Ardını oxu...
Rusiya qüvvələrinin Ukraynada irəliləməsi xeyli ləngiyib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci ilin birinci rübündə “ərazi qazancları” azalıb.

Kəşfiyyat məlumatlarına görə, 2025-ci ilin martında rus qoşunları Ukraynanın təxminən 143 kvadrat kilometr ərazisini ələ keçirib. 2024-cü ilin noyabr ayında isə Rusiya 700 kv.km-dən çox ərazini işğal etmişdi. O vaxtdan bəri Rusiyanın irəliləyiş tempi aydan-aya azalır. 2025-ci ilin martında rus qoşunlarının əsas irəliləyişi Donetsk bölgəsində olub.

"Rusiya əməliyyat mövqeyini yaxşılaşdıra bilmədi. Ukrayna qüvvələri də Pokrovsk ətrafındakı bəzi əraziləri geri alaraq taktiki əks-hücumlar həyata keçirib", - hesabatda qeyd edilib.
Ardını oxu...
 

2020-ci ildə 44 Günlük Müharibə zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsi ərazisindən müxtəlif ərazilərimizə edilən hücumların görüntüləri yayılıb.

Musavat.com "Bez Tormozov"a istinadən xəbər verir ki, 2020-ci ilə aid “Toçka-U” operativ-taktiki raket kompleksinin buraxılmasını əks etdirən arxiv video görüntüləri yayımlanıb. 

Qeyd edək ki, erməni terrorçuları tərəfindən dəfələrlə ölkəmizin müxtəlif əraziləri raketlərlə vurulub. Nəticədə çoxlu sayda mülki əhali şəhid olub, bir çoxu yaralanıb. 

Həmin görüntüləri təqdim edirik.

Musavat.сom

 

Ardını oxu...
Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Axar.az xəbər verir ki, bu barədə “Bez Tormozov” Teleqram kanalı erməni jurnalist Voskan Sərkisyana istinadən bildirib.

Erməni revanşistlər bildirirlər ki, şərti sərhəddə atəş səsləri eşidilir.

Ermənistanın iqtidaryönlü mediası isə şərti sərhəddə atəş açılması ilə bağlı məlumatı təkzib edib.
 
Ardını oxu...
Fələstinin HƏMAS hərəkatı hazırda müharibə zonası olan ərazilərdə israilli girovların yarısını sağ saxlayır.

"Report" xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeyd teleqram kanalında məlumat yayıb.

"Həyatda olan girovların yarısı İsrail hərbçilərinin bu yaxınlarda təxliyə edilməsini tələb etdiyi ərazilərdədir. Biz onları təhlükəsiz yerlərə köçürməmək qərarına gəldik, onları indi olduqları yerdə, güclü mühafizə altında saxlamağa qərar verdik. Lakin onların həyatları hələ də böyük təhlükə altındadır", - paylaşımda qeyd olunur.
 

Ardını oxu...
  176  04.04.2025 01:53  Dünya A  A 

Musavat.com xəbər verir ki, Rusiya paytaxtı Moskvanın əsas hava limanlarından olan Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rosaviatsiya yayıb.

Məlumata görə, hava limanları nə uçuş qəbul edir, nə də yeni reyslər göndərir. Bütün uçuşlar Şeremetyevo hava limanına yönləndirilib.

Xüsusilə Vnukovo hava limanı ilə bağlı bildirilib ki, burada “Kover” (Kilim) rejimi tətbiq edilib. Bu rejim Rusiya aviasiyasında fövqəladə və ya təhlükəsizlik səbəbiylə uçuşların və enişlərin məhdudlaşdırılması anlamına gəlir.

Rəsmi mənbələr məhdudiyyətlərin səbəbi ilə bağlı açıqlama verməyib, lakin bəzi yerli teleqram kanalları bölgədə təhlükəsizliklə bağlı ehtiyat tədbirləri görüldüyünü və hava məkanında müvəqqəti idarəetmə dəyişiklikləri tətbiq olunduğunu yazır.

Qeyd edək ki, Moskvanın bu üç əsas hava limanı – Vnukovo, Domodedovo və Jukovski – Rusiyanın daxili və beynəlxalq hava nəqliyyatında strateji rol oynayır. Məhdudiyyətlərin hansı müddətə qədər davam edəcəyi barədə məlumat yoxdur.

 

Musavat.com

Ardını oxu...

Ardını oxu...
“Rusiyada hazırlanmış lazer silahı Ukrayna münaqişəsinin gedişatını dəyişə bilər”.

Teleqraf xəbər verir ki, bu fikirləri “News.ru”ya müsahibəsində aviasiya general-mayoru Sergey Lipovoy deyib.

“Bu silahın uğurla sınaqdan keçirilməsi bir daha təsdiqləyir ki, bizim silah dizaynerlərimiz və silah-müdafiə kompleksimiz hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək uğura imza atıblar”, - deyə general vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibədə lazer silahından istifadə etdiyini açıqlamışdı.
 
Ardını oxu...
Goranboy rayonu, Kələk kənd sakini Süleymanova Tamilə Çingiz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciət edir:

"Hörmətli Prezident!

Hörmətli Zakir Həsənov!

Mən, Süleymanova Tamilə Çingiz qızı, yazaraq Sizdən xahiş edirəm ki, qətlə yetirilən oğlum Hüseynov Anar Yolçu oğlunun qanının batmasına imkan verməyəsiniz. Bunu Sizlərdən bir ana kim xahiş edirəm.

Bildirim ki, oğlumu 2024-cü il aprel ayının 1-də hərbi xidmətə yola saldıq. 3 ay Gəncə şəhərində xidmət etdi. 3 aydan sonra isə Şuşa şəhərindəki N saylı hərbi hissəyə göndərildi.

Şuşaya gedəndən sonra dəfələrlə zəng vurub, evdən pul istəyirdi. Bir-iki dəfə göndərdim, sonra gücüm çatmadı. Pul göndərə bilmədiyimə görə, oğlum dəfələrlə orada təhqir olunub, təzyiqlərə məruz qalıb.

Noyabr ayının 4-nə kimi oğlumu döyərək, ağır işgəncələr veriblər. Noyabr ayının 6-da səhər tezdən zəng vuraraq bildirdilər ki, oğlun özünü asıb. Dünyam başıma yıxıldı...

Cənab Prezident!

Cənab Zakir Həsənov!

Oğlum özünü asmayıb, onu işgəncə ilə öldürüblər. İndi isə heç bir qurum şikayətimə baxmır. Bu günə kimi oğlumun ölüm kağızını da ala bilməmişəm, vermirlər. Məhkəmə belə, olmayıb.

Mən Sizdən kömək istəyirəm, yalvarıram, oğlumu qətlə yetirənlər tapılıb cəzalandırılsın".

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
 

Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb. Belə bir addımın atılması üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib.

"Biz hərtərəfli 30 günlük atəşkəsə nail olmaq istəyirik. Buna nail olduqdan sonra müharibəni bərpa etmək çox çətin olacaq. Mən buna inanıram", - Kelloq deyib.

Onun fikrincə, indi müqavilə şərtlərini, yəni Ukrayna və Rusiyanın mövqelərini ifadə edəcək sənədləri formalaşdırmaq, sonra onları bir araya gətirmək lazımdır. Kelloq bildirib ki, ABŞ prezidenti Donald Tramp həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya lideri Vladimir Putinlə əlaqə saxlayır və o, iki ölkə arasında razılaşma əldə edə biləcək.

Ardını oxu...
Fotoda Əbdül bəy Tabasaranskidir. (Tabasaranlı)
Bakı realnı məktəbdə təhsil alıb. Çar ordusunun polkovniki rütbəsinə qədər yüksəlib. Birinci dünya müharibəsi iştirakçısı olub. Son vəzifəsi Osetin atlı dəstəsinin komandiri olub. Bir çox yüksək mükafatlar və adlar alıb.
Bakıda milyonçular yaşayan indiki Murtuza Muxtarov ( keçmişdə Poluxin, ondan öncə də Fars küçəsi )küçəsində mülkü olub.
Mənbələr:
(Доклад председателю Чрезвычайной Следственной Комиссии, члена той же Комиссии А.Е. Клуге по делу о насилиях, произведенных над мусульманским населением г. Баку, Киреев Ф.С. Герои и подвиги: Уроженцы Осетии в Первой мировой войне. — Владикавказ: Ир, 2010 və Albanvi, Ali. "Абдул-бек ат-Табасарани - полковник царской армии — Abdul-bey at-Tabasarani - colonel of the tsarist army)
Yazır:
"1918-ci ilin mart ayının 31- də keçmiş Nikolayevski küçəsi ilə hərəkət edən və Bakıda yaşayan erməni iş adamları, ziyalıları və ictimai xadimləri silahlı dəstələr ilə bir evlərə daxil olub, insanları küçələrə çıxarıb qətl edirdilər. Fars küçəsinə daxil olan erməni dəstəsi ilk öncə 8 qadın və bir uşağı küçəyə çıxardıb heç birinin and amanın dinləmədən güllələdilər.
Sonra isə Bala Əhməd Muxtarovun evində olan qonaqları, polkovnik Tabasaranskini, Sultan bəy Əmircanovu, həkim Kərim bəy Sultanovu, Cavad bəy Aşurbəyov və digərlərini küçəyə çıxıb güllələmək istəyəndə Hacı Zeynalabdin Tağıyev hadisə yerinə gəlir. Cibindən sənəd çıxarır və erməni ziyalıları və zabitlərinə təqdim edir ki, bəs O, bolşeviklər tərəfindədir, onlara yardım edib vaxtilə və bunun əvəzinə, güllələnmək üçün divara söykədilən şəxsləri azad edilməsini xahiş edir. Əvəzində pul və qızıl da verəcəyini söz verir.
Ermənilərin ona qulaq asmadığını görən Tağıyev Tabasaranskinin türk olmadığını deyib onu azad etməyə çalışsa da, erməni zabiti ona cavab verir ki, onlar daşnaklardır və bolşevik deyilər. Bolşeviklər onlara kömək etsələr də, onların sözü və vədi daşnaklar üçün keçərli deyil. Tabasaranski də onlar kimi müsəlman olduğu üçün öldürülməlidir..
Erməni zabiti Tağıyevi kənara itələyrək əsir götürülən şəxsləri güllələməyi əmr edir.
Sultanov və Aşurbəyovun cəsədlərini yanan "Dağıstan" mehmanxanasının alovlarına atmağı tapşırır.
Tağıyevin gözü önündə yerdə qalan meyitləri ayaqlayaraq İsmaliyyə binasına gedib oranı talan edirlər. Sonra isə od vururlar.
Tabasaranskinin cəsədi isə tanınmaz hala düşür və onu sonradan tanımaq mümkün olmur.."
Zaur Aliyev , dosent
TEREF
 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC-nin (Qəbələ RLS) direktoru İlkin Şıxqəmzəyev vəzifəsindən azad edilib. Bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Onun digər əmri ilə RLS-ə rəhbərlik Vasif Rzayevə həvalə olunub.

Yada salaq ki, Qəbələ RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olaraq 1985-ci ildə istismara verilib. Texniki parametrlərinə görə dünyada analoqu olmayan 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadir stansiya İran, Türkiyə, Hindistan da daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanına malik olub. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilirdi.

RLS Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, Ləki dəmir yolu stansiyasından 50 km məsafədə yerləşir. 210 hektar ərazini əhatə edir. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olub. Stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin SSRİ (daha sonra Rusiya) ərazisinə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS o zaman unikal stansiya hesab olunurdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya hərbçiləri uzun müddət RLS-dən heç bir hüquqi rəsmiləşdirmə olmadan istifadə etdilər. 2002-ci il razılaşması ilə Azərbaycanın mülkiyyəti olan stansiya Rusiyaya 10 il müddətinə (24 dekabr 2012-ci il tarixinədək) icarəyə verilib və informasiya-analitik mərkəz obyekt statusu əldə edib. İcarə haqqı ildə 7 milyon dollar təşkil etmiş, o cümlədən 15 milyon dollara yaxın elektrik enerjisi və kommunal ödənişlərin ödənilməsi də Rusiya dövləti tərəfindən həyata keçirilib. Rusiya infrastrukturun dəstəklənməsi və personalın maddi-texniki təminatına illik 50 milyon dollar xərcləyib. Stansiyanın fəaliyyəti 2 minə yaxın Rusiya hərbçisini, həmçinin müqavilə üzrə işləyən Azərbaycan vətəndaşını işlə təmin edib. 2011-ci ilin əvvəlinə stansiyada texniki resursun uzadılması işləri aparılıb, elementlərin müasirləşdirilməsinə başlanılıb. Lakin 9 dekabr 2012-ci ildə tərəflərin icarə dəyərinə dair razılığa gələ bilməməsinə görə Rusiya Qəbələ RLS-in istismarını dayandırdı. Bakı icarə haqqını aylıq 15 milyon dollara, sonra isə illik haqqı $300 milyon dollara qədər artırmaq istəyirdi. 2013-cü ildə bütün aparatlar sökülərək Rusiyaya geri aparıldı, rusiyalı hərbçilər qarnizonu tərk etdi və obyekt Azərbaycana təhvil verildi. Həmin il iyunun 6-da Qəbələ stansiyasını tamamilə əvəz edən Armavir yaxınlığında yeni nəsil “Voronej” döyüş növbətçiliyi stansiyasının açılışı həyata keçirilib.

Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə vermişdi. Stansiyada 1400 Rusiya hərbiçisi qulluq edirdi. Burada həmçinin Azərbaycan mütəxəssisləri də fəaliyyət göstərirdi.

Ümumilikdə stansiyada 2000 nəfər fəaliyyət göstərə bilərdi. 10 dekabr 2012-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata görə Rusiya RLS-in istismarını həmin gün dayandırdı. İstismarın dayanmasının səbəbi tərəflərin stansiyanın icarə müqaviləsinin uzadılması barədə şərtlərdə razılaşma əldə edə bilməməsi oldu. Heç bir ölkə obyektin icarəsi ilə bağlı maraqlı olduğunu bildirməyib. 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nin balansındadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatlara əsasən radiostansiya fəaliyyətini dayandırdıqdan sonra ətraf mühitə olan mənfi təsiri də dayanıb. Bəs RLS-i saxlamaq nəyə lazımdır, niyə sökülmür?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Qəbələ RLS bağlandıqdan sonra binası və yerləşdiyi ərazi 2014-cü ildə, Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindən çıxarılıb. Hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyindədir. Stansiyanın idarə edilməsi ilə məşğul olan “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC Dövlət Xidmətinə məxsusdur və oranın saxlanması üçün adıçəkilən MMC-yə dövlət büdcəsindən vəsait ayrılır: “Stansiyanın yenidən idarəetməyə verilməsi nəzərdə tutulmur. Rusiya ordusu icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyasından gedəndən sonra ətraf kəndlərdə yaşayan camaatın canı şüalanmadan qurtulub, həyatları normallaşmağa başlayıb. 15 ilə yaxındır Qəbələ RLS-dən rus hərbçiləri getsə də, bura nə təyinatı üzrə istifadə edilir, nə də sökülür. Buna baxmayaraq, ərazisi qorunur, içəri heç kim buraxılmır. Keçmiş Qəbələ RLS böyük bir ərazini əhatə edir. Yerli camaat istəyir ki, həmin ərazidən insanların faydası üçün istifadə olunsun. Qəbələ RLS əhəmiyyətini itirmiş bir stansiyadır. Vaxtilə bu stansiya SSRİ-nin müdafiə qüdrətinə güc qatırdı. Zamanla stansiyanın texniki göstəricilərini üstələyən, mobil komplekslər istifadəyə verildi. Bu gün Qəbələ RLS tipli stansiyanın saxlanması olduqca baha başa gəlir və bu cür məsrəflər iqtisadi baxımdan sərfəli deyil. İndiki dövrdə həmin obyektin əvvəlki təyinatı üzrə istifadəsi mənasızdır. Çünki daha mobil və çevik stansiyalar mövcuddur.

Qəbələ RLS-in kifayət qədər böyük ərazisi var. Vaxtilə o ərazilərdə 100 hektarlarla meşə massivləri olub. O ərazilərdə inşa olunmuş hərbi obyektləri söküb yerində meşə massivini bərpa etmək də mümkündür. Bundan sonra ərazinin bir hissəsini yerli əhaliyə paylamaq, bir hissəsində istirahət zonası, hotellər yaratmaq olar. Eyni zamanda güman edirəm ki, Qəbələ RLS-in məşhur böyük binasını tarix üçün, tarixi bina olaraq saxlamaq üçün sökmürlər. Artıq həmin ərazi, həmin obyekt insanlara heç bir təhlükə yaratmır. Güman edirəm ki, oranı gələcəkdə turistləri cəlb edən bir obyekt-muzey kimi də istifadə edə bilərlər. Bu cür nümunələr hazırda Pribaltikada mövcuddur. Pribaltikada SSRİ-dən qalma eyni RLS hələ də sökülməyib və muzey kimi istifadə olunur, kifayət qədər turist oranı ziyarət edir. Azərbaycan da bu təcrübəni keçmiş Qəbələ RLS üçün tətbiq eləyə bilər. Sökülmək qərarı veriləcəyi halda isə onu sökmək çətin deyil. Onu hər zaman edə bilərik. Ancaq həmin obyekti SSRİ-dən qalan tarixi abidə kimi gələcəkdə istifadə etmək olar".
 

Dünyapress TV

Xəbər lenti