Ardını oxu...
HƏMAS son ana qədər Qəzza zolağında atəşkəs razılaşmasına sadiq qalıb və İsrailə hücum etməyi planlaşdırmayıb.

Hərəkatın müvafiq bəyanatı teleqram kanalında yayımlanıb.

“HƏMAS son ana qədər atəşkəs razılaşmasına riayət edib və onun davamiyyətinə çalışıb. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu müharibəni yenidən başlatmağı üstün tutdu. HƏMAS-ın israilli hərbçilərə hücum hazırladığı barədəki iddialar həqiqətə uyğun deyil, bu, sadəcə döyüş əməliyyatlarını yenidən başlatmaq üçün bəhanədir”, – deyə bəyanatda vurğulanıb.
 
Ardını oxu...
"İsgəndər" kompleksinin ekipajı Sum vilayətinin Losevka bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Losevka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 144-cü briqadasının canlı qüvvəsi, silah-sursat, hərbi və xüsusi texnikasının cəmləşdiyi əraziyə zərbələr endirib.
Ardını oxu...
Tacikistanın hərbi qulluqçuları Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək paradda iştirak edəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.

Bu gün Kremldə Putinlə Tacikistan lideri arasında görüş olub. Danışıqlar zamanı Rusiya prezidenti həmkarını Qələbənin 80 illiyi ilə bağlı şənliklərdə gözlədiyini bildirib.
Ardını oxu...
Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Ardını oxu...
ABŞ ordusunun Yəməndəki husi hədəflərini havadan və dənizdən vurmağa başladığı bir vaxtda ABŞ prezidenti Donald Tramp açıqlama verib. “Bu gün mən Birləşmiş Ştatlar Ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyata başlamağı əmr etdim” deyib.

TEREF Sondakika-ya istinadən xəbər verir ki, Tramp “Husilər; Vaxtınız bitdi, hücumlarınız dayanmalıdır, etməsələr, cəhənnəm sizin üzərinizə yağacaq”, – deyib.

ABŞ ordusu husilərə qarşı 10-dan çox hücum təşkil edib. Hücumlarda husilərin radar və hava hücumundan müdafiə sistemləri, eləcə də raket sistemləri hədəfə alınıb.
 
Ardını oxu...
Türkiyə Krımın Rusiya tərəfindən işğalını tanımır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın işğalının 11-ci ildönmü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda Rusiya Federasiyasının 2014-cü il martın 16-da keçirdiyi referendumun qeyri-legitim olduğu və Krımda mövcud de-fakto vəziyyətin tanınmadığı vurğulanıb.

Bundan başqa, Türkiyənin Krım-tatar türklərinin vəziyyətini yaxından təqib edəcəyi və yarımadada baş verən hadisələri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəyi bildirilib.
 
Ardını oxu...
Yaponiya Çinin Tayvanı mümkün işğalı səbəbindən Küsü adasında 1000 km mənzilli “GSDF Type-12” “yer-gəmi” tipli idarə olunan raketlər yerləşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı yazıb.

Məlumata görə, raketin yerləşdirilməsinə 2026-cı ilin martında başlanılacağı gözlənilir və məqsəd Tayvan yaxınlığındakı Nansi adaları ətrafında təhlükəsizliyi gücləndirməkdir.

Bundan əlavə, raketlərin Yaponiya arxipelaqının ikinci böyük adasında yerləşdirilməsi onların Şimali Koreyaya və Çinin sahilyanı ərazilərinə çatmasına imkan verəcək.
 
Ardını oxu...
Husilər Qırmızı dənizdə Amerikanın təyyarədaşıyan "USS Harri Truman" və digər döyüş gəmilərinə hücum etdiklərini bildiriblər.
Bu barədə xarici mediada məlumat yayılıb.

Məlumata görə, onlar 18-ə yaxın ballistik və qanadlı raket, həmçinin PUA-larla hücum ediblər.

Qeyd edək ki, Prezident Trampın əmri ilə ABŞ ordusu husilərə qarşı ötən gündən geniş əməliyyata başlayıb.
 
Ardını oxu...
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri güllələnib.

Yenixeber.org: Məlumata görə, insident Təftan şəhərində olub.

SEPAH zabitləri naməlum silahlılar tərəfindən atəşə tutulub.

Hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər ağır yaralanıb.
 

Ardını oxu...

Ukrayna 1000 km uçuş məsafəsinə malik “Long Neptun” raketini sınaqdan keçirib.

“Report”un məlumatına görə, bu barədə ölkə prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.

““Long Neptun” sınaqdan keçirilib və döyüşdə uğurla istifadə ediləcək”, - o yazıb.

Qeyd edək ki, “Neptun” 5 min tona qədər yerdəyişmə qabiliyyətinə malik gəmiləri, eləcə də yer hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raketdir və Kiyev “Luch” konstruktor bürosunda hazırlanıb.

Dünyapress TV

Xəbər lenti