Ardını oxu...
Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb.

TEREF xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər Baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.

Qeyd edirlər ki, bütün bina sakinləri, yaxın qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçirirlər.

"Bakı-Sumqayıt yolunun 7-ci kilometrində yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda dayanan avtomobillərin üzərinə əşyalar, yumurta və digər şeylər atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır", - deyə şikayətçilər bildiriblər.

Qeyd edək ki, problemlə bağlı lazımi yerlərə şikayət olunsa da, məsələ həllini tapmayıb.

Həmin görüntüləri təqdim edirik:
 
 
Ardını oxu...
 

Ağır yol qəzasına düşən müğənni Aila Rainin səhhəti yaxşılaşıb.

Bu barədə o, özü video-açıqlama yayıb. Aila bildirib ki, hazırda şok vəziyyətindədir:

"Hər birinizi salamlayıram. Bilirəm, hamınız çox narahat olmusunuz. 6-7 gündür ki, reanimasiyada idim, şok vəziyyətindəyəm. Beynim heç nəyi qəbul etmir. Allah məni bu həyata yenidən qaytardı. Yaşamaq üçün şans verdi. Bu günə çox şükür. Hər şey sınaqdır, bu da mənim sınağım idi keçdim. Hər şey yaxşıdır, daha da yaxşı olacaq, mən zəif qız deyiləm, güclüyəm, yıxılmaram. Bağışlayın bu halda video çəkirəm. Sadəcə bu vəziyyətdə bəzənib, efektdən istifadə edə bilmərəm. Dualarınız və xoş sözləriniz üçün çox sağ olun".

Qeyd edək ki, Aila Şahdağdan qayıdarkən ağır yola qəzasına düşüb. (olay)

 
 
 
Ardını oxu...
  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Suriyanın birinci xanımı Lətifə əl-Durubi ilə görüşüb.

Musavat.com xəbər verir ki, Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə fotosunu rəsmi “X” hesabında paylaşıb.

Əminə Ərdoğan paylaşıma bu sözləri yazıb:

“Bu gün ölkəmizdə rəsmi səfərdə olan Suriya Ərəb Respublikası Prezidentinin hörmətli xanımı Lətifə Əl Durubini qəbul etməkdən çox məmnun oldum. Dünyada müharibə qurbanları olan qadın və uşaqlar üçün birgə atacağımız addımları müzakirə etdik”.

Əminə Ərdoğan Suriyanın yenidən qurulması və yaralarının sağaldılması prosesində keçmişdə olduğu kimi bu gün də Suriya xalqının yanında olduqlarını vurğulayıb.

Musavat.com

Ardını oxu...

 
 
 
Ardını oxu...
Mançesterdən olan Taş Evans gözəllik salonuna gedərək dodaqlarına daha aydın kontur və dolğun rəng vermək üçün prosedur etdirmək istəyib. Lakin elə seans zamanı dodaqlarının şişməyə başladığını hiss edib. Prosedur başa çatanda isə dodaqları normal ölçüsündən beş dəfə böyük olub.
Bakupost.az xəbər verir ki, bu barədə Dail Mail yazır
“Güzgüyə baxanda diksindim. Dodaqlarımın bu qədər böyük ola biləcəyinə inana bilmirdim”, - deyə Tash danışıb.
Qızın valideynləri bu vəziyyətə yumorla reaksiya veriblər, lakin sevgilisi onu görəndə gülərək qapını çırpıb. Şişkinlik yalnız iki gündən sonra azalmağa başlayıb və bu müddət ərzində Taş üzünü gizlətmək üçün maska taxmaq məcburiyyətində qalıb.
“İşdən icazə aldım, çünki belə dodaqlarla insanların arasına çıxa bilməzdim”, - dedi
 
Ardını oxu...
Mərziyə Əhmədi Üskülü 1324-cü ildə (1945 ) Üsküdə əkinçi ailəsində anadan olub. Təhsilini Təbrizdə alan Mərziyə elə burada da sol düşüncə ilə tanış olub.
Təhsilini başa vurduqdan sonra Mərziyə Üskü məktəblərinin birində ibtidai siniflərə dərs keçməyə başlayır. 3 illik müəllimlik həyatı boyunca Mərziyə dərs keçdiyi uşaqların ailələri və onların dərdləri ilə də yaxından tanış olur. Daha sonra Təbrizdə Universitetə daxil olur. Oxumaqla yanaşı müəllimliyə də davam edir. Kəndli uşaqlar üçün kitab evləri yaratmağa başlayır.
Ardını oxu...
Tələbə aksiyalarının çoxunda iştirak edən Mərziyə 1349-cu ilin (1970) mart ayında baş vermiş tələbə aksiyasını özü təşkil edir. Bundan sonra “savak” (şahlıq zamanı İranıın kəşfiyyat təşkilatı) tərəfindən izlənməyə başlanır. Ancaq tələbələr arasında böyük hörmətə və nüfuza malik oldugundan onlar Mərziyəni həbs etməkdən vaz keçirlər. Çünki bu yeni aksiyaların təşkil olunmasına gətirib çıxara bilərdi.
1350-ci il (1971) may ayında “savak” tərəfindən tutulur və uzun sorğu-sualdan sonra buraxılır, ancaq Üsküyə sürgün edilir. Buradaykən o, həm ədəbi yazılar yazır, həm də tələbələrin siyasi cəhətdən maariflənməsinə çalışırdı. Şeirlərində daima ürəyindəki “Ana dili” yanğısını dilə gətirir, məktəblərdə Ana dili altında fars dilinin öyrədilməsi ilə barışmırdı.1352-ci ildə o “xalqın fədai çərikləri” dəstəsinə qoşulur. Bundan sonra xalqın milli azadlığı və fars şovinizminə qarşı savaşır. 1353-cü ildə dəstənin bir üzvü başqa bir üzvlə görüşmək üçün yola çıxır. Bu görüşdən xəbər tutan “savak” məmurları hər tərəfə silahlı nümayəndələrini yerləşdirir. Bundan xəbər tutan Mərziyə yoldaşına xəbərdarlıq etmək üçün həmin bölgəyə gedir və onu tapıb məsələdən xəbərdar edir. Ancaq bu da onları ölümdən xilas etmir. Belə ki, atışma başlanır və Mərziyə da öz silahi ilə bu savaşda igidcəsinə döyüşür və ürəyindən yaralanaraq həyatını itirir.
Ardını oxu...
“Nağıllarımı yaşamımla yazmaq istəyirəm” deyirdi Mərziyə…yaşadı və nağılını yaratdı…
Niyə mənim anam “madər”,
Atam “pədər” – olsun?
Bu dolaşıq ticarətdə
Niyə mənim doğmalarım
Özgəsinin tapdağında hədər olsun?
Niyə yadın bəhməzinə “bal” deməli?
Öz aşıma “yal” deməli?
Niyə mənim ana dilim
Gəlmə dilin qabağında
Titim-titim titrəməli?
Elnur Qasimov
TEREF
Ardını oxu...
Teleaparıcı Rövşanə Ağasəfqızı həyatdakı peşman olma hissindən danışıb.

TEREF milli.az-a istinadən xəbər verir ki, ana və atasını itirən məşhur onları yada salıb, kövrək anlar yaşayıb. O, yaşadığı itkilərlə dünyasının dağıldığını bildirib.

Aparıcı kişilərin ondan qorxma səbəbinə də aydınlıq gətirib. Rövşanə bu barədə "Maqazin Plus"un "Hər Şeydən Bir Az" bölümündə açıqlama verib.

 
 
 
Ardını oxu...
Azərbaycanın tanınmış bəstəkarı, müğənnisiTamilla Məmmədzadənin anım günü 14 yanvar idi... Paylaşmaq istəyirdim, yada salmaq istəyirdim , təəssüf ki, vacib işim çıxdığı üçün paylaşa bilmədim!
Yəqin ki , bir çoxunuz xatirlayarsiniz Tamella Məmmədzadənin mahnılarını :“Ağarma, saçım!”, “Ana”, “Arzuya bax, sevgilim!”, “Bənövşələr qoxuyanda”, “Bir xəbər ver, külək!”, “Dostlar olmasa”, “Həsrətim mənim”, “Neçin gəlməz?”, “Yaşa, ürəyim!” kimi məşhur mahnıların bəstəkarı olub. Ömrünün son illərində Cavad xana həsr olunmuş “Türk oğlu” baletini yazıb bitirsə də səhnəyə qoyulması arzusunu reallaşdıra bilməyib.
Deməli,Tamella Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə iyun ayında Bakı şəhərində doğulub. Agır repressiya illərində. Səkkiz yaşlı Tamellanın atasını da qolcomaq damğası ilə Sibirə, ordan da İrana sürgün edirlər. Atası İrana çatan kimi bir fars qadını ilə evlənir. Farsdan kişinin 3 uşağı olur.
Amma Tamella xanımın anası Sara xanım Məmmədağa kimi unutqan olmur, ailə qurmur və başlayir qızı Tamellanı təkbaşına böyütməyə. Deyilənə görə, O, həyat yoldaşını heç vaxt bağışlamır, ömrünün sonuna qədər onunla danışmır.
Tamella həddi buluğa çatanda o qədər gözəl olur ki, yaşından, cinsindən asılı olmayaraq hər kəs onun gözəlliyinə heyran qalarmış. Nəhayət 1955- çi ildə 18 yaşında könlünü Qasım adlı bir oğlana verir. Qızının bir idmançı ilə ailə həyatı qurdugunu eşidən həmin o etibarsız Məmmədağa gəlir Bakıya. Qızının toyuna! Və toydan sonra yenidən qürbətə dönür!
Bu arada Tamella 1958-ci ildə ana olur, Çingiz adlı oğlu dünyaya gəlir. Xoşbəxtliyini doyasıyla yaşamaq istədiyi bir vaxtda həyat yoldaşı dənizdə batan iki nəfəri xilas etmək istərkən boğulub ölür.Gənc yaşında dul qalan bəstəkar ərə getmir, ömrünü tək övladina həsr edir.Həmin vaxt bilmir ki, ən qorxunc günləri qarşıdadır.
Ardını oxu...
Nəisə, Tamellanın atası ikinci dəfə Bakıya 1977-ci ildə - qızının 40 illik yubileyində gələsi olur. Avstriyada tanınan biznesmen, böyük qızıl mağazalarının sahibi Məmmədağa bu dəfə qızının gorüşünə əliboş gəlmir!
O qızına ad günü münasibəti ilə çox qiymətli brilliant dəsti alır k, zövqlə işlənmiş bu komlektin qiyməti inanılmaz dərəcədə bahalıymış. Bakı camaatı uzun müddət o qiymətli dəstdən danışıb. Çunki Tamella xanım hər tədbirə, konsertə gedəndə o dəsti taxarmış.
Nəvəsinə də hədiyyə almağı unutmayan baba o vaxt Bakıda hər kəsin geyinə bilmədiyi geyimlər alıb gətirmişdi. Elə sonrakı illərdə də Məmmədağa Cingizə qızıl saat, briliant qaşli üzük bahalı gödəkcə və kostyumlar göndərirmiş.
Bunu Çingizin ətrafında olan taytuslari bilirdi, görürdü! Çingizin tanışlarının içərisində Alik Mamedov adlı gənc vardı. Həmin gənc tay tuşları arasında təhlükəli hesab olunurdu , çünki hələ azyaşlı ikən bir uşağı tüfənglə vurub öldürmüş , atasının nüfuzu müqabilində həbsdən yaxa qurtara bilmişdi! Çunki onun atası həm də dövrünün ən imkanlı pullu şəxslərindən biri olub.
Alikin gözü Çingizin godəkçəsinə , saatına, brilliant üzüyünü düşmüşdü, onları almalıydı. Artıq beyninə qoymuşdu. Alik dostu Tahirlə birgə bir gün Çingizi bağlarına qonaq çağırır 1981- çi ilin yayı. Çingiz anasının tədbirdə olduğunu bildiyi üçün axşam vaxtı evdən çıxıb Alikin dediyi ünvana gəlir. Bagda Tahirlə Alikdən başqa heç kim olmur. Alik böyük darvazanı içəridən bağlayandan sonra Cingizdən saatı, üzüyü və gödəkçənin ona verməsini tələb edir! Vermədikdə Çingizi 2 bıçaq zərbəsi ilə yerə sərir..
Gecənin yarısı o əraziyə nəzarət edən polislər bərk acdıqlarını hiss edirlər. Yaxınlıqdan gələn kabab qoxusu onları lap açdırır. Qoxu və tüstü qalxan həyətə yaxınlaşanda həyətdən səs gəlməməsi polisləri şubhəyə salır. Onlar barının üstünə çıxıb həyətə baxanda tonqalın üstündən bir kişinin korun- korun yandığını görürlər... Meyid tanınmaz dərəcədə kosövə dönmüşdü. Yalnızca ayaqqabıda olan ayaqlar azacıq yanmısdi. Analizlərdən sonra məlum olmuşdu ki,ocagın üstündə qapqara komürə dönən 23 yaşlı , yaraşıqli və cüssəli Cingizdir!
Xəbərlərdə bildirilir ki, cinayətin üstünün açılması çox çəkmir. Qatillər ələ keçir. Tamilla Məmmədzadənin oğlunun qətlini törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu həmin Alik olduğu təsdiqlənir. Alikə güllələnmə hökmü verilsə də, yenə atasının imkanı sayəsində hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə hökmü icra olunur.10 noyabr 1982- çi il.. Brejnevin dəfn olunduğu gün Alik güllələnir.. İndiyənə qədər qudurgan Alikin atasının adı heç bir yerdə çəkilməyib. Həmin o nüfuzlu və böyük imkanlı , pullu adamın adı soyadı hətta istintaq materiallarından çıxarılır.
Bilirsinizmi o kim idi?
Ardını oxu...
Txnika elmləri doktoru professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik 1904-cü ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olan Şirəli Məmmədov. O Ali təhsilini 1930-cu ildə Moskva Dağ-Mədən Akademiyasında Dağ-mədən mühəndisi ixtisası üzrə aldıqdan sonra filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olub. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik edib. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləyib. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik edib.
1953-1954-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə isə geofizika kafedrasının müdiri olub. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsini icra edib. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olub. 1958-ci ildən 1984-cü ilə qədər - yəni ölənə qədər Geologiya və Geofizika İnstitutu dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azərbaycanda dağ-mədən elminin əsasını qoyub və onun yaradıcısı olub.
Ş. Məmmədov oğlunun güllələnməsindən sonra çox yaşaya bilmədi. 2 il sonra o da oğluna qovuşdu! Bəlkə də , 15- 16 yaşlı oğlunun əlinə beşatılan tüfəngi verib ona quş vurmağı əyləncə olaraq öyrədəndə bu akademik həyatınin səhvini etmişdi!
Bundan böyük səhvi isə harınlamış oğlunun Dəstə kəndində bir kasıb usagını həmin tüfənglə atəş açıb öldürəndə onu uşaqlar üçün islah əmək koloniyasında tərbiyələnməyə göndərməkdən yayındirması oldu. O gunahsız uşağın valideynlərinin çarəsiz ahı yerdə qaldı.
Alikin dostu Tahir yəqin ki, ona görə istintaqa "Alikin atasına heç kim heç nə edə bilməz, heç Alikə də heç kim gözün üstə qaşın var deməyəcək " deyəndə Alikin çox cinayətlərdən rəis atasının sayəsində dəfələrlə qurulduğunu nəzərdə tutmuşdu!
( Əziz oxucular, mediadan oxuyub təsirləndiyim bu həyat hekayəsini sizə danışmagı özümə borc bildim, Alikin atasını hər kəsə tanıtmaq istədim.. Əgər Tamella xanımın sonrakı taleyi sizi maraqlandırırsa, Tamilla xanımın kim tərəfindən və niyə öldürüldüyünü bilmək istəyirsinizsə, deyin, bu haqda da sizə məlumat verim! )
Əntiqə Rəşid Aslan
TEREF
 
Ardını oxu...
Türkiyəli məşhur aktrisa Akasya Asıltürkmen qonaq olduğu proqramda verdiyi açıqlamalarla diqqət çəkib.

Qlobal.net xəbər verir ki, qatıldığı verilişdə "Tək yatmaq rahatdır, yoxsa partnyorla?" sualına Akasya Asıltürkmen “Hər zaman bir kişi ilə eyni yatağa girmək istəmirəm” cavabını verib.

Aparıcı isə bu cavabdan təəccüblənərək "Niyə məcbur olasan?" – deyə soruşub. Asıltürkmen "Çünki eyni yataqdır. Artıq evlisən. Bir otaq var", - deyə cavablayıb.

Onun bu cavabı sosial mediada mübahisə yaradıb. Bəzi istifadəçilər onu fikri ilə razılaşsa da, bəziləri ona qarşı çıxıblar.(News24.az )
 
Ardını oxu...
Günlərdir yerli medianın gündəmini plastik əməliyyatdan bir müddət sonra dünyasını dəyişən Nəzrin Mansurlu və bu işlə əlaqəli həbs olunan plastik cərrah Sənan Mehdiyevlə bağlı xəbərlər zəbt edib.

TEREF “Oxu.az”a istinadən xəbər verir ki, təbii olaraq bir xanımın gənc yaşında dünyadan köçməsi hər bir kəsi məyus edir.

Medianı da, əməliyyatı edən həkimi də, həkimin ətrafını da, oxucunu da ən çox üzən məsələ bir uşağın anasız, bir kişinin xanımsız, bir ata-ananın övladsız, bir kollektivin iş yoldaşsız qalması məsələsidir. Hamı bu məsələdə ailəyə başsağlığı vermək və səbir diləməklə onların dərdinə şərik olmağa çalışır. Bu fakt hər kəs üçün ən öndə duran məsələdir.

Ancaq məsələ tək bununla bitmir. Ortada başqa bir fakt var. Daha doğrusu, iki mühüm fakt var: Nüfuzlu “Liv Bona Dea”, yaxud “Liv Bona Dea”nın nüfuzu və həmin günü növbədə olan həkimlər. Və bu həkimlərin fonunda plastik cərrah Sənan Mehdiyevin həbsi faktı.

Təbii ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma, istintaq aparır. Bu, istintaqın obyektiv və ədalətli aparılmasına heç kimdə şübhə yoxdur.

Gələk məsələnin “Liv Bona Dea” nöqtəsinə. Azərbaycanda hər kəsə məlumdur ki, ən etibarlı tibb ocağı deyərkən ilk ağıla adlardan biri məhz “Bona Dea”dır. Klinikanın nüfuzu, müasir avadanlığa malik olması, peşəkar həkim heyəti və inzibati binasının əlverişli şəraitdə olması və s. üstünlüklər onu ən öndə gedənlərdən biri olması faktını danılmaz edir. Bundan əlavə klinikanın həkim heyətinin daha peşəkar və adlı-sanlı olması bu tibb mərkəzinin adının brendləşməsinə səbəb olub. Təsadüfi deyildir ki, “Liv Bona Dea” nüfuzuna və etibarlığına görə hətta qonşu ölkələrin tanınmış klinikaları ilə müqayisə edilir. Ölüm faktının bu klinikada baş verməsi suallara cavabın bir hissəsinin burada axtarılmasına işarə edir. Bəs bu işarələr kimə, yaxud kimlərədir?

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edərkən bir məqama toxunmuşdu. Həmin məqam xəstənin “Liv Bona Dea” klinikasına daxil olan zaman növbətçi həkimlərin adları məsələsi idi. Bəs Nəzrin Mansurlu klinikaya gətirilən zaman növbədə olan həkimlər kim olub?

Məlumata görə, həmin günü “Liv Bona Dea” klinikasında qəbul şöbəsinin növbətçi həkimi Rifah Həmidov və reanimatoloq Məhsəti Yusifova olub.

Fotoda: Məhsəti Yusifova
Ardını oxu...
Suallardan biri də burada yaranır. Həmin həkimlər xəstəyə hansı formada və dərəcədə yardım edə biliblər? Vurulan iynələr, köçürülən sistemlər və s. Burada ortada açıq qalan suallar çoxdur.

Fotoda: Rifah Həmidov
Ardını oxu...
Təbii ki, bütün suallara ədalətli istintaqda cavab tapılacaq.

Və bu məsələdə “Liv Bona Dea” kimi nüfuzlu klinikanın adının hansısa əməkdaşa görə pis hallanmasının böyük ədalətsizlik olduğunu demək istəyərdim. Ümid edirik ki, “Liv Bona Dea” klinikası özü bu məsələnin aydınlığa çıxmasında addımlarını atacaq.
 
 
 
Ardını oxu...
Bu gün saat 13 radələrində Abşeron rayonu ərazisində qətl törədilib.

“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.
 

Dünyapress TV

Xəbər lenti