Ardını oxu...
Çinin “Şenyanq J-15” çoxməqsədli döyüş təyyarəsi Haynan əyalətində təlim zamanı qəzaya uğrayıb.

TEREF xəbər verir ki, pilot qəzadan bir neçə saniyə əvvəl katapult edə bilib.

Təyyarənin boş bir əraziyə düşdüyü və hər hansı can itkisinin yaşanmadığı vurğulanıb.

Qeyd edək ki, “Şenyanq J-15” döyüş təyyarəsinin bazar dəyəri 61 milyon ABŞ dollarıdır.
 
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski NATO üzvü olan ölkələrin hərbçilərinin ölkəyə gətirilməsini tələb edib.

Müvafiq bəyanat onun "Telegram" kanalında yer alıb.

O vurğulayıb ki, ABŞ- ın dəstəklədiyi Avropa sülhməramlı kontingenti Ukraynada olmalıdır.

"Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır", - deyə Zelenski qeyd edib.
 
Ardını oxu...
Vacib hadisə. Ukrayna Rusiyanın dərinliklərinə zərbələr üçün artıq heç kimdən icazə almayacaq.
Ukraynanın uzaq mənzilli "Neptun" qanadlı raketi Krasnodar vilayətində yerləşən Tuapse neft emalı zavodunu vurdu (Ukrayna sərhədindən 450 km məsafədə). Zərbədən sonra yanğının bir sutka davam etməsi hadisənin miqyasını açıq şəkildə göstərir.
Tuapse – Rusiyanın əsas neft mərkəzlərindən biridir və cəbhə xəttindən 450 km uzaqlıqda yerləşir. Əgər əvvəllər "Neptun" raketləri maksimum 400 km məsafəyə zərbə vura bilirdisə, indi onların modernləşdirilməsi sübut edir ki, Ukraynanın texnoloji imkanları daha genişdir. "Uzun Neptun"un zərbə məsafəsi 1000 km-ə qədər artırılıb.
"Neptun" nədir və niyə bu qədər vacibdir?
"Neptun" – sovet dövründən qalma X-35 raketinin əsasında yaradılmış, lakin ciddi şəkildə təkmilləşdirilmiş qanadlı raketdir. Əvvəlcə gəmi əleyhinə silah kimi hazırlanmışdı, lakin sonradan yerüstü hədəfləri vurmaq üçün də uyğunlaşdırıldı.
Bu günə kimi "Neptun" raketlərinin yerdə yerləşən hədəflərə zərbələri:
31 may 2024 – "Kavkaz" limanındakı bərələr və neft terminalı vuruldu (250 km).
21 iyun – Yeyskdə "Şahed" PUA-larının bazası məhv edildi (150 km).
23 iyul – "Kavkaz" limanında "Slavyanin" bərəsi vuruldu (250 km).
31 iyul – Kursk vilayətində anbarlara zərbə endirildi (100 km).
22 avqust – "Kavkaz" limanında "Konro Treyder" bərəsi vuruldu (250 km).
Və indi – Tuapse, 450 km!
Prezident Zelenskinin sözlərinə görə, Ukrayna 2024-cü ildə 100 raket istehsal edib (modeli açıqlanmasa da). Müdafiə naziri Umerov da bu rəqəmi təsdiqləyib. Sonuncu hücum göstərir ki, Ukraynanın genişmiqyaslı hücumlar üçün kifayət qədər resursu var.
Ukrayna hərbçiləri və analitikləri uzaq mənzilli silahların inkişafının davam edəcəyini bildirirlər. "Uzun Neptun" təkcə raket deyil, həm də Ukrayna HSK-nin texnoloji inkişafının göstəricisidir.
Əgər dünən bu haqda şübhələr vardısa, bu gün artıq aydındır – logistika döyüşü yeni mərhələyə keçir və Ukraynaya artıq Rusiyanın dərinliklərinə zərbələr üçün HEÇ KİMDƏN icazə almasına ehtiyac yoxdur.
Kamran Cəfərov
TEREF

 
Ardını oxu...
“Rusiyanın Kursk vilayətindəki Ukrayna qoşunları mühasirəyə alınmayıb”.
TEREF xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Prezident Volodimir Zelenski deyib.

“Qüvvələrimizin Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam edir. Bölmələr öz tapşırıqlarını dəqiqliklə yerinə yetirirlər. Kursk vilayətindəki Ukrayna qoşunlarının sayəsində xeyli sayda Rusiya qüvvələri başqa istiqamətlərə yönəldilib. Qoşunlarımız Kursk vilayətində rus və Şimali Koreya qruplaşmalarına qarşı müqaviməti davam etdirir. Qoşunlarımız mühasirədə deyil”, – dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiya Kurskdakı Ukrayna qüvvələrinin mühasirəyə alındığını iddia etmişdi.

“Qafqazinfo”
 
 
 
Ardını oxu...
Odessanın mərkəzində dəhşətli qətl hadisəsi törədilib.
“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, 32 yaşlı Ukrayna millətçisi Demyan Qanul saat 10 radələrində şəhərin mərkəzində Ukrayna Qəhrəmanları (Aleksandrovski) prospektində güllələnib.
Ardını oxu...
Qeyd edək ki, əslən Kirovoqrad vilayətindən olan Qanul Odessada ali təhsil alıb. Qanul millətçi "Praviy sektor" təşkilatının Odessa qanadının fəallarından olub. Özü isə "Küçə cəbhəsi" ictimai təşkilatının liderliyini edib. O, yaşıl zonalarda tikinti aparılmasına qarşı mübarizə aparması və zooaktvist kimi də aktiv fəaliyyət göstərib.

Təşkilat lideri könüllü olmaqla bərabər Odessada rus imperiyasından və bolşeviklərdən qalma küçə adlarının və ya abidələrin dəyişdirilməsi və sökülməsinin aktiv tərəfdarlarından idi.

Aktivisti güllələyən şəxs kameralara düşüb. Ukrayna daxili işlər naziri İqor Klimenko cinayəti şəxsən nəzarət götürdüyü ilə bağlı açıqlama verib. Hadisənin araşdırılması və cinayətkarın həbs olunması üçün Kiyevdən xüsusi istintaq əməliyyat qrupu göndərilib və qatil gizləndiyi evdə yaxalanıb. Cinayətin mötivi haqda hələlik məlumat verilmir.

 
Ardını oxu...
İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.

Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani deyib.

Onun dünyanın ən təhlükəli terrorçularından biri olduğu qeyd edilir.

Məlumata görə, İraq təhlükəsizlik qüvvələri əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib. \\Axar.Az
 
Ardını oxu...
Habil müəllimin 70 yaşını qutlamağa nədən başlayım, bilmirəm. Böyük şairimiz Əli Kərimlə indi heç cür razılaşa bilmirəm:
“Hər şeyi başlamaq asan bir işdir,
Görünür daha çox sonu çətindir”
Ondan başlayım ki, 14 mart 1955-ci ildə ziyalı -maarifçi ailəsində, dünyaya göz açıb, sonra birinci sinfə gedib, orta məktəbi bitirib, sonra ali məktəbə qəbul olunub, bitirib, sonra, sonra…Ağdamda doğulmağını, Qarabağla nəfəs aldığını, 30 ilə yaxın Ağdamsız, Şuşasız, Laçınsız…Qarabağsız olduğunu vurğulamağı unutdum. Heç Habil müəllimin, belə baxanda haralı olduğu da bilinmir, doğulduğu elinə, yurduna bütöv bağlıdır, yerliçilik, ayrıçılıq hissi ona yaddır.
Bəlkə ondan başlayım ki, Qarabağ uğrunda savaşda KİŞİ KİMİ vuruşub, döyüşlərdə çiyin-çiyinə söykənmişik, sonra arxa-dayağımız olub, arxamızı DAĞA söykəmişik, hansı görəvdə olmağından asılı olmayaraq qapısını açmağa qapı dalında boynubükük dayanmamışıq. Şəhid, qazi adını Habil Surxay oğlu qutsal, müqəddəs sayır, bir an da olsun şəhid ailələrini, qazi dostlarını unutmur. Özü də vətənə xidmət görəvində, iş başında şəhid olan oğul atası, ŞƏHİD ATASIDIR! Böyük elm adamı, hüquq elmləri doktoru, professor olduğunu vurğulamağı unutdum. Belə baxanda Habil müəllimin ziyalılığı, alimliyi üzündən oxunur. Bir də alim olmaq olar, çətini adam olmaqdır, özü də el adamı! Habil müəllim əsl el adamıdır!
Bəlkə ondan başlayım ki, 44 günlük ZƏFƏR SAVAŞINDA Ali Baş Komandanın hər çıxışını, 8 NOYABRA aparan hər sorağını necə bölüşürdü! Necə “ZƏFƏRİN MÜBARƏK, PREZİDENTİM, ALİ BAŞ KOMANDANIM, DOĞMA YURDUM, ANA VƏTƏNİM, AĞDAMIM, QARABAĞIM, AZƏRBAYCANIM!” deyirdi. Necə göz yaşları içində gözaydınlığı verirdi.
70 yaşın mübarək, döyüş dostumuz, arxa-dayağımız Habil Surxay oğlu! Nə yaxşı doğulmusunuz, nə yaxşı varsınız! 70 illiyinizdə də umacağımız var, bundan sonra da bir 30 il belə KİŞİ KİMİ yaşayın! Məmməd Araz demiş, haqqın var yaşamağa!
Məğrur Bədəlsoy
 
 
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova növbəti dəfə hər kəsi təəccübləndirib.

Adalet.az xəbər verir ki, Zaxarova mətbuat konfransı zamanı ağlamsınıb. Yəni ağamasa da , ağlamış kimi bir görüntü yaradıb.

Deməli, regnum.ru yaydığı məlumatda bildirilir ki, Kursk və Belqorod vilayətlərində Rusiya-Ukrayna münaqişəsi nəticəsində ölən və yaralanan uşaqların sayını təqdim edərkən göz yaşlarını saxlaya bilməyib.

“ Belqorod vilayətində 88 uşaq yaralanıb, Kursk vilayətində 12 uşaq ölüb, 4 uşaq yaralanıb. Martın 2-də o, Ukrayna silahlı qüvvələrinin Rusiyanın sərhəd və arxa bölgələrində keçirdiyi əməliyyatlar nəticəsində 652 mülki şəxsin həlak olduğunu bildirib. Onların arasında 23 uşaq da var. Həmçinin 169-u uşaq olmaqla 2980 nəfər xəsarət alıb. Şöbə rəisi əlavə edib ki, bütün faktlar araşdırılır, ümumilikdə 2690 cinayət işi başlanıb. Ümumilikdə son 10 il ərzində ən azı 1700 uşağın qanı ukraynalı silahlıların əlinə bulaşıb. Bunlar Kiyev rejimi üçün məzar daşına çevriləcək statistikadır…”

İndi orada mənim kimi "dəli" bir jurnalist çıxaydı, Zaxarovaya sual verəydi ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan Ukraynada 600 uşaq həlak olub, 1550-dən uşaq yaralanıb. Görəsən onlar uşaq deyildi?
Üstəlik, rəsmi və təsdiq olunmuş məlumatlara görə, 2024-cü ildə Ukraynada, ümumilikdə, 495.096 insan ölüb.
Dübarə, iddialara görə , müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin (SQ) itkiləri artıq yarım milyona çatıb. Görən bu statiska hansı rejimin məzar daşına çevriləcək statistikadır, Zaxarova…?
Vallah , bəzən Rusiyalı rəsmilərdən elə açıqlamalar çıxır ki, gözümüzün şahidi olmasaq inanarıq ki, sən demə, Ukrayna Rusiyaya işğalçı hücuma başlayıb, səm demə, Zelenski deyib ki, 72 saata Rusiyanı işğal edib Moskvada oturacağam.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Əntiqə Rəşid
 
 
 
Ardını oxu...
Finlandiya Ukraynaya qoşun yeritmək niyyətində deyil.

Demokrat.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı baş nazir Petteri Orpo deyib.

Finlandiya hökumətinin başçısı bildirib ki, biz özümüzə uyğun olan istənilən şəkildə yardım göstərməyə hazırıq, lakin Ukraynaya hərbi personal göndərməyəcəyik.

Orpo vurğulayıb ki, Finlandiya hərbçiləri qonşu ölkənin ordusu ilə münaqişə riski ilə üzləşsələr, son dərəcə təhlükəli vəziyyət yarana bilər.
Ardını oxu...
“Ukrayna Müdafiə Qüvvələri Kursk vilayətində onlara verilən tapşırıqları yerinə yetirir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bugünkü brifinqdə cəbhənin bu sahəsində baş verən son hadisələri şərh edərkən deyib.

"Kursk vilayətindəki qoşunlarımız öz missiyasını yerinə yetirir. Ruslar açıq şəkildə qoşunlarımıza maksimum təzyiq göstərməyə çalışırlar. Hərbi komandanlıq üzərinə düşəni edir, əsgərlərimizin maksimum dərəcədə həyatını xilas edir", - deyə, o qeyd edib.

Onun dediyinə görə, Rusiya tərəfinin yaxın günlərdə nə nümayiş etdirəcəyi bəllidir: "Hesab edirəm ki, məsələ hətta Kursk istiqamətində dərəcəni yüksəltməkdə deyil. Onlar qorxudacaqlar. Düşünürəm ki, hədə-qorxu fərqli olacaq. Həmçinin, nüvə xarakterli. Biz başa düşməliyik ki, bu, Rusiya Federasiyasının diplomatiyanın istənilən formatı qarşısında hərəkətləri üçün aydın təlimatdır. Bizə buna ayıq-sayıq baxmaq və real təhdidlərə reaksiya vermək lazımdır, nəinki informasiya təhdidinə".

Prezident əlavə edib ki, insanlar informasiya vakuumunda olmamalı, Ukrayna kəşfiyyatı və ordusu mümkün qədər tez reaksiya verməli və təhdidlərlə bağlı müəyyən məlumatları təkzib etməlidir: "Biz güclü informasiya təzyiqinə hazırlaşmalıyıq. Biz şəxsən bir müddətdir ki, bu cür vəziyyətlərin müxtəlif formatlarında olmuşuq. Biz nə baş verdiyini anlayırıq".

Zelenski son ABŞ - Ukrayna danışıqlarına da toxunub. Onun sözlərinə görə, Ukrayna və ABŞ heyətlərinin Səudiyyə Ərəbistanında görüşündən əvvəl havada və dənizdə atəşkəs təklifindən danışılıb. Lakin sonra Amerika tərəfi fərqli yanaşma təklif edib.

Ukrayna Prezidenti qeyd edib ki, görüşün ortasında Ukrayna heyəti onunla, Amerika nümayəndə heyəti isə Trampla əlaqə saxlayıb. Onlar Ukraynanın bütün ərazidə atəşkəsi təmin etmək üçün addımlar atmağa hazır olub-olmaması sualını qaldırıblar: “Mən bunu dəfələrlə vurğulamışam, heç birimiz ruslara güvənmirik, biz bunu yaşadıq, amma müharibənin bitməsini istəmədiyimizə dair narrativlərlə də oynamayacağıq. Mən çox ciddi şəkildə qərarlıyam və müharibəni bitirmək mənim üçün vacibdir. İstəyirəm ABŞ Prezidenti bunu görsün, Avropa, hamı Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur etmək üçün ittifaqda olsun. Ona görə də mənim reaksiyam belə oldu: biz Amerika tərəfinin bizə təklif etdiyi formatda 30 günlük atəşkəs formatına hazırıq”.\\AzPolitika.info

Dünyapress TV

Xəbər lenti