Ardını oxu...
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Sumı vilayətinə hücum cəhdini uğurla dəf edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, dövlət sərhədinə yaxın ərazilərdə və Rusiya Federasiyasının öz ərazisində intensiv döyüşlər davam edir.

"Rusiya qoşunları rəhbərliklərinin əmrini yerinə yetirərək bizi Kursk vilayətinin ərazisindən çıxarmağa və Sumı ilə sərhəddə yerləşən Ukrayna ərazilərini ələ keçirməyə çalışır. Lakin bu istiqamətdə aqressorun hücum planı Ukrayna Müdafiə Qüvvələrinin fəal və qətiyyətli əməliyyatları sayəsində növbəti dəfə puça çıxarılıb", – deyə məlumatda qeyd olunur.

Sırski vurğulayıb ki, hazırda öz fəaliyyətini məhz bu istiqamətdə cəmləşdirib.
 
Ardını oxu...
Uitkoff Putinlə görüşə gedir, Kiyevdən cavab gözlənilir…
Belə görünür ki, ABŞ administrasiyası artıq bu həftə ya Ukraynada tam atəşkəsə nail olmaq, ya da “əllərini yuyub”, bu mövzudan uzaqlaşmaq niyyətindədir. Hər halda, Donald Tramp və ətrafının verdiyi son bəyanatlar, bu həftə ərzində keçiriləcək vacib görüşlər və Qərb mətbuatının yazdıqları belə bir qənaətə gəlməyə əsas verir.

“AzPolitika” xəbər verir ki, “Wall Street Journal”-ın yazdığına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bu həftə Londonda Ukrayna hökumətinin nümayəndələrinin də iştirak edəcəyi danışıqlardan sonra yenidən Rusiyaya, Putinlə görüşə gedəcək.

Londonda keçiriləcək görüşdə Uitkoffdan başqa ABŞ Dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq da olacaq. Məsləhətləşmələrdən sonra Vaşinqtonun, Avropanın və Kiyevin mövqeləri üst-üstə düşərsə, Uitkoff Rusiyaya səfər edəcək.

Nəşr qeyd edir ki, Londonda keçiriləcək görüşdə ABŞ-nin təklifləri müzakirə ediləcək və “potensial variantların siyahısı”na baxılacaq.

Uitkoff son üç ay ərzində Rusiyada iki dəfə Vladimir Putinlə görüşüb. Aprelin 11-də keçirilən görüşdən sonra Ağ Evin mətbuat katibi Karolin Levitt bəyan edib ki, ABŞ administrasiyasının sülh yolu ilə nizamlanmaya nail olmaq üçün təzyiq alətləri var və onlardan istifadə etmək niyyətindədir. Daha sonra Tramp Rusiyanı sülhə nail olmaq üçün “hərəkət etməyə” çağırıb.

Qəzet onu da yazır ki, Birləşmiş Ştatlar Kiyevin bu həftə müharibəyə son qoymaqla bağlı ABŞ planına cavab verəcəyini gözləyir. Bu plana Ukraynanın NATO-ya üzv olmaqdan imtinası və Amerika tərəfindən Krımın Rusiya ərazisi kimi tanınması kimi məsələlər daxildir.

Qərb rəsmiləri bildiriblər ki, ABŞ-nin təklifləri Tramp administrasiyasının yüksək səviyyəli rəsmilərinin cümə axşamı Parisdə Ukrayna tərəfinə təqdim etdikləri məxfi sənəddə öz əksini tapıb. Onlar Avropa rəsmilərinə də göstərilib.

ABŞ indi Kiyevin cavabını gözləyir və bu cavabın ABŞ, Ukrayna və Avropa rəsmilərinin həftə sonunda Londonda keçiriləcək görüşündə veriləcəyi gözlənilir.

ABŞ-nin Parisdə təqdim etdiyi təkliflər bir neçə aspekti əhatə edib. Onların arasında Ukraynanın NATO-ya üzvlüyündən imtinası ilə yanaşı, Zaporojjye AES-in ətrafındakı zonanın Vaşinqtonun nəzarətinə verilməsi də var.

Eyni zamanda, Qərb rəsmilərinin fikrincə, Tramp komandasının nümayəndələrinin irəli sürdüyü təkliflər Rusiyanın bir sıra tələblərinə uyğun gəlmir. Xüsusilə, ABŞ Rusiya Federasiyasının Ukraynanın şərq hissəsindəki dörd vilayətə (söhbət Zaporojya, Xerson, Luqansk və Donetsk vilayətlərindən gedir) qanuni şəkildə nəzarət etmək hüququnu tanımır. Eyni zamanda da, Vaşinqton rus qoşunlarının bu əraziləri tərk etməsini tələb etmir. Həmçinin, ABŞ Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirəcək.

Qəzet Kiyevin mövqeyilə bağlı yazır: "Tramp administrasiyasının bəzi ideyalarını qəbul etmək Kiyev üçün çətin ola bilər, çünki Ukrayna Rusiyanın onun hər hansı ərazisinə yiyələnməsini rəsmən tanımaqdan imtina edib".

Həmçinin, nəşrin yazdığına görə, ABŞ Rusiyanın istəyinin əleyhinə olaraq, Ukrayna qoşunlarının sayını məhdudlaşdırmağı təklif etmir və Qərbin Kiyevə hərbi dəstəyini, yaxud bu ölkədə Avropa qoşunlarının yerləşdirilməsini də istisna etmir.
 

Ardını oxu...
Ukrayna Amerikanın HİMARS raket sistemlərindən istifadə etməklə "Pasxa atəşkəsi"nə əməl etməyib.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Birləşmiş Ştatların “Pasxa atəşkəsi”nin davamlı olacağına ümid etdiyinə dair bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Zelenski administrasiyası mülki enerji infrastrukturunu hədəf alıb.

Qeyd edək ki, Zelenski də Rusiyanı atəşkəsi pozmaqda ittiham etmişdi.
Ardını oxu...
“Rusiya ordusu bu saatadək Vladimir Putinin Pasxa ilə bağlı qəbul etdiyi atəşkəs rejimini 2000 dəfədən çox pozub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb:

“Artıq müxtəlif istiqamətlərdə bizim mövqelərimizə 67 hücum olunub, xüsusən Pokrovskoyedə 1355 atəş açılıb.

Əslində, bütün əsas cəbhələrdə Rusiya susmaq vədinə əməl etməyib. Rusiyanın, demək olar ki, bir gün belə, Ukraynanın Pasxa bayramından başlayaraq 30 gün ərzində tam susmaq təklifimizə cavab verməyə vaxtı yox idi”.
 
Ardını oxu...
“Pasxa atəşkəsi bu gün gecə yarısı başa çatacaq”.

Bu barədə “TASS”a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Pasxa atəşkəsinin uzadılması ilə bağlı heç bir göstəriş verməyib.

Qeyd edək ki, Rusiya prezident Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib və bildirib ki, Rusiya tərəfi bütün döyüş əməliyyatlarını 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək (Moskva vaxtı ilə) dayandıracaq.
 
Ardını oxu...
Aprelin 18-də axşam saatlarında Krasnodarda 100-ə yaxın hərbi qulluqçu komendantlıqdan qaçmağa cəhd etsə də, onlardan yalnız 3 nəfəri bunu bacarıb, hazırda onların axtarışları davam edir.

TEREF yada salır ki, xüsusi hasarlanmış ərazidə olan hərbçilər hasarı sındıraraq komendantlığı tərk etmək istəyiblər.

Hadisə nəticəsində itki və xəsarət alan olmayıb.Krasnodardakı komendaturanı dəmir barmaqları qıraraq kütləvi qaçmağa cəhd edənlər təkcə gənc çağırışçılar olmayıb, onların arasında müqavilə ilə xidmət edən yaşlı hərbçilər də var. yəqin ki, bir çoxunu məhkəmə və azadlıqdan məhrum etmək də gözləyə bilər. Rəsmi bilgilərə görə, əraziyə Rusiya Milli Qvardiyasının bölmələrinin və polisin vaxtında müdaxiləsi nəticəsində qaça bilən 7 nəfərdən 4-ü saxlanılıb, 3 nəfərin isə axtarışı davam edir.
Ardını oxu...
Hakimiyyət dairələri hadisə ilə bağlı hər hansı açıqlama vermirlər, amma qaçmağa cəhd edənlərin yaxınları mediaya bəzi təfərrüatları danışıblar.

Bildirilir ki, komendatura saxlanılanların bəziləri pul müqabiləndə buranı müvəqqəti də olsa tərk edə bilirlər. Etirazlara da bu səbəb olub. İddialara görə, komendaturada saxlanıları qiyam qaldırmağa hələ də axtarışda olan, əvvəllər məhkum olunmuş 39 yaşlı Aleksey Girev təhrik edib.

Kamçatkadan olan Aleksey avtomobil oğurluğu, narkotik və digər cinayətlərdən həbsdə olub. Koloniyada isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq müharibədə döyüşməyə gedib.

Tanışların dediyinə görə, Aleksey Girevin valideynləri artıq həyatda deyil, keçmiş həyat yoldaşı ilə münasibət saxlamır. Maraqlıdır ki, etiraza qalxan hərbçilər arasında Alekseyin ögey qardaşı da (fərqli atalardan) olub. O da müharibə zonasındakı hərbi hissənin özbaşına tərk etdiyi üçün eyni komendantdaturada saxlanılırmış.
Ardını oxu...
Aleksey həbsdən buraxıldıqdan sonra təlim keçib və cəbhə bölgəsinə gəldiyi ilk gün yaralanıb. Həmin vaxt onunla birlikdə olanların çoxu ölüb, lakin Aleksey Girev sağ qalıb və Sankt-Peterburqdakı xəstəxanaya aparılıb. Oradan dostlarına telefonla deyib ki, müharibəyə qayıtmayacaq, çünki bu, qorxuludur, həm də komandirlər keçmiş məhbusları düşünmədən sağ qalmağın mümkün olmadığı döyüşlərə göndərirlər.

Buna baxmayaraq, o, xəstəxanadan çıxandan sonra hərbi hissədən yenidən qaçıb. O, bir müddət gizlənməyə müvəffəq olub, lakin tezliklə onu yenidən saxlayıblar Krasnodardakı ixtisaslaşmış komendantlığa göndəriblər. Tanışların dediyinə görə, Krasnodarda saxlanılanları burada müharibədən yayındıqları üçün incidiblər, onları alçaldıblar. Aleksey Girevlə bərabər daha iki nəfərin də axtarışı davam edir.

Musavat.com
 
Ardını oxu...
İsrail yaxın aylarda İrandakı nüvə obyektlərinə hücum edə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşr yazıb ki, İsrail yaxın aylarda İranın nüvə obyektlərinə hücumu istisna edilmir.

ABŞ prezidenti Donald Trampın belə bir addımı dəstəkləməyə hələ hazır olmamasına baxmayaraq, İsrailin bu mövqeyi qətidir.

Məlumata görə, İsrail rəsmiləri Tehranın nüvə silahına sahib olmasının qarşısını alacaqlarına söz veriblər.

İsrailin baş naziri Benyamin Netanyahu təkid edib ki, İranla istənilən danışıqlar onun nüvə proqramının tamamilə ləğvinə gətirib çıxarmalıdır.

      

Ardını oxu...
Azərbaycan Ordusunun 4-cü Ordu birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.

TEREF “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri vəzifəsinə gətirilib.

Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.

Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsində iştirak edib. 2004-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu kimi xidmətdədir. XTQ komandanının maddi-texniki təminat üzrə müavini işləyib. Sonradan XTQ-nin Qərargah rəisi olub.

General-leytenat Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra Akif Pirverdiyev bir müddət XTQ-nin komandanı vəzifəsini icra edib.

2020-ci ilin 44 günlük Vətən müharibəsində polkovnik rütbəsində olan A.Pirverdiyev cəbhənin müxtəlif istiqamətlərində döyüşüb.

Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatını onun rəhbərlik etdiyi bölmələr həyata keçirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla A.Pirverdiyev “Zəfər” ordeni ilə təltif olunub.

O, bu ordenlə təltif olunan 33 zabitdən biridir.

A.Pirverdiyev 2022-ci ilin iyun ayının 25-də dövlət başçısının Sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb, daha öncə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.
 
Ardını oxu...
Rusiya Qərblə mümkün “tammiqyaslı ilk kosmik müharibə” üçün peykləri məhv edə biləcək silahlar hazırlayır.

TEREF Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Forbes” nəşri amerikalı kosmik təhlükəsizlik üzrə ekspert Viktoriya Samsonun açıqlamalarına istinadən məlumat yayıb.

Samson bildirib ki, Rusiya Müdafiə Nazirliyi “Nudol” tipli peyk əleyhinə raketləri nüvə başlıqları ilə təchiz etməyi nəzərdən keçirir.

Onun sözlərinə görə, bu raketlər “Starlink” sisteminin peyklərini vurmaq üçün də istifadə oluna bilər.

Ekspert əlavə edib ki, bu məlumatlar hələ tam sübuta yetirilməyib, lakin mövcud siqnallar Rusiyanın kosmik silahlanma yarışında fəal iştirak etdiyini göstərir.
 

Dünyapress TV

Xəbər lenti