Ardını oxu...
Rusiya Ukraynada Avropanın sülhməramlılarının yerləşdirilməsi ideyasına qarşı çıxıb.

Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov "Krasnoy zvezde”-yə müsahibəsində deyib ki, Avropada Ukraynada sülhməramlıların yerləşdirilməsi barədə müzakirələr həyasızlıqdır və Kiyevi Rusiyaya qarşı müharibəyə təhrik etməkdir.

Sergey Lavrov bildirib ki, Qərbdə avropalı sülhməramlıların yerləşdiriləcəyi ərazilərin və həmin ərazilərdə rus dilinin taleyinin necə olacağına aydınlıq gətirə bilməzlər: “Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi Rusiya üçün münaqişənin ilkin səbəbinin aradan qalxmaması demək olacaq”.
S.S Nə əkərsən onuda biçərsən! Azərbaycanda Rusiya " sülhməramlılarının" yerləşdirilməsi həyasızlık deyildi?
 
Ardını oxu...
Ukraynanın təhlükəsizlik zəmanətinı ehtiyacı var

Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələri “yaxşı və səmimi" adlandırıb.

Məlumata görə, AK prezidenti Ukraynanın “hərtərəfli təhlükəsizlik zəmanətlərinə” ehtiyacı olduğunu deyib.

Avropanı yenidən silahlandırmaq çağırışı

"Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik"
deyən von der Leyen bildirib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək.

"Həqiqətən də birlikdə addım atmalıyıq.Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq, və buna görə də müdafiəni gücləndirmək lazımdır” deyə, AK prezidenti bildirir.
 
Ardını oxu...
Sırski Trampla mübahisədən sonra ordunun Zelenskini dəstəklədiyini bildirib
Ukrayna Silahlı Qüvvələri ABŞ lideri Donald Trampla Vaşinqtonda mübahisə etdikdən sonra Prezident Volodimir Zelenskinin tərəfində qalır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski özünün teleqram kanalında yazıb.
“Silahlı Qüvvələr Ukraynanın, xalqın, Ali Baş Komandanın yanındadır. Bizim gücümüz birlikdədir. Biz Qələbəni yaxınlaşdıraraq işğalçını məhv etməyə davam edirik.
Yaşasın Ukrayna!”, – Sırski yazıb.
TEREF
 
Ardını oxu...
Türkiyə Ukraynaya silahlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə açıqdır.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

“Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, – nəşr yazır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə məsələni müzakirə etdiyi bildirilir.
 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski general-mayor Andrey Qnatovu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edib.

Bu barədə Zelenski sərəncam imzalayıb.

Qeyd edək ki, 2024-cü il iyunun 24-də Zelenski general-leytenant Yuri Sodolun Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılması barədə qərar vermiş, yerinə Qnatov təyin edilmişdi. \\Axar.Az
 
Ardını oxu...
"Ukrayna prezidenti Volodimir Zelenskinin NATO-ya qoşulma prosesinin uzanacağı təqdirdə Rusiya təcavüzündən müdafiə olunmaq üçün ölkəyə nüvə silahı verilməli olduğu barədə bəyanatları ciddi deyil".

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində deyib.

“Heç kəsin bunu onlardan ciddi təklif hesab etdiyini düşünmürəm. Onların nüvə silahı ilə təchiz olunmasının problemin həlli olduğunu da düşünmürəm. Düşünmürəm ki, bu, real tələbdir. Bizə daha çox yox, daha az nüvə silahı olan ölkələr lazımdır”, - o deyib.

Rubio həmçinin bildirib ki, ABŞ və Rusiyanın birgə işləmək imkanları var.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilmişdir.
APA xəbər verir ki, bu haqda hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
 
Ardını oxu...
NATO Ukraynaya birbaşa hərbi qüvvə göndərməsə də, 2024-cü ilin dekabrında ABŞ-dan hərbi yardımların koordinasiyasını öz üzərinə götürərək, "Ukrayna üçün NATO Təhlükəsizlik Yardımı və Təlim" (NSATU) missiyasını yaradıb.
Bu missiya, Almaniyanın Visbaden şəhərində yerləşən Clay Kaserne bazasında qərargahlanıb və təxminən 700 nəfərlik heyətə malikdir. NSATU-nun əsas məqsədləri arasında Ukrayna Silahlı Qüvvələrinin təlimi, uzunmüddətli inkişafına dəstək və təhlükəsizlik yardımlarının planlaşdırılması və koordinasiyası yer alır.

Bununla yanaşı, Avropa hərbi rəhbərləri, xüsusilə Böyük Britaniya və Fransa, Ukraynanın əsas bölgələrinə 30,000 nəfərlik "təminat qüvvəsi" yerləşdirməyi təklif ediblər. Bu qüvvə, hava məkanının qorunması üçün Typhoon qırıcıları və sərhəd monitorinqi üçün peyk və kəşfiyyat təyyarələrindən istifadə etməyi planlaşdırır. Lakin bu təklif hələ müzakirə mərhələsindədir və Rusiya tərəfindən ciddi etirazlarla qarşılanır.

Son günlər NATO-nun Ukraynaya qoşun göndərəcəyi müzakirə olunur. Bildirilir ki, ABŞ-nin Ukraynaya yardım dəsətəyindən uzaqlşamasında sonra NATO və Aİ Ukraynaya ordu göndərmək üçün müzakirələrə başlayıb.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov Ajans.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsində hər hansısa bir tərəfin qalib elan edilməsi real deyil. Onun sözlərinə görə, bu gün həm Rusiya, həm də Ukrayna danışıqlar masasında müəyyən razılaşmalar əldə etməyə hazır olduqlarını bildirirlər:

"Biz faktiki olaraq bilirik ki, bu müharibə ərzində hansısa bir dövlətin qalib tərəf kimi təqdim edilməsi yanlış olardı. Hazırda Rusiya və Ukrayna danışıqlar masasında razılığa doğru açıqlamalar verirlər. Xüsusilə Donald Trampın və respublikaçıların ABŞ-də hakimiyyətə gəlməsi Rusiya-Ukrayna müharibəsində taleyüklü dəyişikliklərə səbəb olacaq."

Tural İsmayılov vurğulayır ki, Trampın əsas məqsədlərindən biri ABŞ büdcəsindən Ukraynaya ayrılan böyük məbləğdə maliyyə vəsaitinin qarşısını almaqdır. Prezidenti hesab edir ki, Amerika vergi ödəyicilərinin pulları Ukraynaya göndərilməməli, əksinə, ölkə daxilində sərf olunmalıdır. Bu yanaşma Trampın yenidən hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Ukrayna arasında münasibətlərin normallaşmasına töhfə verə bilər:

"Tramp istəyir ki, o hakimiyyətdə olduğu dövrdə Rusiya-Ukrayna arasında hər hansı silahlı gərginlik baş verməsin. Faktiki olaraq bu gün Rusiya ilə Ukrayna arasında əldə ediləcək razılaşmanı Avropa İttifaqının istəməməsinə rəğmən Tramp müqavilə imzalanmasında israr ediryaxın gələcəkdə Rusiya və Ukrayna arasında müəyyən razılaşma əldə ediləcək və hətta yeni müqavilə imzalanacaq. Lakin bu müqavilənin hər iki tərəfi tamamilə razı salacağı şübhə altındadır."

Yəqin ki, böyük bir irəliləyiş əldə edilərək yeni müqavilə də imzalanacaqdır. Lakin imzalanacaq yeni müqavilə ilə Rusiya-Ukrayna arasında hər şey bitmiş olacaqmı? Bax, bu düşündürücü məsələdir. Çünki Ukraynanın işğal edilmiş əraziləri geri qaytarılmır, eyni zamanda Rusiyanın bütün tələblərinə baxmayaraq, Ukrayna Kurskdan çıxmır", – deyə Tural İsmayılov vurğulayıb.

Politoloqun sözlərinə görə, Trampın bilavasitə səyləri ilə əldə ediləcək razılaşmada bir sıra açıq suallar qalacaq. Sülh sazişi imzalansa belə, Ukraynanın işğal olunmuş ərazilərinin gələcək taleyi, Rusiyanın təhlükəsizlik tələbləri və Qərbin bu məsələyə münasibəti kimi məsələlər mübahisəli olaraq qalacaq.
 
Ardını oxu...
Azərbaycanın qazancı suverenliyini bərpa etməsi, “sülhməramlıları” ölkədən çıxarmasıdır

Bu gün Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqlayslı işğalçı müharibənin üçüncü ildönümüdür. İkinci dünya müharibəsindən sonra Avropada baş vermiş ən böyük savaş hər iki tərəfdən yüz minlərlə insanın həlak olmasına, Ukrayna ərazisinin 20 fazinin işğalına səbəb olub. Bu ölkənin onlarla şəhər və qəsəbləri, kəndləri yer üzündən silinib, iqtisadiyyatına yüz milyardlarla dollar zərər dəyib, əhalinin 10 milyon nəfərdən çoxu Ukraynanı tərk edib.

Rusiya bu müharibədə hələlik üstün tərəf olsa da, onun ordusu, iqtisadiyyatı İkinci dünya müharibəsindən sonra ən ağır itkilərə məruz qalıb. Müharibənin gedişatını gündəlik izləyən beynəlxalq tədqiqat qrupları işğalçı ölkənin ölü və yaralı olaraq ümumilikdə 1 milyon nəfərə yaxın hərbçi, minlərlə tank, hərbi maşınlar, təyyarə, artilleriya, hava hücumundan müdafiə vasitələri itirdiyini qeyd edirlər.

Rusiya Ukraynaya dəstək koalisiyası üzvlərinin - ABŞ və Avropa İttifaqının, eləcə də başqa tərəfdaş ölkələrin tətbiq etdiyi iqtisadi, siyasi sanksiyalar altındadır. Dünyanın ən böyük neft-qaz istehlaçılarından biri olan ölkə Avropada satış bazarlarını, demək olar, itirib. Birləşmiş Ştatların bu ilin yanvarında tətbiq etdiyi növbəti sanksiyalarla neft satışı ağır zərbəyə məruz qalıb.

Rusiyanın itkilərinin hamısını saymaq mümkün deyil. Bir neçə mühüm məqamlara diqqət çəkmək kifayətdir:

- İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə NATO daha da gücləndi və olduqca önəmli olan Baltik dənizi NATO daxili dənizə çevrildi;

- Rusiya donanması Qara dənizdən sıxışdırılıb çıxarıldı, onun hissələrini Ukraynadan çox uzaq olan limanlarda qorumağa çalışırlar. Faktiki olaraq, Qara dəniz də Rusiya üçün itirilib.

- Ukrayna ilə savaşda Rusiya silahlarının keyfiyyətsizliyi və mənən köhnəlməsi də üzə çıxdı. Rusiya dünya silah bazarındakı mövqelərini itirdi.

Müharibənin üçüncü ildönümündə ABŞ-də Respublikaçı Donald Trampın hakimiyyətə gəlməsi ilə Kreml üçün tuneldə işıq görünməyə başlayıb. Tramp Ukraynaya münasibətdə sələfindən 180 dərəcə əks mövqeyə sahibdir, Zelenski hökumətini müharibənin günahkarı sayır, Kiyevdən müharibə üçün ödənilən pulların geri qaytarılmasını, təbii sərvətlərin Amerika şirkətlərinin inhisarına keçməsini əks etdirən aşağılaycı saziş imzalamağı tələb edir. Tramp Rusiyalı həmkarının Qərbdə populyar olan “qatil”, “başkəsən”, tiran” obrazına rəğmən, ona tərəfdaş kimi yanaşır və onu 3 illik beynəlxalq izoliyasiyadan çıxarmağa nail olub. ABŞ lideri hesab edir ki, müharibənin xərclərini onun ölkəsi deyil, Ukraynanın yaxın qonşusu olan Avropa ödəməlidir.

Elə 24 fevralda Kiyevə ABŞ rəsmilərindən heç kimin təşrif buyurmamasını, əksinə, Avropa İttifaqının elliklə Ukrayna paytaxtına axışmasını münasibətlərin əsas təzahürü hesab etmək olar. İldönümündə Birləşmiş Ştatlar Ukrayna üçün heç bir dəstək bəyanatı səsləndirmədi, amma “qoca qitə” liderləri Ukrayna xalqının, onunla bərabər dünyadakı mütərəqqi qüvvələrin gözlədiyi mesajları verdi.

Kiyevə gəlişi ilə bağlı Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen X sosial şəbəkəsində paylaşımında yazıb:

"Rusiyanın qəddar işğalının üçüncü ildönümündə Avropa Kiyevdədir. Biz bu gün Kiyevdəyik, çünki Ukrayna Avropadır. Yaşamaq uğrunda bu mübarizədə təkcə Ukraynanın taleyi təhlükə altında deyil. Bu, Avropanın taleyidir".

Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün Kiyevə gələnlər arasında Baltikyanı və Skandinaviya ölkələrinin dövlət və hökumət başçıları, İspaniyanın və Kanadanın baş nazirləri də vardı...

Liderlərin bugünkü səfərinin məqsədi həm də Ukraynanın mümkün danışıqlar strategiyası və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Kiyevdə keçirilən sammitdə iştirakdır.

Prezident Volodimir Zelenski fevralın 23-də bildirib ki, sammitə 13 liderin şəxsən, 24-nün isə onlayn qatılacağı gözlənilir.

Onu da xatırladaq ki, müharibənin 3-cü ilində Aİ Rusiyaya qarşı 16-cı böyük sanksiya paketini təsdiq etdi.

Sanksiya siyahısına 48 fiziki şəxs və 35 təşkilat daxildir. Bundan əlavə, Aİ üzv ölkələrin xarici işlər nazirləri daha 13 Rusiya bankını SWIFT sistemindən ayırmaq qərarına gəliblər. Sanksiyalar çərçivəsində Aİ Rusiyanın 8 media orqanının Avropada yayımını qadağan edib.

Həmçinin Aİ Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 53 şirkəti qara siyahıya salıb. Eyni zamanda, Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.

Paketə həmçinin daxildir:

– tikinti xidmətlərinin, o cümlədən mülki mühəndislik xidmətlərinin göstərilməsinin qadağan edilməsi;

– malların və texnologiyaların ixracına məhdudiyyətlər. Buraya neft və qaz kəşfiyyatı ilə bağlı proqram təminatı daxildir;

– Avropa şirkətlərinin Rusiyanın bir neçə limanı ilə əməliyyatlar aparmasına qadağa;

– dronlar üçün istifadə oluna bilən oyun konsollarının, joystiklərin və uçuş simulyatorlarının satışına məhdudiyyətlər;

– Rusiyadan kənarda kredit və maliyyə qurumlarına Rusiya Mərkəzi Bankının yaratdığı “Maliyyə Mesajlarının Ötürülməsi Sistemi”ndən istifadəyə qadağa.

Ursula fon der Lyayen Kiyevdə bəyan edib ki, Avropa İttifaqı martda Ukraynaya 3,5 milyard avro həcmində daha bir yardım tranşı göndərəcək. O, həmçinin Aİ-nin martın 6-da Ukrayna üzrə keçiriləcək sammitində ittifaqın müdafiə qabiliyyətinin gücləndirilməsi strategiyasını təqdim edəcəyini açıqlayıb.

Sədr vurğulayıb ki, Aİ 2026-cı ilin sonuna qədər Ukrayna və Moldovanın enerji bazarını tam inteqrasiya etməyi planlaşdırır.

Beləliklə, ötən 3 ildə Rusiyanın zəifləməsi fonunda Avropa və Ukrayna gücləndi. İndi Avropa hətta Ukraynanı təkbaşına da Rusiyadan qoruya biləcək qədər ciddi hərbi gücə çevrilib. Almaniyada keçirilən seçkilərdə qalib gələn mühafizəkarların Ukraynaya dəstəyin gücləndirilməsi barədə mövqeyi Avropanın qısa müddətdə daha böyük imkanlara sahib olacağından xəbər verir.

Sonda vurğulamaq yerinə düşər ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə zəifləməsi onun Yaxın Şərqdə və Qafqazda da mövqelərini ciddi şəkildə zəiflətdi. Nəticədə Rusiya Suriyanı, Suriya ilə birlikdə Yaxın Şərq və Aralıq dənizi regionunu itirdi.

Azərbaycanın 2023-cü ildə Qarabağda suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün keçirdiyi antiterror əməliyyatı da bu dövrə təsadüf edir. Şübhəsiz, Rusiya Ukraynada gücdən düşməsəydi, Azərbaycanın öz ərazisindəki erməni separatizminə son qoyması ləngiyə bilərdi, “sülhməramlıların” ötən il ölkəni tərk etməsi də həll olunmamış problemlər sırasında qalardı.

Regionun digər ölkəsi Ermənistan da Rusiyanın Ukraynada strateji məğlubiyyətindən faydalana bilib. İrəvanın Kremlin təsirlərini məhdudlaşdıran addımlar atması, Azərbaycanın sülhlə bağlı tələblərini yerinə yetirməyə meyllənməsi, habelə Avropa İttifaqına inteqrasiya siyasəti seçməsi də bilavasitə geosiyasi proseslərin gedişatı ilə bağlıdır. Onu da vurğulamaq yerinə düşər ki, Ermənistan Qərbin üstüörtülü dəstəyi ilə Rusiyanın sanksiyalardan yan keçməsində mühüm rol oynayaraq, milyardlarla dollar qazanıb.

Gürcüstanda isə aylardır davam edən daxili siyasi mübarizə Rusiya və Qərbin bu ölkədəki nüfuz savaşı kimi təqdim olunur. Rusiyayönlü hakimiyyət indiki mərhələdə nisbi üstünlüyə malik olsa da, daxildə və xaricdə legtimliyini böyük ölçüdə zədələdib və bu da yeni mərhələdə onun ayaqda qalmasını çətinləşirən başlıca amildir.
Ardını oxu...
"ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu həftə razılıq əldə edə bilər".

Oxu.Az "The Hill" nəşrinə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Onun sözlərinə görə, Tramp və komandasının müharibəni bitirmək üçün Rusiya və Ukrayna ilə danışıqları davam etdirməyə fokuslandığını və bu həftə müharibənin sona çatması ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib.

Livittin sözlərinə görə, Prezident Donald Tramp müharibəni bitirməkdə inamlıdır və mümkün razılaşma ABŞ-nn xərclərini azalda bilər.

Bildirib ki, razılaşma Ukraynanın yenidən qurulması üçün vacibdir.
 

Dünyapress TV

Xəbər lenti