Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?
Alış-veriş zamanı bəzən rast gəldiyimiz ən yayğın narahatlıqlardan biri məhsulun kassada göstərilən qiyməti ilə etiketdəki qiyməti arasında fərqin olmasıdır. Müştəri kassaya yaxınlaşdıqda qarşılaşdığı fərqli yüksək məbləğ narazılıq yaradır.

Bəs belə hallarda hüquqi məsuliyyət kimdədir və alıcı nə edə bilər?

İqtisadçı ekspert Xalid Kərimli mövzunu həm hüquqi, həm də praktiki baxımdan izah edib:

İqtisadçının sözlərinə görə, alıcı etiketdə hansı qiyməti görürsə, kassada da həmin qiyməti ödəməlidir:

“İki qiymət arasında fərq olmamalıdır. Çünki etiketdə yazılan qiymət alıcını alqı-satqıya dəvət edən təklif sayılır. Bu isə müqavilə hüququ çərçivəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsində tənzimlənir. Mağaza etiketdə göstərilən qiymətə məhsulu müştəriyə satmağa məcburdur. Əgər qiymət dəyişibsə, lakin texniki səbəbdən etiket yenilənməyibsə, ya məhsul geri qaytarılmalıdır, ya da reputasiyasını qorumaq istəyən mağaza məhsulu köhnə qiymətlə satmalıdır”.

Xalid Kərimli əlavə edib ki, bir çox mağazada qiymətlər mərkəzləşdirilmiş sistemlə yenilənir. Bu dəyişikliklər etiketlərə vaxtında əks etdirilmirsə, bu artıq mağazanın məsuliyyətidir:

“Mağazalar qiymət yenilənməsi prosesinə ciddi nəzarət etməlidir. Əgər müştəri kassada etiketdən fərqli qiymətlə qarşılaşır və bu fərqlə razılaşmırsa, məhsulu almaqdan imtina edə və geri qaytara bilər. Nəzərə almaq lazımdır ki, hər müştərinin alış-veriş üçün planlaşdırdığı büdcəsi var və qiymət fərqi bu planı poza bilər”.

İstehlakçı hüquqları ilə bağlı məsələyə də toxunan ekspert bildirib ki, belə hallarda vətəndaş ilk növbədə problemi mağaza rəhbərliyindən həll etməyi tələb etməlidir:

“Əgər qiymət fərqi ortadan qaldırılmırsa, müştəri aldığı məhsulu geri qaytara bilər. Problem mağaza daxilində həll olunmadıqda isə vətəndaş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şəkildə müraciət edə bilər. Əgər burdan da narazı qalarsa, məhkəməyə müraciət etmək hüququ var. Amma adətən inzibati orqanlar bu məsələlərə daha operativ reaksiya verirlər”.
Günay
 

Bölmənin digər xəbərləri

05 İyun 2025 Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi: “Özünü ifşa etdi...” - EKSKLÜZİV
05 İyun 2025 Araz Musayev: Azərbaycana gəlməyə qorxuram
05 İyun 2025 Naxçıvanda dəhşət SEL SULARI TƏHLÜKƏ YARATDI - VİDEO
05 İyun 2025 Silahlı Qüvvələri günüylə əlaqədar 4 gün iş olmayacaq
05 İyun 2025 Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi:
05 İyun 2025 “Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
04 İyun 2025 70 yaşlı icra başçısı 14 ildir ki VƏZİFƏ BAŞINDADIR - TƏFƏRRÜAT
04 İyun 2025 Azərbaycanda DƏHŞƏT: Yanmış evdən dörd nəfərin meyiti tapıldı
04 İyun 2025 Bakının bu rayonunda yeni park salınacaq – 2,4 milyon ayrıldı
04 İyun 2025 Sədr vəzifəsini itirdilər
04 İyun 2025 Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 04-də hava necə olacaq
03 İyun 2025 Şəhərin mərkəzində söküntü – Sakinlər verilən puldan narazıdır – Video
03 İyun 2025 Ağır qəza: İki məktəblini maşın vurdu
03 İyun 2025 Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)
03 İyun 2025  Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib - VİDEO
02 İyun 2025 Şirkət müştərilərinə atıb qaçdı - İTTİHAM
02 İyun 2025 SON DƏQİQƏ: Türkiyə yenə titrədi - Bu dəfə Alanyada 4 bal
02 İyun 2025 Adı Saleh olan, əməli saleh olmayan adam – İki səhvi 4 aylıq həbslə nəticələnidi
02 İyun 2025 “Quru sərhədlər bu tarixə qədər bağlı qalacaq” – Cavanşir Abbaslı
02 İyun 2025 Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür — VACİB AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti