən çox vaxt keçməsinə baxmayaraq icra hakimiyyəti onlara ünvanladığımız sorğunu cavablandırmayıb. Görünür, İH sualı cavablandırmağa ya maraqlı deyil, ya da göndərilən sorğulara ümumiyyətlə baxılmır.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Bölmənin digər xəbərləri

17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri

Dünyapress TV

Xəbər lenti