b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_b8c6b929a2e5b010d2ffdabfc7fe4d07.jpg
   

Eyyub Hüseynov: “Azərbaycan istehlakçıları almadıqları məhsullara görə ildə 500 milyon manat ödəyirlər”

Marketlərdə qiymət uyğunsuzluğu, çəkidə aldatma və əlavə ödəniş halları ilə bağlı istehlakçı şikayətləri artmaqdadır. Vitrində göstərilən qiymətin kassada fərqli çıxması, menyudakı rəqəmlərlə ödənilən məbləğ arasında uyğunsuzluq və kilo ilə alınan məhsulun evdə çəkildikdə az gəlməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Milli.az-a deyilib ki, bu cür hallara qarşı mütəmadi nəzarət tədbirləri görülür: “2024-cü ildə agentliyə bu tip şikayətlərlə bağlı 319 vətəndaş müraciət edib. Araşdırmalar nəticəsində 13 sahibkarlıq subyekti barəsində 24 inzibati protokol tərtib olunub. 2025-ci ilin ilk iki ayında isə 40 şikayət əsasında 4 sahibkara qarşı protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, istehlakçını malın çəkisi, ölçüsü və ya qiymətində aldatmaq halları fiziki şəxslər üçün 350-500 manat, vəzifəli şəxslər üçün 1.500-2.000 manat, hüquqi şəxslər üçün isə 4.000-6.000 manat cərimə ilə nəticələnir. Aldatma 5 min manatdan artıq məbləğlə baş verərsə, bu artıq cinayət məsuliyyəti daşıyır".

Agentlikdən bildirilib ki, satılan məhsulların üzərində düzgün qiymət kağızlarının olmaması və ya qiymətin manatla göstərilməməsi də qanun pozuntusu hesab olunur və 800-1.650 manatadək cərimə tətbiq olunur. Endirim tətbiq edilən məhsullarda isə əvvəlki və yeni qiymət, endirim faizi və tətbiq olunduğu tarixlər mütləq qeyd olunmalıdır.

Qeyd edək ki, bu cür hallarla tez-tez rastlaşsaq da bunu rəsmiləşdirmək üşün heç də çoxlarımız həvəs göstərmirik. Amma bu o demək deyil ki, marketlər də bundan istifadə edərək istehlakçını aldatmalıdır. Həm də bu cür aldatmalar hərdən  5-10 qəpik olsa da, üst-üstə hesablayanda marketlər bu qəpik-quruşdan milyonlar da qazana bilər.

eyyub son.PNG (353 KB)

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, ən müasir marketlər şəbəkəsində rəfdə qiymətin aşağı olması, kassada isə artıq olması istehlakçılara ciddi problem yaradır. E.Hüseynovun sözlərinə görə, bu problem artıq 5 ildir ki, davam edir: “Bu barədə Azad İstehlakçılar Birliyinə hər gün telefon zəngləri olur. Kiçik marketlərdə, bazarlarda isə çəkidə aldatma halları olur. Müasir texnologiyalar daxil olduqca istehlakçıların aldadılması halları da artır. Bu halda istehlakçılar nə edə bilərlər? İstehlakçılar xüsusilə kartla ödənişlərdə ilk növbədə kassa çekinə diqqətlə baxmalı, fərqi hiss etdikdə piştaxtaya yaxınlaşmalı, məhsulun qiymətinin şəklini çəkməli, məsələnin yerində həll olunmasını istəyirsə, müdiriyyəti çağıraraq, fərqin ödənməsini tələb etməlidirlər. Bu, passiv istehlakçı hərəkəti alqoritmidir. Digər istehlakçıları düşünərək ikinci çekin şəklini çəkib, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə, yoxlama aparılmasını tələb edə bilər. Qeyd etmək lazımdır ki, sözügedən agentliyin fəaliyyəti qənaətbəxş deyil. Marketlərdə meyvə-tərəvəz bölməsinə diqqət çəkərək birliyə edilən şikayətlərdən birini xatırlatmaq istərdim. Vətəndaş 0,86 AZN-ə badımcan almışdı, lakin kassa çekində 36 AZN-ə satılan ekzotik meyvə vurulmuşdu. Xüsusilə kartla ödənişlərdə diqqətli olmağı tövsiyə edirəm, çünki bəzən çekə müştərinin almadığı məhsullar da əlavə olunur. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri ümumiləşdirsək, 1 ildə ödənib amma alınmayan məhsullara görə Azərbaycan istehlakçıları 500 milyon manat pul ödəyirlər. Bu qədər diqqətli olmağıma baxmayaraq, şəxsən məni də aldadıblar. Təkcə bir marketdə - "Grandmart" da 100 AZN məbləğində aldadılmışam. Təəssüf ki, müvafiq qurumlar KİV-də bu cür hallarla bağlı dərc olunan yazıları oxumurlar".

E.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, satış yerlərində nəzarət tərəziləri olmalıdır, lakin bu tərəzilər yox dərəcəsindədir: “İstehlakçılar ən çox bazarlarda aldadılır. Təəssüf ki, nəzarət funksiyası olan qurumlar istehlakçıların aldadılması hallarını görməzdən gəlirlər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək
28 May 2025 Prezident: Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində geniş coğrafiyanın enerji xəritəsi dəyişib
27 May 2025 Trampa görə avro qalxdı
27 May 2025 FHN-nin şübhəli tenderləri DAVAM EDİR... - bir araşdıran olsa...
26 May 2025 Daha bu qəpiklər işlənməyəcək
25 May 2025 Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
25 May 2025 Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
24 May 2025 Avropa İttifaqı “Şimal axını-2”ni sanksiya siyahısına salmaq üçün hərəkətə keçdi
24 May 2025 Tramp rəsmən Avropa İttifaqına və Apple şirkətinə ticarət müharibəsi elan etdi.
24 May 2025 Rayonlarda özəl sektorda nə qədər maaş verilir? – Cəmi 5 rayonda 900 manatdan yuxarıdır
23 May 2025 Moldovada ət və yağ qiyməti təəccübləndirdi – Azərbaycanla fərqi…
23 May 2025 500 tondan artıq kartof gömrükdə çürüyür - VİDEO
23 May 2025 Nazir böyük əməliyyata start verdi – Milyardlarla pul…
23 May 2025 Kəmaləddin Qafarovun şirkətinə 2 milyon manat…..

Dünyapress TV

Xəbər lenti