Ardını oxu...
  

Rusiya hərbçiləri Ukrayna dronlarını vurmaq üçün Çində istehsal edilmiş Silent Hunter adlı lazerli hava hücumundan müdafiə sistemini silahlanmaya daxil ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb və bildirilir ki, lazer sistemi "Köçəri" adlı xüsusi təyinatlı mobil PVO qrupu tərəfindən tətbiq olunur.

Ukraynalı hərbi ekspertlər yayılan kadrlarda “Şçedrik”, “Skywalker X8” və “Distractor” pilotsuz uçuş aparatlarının məhz bu sistem vasitəsilə vurulduğunu müəyyən ediblər. Kadrlara əsasən, Rusiya ordusu 30 kVt gücündə lazerə malik olan Silent Hunter kompleksini 2024-cü ildə əldə edib. Sistem Çin Mühəndis Fizikası Akademiyası tərəfindən hazırlanıb.

Maraqlıdır ki, eyni zamanda Böyük Britaniya hələ də öz lazer əsaslı PVO sistemlərini Ukraynaya verib-verməməyi düşünür.


Musavat.com


Ardını oxu...
  

NATO ölkələri iyunun 3-də Baltik dənizində Baltops-2025 hərbi təlimləri keçirmək niyyətindədir.

Mayın 27-də – "adi vaxtdan bir ay tez" – Rusiyanın 20 hərbi gəmisi də təlimlər keçirmək üçün Baltikyanı ölkələrə doğru yola düşüb.

Nəşr bunun tərəflər arasında münasibətlərdə əlavə gərginlik yarada biləcəyini irəli sürüb.

Nəşr Bonn Universitetinin (CASSIS) analitik mərkəzinin baş elmi işçisi Moritz Brakedən sitat gətirir: "Baltik dənizində baş verənlər daha ciddi eskalasiyaya çevrilmək təhlükəsi daşıyır".

Eyni zamanda, Kil Universitetinin Dəniz Strategiyası və Təhlükəsizliyi Departamentinin rəhbəri Yohannes Petersin sözlərinə görə, Rusiyanın hərəkətləri tamamilə qanunidir. Onun sözlərinə görə, Rusiyanın manevrləri qarşı tərəfin kəşfiyyatı və müşahidəsinə yönəlib.

Baltik Donanmasının mətbuat xidmətinin məlumatına görə, Şimal Donanmasının qüvvələri Rusiya Aerokosmik Qüvvələri, Moskva və Leninqrad Hərbi Dairələrinin dəstəyi ilə keçirilən təlimlərdə iştirak edir.**report.az

 
 
 

Ardını oxu...
 

Ukrayna mənbələrinin verdiyi məlumata görə, iyunun 1-nə keçən gecə saat 00:50-yə olan vəziyyətə əsasən, ölkə üzərində 150-yə yaxın İran istehsalı “Şahed” tipli kamikadze dron havaya buraxılıb. Pilotsuz uçuş aparatları daha əvvəlki hücum marşrutları üzrə irəliləyir.

Musavat.com xəbər verir ki, dron hücumlarının hələ də davam etdiyi və bu gecə ərzində ümumilikdə 300-400 ədəd “Şahed”in buraxılmasının gözlənildiyi bildirilib.

Bu, Ukraynaya qarşı istifadə edilən kamikadze dronların sayına görə yeni rekord ola bilər.

Ukrayna hərbi və təhlükəsizlik strukturları ciddi hava təhlükəsi barədə əhalini xəbərdar edib və bütün ölkə üzrə mümkün hücumlara qarşı hazırlıq vəziyyətinə keçilib.

Toğrul İSMAYIL,
Musavat.com

Ardını oxu...
“Önəmli olan təyyarənin niyə vurulmasıdır”.

“Qafqazinfo” xəbər verir ki, Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan ilk dəfə Pakistanın Hindistan təyyarəsini vurduğunu təsdiqləyib.

Onun sözlərinə görə, vurulan Hindistan təyyarəsinin idarəetməsində taktiki səhvlər olub:

“Yaxşı tərəfi odur ki, etdiyimiz taktiki səhvi anlaya bildik, düzəldə bildik, iki gün sonra onu yenidən həyata keçirə bildik və bütün təyyarələrimizi yenidən uzaqmənzilli hədəfləri vurmaq üçün uçura bildik”.

Xatırladaq ki, tərəflər arasında toqquşmalar aprelin 22-də Cammu və Kəşmirin Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra başlayıb.
 
Ardını oxu...
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin bir qisminin adları da yer alıb.

"DogruXeber.az" xəbər verir ki, sənədlərdə qeyd edilib ki, Gəncə şəhərini yenidən hədəf alaraq Ermənistan silahlı qüvvələrinin bu ölkənin Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, "Elbrus" taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, "İsgəndər" taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan, əvvəlki hücumlarda istifadə edilmiş silah növlərindən daha böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik trayektoriyalı "Elbrus" taktiki raket kompleksi Ermənistanın Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) rayonunun ərazisinə gətirilib.

2020-ci il oktyabrın 11-də saat 2 radələrində döyüşə hazır vəziyyətə gətirilmiş həmin raket kompleksindən fuqaslı təsirə malik olan, "8Ф44" tipli döyüş başlığı ilə təchiz edilmiş raket böyük insan tələfatı törətmək məqsədilə və Gəncə şəhərinin silahlı münaqişə zonası hesab edilməyən, hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə düşünülmüş şəkildə hədəfə yönəldilərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən 3 saylı 2 mərtəbəli, 4, 5 və 7 saylı 1 mərtəbəli yaşayış binalarının üzərinə 1 ədəd atılıb. Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 2-də davam etdiriləcək.

Ardını oxu...
  

Fələstinin HƏMAS hərəkatı hazırda Qəzza zolağında atəşkəs üçün aldığı son təkliflə bağlı məsləhətləşmələr apardığını təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qrupun bəyanatında deyilir.

“Həmas Fələstin qrupları ilə ABŞ-ın xüsusi nümayəndəs Steven Uitkoffun atəşkəs təklifini müzakirə etməyə davam edir”, - bəyanatda bildirilir.

Mayın 30-da hərəkatın siyasi büro üzvü Basem Naim izah edib ki, qrup Uitkoff planına İsrailin də cavabını alıb. O, bunun Fələstin xalqının heç bir tələbinə cavab vermədiyini hesab edir.


Ardını oxu...
  

Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır:

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır".

Ardını oxu...
Bəhramç (Hilmənd əyaləti) mübahisəli sərhəd bölgəsində Əfqanıstanın "Taliban" hərəkatı ilə Pakistan ordusu arasında döyüşlər başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” “X” sosial şəbəkəsində məlumat yayıb.

“Toqquşmalar sərhəddə yeni Pakistan nəzarət-buraxılış məntəqələrinin tikintisi fonunda baş verib”, - nəşr bildirib.

Hazırda sərhəd bütün nəqliyyat növləri üçün tamamilə bağlıdır.

Martın 8-də Pakistanın ədliyyə üzrə dövlət naziri Aqil Malik bildirib ki, terrorçular Əfqanıstanda qalan Amerika silahlarından Pakistanda cinayət törətmək üçün istifadə edirlər. Onun sözlərinə görə, terrorçular bu yaxınlarda Pakistanın qərbindəki Xayber Paxtunxva əyalətindəki hücumlarda bu silahlardan istifadə ediblər.

Yanvarın 21-də bildirilib ki, "Taliban" ABŞ-a 7 milyard dollarlıq silah arsenalını qaytarmaqdan imtina edib.

"Bloomberg"in Kabildəki mənbəsi deyib ki, "Taliban" rejimi ABŞ-dan İŞİD-ə qarşı mübarizə aparmaq üçün Amerika ordusunun Əfqanıstandan tələsik çıxarılması zamanı geridə qalanların əvəzində onlara daha müasir silahlar verməsini tələb edir. ABŞ prezidenti Donald Tramp "Taliban"ı Amerika arsenalını geri qaytarmağa çağırıb.
 
Ardını oxu...
Avropanın beş ölkəsində aparılan sorğunun nəticəsi göstərir ki, respondentlərin az qala yarısı yaxın 5-10 ildə yeni dünya müharibəsinin qaçılmaz olduğunu düşünür.

Reyting.az xəbər verir ki, “You Gov”un bu günlərdə keçirdiyi sorğuda İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniyada 7095 nəfər iştirak edib.

İştirakçıların 41-55 faizi yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin başlanma ehtimalını reallığa yaxın sayır. İştirakçıların böyük əksəriyyəti belə bir qlobal münaqişənin nüvə silahından istifadəni ehtiva edəcəyini proqnozlaşdırır.

Sorğuya görə, yeni dünya müharibəsi başlayarsa, Avropa ölkələrinin əksəriyyəti döyüş meydanında olacaq. Bu gözlənti İtaliyada 66, Böyük Britaniyada isə 89 faiz səviyyəsindədir.

Əksinə, hərbi hazırlıqla bağlı ciddi narahatlıqlar var: Fransa ictimaiyyətinin yalnız 44 faizi silahlı qüvvələrin ölkəni effektiv müdafiə edə biləcəyinə inanır, Almaniyada bu göstərici 16 faizə, İtaliyada isə 20 faizə enir.

Maraqlı paradoks odur ki, müharibə baş verərsə, əhalinin hərbi xidmətə getmə ehtimalı yüksəkdir. Böyük Britaniyada bu nisbət 89 faizə yüksəldiyi halda, İtaliyada hətta 66 faizlə aşağı düşür.

Avropanın növbəti böyük təhlükəsi barədə suala cavab verənlərin 82 faizi Rusiyanı “böyük və ya orta” təhlükə adlandırıb. Siyahıda sonrakı yerdə islamçı terrorizmdir; bu təhlükə qavrayışı Almaniyada 78 faizlə ən yüksək həddə çatır.

Sorğu həmçinin göstərir ki, Avropa və ABŞ arasındakı gərginlik qitədə sülh üçün narahatlıq mənbəyidir.

İspaniya, Almaniya və Fransada respondentlərin yarıdan çoxu Tramp administrasiyasının Qrenlandiyadakı strateji maraqlarını və Ukrayna ilə bağlı qeyri-sabit mövqeyini “böyük və ya orta” risk kimi qiymətləndirir.

Ardını oxu...
  

Dünya mediası 4.2 milyard dollarlıq yeni müqavilədən danışır

“3 qardaş”ın Laçında keçirilən görüşü Ərəb Dünyasında da maraqla qarşılanıb. Musavat.com bildirir ki, bu görüşlə bağlı Səudiyyə Ərəbistanında nəşr olunan ingilisdilli gündəlik qəzet olan “Arab News” geniş məqalə təqdim edib. Məlumat üçün deyim ki, 2019-cu ilin may ayından etibarən bu qəzet Səudiyyə Ərəbistanının taxt-tacın bir addımlığında olan vəliəhdi Məhəmməd bin Salmanın qardaşı Şahzadə Turki bin Salman Əl Səuda məxsusdur. Qəzet Səudiyyə hökumətinin rəsmi mövqeyini təbliğ edir.

“Arab News”  Prezident İlham Əliyevə istinadla bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub və Pakistana 2 milyard dollar sərmayə qoymağa hazırdır. O, həmçinin Azərbaycanın Pakistanın müdafiə sənayesi ilə daha sıx əməkdaşlığı nəzərdə tutduğunu bildirib: "Biz inanırıq ki, böyük potensial var və bunun böyük əhəmiyyəti var. Müdafiə sənayesində birgə hərbi təlimlər və layihələr silahlı qüvvələrimizin potensialını artırar. Bununla da müdafiə sahəsində həyata keçiriləcək əməkdaşlıq geniş coğrafiyada sülh və sabitliyi təmin edə bilər".

“Arab News”  yazır ki, son həftələrdə Azərbaycan Pakistandan dəyəri 4.2 milyard dollar olan JF-17 “Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrinin idxalını sürətləndirib. Pakistanın tədarük edilən qırıcıların sayının 16 ədəddən 40-a çatdırdığı barədə çoxsaylı məlumatlar yayılıb.

Sözügedən təyyarənin JF-17 ailəsinin ən son və ən qabaqcıl modeli olduğu deyilir. Block III Pakistan və Çin tərəfindən birgə hazırlanmış və hazırkı qlobal bazarda ən sərfəli döyüş təyyarələrindən biri kimi tanınır və 4,5 nəsil qırıcılar sinfinə daxildir.

Xatırladım ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında 1,6 milyard dollarlıq müqavilə imzalanıb. Həmin müqavilədə 16 qırıcının idxalı nəzərdə tutulmuşdu. İndi isə söhbət 4.2 milyard dollardan və 40 qırıcıdan gedir. Bu, kəskin fərq deməkdir.

Onu da qeyd edim ki, sürəti saatda 2 205 kilometr olan bu qırıcılar "hava-hava" və "hava-yer" təyinatlı raketləri və digər bombaları daşıya bilir. Ən önəmlisi isə odur ki, Türkiyə istehsalı olan raketlərin bu qırıcılara inteqrə edə bilirik. Eləcə də bu qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatları istifadə etmək qabiliyyətinə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan havada nəinki Ermənistana, hətta İrana qarşı da dominant üstünlüyə nail olacaq.

“Aviacionline.com” saytı yazır ki, Pakistan bu JF-17 Block III qırıcısını Argentinaya 50 milyon dollara təklif edib. Aviation.stackexchange.com saytı isə bu qırıcıların 55 milyon dollar olduğunu bildirib. Belə ki, İraq Pakistana 667 milyon dollar ödəyərək 12 ədəd belə qırıcı alıb.

Azərbaycanın bu qırıcıya görə Pakistana 35-40 milyon dollar ödədiyi ehtimal olunur. Bu isə o deməkdir ki, 4.2 milyard dollara Azərbaycan Pakistandan 100-dən çox qırıcı alacaq. O da ola bilər ki, Azərbaycan Pakistandan 40 qırıcı alacaq və yerdə qalan pula isə digər Pakistan silahlarının idxalı nəzərdə tutulub. Silah ticarətində məxfilik xüsusi önəm daşıyır. Ona görə də bir çox sövdələşmələrin gizli saxlanılır...

“Defencesecurityasia.com” saytı isə bugünlərdə yazmışdı ki, Azərbaycan alacağı qırıcıların sayını 16-dan 40 qaldırmaq üçün Pakistanla 4.2 milyard dollarlıq müqavilə imzaladığı söylənilir. Əgər bu, belədirsə, bu, Pakistanın ən böyük qırıcı ixracı olacaq. Yəni Azərbaycan JF-17 Block III qırıcısının alışı baxımdan Nigeriya və Myanmarı belə arxada qoyacaq.

https://www.arabnews.com/node/2602496/amp

Elbəyi Həsənli. Sürix

 

Dünyapress TV

Xəbər lenti