Ardını oxu...
Astara rayonu, Kijəbə kənd sakini Zülfüqarov Eldəniz Sultanağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, sosial yardım üçün verilən müavinət kartındakı pul öncədən çəkilib:

“Mən, Zülfüqarov Eldəniz Sultanağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, Astara rayonu, Kijəbə qəsəbəsində yaşayıram. 30 yanvar 2024-cü ildə ünvanlı sosial yardım üçün müraciət etmişdim. Mənə bildirildi ki, fevralın 15-dən sonra müraciətinizə baxılacaq. Fevralın 16-da getdim, dedilər ki, texniki problemlərə görə, sənədinizə baxılmayıb.

Aprel ayının 23-də evimə baxış keçirdilər. Həmin ayın 29-da isə imtina mesajı gəldi.

Bununla əlaqədar nazirliyin “142” nömrəli qaynar xəttinə zəng etdim. İmtinanın səbəbi kimi bildirdilər ki, ünvanı Kijəbə qəsəbəsi yox, Ojakəran kəndi kimi göstərmisən. Halbuki, mən Kijəbə qəsəbəsi demişdim.

May ayının 1-də yenidən müraciət etdim. Avqust ayının 29-da evimə baxış keçirdilər. Sentyabr ayının 16-da mənə 526 manat sosial müavinət təyin olundu. Oktyabrın 9-da “Kapital bank”dan müavinət kartımı aldım. Amma sentyabrın 1-də kartımın hazırlanması üçün qərar verilmişdi. Oktyabr ayında 2 ayımın müavinətin almalı idim, lakin kart boş çıxdı. Səbəb kimi bildirdilər ki, torpağıma görə 6 ayın rüsmunun eyni vaxtda ödəməliyəm.

Mənim 2 sot torpağım var. Ayda 7 manat ödəyirəm. Xəstəyəm, şəkərəm, belimdə yırtıq var, damarlarım tutulub, ayaqlarıma qan işləmir, yeriməkdə çətinlik çəkirəm. Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamenti ilə əlaqə saxladıq. Məsələnin araşdırılacağıq bildirildi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Aynurə İSMAYIL
 
Ardını oxu...
Lerik rayonu, Piran kənd sakini Sultanov Rizvan Səməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2021-ci ilin aprel ayından əlilliyə görə müavinəti səsəbsiz yerə kəsilib:

“Mən, Sultanov Rizvan Səməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatdayam. 03.06.1998-ci ildə Füzuli istiqamətində ön xətdə odlu silahla yaralanmışam.

Hərbi şəhadətnamə ilə mənə əlillik vermişdilər. Əvvəl 3-cü qrup, sonra isə, rəhmətlik atamın şikayəti ilə 2010-cu ildə 2-ci qrup əlillik ilə əvəz etdilər. Çünki vəziyyətim daha da ağırlaşmışdı.

2021-ci ilin aprel ayına kimi əlillik üçün müavinət aldım. 2021-ci ildən indiyə kimi müavinətimi qanunsuz olaraq kəsiblər. Travmatologiya şöbəsində də olmuşam. Ayaqlarım ağrısından yeriyə bilmirəm. Lakin mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir, üstəlik müavinətimi də kəsiblər”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Sultanov Rizvan Səməd oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 3 il ərzində tibb müəssisəsi tərəfindən heç bir “Forma-88” göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.

Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni “Forma-88” sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.

Aynurə İSMAYIL

Hurriyyet.az
 
Ardını oxu...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC olub.
Yeniavaz.com xəbər verir ki, “Qala Sığorta” ASC “Baktelekom” əməkdaşlarının və ailə üzvlərinin 12 aylıq könüllü tibbi sığortası xidmətini təqdim edəcək.
“Baktelekom” ümumilkdə 96 nəfərin tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 25 min 920 manat ödəyəcək.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bir nəfərin tibbi sığortası üçün “Baktelekom” 270 manat xərcləyəcək.
Qeyd edək ki, ötən həftə “Aztelekom” MMC də ümumilikdə 203 əməkdaşının bir illik könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 54 min 810 manat və ya bir nəfər üçün 270 manat ödəyəcəyini açıqlayıb.
Məlumat üçün onu da bildirək ki, təxminən bir ay əvvəl Mərkəzi Bankın keçirdiyi analoji tenderin qalibi “Paşa Sığorta” ASC olub. Mərkəzi Bank ümumilkdə 1 549 nəfərin (əməkdaşlar və ailə üzvləri) tibbi sığorta xidməti üçün “Paşa Sığorta”ya 818 min 96 manat və ya bir nəfər üçün 528 manat ödəyəcək.
 
Ardını oxu...
Videodakı xanım 26 saniyəyə 1300 dollar (2210 manat) qazandı. Şəkildəki bəy də il ərzində AFFA-dan 3 milon AVRO (manatla özünüz hesablayın) maaş alır.
Elmlər Akademiyasında çalışan alimlərimizin tarif cədvəli üzrə maaşlarından vergilər çıxıldıqdan sonra kiçik elmi işçi 420 manat, elmi işçi 453 manat, böyük elmi işçi 489 manat, aparıcı elmi işçi 527 manat, baş elmi işçi və şöbə müdiri 576 manat məvacib alır.
Həmçinin, fəlsəfə doktoruna elmi rəhbərlik edən alimə verilən məvacib aylıq 23-24 manat civarındadır. Aylıq 23-24 manat maaşa alim yetişdirərlərmi?
Sizcə bu cəmiyyətdə elm olarmı? Alim yetişərmi? Keyfiyyətli elmi tədqiqat aparılarmı?
Kamran Əsədov
TEREF
Ardını oxu...
Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında maraqlı açıqlama verib: "Cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdıra bilmişik. Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik”.

Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi vakansiyalar və növbəti ildə 130 min nəfərin işlə təmin olunacağı ilə bağlı bağlı söylənilənlərə ekspertdən rəy aldıq.

İqtisadçı ekspert Xalid Kərimli bu dayda iş yerinin boş olmadığını bildirib: "Bu qədər iş yeri heç bir yerdə boş deyil. Sadəcə, proqnoz verirlər. Boş olsaydı, çoxdan həmin yerlər tutulardı. Hesablayırlar ki, yeni iş yerləri açılacaq, yaxud da mövcud iş yerlərində işçiyə təlabat artacaq".

Ekspert bildirir ki, nazir iş yeri açmır, üstəlik Dövlət Məşğulluq Agentliyinin vasitəsi ilə çox az sayda vətəndaş işlə təmin olunur: "Əsas əmək bazarı özəl sektorlardır- onlayn işlər, reklam və müxtəlif işə düzəltmə şirkətləri və s. Bütün iş yerlərini dövlət təmin etmir. Yəqin nazir ümumi bazar haqqında proqnoz verib".

İqtisadçının sözlərinə görə, nazir işdən çıxarılanlarla bağlı da danışmalıydı: "Həm iş yerləri açılır, həm də iş yeri bağlanır. Nazir bağlanılan iş yerlərini və işini itirən şəxslərin sayını deməyib". (Qaynarinfo)
Ardını oxu...
Nazir ciddi mövzuya toxunub, amma, sanki, müxalifət partiyası funksioneri kimi danışıb.
Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlama verərkən açıq şəkildə bəzi suallara da cavab verməlidir:
Niyə daxil olmur?
Hansı qurumlar cərimələri mənimsəyir?
Nə qədər vəsait büdcədən yayınır?
Kim-kimlərdir günahkar?
Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır, müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki, Parlament partiyalarının belə bir imkanı olmalıdır - olsa, məlumat əldə edib kimin nəyi necə etdiyini göstərə belərik. Ona görə də, nazir ünvanlı, nəticədən yox, səbəbdən danışmalıdır...
Natig Cəfərli
TEREF
 
Ardını oxu...
Statistikaya görə, taksidən istifadə edənlərin sayı azalır.

Belə ki, metrodan istifadə etmiş sərnişinlərin sayı 6.2 faiz artaraq 188.9 milyon nəfər, avtobusdan istifadə etmiş sərnişinlərin sayı 10.3 faiz artaraq 1.426 milyon nəfər, taksidən istifadə edənlərin sayı isə 5.1 faiz azalaraq 69.6 milyon nəfər olub.

Bəs taksidən istifadə edənlərin sayı niyə azalır? Buna səbəb qiymətlərin artmasıdır, yoxsa ictimai nəqliyyatda problem azalıb?

Mövzu ilə bağlı “Cebheİnfo.az”-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu il taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar nəticəsində taksilərin sayı kifayət qədər azalıb. Elməddin Muradlının sözlərinə görə, insanların ictimai nəqliyyata marağı və münasibəti dəyişib:

“Əvvəl hardasa 70 min civarında taksi vardı. Bunların sayı indi 35 min qiymətləndirilir. Bu baxımdan hesab edirəm ki, təbii bir proses var. Vətəndaşlar taksi sifariş verəndə, əvvəlki kimi 3-5 dəqiqəyə gəlmir. Digər tərəfdən, taksilər avtobus zolaqlarına daxil ola bilmədiyinə görə müştəriləri mindirib-düşürməkdə əziyyət çəkirlər. Müştərilər də artıq bunu bir risk kimi qiymətləndirir. Taksi tıxacda qalır. İnsanlar fikirlərşir ki, metro və avtobus onları mənzil başına daha tez və təhlükəsiz çatdırır”.

Ekpert bildirib ki, əslində aparılan islahatların əsas mahiyyəti də elə bundan ibarət idi:

“Yəni, insanlar daha çox ictimai nəqliyyata üz tutsunlar. Bu da öz təsirini göstərir. Bunu müsbət dəyərləndirmək olar”.

Ekspert qeyd edib ki, hazırda taksi sürücüləri arasında 2 müxtəlif qrup formalaşıb:

“Amma nəzərə almaq lazımdır ki, taksi sürücüləri də buna iş, dolanışıq yeri kimi baxırlar. Hər halda onların da bu məsələdə mövqeyini nəzərə almaq lazımdır ki, normal şəkildə qazanc əldə etsinlər. İndi taksi sürücüləri məsələyə müxtəlif yanaşırlar. Bir qismi deyir ki, normaldır, əvvəlkindən yaxşıdır, daha rahat qazanırıq, normal qiymətə gediş edə bilirik. Digər hissəsi isə narazıdır ki, şirkətlər uzaq məsafələrə ucuz gediş verir və bu sərf etmir”.

Elməddin Muradlı vurğulayıb ki, taksi də ictimai nəqliyyatın bir növü hesab olunduğu üçün onların avtobus zolaqlarında hərəkətinə icazə verilməlidir:

“Bu məsələləri bir daha təhlil etmək lazımdır. Taksi sürücüləri üçün nomral şərait yaradılmalıdır. Çünki onların üzərində çox böyük tələblər var. Onlar müxtəlif sənədlər yığır, təlim keçir, imtahan verirlər. Bakıda taksi duracaqlarının sayı azdır. Avtobus zolaqları çəkiləndən sonra onlar müştəriləri mindirib düşürməkdə çox əziyyət çəkirlər.

Bununla da təhlükəli vəziyyət yaranır. Bunun üçün taksi sürücüləri məsuliyyət hiss etməlidirlər. Çünki qanunsuz fəaliyyətlə məşğul olanlar çoxdur. 35 minin cəmi 15 mini bütün sənədləri qaydasında olan sürücülərdir. 2 mini hələ də qanunsuz fəaliyyət göstərir. Onlar da problemlərini həll etsələr, sənədləri qaydasında olsa, o zaman mərkəzi informasiya sisteminə həmin sürücülər barədə məlumat ötürmək olar. Bundan sonra onların avtobus zolaqlarında hərəkətinə icazə verilə bilər”.
 

Ardını oxu...

Əmək pensiyalarının orta aylıq məbləğinin təxminən 8 faiz artırılması indeksasiyanın əsasında mümkün olacaq. Çünki gələn il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək.

Gununsesi.info bildirir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov maaş və pensiyaların artımından danışarkən deyib.

“Həm ailə başçısını itirməyə, həm yaşa, həm də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri gələn ilin yanvarından etibarən indeksləşdiriləcək. Nəzərə alaq ki, həm əmək pensiyaları əvvəlki ilin orta aylıq maaşlarının artım tempinə uyğun indeksləşdirilib, həm də pensiya kapitalı əvvəlki ildə inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılıb. Bu konteksdən bütün növ minimum əmək pensiyalarında, o cümlədən minimum əmək haqqında gələn ildən artımların olacağı gözlənilir. Eyni zamanda sosial paketin digər sosial ödənişləri əhatə edəcəyi gözlənilir. Artıq sosial paketlə bağlı müzakirələr büdcə zərfi çərçivəsində aparılır. Gözlənilir ki, bu müzakirələr nəticəsində xüsusilə digər ödənişlərlə bağlı konkret rəqəmlərin təqdim olunması mümkün olacaq”, – o əlavə edib.

Gununsesi.info

Ardını oxu...
“Gələn ildən Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq”. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

Bəs müəllimlərə veriləcək güzəştli kartlarda hansı endirimlər əks olunacaq?

Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.Az-a açıqlamasında bildirdi ki, təhsilin xeyrinə olan hər bir güzəşt təqdir olunmalı və müsbət baxımdan nümayiş edilməlidir:

"Xüsusən "Tələbə Plus" kartlarının müəllimlərə verilməsi yaxşı haldır. Ümumiyyətlə, tələbələrə hansı güzəştlər varsa, bu kartda da eynisi olacaq. Layihənin təşəbbüskar Təhsilin İnkişafı Fondudur. Müəyyən kafe və restoranlar, geyim mağazaları, böyük supermarketlər, hipermarketlər, muzeylər, kitabxanalar, nəşriyyatlar fondla əməkdaşlıq edir ki, bu karta sahib olan şəxslər güzəştdən yararlansın. Məsələn, hər hansı bir mağazada malın qiyməti 10 manatdırsa, bu kartla 7 manata alacaq, yəni 30 faiz endirim olacaq".

Ekspertin sözlərinə görə, gələcəkdə bu kart vasitəsilə nəqliyyatda da endirimlərdən yararlanmaq mümkün ola bilər:

"Bununla bağlı iş gedir, hələ yekun qərar yoxdur. Ola bilsin ki, elektrik qatarlarında, metroda, avtobuslarda gediş haqqı daha az olsun, yaxud buna bənzər hər hansısa güzəşt tətbiq olunsun. Çünki güzəştlərin hansı şəkildə olması ilə bağlı müzakirələr gedir. Onu da qeyd edim ki, Təhsilin İnkişafı Fondu hər gün öz partnyorlarının sayını genişləndirir və yeni müqavilələr imzalamaq yönündə addımlar atır".
 
 
 
Ardını oxu...
Mənzil bazarında baş verənləri təəccüblə izləməyə davam edirik. Ölkə insanı üçün fantastik qiymətlər deməyə söz saxlamır. Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manata çatmır. Ancaq paytaxtın babat yerində 100 min manatdan ucuz birotaqlı mənzil almaq mümkün deyil. Daha geniş mənzillərin qiyməti azı 1,5 dəfə bahadır. Şəhərin mərkəzində milyonlardan danışmaq lazım gəlir. Mənzil bazarında baş verənlər heç adekvat görünmür.

Bizimyol.info xəbər verir ki, Bakıda mənzil sahibi olanlar daha aşağı yaşayış sahəsinə üstünlük verməyə başlayıblar. Rəsmi açıqlanan rəqəmlər bunu deyir. 2021-ci ildə paytaxtda bina evlərində orta yaşayış sahəsi 118 kvadratmetr imiş. 2024-cü ildə göstərici 85 kvadratmetrə düşüb.

Təəssüf ki, mənzil bazarı ilə bağlı rəsmi hesabatlar müfəssəl olmur. Heç bunları rəsmi hesabat da adlandırmağa dəyməz. Dövlət Statistika Komitəsi adəti üzrə düşünməyə, müzakirəyə çox material verməməyə çalışır. Soyuq rəqəmlər nəsə pıçıldamasa, müzakirə də aparmaq olmur.

Görünən budur ki, əhali daha kiçik yaşayış sahəsi olan mənzillərə sığınmaq qərarı verib. Çünki qiymətlər çox yüksəlib. Məsələn, pandemiyadan əvvəl metronun “20 Yanvar” stansiyasının ətrafında 60-65 min manata ikiotaqlı italyan layihəli mənzil almaq olurdu. İndi isə azı 90-95 min manatın olmalıdır ki, həmin mənzilə sahib çıxasan.

Təkcə paytaxtda belə deyil. Sumqayıtda ev elanlarına baxırsan, ikiotaqlı mənzillərin 80-100 min manata satıldığını görürsən. Sumqayıtda işsizlik faizi çox yüksəkdir. Onminlərlə insan hər səhər oradan paytaxta işləməyə gəlir. Əksəriyyət xidmət sektoruna möhtac qalıb. Burada böyük gəlirdən söhbət gedə bilməz. Bu qazancla həmin mənzillərin alınması mümkün görünmür.

Mənzil Azərbaycanda sadə adamlar üçün əlçatmaz olub. İpoteka krediti götürməsən, almağı ağlına da gətimirsən. Hərdən elə təəssürat yanaır ki, ölkədə düz yolla mənzil əldə etmək də xülyadır.

Ev bazarında birotaqlı mənzillərə maraq da imkansızlığa görədir. Daha çoxuna iddia etmək heç bir halda alınmır.
 

Dünyapress TV

Xəbər lenti