Ardını oxu...
Türkiyəli məşhur aktrisa Akasya Asıltürkmen qonaq olduğu proqramda verdiyi açıqlamalarla diqqət çəkib.

Qlobal.net xəbər verir ki, qatıldığı verilişdə "Tək yatmaq rahatdır, yoxsa partnyorla?" sualına Akasya Asıltürkmen “Hər zaman bir kişi ilə eyni yatağa girmək istəmirəm” cavabını verib.

Aparıcı isə bu cavabdan təəccüblənərək "Niyə məcbur olasan?" – deyə soruşub. Asıltürkmen "Çünki eyni yataqdır. Artıq evlisən. Bir otaq var", - deyə cavablayıb.

Onun bu cavabı sosial mediada mübahisə yaradıb. Bəzi istifadəçilər onu fikri ilə razılaşsa da, bəziləri ona qarşı çıxıblar.(News24.az )
 
Ardını oxu...
Günlərdir yerli medianın gündəmini plastik əməliyyatdan bir müddət sonra dünyasını dəyişən Nəzrin Mansurlu və bu işlə əlaqəli həbs olunan plastik cərrah Sənan Mehdiyevlə bağlı xəbərlər zəbt edib.

TEREF “Oxu.az”a istinadən xəbər verir ki, təbii olaraq bir xanımın gənc yaşında dünyadan köçməsi hər bir kəsi məyus edir.

Medianı da, əməliyyatı edən həkimi də, həkimin ətrafını da, oxucunu da ən çox üzən məsələ bir uşağın anasız, bir kişinin xanımsız, bir ata-ananın övladsız, bir kollektivin iş yoldaşsız qalması məsələsidir. Hamı bu məsələdə ailəyə başsağlığı vermək və səbir diləməklə onların dərdinə şərik olmağa çalışır. Bu fakt hər kəs üçün ən öndə duran məsələdir.

Ancaq məsələ tək bununla bitmir. Ortada başqa bir fakt var. Daha doğrusu, iki mühüm fakt var: Nüfuzlu “Liv Bona Dea”, yaxud “Liv Bona Dea”nın nüfuzu və həmin günü növbədə olan həkimlər. Və bu həkimlərin fonunda plastik cərrah Sənan Mehdiyevin həbsi faktı.

Təbii ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma, istintaq aparır. Bu, istintaqın obyektiv və ədalətli aparılmasına heç kimdə şübhə yoxdur.

Gələk məsələnin “Liv Bona Dea” nöqtəsinə. Azərbaycanda hər kəsə məlumdur ki, ən etibarlı tibb ocağı deyərkən ilk ağıla adlardan biri məhz “Bona Dea”dır. Klinikanın nüfuzu, müasir avadanlığa malik olması, peşəkar həkim heyəti və inzibati binasının əlverişli şəraitdə olması və s. üstünlüklər onu ən öndə gedənlərdən biri olması faktını danılmaz edir. Bundan əlavə klinikanın həkim heyətinin daha peşəkar və adlı-sanlı olması bu tibb mərkəzinin adının brendləşməsinə səbəb olub. Təsadüfi deyildir ki, “Liv Bona Dea” nüfuzuna və etibarlığına görə hətta qonşu ölkələrin tanınmış klinikaları ilə müqayisə edilir. Ölüm faktının bu klinikada baş verməsi suallara cavabın bir hissəsinin burada axtarılmasına işarə edir. Bəs bu işarələr kimə, yaxud kimlərədir?

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edərkən bir məqama toxunmuşdu. Həmin məqam xəstənin “Liv Bona Dea” klinikasına daxil olan zaman növbətçi həkimlərin adları məsələsi idi. Bəs Nəzrin Mansurlu klinikaya gətirilən zaman növbədə olan həkimlər kim olub?

Məlumata görə, həmin günü “Liv Bona Dea” klinikasında qəbul şöbəsinin növbətçi həkimi Rifah Həmidov və reanimatoloq Məhsəti Yusifova olub.

Fotoda: Məhsəti Yusifova
Ardını oxu...
Suallardan biri də burada yaranır. Həmin həkimlər xəstəyə hansı formada və dərəcədə yardım edə biliblər? Vurulan iynələr, köçürülən sistemlər və s. Burada ortada açıq qalan suallar çoxdur.

Fotoda: Rifah Həmidov
Ardını oxu...
Təbii ki, bütün suallara ədalətli istintaqda cavab tapılacaq.

Və bu məsələdə “Liv Bona Dea” kimi nüfuzlu klinikanın adının hansısa əməkdaşa görə pis hallanmasının böyük ədalətsizlik olduğunu demək istəyərdim. Ümid edirik ki, “Liv Bona Dea” klinikası özü bu məsələnin aydınlığa çıxmasında addımlarını atacaq.
 
 
 
Ardını oxu...
Bu gün saat 13 radələrində Abşeron rayonu ərazisində qətl törədilib.

“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.
 
Ardını oxu...
Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrahlarla bağlı məsələlər əsas gündəm mövzusudur. Buna görə də plastik, kosmetoloji prosedurlar etdirən və yaxud etdirmək istəyən şəxslər üçün bəzi sual yaradan məqamlar var.

Məsələn, bəzi gözəllik salonlarında kosmetoloji prosedurlar edilir. Maraqlıdır ki, bu prosedurlar nə dərəcədə doğru və gigiyenik şəkildə həyata keçirilir?

Klinikalar bir sıra nöqsanların aşkarlanması nəticəsində bağlanırsa, gözəllik salonları da eyni dərəcədə yoxlanılıb, bağlanılırmı?

Bu salonların kosmetoloji prosedurları həyata keçirməkləri üçün xüsusi lisenziyaları var?

AzFakt.com xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən Bizim.media-ya verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur.

"Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur".

Bəs bu sahə ilə məşğul olmaq hüququna kimlər malikdirlər?

Verilən açıqlamada qeyd olunub ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.

"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər".

Gözəllik salonlarında kosmetoloji proseslər keçirilə bilməz

"Qeyd edək ki, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Belə ki, vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir", - deyə məlumatda bildirilib.
 
Ardını oxu...
“Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir”. TEREF lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma “palatka mollaları” tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət bunlara cavab verməlidir”.

Deputat Tənzilə Rüstəmxanlı çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Ardını oxu...
İmişli rayonu Aranlı kəndindəki 1 saylı tam orta məktəbin ötən ilin sentyabrında işdən çıxarılan müəllimi Leyla Nəcəfquliyeva məhkəməyə müraciət etmişdi. O, işdən çıxarılma barədə əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əməkhaqqı və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələb edirdi.

Uzun araşdırmadan sonra İmişli rayon Məhkəməsi yanvarın 24-də çıxardığı qərarla müəllimin iddiasını təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna L.Nəcəfquliyeva özü məlumat verib. O hesab edir ki, məktəb direktorunun əmri kimi məhkəmə qərarı da qanunsuzdur: "2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə mən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşam. Seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən sentyabrın 21-də təsdiq edilib. Amma məktəb direktoru məni sentyabrın 17-də işdən çıxarıb. Həmin vaxt mənim toxunulmazlıq hüququm olub. Bu hüquqa görə mən işdən çıxarıla, razılığım olmadan başqa işə keçirilə bilməzdim. Məhkəmə əmək müqaviləmə xitam verilməsi üçün əsas göstərilən halları müzakirə etdi, toxunulmazlıq hüququm arxa planda qaldı".

L.Nəcəfquliyeva məhkəmə qətnaməsini hələ almadığını, alan kimi ondan apellyasiya şikayəti verəcəyini söyləyir.

O, bundan əvvəl də AzadlıqRadiosuna açıqlamasında işdən kənarlaşdırılmağını yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə sentyabrın 16-da açıq havada dərs keçməyi ilə əlaqələndirmişdi. O, həmçinin son parlament seçkilərində deputatlığa namizəd kimi etdiyi çıxışlara, sosial mediada paylaşımlara, bəzi vəzifəli şəxslər barədə tənqidi çıxışlarına görə hədələndiyini də vurğulayırdı. Daha əvvəl də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

"Müəllim şagirdlərdən alət kimi istifadə edib"
Mil-Muğan Regional Təhsil İdarəsi də L.Nəcəfquliyevanın işdən kənarlaşdırılmasının şagirdlərə açıq havada dərs keçməsi və bunu özünün TikTok hesabından canlı paylaşması ilə əlaqədar olduğunu təsdiqləmişdi. Qurum yaydığı açıqlamada iddia edib ki, müəllim şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. "Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud şəkildə pozub",- açıqlamada bildirilir.

Pressklub.az
 
Ardını oxu...
Göygöldə gənc qız intihar edib.

TEREF Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Kənd sakini 16 yaşlı A.A. yaşadığı evdə özünü asıb.

Yeniyetmənin meyitini yaxınları asılmış vəziyyətdə aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
 

Bərdədə qadın dərmandan zəhərlənərək ölüb.

Hadisə şəhərin 20 yanvar küçəsində baş verib.

Hüseynova Yeganə Araz qızı yanvarın 22-də çoxsaylı təzyiq dərmanı qəbul edib. Görülən tibbi müdaxilələrə baxmayaraq qadın yanvarın 24-də müalicə aldığı Bərdə rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində ölüb.

Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən “Təzə bazar” adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Lent.az

Dünyapress TV

Xəbər lenti