Ardını oxu...
 

Günün ikinci yarısında hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

"Report"un məlumatına görə, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası”, onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq, digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Bu gün onların cinayət işi üzrə də məhkəmə istintaqın açıq elan ediləcəyi və prokurorun ittiham aktının nəticəvi hissəsini elan edəcəyi gözlənilir.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Ardını oxu...
  

Türkiyənin "TAYFUN" uzaqmənzilli ballistik raketinin test atışı uğurla həyata keçirilib.

Musavat.com xəbər verir ki, Rizədə keçirilən sınaq zamanı raket 560 km uzaqlıqdakı dəniz hədəfini yüksək dəqiqliklə vurub.

Bu uğurlu sınaq Türkiyənin müdafiə sənayesindəki texnoloji gücünü və raket sistemlərində əldə etdiyi irəliləyişləri bir daha təsdiqləyir.

 

 
 
 
 
 

 

Musavat.com

Ardını oxu...
Çeçenistandan xüsusi təlim keçmiş bir qrup dəstə Ukrayna ilə müharibəyə yola salınıb.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

“Hər bir könüllü Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin təlimatçılarının rəhbərliyi altında hərtərəfli döyüş hazırlığı keçib”, - o yazıb.
 
Ardını oxu...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.

"TRT Haber" xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Ayn Əl- Ərəb bölgəsi üzrə kəşfiyyat rəhbəri Mahmud Ağca öldürülüb.

Məlumata görə, o, 2015-ci ildə Türkiyədə baş tutan terror aktlarının əsas təşkilatçılarından olub. M.Ağca həmin terror aktları üçün Suriyadan partlayıcı maddə və terrorçu təminatını həyata keçirib.

Məlumat üçün bildirək ki, 2015-ci il ərzində Türkiyənin müxtəlif şəhərlərində ümumilikdə səkkiz terror aktı törədilib. Nəticədə ümumilikdə 550-ə yaxın adam ölüb.

O, 2006-cı ildən PKK/YPG terror təşkilatında fəaliyyət göstərdiyi bildirilir.
 
Ardını oxu...
Putin Ukrayna müharibəsini bitirməyə hazırlaşmır. Hazırda Rusiya hərbi komandanlığı yeni uzunmüddətli əməliyyatlar planlaşdırır.

TEREF Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu çıxış edib.

Məlumata görə, Rusiyanın yeni əməliyyatı 9 ay çəkə bilər. İnstitut Rusiyanın məqsədinin Xarkov vilayətinin Kupyansk şəhərini ələ keçirmək olduğunu söyləyib:

“Rusiyanın metodları göstərir ki, onlar yavaş-yavaş cəbhəboyu şəhərləri ələ keçirmək istəyirlər. Putin müharibəni bitirmək istəmir, çünki Rusiya komandanlığı yeni uzunmüddətli əməliyyat planlaşdırırlar”.
 
Ardını oxu...
İranın hərbi potensialı müdafiə məqsədlərinə xidmət edir və milli təhlükəsizliyi təmin edir.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Kompleksinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, hökumət ölkənin müdafiə sənayesinin inkişafını tam dəstəkləyir:

“Vaxt var idi ki, düşmənimiz sərbəst şəkildə bizə hücum edə bilirdi. İraqla müharibə zamanı bizim quru və hava məkanımıza məhdudiyyətsiz çıxış imkanı var idi ki, bu da onlara istədikləri kimi hərəkət etməyə imkan verirdi. İranın müasir hərbi irəliləyişləri indi ölkənin artıq xarici təhdidlərə və ya ambisiyalara qarşı həssas olmamasını təmin edir. Düşmənlərimiz artıq keçmişdə olduğu kimi xalqımızı raket zərbələrinə və bombardmanlara məruz qoya bilməz. Bu gün burada gördüyümüz İranın başqalarına hücum etmək üçün deyil, ölkəni müdafiə etmək üçün nəzərdə tutulmuş müdafiə gücünün təcəssümüdür”.
Ardını oxu...
ABŞ prezidenti Donald Tramp hərbçilərə Somalidə İŞİD terror təşkilatının liderlərindən birinə hədəfli zərbə endirmək əmri verdiyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

"Bu səhər mən orduya İŞİD-in güclü hücum plançısı və onun Somalidə topladığı və rəhbərlik etdiyi digər terrorçulara qarşı dəqiq hava zərbələri endirməyi əmr etdim", - o, “Truth Social” hesabında yazıb.
 
Ardını oxu...
Finlandiya Müdafiə Nazirliyi Ukraynaya ümumilikdə 198 milyon avro dəyərində 27-ci hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Bu barədə məlumatı departamentin mətbuat xidmətinə istinadən "Yle" yayıb.

Təchiz olunan materialların siyahısı, çatdırılma müddətləri və üsulları ilə bağlı təfərrüatlar açıqlanmır. Qeyd olunur ki, yardım paketi razılaşdırılarkən Ukraynanın ehtiyacları və Finlandiyanın hərbi-sənaye kompleksinin imkanları nəzərə alınıb.

Ümumilikdə, 2022-ci ildən Finlandiya Kiyevə hərbi ehtiyaclar üçün 2,5 milyard avro dəyərində silah və digər texnika göndərib.
 
 
 
Ardını oxu...
Son dövrlər Türkiyə və Azərbaycan arasında hərbi sferada müşahidə olunan intensivlik diqqət çəkir.

Yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilməsindən qısa müddət sonra nazirin müavini, Quru Qoşunlarının Komandanı general-polkovnik Hikmət Mirzəyevin Türkiyəyə səfər etməsi maraq doğurub.

Hər iki toplantı əməliyyat masası başında reallaşıb və Quru Qoşunları komandanları, generalların iştirakı ilə baş tutub.

Bu iki toplantı arasında nə kimi əlaqə var?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Yaxın Şərqdə baş verən olaylar, İran ətrafında hadisələrin inkişafı, Cənubi Qafqazda Ermənistanın müharibə ritorikası Türkiyə və Azərbaycanın hərbi rəhbərlərinin davamlı müzakirələr aparmasını zəruri edir:

“Bu iki ölkənin generallarının qısa müddətdə iki dəfə ayrı-ayrılıqda hər iki ölkədə görüş keçirməsini regionda və bütün dünyada hərbi-siyasi vəziyyətin olduqca gərgin şəraitdə davam etməsi ilə əlaqələndirirəm.

Həm Yaxın Şərq, həm də Cənubi Qafqazda vəziyyət o qədər qeyri-sabitdir ki, istənilən halda qarşıdurma silahlı insidentə çevrilə bilər. Belə hadisə baş verərsə, təbii ki, Türkiyə və Azərbaycanın anında müdaxiləsi tələb olunacaq. Düşünürəm ki, Türkiyə və Azərbaycan generalları belə hadisələr zamanı müdaxilə etmək üçün hazırlıq işləri aparırlar.

Regiondakı vəziyyətə diqqətlə nəzər yetirdikdə Türkiyənin Suriyadakı əməliyyat şəraitinə nəzarət etməsi yeni fazaya keçmək ərəfəsindədir. Oradakı kürdlər ABŞ və İsrailin dəstəyi ilə silahı yerə qoyub yeni hökumətə qoşulmaqdan imtina edir. Görünən odur ki, uzun müddət belə davam edə bilməyəcək və Türkiyə Suriya qoşunları ilə birlikdə orada PKK-çılara qarşı əməliyyata başlaya bilər. Bu əməliyyat zamanı Azərbaycan hərbçilərinin də türk ordusu ilə çiyin-çiyinə döyüşəcəyi istisna olunmur. Bu barədə kütləvi informasiya vasitələrində artıq bəzi məlumatlar verilib”.

Ekspert hesab edir ki, Ermənistanın hərbi ritorikası – ciddi şəkildə silahlanması və sərhəddə istehkam qurğuları yaratması Azərbaycanı da ehtiyat tədbirləri görməyə məcbur edir:

“Bakı haqlı olaraq düşünür ki, İrəvan bu hazırlıqları müharibə üçün görür. Belə olan halda Türkiyə və Azərbaycan öz hərəkətlərini koordinasiya etməyə məcburdurlar. Ermənistanla gözlənilən müharibə vəziyyətində bu vaxta qədər olduğu kimi yenə də Azərbaycan və Türkiyə əsgərləri bir yerdə olacaqlar.

İrana qarşı ABŞ və İsrail tərəfindən gözlənilən müharibə də Türkiyə və Azərbaycanın müzakirələr aparmasına zəmin yaradır.

Regional proseslər Türkiyə və Azərbaycan hərbçilərindən vəziyyətin istənilən istiqamətdə inkişafına hazır olmağı tələb edir. Müdafiə naziri Zakir Həsənovun Xankəndidə, Hikmət Mirzəyevin Ankarada həmkarı ilə görüşü, düşünürəm ki, bu hazırlıqlarla bağlıdır”.
 
 
 
Ardını oxu...
Yanvarın 20-də andiçmə mərasimində Tramp bildirmişdi ki, qeyd olunan sistem ölkə daxilində istehsal olunacaq.
ABŞ Prezidenti Donald Tramp "Dəmir Qübbə" milli raketdən müdafiə sisteminin hazırlanması haqqında fərman imzalayıb. Bildirilib ki, fərmanın dərc edildiyi andan 60 gün ərzində müdafiə naziri Prezidentə yeni nəsil raketdən müdafiə qalxanının arxitekturasını və yaradılması planını təqdim etməlidir.
Sənəd Floridadan Merilend ştatına uçuş zamanı imzalanıb.
Yanvarın 20-də andiçmə mərasimində Tramp bildirmişdi ki, qeyd olunan sistem ölkə daxilində istehsal olunacaq.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yeni sədri Rocer Uiker iki il ərzində müdafiə maliyyəsini 200 milyard dollar artırmaq və departamentin satınalma sistemini daha çevik etmək niyyətindədir.
Uikerin ofisi hazırda müzakirə olunan qanun layihəsi çərçivəsində ABŞ prezidenti Donald Trampdan müdafiə büdcəsini artırmağa nail olmaq istəyir. Uiker hesab edir ki, bununla "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini, yeni hərbi texnikanı və sualtı qayıqları yaratmaq mümkün ola bilər. Ayrılan vəsait büdcə xərclərinə görə yaradılması sual altında olan yeni nəsil "hava üstünlüyü" qırıcısının layihəsinin maliyyələşdirilməsinə yönəldilə bilər.
Uiker yeni müdafiə satınalma planı təklif edir. Konqres tərəfindən bu qəbul olunarsa, Pentaqonun satınalma sistemini kökündən dəyişdirə, bəzi müdafiə firmalarını və kommersiya şirkətlərini ağır müqavilə prosedurlarından azad edə bilər.
Bəs ABŞ "Dəmir Qübbə"sinin yaradılması nə qədər realdır?
Rusiyalı hərbi analitik Viktor Litovkin deyir ki, ABŞ-ı qorumalı olan qübbənin birbaşa İsrailə, İsrail "Dəmir Qübbəsi"nə heç bir aidiyyatı yoxdur:
"Ona görə də belə bir hava hücumundan müdafiə və raketdən müdafiə sistemini necə yaradacaqları böyük sualdır. ABŞ Kanada ilə birlikdə NORAD adlı hava hücumundan müdafiə sisteminə malikdir. Amma görünən odur ki, o, Birləşmiş Ştatların ərazisini tam müdafiə etmir. Trampın vədlərinin necə yerinə yetirəcəyini kimsə bilmir. Hətta 45-ci prezidentliyi dövründə o, heç kimdə olmayan super duper raket yaratmağa söz vermişdi. Amma indi o, ikinci dəfə hakimiyyətə gəlib və super raket ABŞ-də yoxdur".
Politoloq Elşən Manafov xatırladıb ki, ABŞ prezidenti Tramp seçkiqabağı təşviqat kompaniyası zamanı Rusiya və Ukrayna arasında müharibəni 24 saata dayandıra biləcəyi ilə bağlı vədlər vermişdi:
"İnaqurasiya prosesindən sonra belə məlum olur ki, onun bu vədləri populist xarakter daşıyırmış və hərbi əməliyyatların dayandırılması ABŞ-nin bununla bağlı istəyi və iradəsindən asılı deyil. Tramp bu məsələdə qətiyyətli olduğunu nümayiş etdirmək üçün Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparacaq səlahiyyətli nümayəndəsini təyin edib. Onun isə İndepent nəşrinə verdiyi müsahibədən belə məlum olub ki, hazırkı mərhələdə Trampın əsas məqsədi hərbi əməliyyatların 100 gün müddətinə dayandırılması istəyidir".
Politoloq bildirir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin sülh danışıqlarına hazır olduğunu bildirib və bu zaman Rusiyanın hər hansı barışıq müqaviləsinə deyil, məhz uzun müddətli və dayanıqlı sülhü təmin edə biləcək danışıqlara hazır olduğunu, danışıqlar zamanı isə Rusiya şərtlərinin nəzərə alınmasının vacibliyini vurgulayıb:
"Bu şərtlər isə Rusiyaya referendum yolu ilə birləşdirilmış ərazilərin yeni statusunun Ukrayna və Qərb tərəfindən qəbul edilməsi, Ukraynanın heç bir vəchlə NATO-ya daxil olmayacağı ilə bağlı təminatların verilməsidir. Rusiya tərəfinin qətiyyətli mövqeyi isə ABŞ-nin yeni administrasiyasını təmin etmədiyindən, görünür Ağ Ev Rusiyaya iqtisadi təzyiq vasitələrini gücləndirməklə yanaşı ehtimal oluna biləcək hərbi qarşıdurma ərəfəsində özünün hava məkanının təhlükəsizliyinin daha yuksək səviyyədə təmin edilməsi üçün əlavə tədbirlərə əl atmaq məcburiyyətində qalıb. Etiraf etmək lazımdır ki, ballistik qanadlı raket, habelə hipersəs keyfiyyətlərinə malik raketlərin kütləvi hücumundan ABŞ-ı daha etibarlı şəkildə qorumaq üçün Tramp hələ seçkiqabağı kompaniyası zamanı belə bir fərmana imza atacağı ilə bağlı vədlər vermişdi".

Politoloqun sözlərinə görə, hərbi mütəxəssislər ABŞ-nin "Dəmir Qübbəsi"nin etibarlı və effektiv olmayacağı, habelə ona baha başa gələcəyi ilə bağlı fikirlər səsləndirirlər:
"ABŞ ərazisi İsraillə müqayisəyə gəlməyəcək dərəcədə nəhəng olduğundan belə bir sipərin hazırlanması müşkül görünür. "Dəmir Qübbə" idarəolunmayan, imkanları 50 km dən 200 km ə qədər olan taktiki raketlərdən qorunmaq üçündür. Onun bir batareyası təxminən 1,5 min kv.km ərazini müdafiə edə bilir. Digər tərəfdən keçən il İranın İsrailə kütləvi raket və pilotsuz təyyarələrlə hücumu zamanı İsrailin "Dəmir Qübbəsi"nin deyildiyi qədər effektiv və etibarlı olmadığı üzə çıxdı".
Politoloq qeyd edib ki, Rusiyanın Oreşnik kimi raketlərinin hədəfə vurma imkanları 2000 km-ə qədərdir və hipersəs keyfiyyətlərinə malik bu raketlərin uçuş trayektoriyasını müasır hava hücumundan müdafiə sistemləri aşkar etmək qabiliyyətinə malik deyillər.
"Bu raketlər kütləvi qırğın silahları deyil, lakin, partlayışın radiusu və zərbə gücü nüvə silahına bərabərdir. ABŞ-nin bu sahədə Rusiya ilə müqayisədə hərbi gücünün arzuolunan səviyyədə olmadığını etiraf etmək iqtidarında olmayan Tramp rusiyalıların bu siahın sirrini guya ki, ABŞ-dən oğurlamaları ilə bağlı fikirləri səsləndirməklə cudanı çuvalda gizlətdiyini zənn edir. Bütün bunlarla yanaşı Tramp və Aİ ilə Ukrayna-Rusiya savaşının perspektivləri ilə bağlı məsələlərə münasibətdə fikir ayrılıqlarının olması şəksizdir və bu faktor Rusiya ilə problemləri güc müstəvisi üzərində həll etməyə çalışan Qərb alyansının xeyrinə deyil", - politoloq fikirlərini yekunlaşdırıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti