![]() |
![]() ![]() ![]() |
|
Litva Ukraynaya 5 milyon avro dəyərində 4 500 pilotsuz uçuş aparatı (PUA) verib.
“Report”un xəbərinə görə, bu barədə Litvanın Müdafiə Nazirliyindən bildirilib.
PUA-ların növləri barədə məlumat verilmir.
Qeyd edək ki, bu il Vilnüs Kiyevi hava hücumundan müdafiə sistemləri, döyüş sursatları, PUA-lar ilə təchiz etməyi, minatəmizləmə sahəsində beynəlxalq koalisiyanın fəaliyyətini genişləndirməyi, Ukrayna müdafiə sənayesinin maliyyələşdirilməsində iştirak etməyi, habelə həmin ölkənin hərbçilərininin və onların hərbi kadrlarının hazırlanmasında iştirak etməyi planlaşdırır.
Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.
Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı təhlükəsizlik üzrə erməni ekspert Ayk Nahapetyanın ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanması və Amerika qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini şərh etməsindən danışıb.
Ətraflı videoda:
ABŞ Rusiya və Çində yaxşı qorunan hədəflərə qarşı nüvə silahı hazırlayır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NUSA) rəhbəri Cil Hrubi məlumat verib.
Qeyd olunub ki, həmin hədəflərə qarşı nüvə başlığına malik ballistik olmayan raketlər hazırlanır.
“Rusiya və Çində baş verən son hadisələr onu göstərir ki, daha çox məsələ barədə düşünməliyik”, - o bildirib