Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? –
Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın dərinliklərində həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı dünyanın diqqət mərkəzindədir. Məsələ heç də onda deyil ki, bu bombardmançı təyyarələrin məhvi Rusiyanın Ukraynada apardığı müharibəyə ciddi şəkildə təsir edəcək.

Rusiya 4-cü ilə keçən müharibə boyu cəmi bir neçə dəfə Ukraynanın uzaq məsafədən bombalanmasında bu təyyarələrdən istifadə edib. Ukraynanın infrstrukturuna zərbələr əsasən “İsgəndər”, “Kalibr”, “Xəncər”, X-101 və s. raketləri ilə endirilir və bunların buraxılması üçün strateji bombardmançılar qaldırılmır.

Məsələ Rusiyanın dərinliklərində, cəbhə xəttindən 3-4 min km məsafədə yerləşən aerodromlara – həm də Rusiyanın ciddi şəkildə qoruduğu obyektlərə - hücumdan gedir. Ukraynanın məhv etdiyi təyyarələrlə faktiki olaraq Rusiya həmişə öyünüb, qürur duyub, onların xüsusilə Cənubi Amerika və yaxud hansısa uzaq ölkəyə “birbaşa uçuşları” Rusiyanın gücünün və sözügedən ölkələrə istisnasız dəstəyinin nümayişi kimi təqdim edilib.

Yəni Ukrayna Putinin qürurlandığı, fəxr etdiyi təyyarəni məhv etdi və bu, növbəti əməliyyatdır: bundan əvvəl Putinin xüsusi həssasiyyətlə yanaşdığı Krım körpüsünə zərbə endirilmişdi.

Analoji əməliyyatdır: 2022-ci ildə, Putinin ad günü “sürprizi” olaraq Krım körpüsünün partladılması əməliyyatı da partlayıcının Rusiya ərazisinə keçirilməsi və Krıma göndərilməsi ilə icra olunmuşdu; indi də konteynerlər Rusiya ərazisinə keçirilir və Rusiyanın öyündüyü strateji raket daşıyıcılarının yanına yerləşdirilir, sonra total hücum başlayır.

Bütün ekspertlər bu hücumu Yaponiyanın Pyorl Harberə hücumu ilə müqayisə edir və yaxud az qala hər kəs bunu “Tramp Ukraynanın kartının olmadığını deyirdi, varmış” kimi qiymətləndirməkdə maraqlıdır. Ancaq əsas sual bu olmalıdır: Ukrayna kanteynerləri hansı ölkə ərazisindən Rusiyaya ötürə bilib?

Ukrayna bundan əvvəlki analoji əməliyyatı Ermənistan üzərindən həyata keçirmişdi: Krım körpüsünə hücum üçün “zəif bənd” olaraq Ermənistan seçilmişdi və bu da təsadüf deyil.

Ermənistan Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində müstəsna rol oynayan əsas ölkədir. Ermənistan Avropadan hansısa yolla qəbul etdiyi malların təyinatını dəyişməklə, “təkrar ixrac” əməliyyatı aparır və Rusiyaya göndərir. Bu, artıq Avropa Birliyi üçün də gizli deyil və dəfələrlə nümuzlu beynəlxalq nəşrlər bu məsələyə toxunub, Ermənistanın Rusiyaya sanksiyaların dəlinməsindəki roluna AB-nin göz yumması da müzakirə edilib.

Krım körpüsünə hücumda partlayıcı maddənin Rusiyaya asanlıqla ötürülməsinin bir səbəbi də elə bu idi: Avropadan gələn mal Ermənistandan yenidən sənədləşdirilərək, adı dəyişdirilmişdi və “Ermənistanın ixracı” kimi Rusiyaya göndərilmişdi – Ermənistan Aİİ üzvü olduğu üçün Rusiyaya göndərdiyi məhsullar da sərhəddən daha az nəzarətlə qəbul edilir.

Krım körpüsü partladılandan sonra Ermənistandan gələn malların Rusiya sərhəd-keçid məntəqəsində ciddi yoxlanılmasına başlanmışdı. Bu, hətta Ermənistanın rəsmi şəkildə bir neçə dəfə narazılığına da səbəb olmuşdu. Ancaq aradan bir müddət ötdükdən sonra Ermənistandan gələn yük maşınlarının Rusiya sərhədindən keçidi yenə də “sadələşdi”.

Beləliklə, Ukrayna xüsusi xidmət orqanları analoji əməliyyatı yenə də Ermənistan üzərindən keçirə bilməzmi?

Bölmənin digər xəbərləri

05 İyun 2025 Hacıyevin mesajı: Türkiyədə Bakını hədəf alanlar kimlərdir?
05 İyun 2025 Kreml Putin-Tramp danışığının detallarını açıqlayıb
05 İyun 2025 Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı
05 İyun 2025 Ölkəni silkələyən 2 milyardlıq araşdırma: - “Mətbuat azadlığı”, “insan haqları” və “demokratiya”...
04 İyun 2025 Şahramanyana qarşı yeni ittihamlar
04 İyun 2025 Trampın nəvəsinə elçi getdi, həbs olundu – Mar-a-Laqoda şok olay!
04 İyun 2025 Moskvada müsəlmanları təhqir edən erməni cəzalandırıldı
04 İyun 2025 Vens Harvardla düşmənçiliyin səbəbini açıqladı: Prezident seçkilərində...
04 İyun 2025 Rusiyadan danışıqlar imitasiyası: Moskva Kiyev qarşısında elə tələblər qoydu ki...
04 İyun 2025 200-dən çox insan zəlzələdən istifadə edərək həbsxanadan qaçıb
04 İyun 2025 Yəqin ona “Mişa, Medvedyevliyini saxla ara soyuyana” deyiblər.
04 İyun 2025 Agentlik xarici blogerləri Azərbaycana gətirir - 1,2 milyon manat xərcləyəcək
03 İyun 2025 Rusiyada anti-Azərbaycan isteriyası - daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...
03 İyun 2025 CHP qurultayı ilə bağlı istintaq başa çatıb: Kılıçdaroğlu zərərçəkmiş, İmamoğlu şübhəli olub
03 İyun 2025 Qərbin dəstəyi olmadan Ukrayna bu əməliyyatı keçirə BİLMƏZDİ - Elçin Xalidbəylidən DƏRİN TƏHLİL
03 İyun 2025 Makronun heykəli oğurlandı
03 İyun 2025 ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı nə düşünür?
03 İyun 2025 FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib - TƏFƏRRÜAT
03 İyun 2025 Kreml üçün “qara gecə”: Rusiya kəşfiyyatı zəif damarından vuruldu – Tarixi biabırçılıq
02 İyun 2025 Polşada exit-poll Tşaskovskini göstərir - Tşaskovski-50.3%

Dünyapress TV

Xəbər lenti