Rusiyanın Leninqrad vilayətində hərbi Mi-28 helikopteri qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi hadisəni təsdiqləyərək, ekipaj üzvlərinin həlak olduğunu açıqlayıb.
Məlumata görə, Mi-28 helikopteri planlaşdırılmış təlim uçuşu zamanı naməlum səbəblərdən qəzaya düşüb.
Şahidlərin sözlərinə görə, helikopter yaşayış məntəqələrindən uzaqda, boş əraziyə çırpılıb.