Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin Krım ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində daha bir Rusiya hərbi təyyarəsi məhv edilib.

APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu, son 24 saat ərzində vurulan ikinci təyyarədir.
 
Ardını oxu...
Ukraynada müharibə davam etdiyi üçün Rusiya hərbi itkilərə görə yeni rekordla üzləşə bilər. Bu il, proqnozlara görə, əsgərlər arasında itkilərin sayına görə Moskva üçün ən çətin il olma riski var.

Bu barədə Britaniya Müdafiə Nazirliyi X (Twitter) səhifəsində məlumat yayıb.

Analitiklərin fikrincə, 2022-ci ildə genişmiqyaslı işğalın başladığı gündən bəri Rusiya ölən və yaralananlar da daxil olmaqla, təxminən 950 min əsgər itirib. Təkcə 2025-ci ilin ilk dörd ayında itkilərin təxminən 160.000 nəfərə çatdığı təxmin edilir.

Bu temp davam edərsə, 2025-ci il itkilər baxımından əvvəlki illəri üstələyə, hər il artan itkilərin sabit tendensiyasını davam etdirə bilər.

Ukrayna Baş Qərargahının məlumatına görə, bu ilin aprelində Rusiya ordusu gündə orta hesabla 1200-dən çox insan itirib ki, bu da ayda təxminən 36 min nəfər təşkil edib. Mart ayında bu rəqəmlər daha da yüksək olub – gündə təxminən 1300 nəfər. Ən çətin aylar 2024-cü ilin son ayları olub, Ukraynanın yeni ərazilərini ələ keçirmək cəhdləri zamanı gündəlik itkilər 1600 nəfərə çatıb.

Britaniya kəşfiyyatı qeyd edir ki, əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də ciddi hərbi uğur əldə etməyib.

Rusiya prezidenti Vladimir Putinin mayın 9-na kimi “atəşkəs” elan etməsinə baxmayaraq, cəbhədə döyüşlər qızğın olaraq qalır.Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski xüsusilə Donetsk və Dnepropetrovsk vilayətlərində düşmən fəallığının artdığını bildirib.

Mayın 3-nə olan Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya ordusunun ümumi itkiləri artıq 955 min nəfərdən çoxdur. Təkcə son 24 saat ərzində düşmənin daha 1170 əsgəri öldürülüb.
Ardını oxu...
Paşinyan hökumətinin velosipedi təzədən “kəşf etmək” cəhdləri davam edir. Bu isə sırf zaman itkisi olmaqla yanaşı, Ermənistan adlı simvolik dövlətə yaxşı heç nə vəd etmir və edə bilməz. Azərbaycanla barışıq məsələsində astagəlliyin altını ilk növbədə kapitulyant ölkə çəkə bilər və çəkəcək. Çünki təcrid durumunda, dalanda qalan o.

Bir yandan 2025-ci il üçün rekord həddə hərbi büdcə (1.7 milyard dollar) müəyyən edib, o biri yandan Ermənistan konstitusiyasından qonşulara qarşı torpaq iddiası ilə bağlı müddəaları çıxarmağa tələsməməklə, bunun əvəzində quru boşboğazlıq etməklə dünyanın gözündə sülhpərvər kimi görünmək mümkün deyil. Ermənistan, erməni xalqı sülh istəyirmi? Bu sual hələ də açıq qalır. Sülh istəyirsə, onda təcili referenduma gedib öncə öz davakar konstitusiyasına sülh konstitusiyasına çevirsin, görək çevirirmi?..

Bu arada məlum olub ki, Ermənistanda orduya məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklif edilir. “Joqovurd” qəzetinin yazdığına görə, hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan müvafiq qanunvericilik təşəbbüsü ilə çıxış edib. Yəni təklif bilavasitə baş nazir Nikol Paşinyadan gəlir.

Təklifdə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistan Cinayət Məcəlləsinə əlavələr daxildir. Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına kimi vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif olunur. Bu məbləğ hərbi xidmətdən yayınan 27 yaşından yuxarı vətəndaşlara cinayət məsuliyyətindən yayınmağa imkan verəcək.

Mənbənin bildirdiyinə görə, təşəbbüsdə məqsəd çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır...

Əslində əsas hədəf elə bu. Çünki 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən, ardınca (2023, sentyabr) “artsax” nağılının tam bitməsi və statusun gorbagor olmasından sonra erməni cəmiyyəti faktiki apatiya və natamamlıq kompleksi içindədir. Onsuz da xarici ölkələrə köç etməyə meylli olan bu toplum sabaha heç bir ümidi qalmadığı, o sırada sülh, yoxsa savaş məsələsində qeyri-müəyyənlik davam etdiyi üçün sürətlə Ermənistanı tərk etməkdədir. Həm də birdəfəlik və çox vaxt ailəlikcə.

Gözlənilir ki, Avropa İttifaqı ilə viza rejiminin yumşaldılmasından sonra köç proses daha intensiv xarakter alacaq. Nə vaxtadək humanitar yardıma, qəpik- quruşa göz dikmək olar ki? Bu da diqqətçəkicidir ki, gedənlər arasında Qarabağdan könüllü köç edənlər də var. Təbii ki, onların arasında çağırış yaşlı olanlar kifayət qədərədir...

Bütün bu neqativləri, - üstəgəl, ölkə üzrə doğum sayının azalması fonunda, - hakimiyyətdəkilər görməyə bilməz. Ancaq çağırış yaşının 37-ə çatdırılması da ordunun şəxsi heyətini komplektləşdirmək üçün çıxış yolu ola bilməz. Nəzərə alsaq ki, hələ də Azərbaycana revanşist planlardan əl çəkməyən Ermənistanın peşəkar ordu qurmaq imkanları zəifdir, o zaman ölkədən köçü səngitməyin yalnız bir yolu qalır – vaxt itirmədən Azərbaycan və Türkiyə ilə hərtərəfli normallamaya və sərhədlərin açılmasına müvəffəq olmaq.

Kasıb Ermənistan əhalisinin boğazından kəsib yeni müharibə hazırlığına böyük vəsaitlər xərcləməkdənsə, cırtdan bir ölkə üçün ən doğru, ən rasional yol bu. Qalır bunu ermənilərin hakimiyyət, cəmiyyət və müxalifət olaraq, elliklə dərk eləməsi. Zaman amansızdır və gözləmir...

Analitik xidmət,
Musavat.com
 
Ardını oxu...
İkinci dünya müharibəsi zamanı və ümmumiyyətlə müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2.2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunan Stalinqrad döyüşü barədə çoxumuz bilirik. 23 avqust, 1942 – 2 fevral, 1943-cü illərdə baş verən bu döyüşün taleyinin həll edilməsində azərbaycanlıların rolunu danmaq olmaz.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmişdir. Təkcə 1600-dən artıq azərbaycanlı “Stalinqradın müdafıəsi uğrunda” medalı ilə təltif olunmuşdur. Çoxlarına sirr deyil ki, Verxmatın xarici hərbi bölüklərindən biri də Azərbaycan legionu idi. Azərbaycan legionerlərinin başlıca qərargahı Polşa ərazisində yerləşirdi. Legionerlərin ümumi sayının 36 mindən 65-70 minədək olduğu göstərilməkdədir. 1942-ci ilin payızından Polşa və Ukraynada formalaşmış legionerlərin döyüş taburlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər. Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına göndərildi. Maraqlı burası idi ki, Stalinqradın müdaifəsi zamanı küçə, məhəllədə döyuşlər gedirdi.
Tədqiqatçı Christopher Ailsby, Wladyslaw Anders və bu sahədə ciddi tədqiqatları olan Antonio J. Muñoz əsərlərində qeyd edirlər ki, iki əks cəhbədə xidmət edən azərbaycanlılar Stalinqrada üz-üzə gəlirlər. Alman ordusunda xidmət edən azərbaycanlılar onlara qarşı Azərbaycanlılardan ibarət bölüyün olduğunu bilirdilər. Alman zabitlərinin əmrlərinə baxmayaraq Vermaxtın əsgərləri olan azərbaycanlılar öz soydaşlarına güllə atmaq istəmirdilər. Əmrə tabe olmadıqlarına görə alman zabitləri azərbaycanlı əsgərləri güllələmişdilər. Buna baxmayaraq sona qədər öz qardaşlarına güllə atmaq istəməyən Vermaxtın zabitləri sonda azərbaycanlı diviziyanı Qafqazda Suxumi istiqamətindəki yüksək dağ rayonlarına göndərdi. Bu diviziyanın geri çəkilməsi isə bir neçə əsas starteji yerlərin sovetlərin əlinə keçməsinə səbəb oldu ki, II dünya müharibəsinin taleyinə ciddi təsir etdi. Stalinqrad sovetlər tərəfindən azad edilir.
Zaur Əliyev, dosent
 
Ardını oxu...
Ukraynın Luqansk vilayətində rusiyalı hərbçi əsgər yoldaşlarını öldürməkdə şübhəli bilinərək saxlanılıb. Müstəntiqlərin fikrincə, o, öldürdüyü hərbçiləri metal qəfəsə yığaraq, qapısını bağlayıb və ora döyüş qumbarası atıb.

Lent.az Rusiya telegram kanallarına istinadla bildirir ki, aprelin 25-də hərbi müstəntiqlər 42 yaşlı hərbçi Vladimir Z-yə qarşı cinayət işi açıblar. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, kişi 2024-cü ilin iyul ayının sonunda Donetskdəki müvəqqəti dislokasiya məntəqələrindən birində üç əsgər yoldaşı ilə mübahisə edib. Həmin gün Vladimir öz əsgər yoldaşlarına – 35 yaşlı Artem K., 37 yaşlı Roman Ç. və 23 yaşlı Maksimum M.-yə cəbhə bölgələrinə ərzaq çatdırmağı əmr edib.

Onlar tapşırığı yerinə yetirməkdən imtina ediblər və Vladimir tabeliyində olanları cəzalandırmaq istəyib. İlkin məlumata görə, o, onları metal qəfəsə yığaraq, qapını bağlayıb və sancağı çəkərək içəri F-1 döyüş qumbarasını atıb. Partlayış nəticəsində hər üç əsgər çoxsaylı qəlpə yaraları alıb. Onlardan biri yerindəcə, digər ikisi isə az sonra dünyasını dəyişib.

Bir neçə aydan sonra Vladimirə qarşı ümumi təhlükəli şəkildə adam öldürmə, həmçinin iki və ya daha çox şəxsi öldürməyə cəhd maddələri ilə cinayət işi açıldı. O, saxlanılıb.
 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələri (İDF) Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən strateji hədəfə zərbələr endirib.

Bu məlumatı İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

Rəsmi məlumatlara görə, hücumlar Dəməşqin mərkəzində, dövlət başçısının iqamətgahına yaxın ərazidə həyata keçirilib. Netanyahu bildirib ki, bu əməliyyatlar İsrailin təhlükəsizliyini təmin etmək və bölgədə İranın nüfuzunun qarşısını almaq məqsədi daşıyır./Musavat.com
 

Ardını oxu...
  

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanat yayaraq, Dəməşqdə prezident sarayı yaxınlığındakı hədəfə zərbə endirildiyini açıqlayıblar.

Musavat.com xəbər verir ki, onların bəyanatını “Times of Israel” qəzeti yayıb.

Bəyanatda bildirilir: "Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə imkan verməyəcəyik".

Qeyd edək ki, iki gün əvvəl İsrail Dəməşqin Sahnaya qəsəbəsində druzlara qarşı əməliyyat keçirən Suriya təhlükəsizlik qüvvələrinə zərbə endirib.

Musavat.com

 
 
 
Ardını oxu...
Daimi olaraq mətbuatda bir mənzilin bir neçə nəfərə satılması və qalmaqallı açıqlamaları ilə gündəmə gələn tikinti maqnatı, iş adamı, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı daha bir şikayət yayımlanıb.

Sitat.info xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Elnur Nağıyev 16 yanvar 2024-cü ildə Saray qəsəbəsində “Şərur MTK”ya məxsus “Jasmin Park” yaşayış kompleksindən ipoteka krediti ilə mənzil götürüb.

Kreditin ödənişi zamanı ona bir neçə ay gecikmənin problem olmadığı bildirilib. Vətənin keiyində dağlarda xidmət keçən zabit keçən bir il ərzində kreditin ödənişini vaxtında edib və heç bir problem olmayıb.Bu ilin mart ayında isə zabit xidmətdə olduğu dövr ərzində ödənişi etdiyini, hər dəfə Bakıya gələ bilmədiyini ona ya hesab nömrəsi və yaxud kart hesabına ödəniş etməyə şərait yaradılmasını istəyib. Lakin şirkətdən belə bir ödəniş növünün olmadığını, pulları yalnız Hollywood şadlıq sarayının ikinci mərtəbəsinə gələrək ödəməli olduğunu qeyd ediblər

“Mən hər dəfə Bakıya gələ bilmədiyimi desəm də buna razı olmadılar. Ödənişi mütləq Hollywood şadlıq sarayının ikinci mərtəbəsinə gələrək ödəməli olduğumu israrla bildirdilər.Bu günə qədər 19800 AZN pul ödəmişəm. Lakin indi şirkət bizdən 3 günlük gecikmə üçün 25 min manat əlavə pul istəyir. Bir sözlə onlar qanun şahdır demirlər, bu şirkət bütün qanunları, mənəvi dəyərlərə tüpürərək qanun bizik deyirlər. Bəzən məcbur qalıb bir neçə ayın pulunu öncədən ödəyirəm. Mən dağlarda postda xidmətdə olan bir zabitəm. 20 illik xidmətim dövründə qazandığım yalnız bu evdir. Ailəmin rahat yaşaması üçün mən məcburən ipoteka kreditinə girməli oldum. Amma “Şərur MTK” şirkəti, nə də onun sahibi İsfəndiyar Axundovun Azərbaycan zabitini dəyər vermədiyinin bir daha şahidi oldu. Dünən aprelin 29-da hərbçi dostlarla problemi yerində həll etmək üçün Hollywood şadlıq sarayında İsfəndiyar Axundovun qəbulunda olduq. İş adamı guya bizə yaxşılıq edəcəyini deyib kağıza rəqəm yazaraq bizə qaytardı. Mühasibatlıqda məlum oldu ki, iş adamı qiyməti daha 5000 manat artırıb. Bir sözlə İsfəndiyar Axundov zabitlərin onun otağına gəlməsini belə özünə həqarət bilərək qiyməti artırdı. Bu Azərbaycan qanunlarını ayaq altına atmaqdır. Mənə deyirlər ki, ya 3 gün ərzində 25 min manat ödə, ya da evi başqasına satırıq.” -mayor Elnur Nağıyev bildirib.

Azərbaycan ordusunda 20 il qüsursuz xidmət edən bir çox medallarla təltif edilən, mayor Elnur Nağıyev Azərbaycan mediasından dəstək istəyib.

“Mənə dəstək olun. Min bir əziyyətlə əldə etdiyim və bu gündə kreditini ödədiyim evimin əlimdən alınmasına imkan verməyin”- mayor Elnur Nağıyev Azərbaycan mediasından dəstək istəyib.
 
Ardını oxu...
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb. Atəş səsləri Cammu bölgəsindəki beynəlxalq sərhəd xəttində eşidilib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Baş naziri Narendra Modi aprelin 29-da hərbçilərə "tam operativ azadlıq" verib.

Bildirilir ki, əgər indiyədək hər iki tərəf yalnız atıcı silahlar və ağır pulemyotlardan istifadə edirdisə, artıq artilleriya vasitələri də işə salınıb.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
 
Ardını oxu...
"Bannaya Usadba" elit hamam kompleksində güclü yanğın. Rublevkada? Deputatlar pəncərədən tullanır? Artıq yanğın 1500 kvadratmetr ərazini bürüyüb. Yeddi hamam yanır. Hadisə yerində 50-dən çox xilasedici və 15 texnika işləyir. Yanğının söndürülməsinə iki “Ka-32” helikopteri cəlb olunub. ⚡️Sankt-Peterburqun (RF) Pulkovo hava limanında "Xalça" planı təqdim olunub, - Rusiya mediası! Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir. Doqquz təyyarə uçuşda gecikir.

Dünyapress TV

Xəbər lenti