Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də (AzTV) yoxlamalar başlayıb. Tribunainfo.az Konkret.az-a istinadən xəbər verir ki, artıq televiziyanın maliyyə və kadrlar şöbələrində bütün sənədlər araşdırılır.
"DogruXeber.az" bildirir ki, bununla bağlı AzTV-nin mətbuat xidmətinə və televiziyanın elektron poçt ünvanına sorğu ünlanladıq və yoxlamaların hansı qurum tərəfindən aparıldığını öyrənməyə çalışdıq.
Ancaq dəfələrlə zəng etməyimizə baxmayaraq nə telefonlara, nə də yazılı sorğumuza cavab verən oldu.
Ancaq əldə etdiyimiz məlumata görə, yoxlamalar Hesablama Palatası, yaxud Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
P.S. Qeyd edək ki, bundan əvvəl də televiziyada ciddi yoxlamalar aparılıb. Müəyyən edilən mühüm nöqsanlara baxmayaraq, AzTV rəhbərliyi haqqında heç bir ölçü götürülməyib.