Ardını oxu...
Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.

Məlumata görə, Elxan Vaqif oğlu Abdiyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Humay Gəray qızı Abdiyevaya gecə saat 00 radələrindən başlayaraq, səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyüb, başına, eləcə də bədəninin müxtəlif nayihələrinə çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.

O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.

Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.

Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Cütlüyün Məzahir (12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.

Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qazaxıstanda istehsal olunan hərbi xarakterli zirehli ambulans maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan “Paramount Engineering and Weapon Systems Engineering”in təsisçisi, ölkənin İqtisadi Müstəqillik Hərəkatının Lideri Aybek Barış sosial media hesabında məlumat verib.

“Baxın bu ambulansın adı Hökümə Əliyevadır. O, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin ekipaj üzvü idi.

Öz həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman…

Buna görə, o, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökümənin ruhu şad olsun! Hamımız sağlam və güvəndə olaq” , – sözlərini deyib.

Milli Qəhrəmanın adı verilən həmin texnikanın görüntülərini təqdim edirik:

 

Ardını oxu...
Azərbaycanda xəstəxana laboratoriyalarının nəticələri arasında fərq və uyğunsuzluq problemi hələ də aktual olaraq qalır. Ciddi xəstəliklərdə sadə analiz səhvi onlarla insanın həyatı üçün ciddi təhlükə yaradır.
Bakupost.az xəbər verir ki, özəl klinikaların birinə kəskin appendisit diaqnozu ilə qəbul edilən xəstə elə həmin gün “Yaşam” klinikasında verdiyi analizin nəticəsi əsas götürülərək, əməliyyata hazırlanıb. Lakin hər ehtimala qarşı, əməliyyatdan öncə xəstədən yenidən analiz götürülüb. Analiz nəticəsində pasiyentdə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyinin olması ilə bağlı şübhə yaranıb. Qadının yanvarın 13-də “Yaşam” klinikasında verdiyi HİV ekspress testlərinin nəticələri isə neqativ imiş.
Bu hadisə həmin xəstənin əməliyyatında texniki işçi kimi iştirak edən Murad Əkbərova sarsıdıcı zərbə vurub. Belə ki, əməliyyat zamanı kameranı götürərkən ehtiyatsız davranan Murad Əkbərovun əlinə iynə batıb və qanayıb. Laboratoriyadan QİÇS-lə bağlı şübhli cavab gəldikdən sonra klinika rəhbərliyi işçinin, eləcə də pasiyentin qan nümunəsini Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərib.
Bakupost.az
Yanvarın 14-də Mərkəzdən verilən cavabda pasiyentin potensial QİÇS daşıyıcısı olduğu təsdiqlənib. Bu nəticədən sarsıntı keçirən Murad Əkbərov da postkontaktda olduğu üçün qeydiyyata alınıb. Onun analizi təmiz çıxsa da, profilaktik məqsədlə Mərkəzdən ona dərmanlar verilib ki, qəbul etsin.
Həyatının ən ağır günlərini yaşayan 27 yaşlı Murad bundan sonra başına gələnləri danışıb:
““Yaşam” klinikasının laboratoriya həkimi Gülnar Mustafayevanın səhlənkarlığı səbəbindən başıma gəlməyən qalmadı. Onun imzaladığı neqativ arayış ilə gələn pasiyenti təcili əməliyyata aldıq. Hətta xəstə bizdən öncə başqa klinikaya gedib, orda da prosedurdan keçib, amma analiz verməkdən yayınıb. Hara gedibsə, “Yaşam”ın analizini göstərib. Maraqlısı odur ki, xəstə özü həkim-ginekoloqdur. Burdan belə nəticəyə gəlmək olar ki, o, xəstə olduğunu bilirmiş, xəstəxananı razı salmaq üçün əlində hazır analiz cavabı ilə gəlib. Təbii ki, mən də xəstə ilə postkontaktda olduğum üçün QİÇS Mərkəzində qeydiyyata alındım.
1 ay ərzində keçirdiyim qorxu, depressiya, ağır dərmanlar məni intihar həddinə çatdırmışdı. Xəstəyə bu barədə məlumat verdik, onu QİÇS Mərkəzinə dəvət etdilər, qeydiyyata salmaq istədilər, amma o boyun qaçırdı.
Məsələ ilə bağlı Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə rəsmi müraciət etmişəm. Biz xəstəyə sübut edə bilmirik ki, xəstəliyini əvvəlcədən bilib, sadəcə yayınıb. Hətta belə bir şübhə var ki, bəlkə “Yaşam"da da analiz verməyib, saxta sənəd alıb. Özü ginekoloq olan bu şəxs potensial yoluxdurucudur, stomatoloqa, kosmetoloqa, ginekoloqa gedir. O, onlarla insanı yoluxdura bilər. “Yaşam”ın səhlənkarlığını da hələ ki, sübut edə bilmirik. Qanunda var ki, xəstənin adı anonim qalmalıdır, amma əlimdə bütün sənədlər var.
Qanuna görə, xəstədə QİÇS, hepatit və s. varsa, o zaman əməliyyatxana, alətlər başqa cür sterilizə olunur, xəstədən əlavə ödəniş alınır. Əvvəldən bilsəydik, başqa qoruyucu vasitələr, əlcəklər geyinərdik. Mən özüm Vətən müharibəsində tibb işçisi kimi şəhid, yaralı daşımışam. Amma həyatımda bu qədər qorxmamışdım. 27 yaşım var, subayam, Bütün həyatım məhv olardı. Kim istəyər ki, QİÇS-ə yoluxsun. Şükür ki, ikinci analizim də təmiz çıxdı, amma o xəstə hələ də gəzir, klinikalara gedir. Belə səhlənkarlıq olarmı? Bununla bağlı ciddi tədbir görülməsini tələb edirəm”.
Məsələ ilə bağlı “Yaşam” klinikası ilə əlaqə saxladıq. Klinikanın laboratoriya rəhbəri Aişə Qocayeva Bakupost.az -a bildirdi ki, onlarda saxta analiz cavabının, yalan rəyin verilməsi mümkün deyil. Pasiyent həqiqətən gəlib analiz verib, sadəcə, kart testlərdə həssaslıq 50%-dir.
“Ola bilər xəstə bir-iki dəfə bizdə verib, neqativ olduğunu görüb və hər dəfə bura müraciət edib. Biz xəstəyə analizdən imtina edə bilmərik, laboratoriyamız, müayinələrimiz dəqiqdir, cihazlarımız müasirdir. Xəstəni görmədən, qan almadan rəy verməyimiz mümkün deyil. Onun analiz verdiyi tarix və saatla kimliyini tapmaq da asandır. Bizdə məlumat da, qan nümunəsi də var.
Bakupost.az
Ekspress testdə 10 dəqiqə gözləyirik, əgər yoxdursa, şübhə neqativ veririk. 15 dəqiqədən sonra nazik xətt kimi görünərsə, şübhəli yazırıq. Şübhəliyə neqativ yazmırıq. Tək bu xəstədən analiz götürmürük, o qədər pozitiv çıxanlar olub ki, heç vaxt neqativ yazmırıq. Xəstənin verdiyi qan bizdədir, xəstənin özü və ya nümayəndəsi gəlsin, yenidən yoxlayaq, görəcəklər ki, neqativ çıxacaq. Bəzən ekspress testdə bir xətt çıxır, biz şübhəli yazırıq, xəstə gedib ayrı yerdə verir, təmiz çıxır, onda da bizimlə mübahisə edir ki, səhv yazmısız. Biz gördüyümüzü dəqiq yazırıq.
Bizim kart testlər də ucuz deyil, bahalıdır. Şübhəli çıxarsa, mütləq əkilməyə, QİÇS mərkəzinə göndəririk. Klinikamızda əməliyyatxana, stasionar yoxdur. Pasiyentlər bizdə profilaktik məqsədlə yoxlanılır. Amma hər bir insan öz sağlamlığı, analiz məsələsində vicdanlı olmalı, nəticələrə uyğun davranmalı, şübhəli olarsa QİÇS Mərkəzinə getməlidir”, - deyə o bildirib.
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:27
 

Ardını oxu...
  

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.

Musavat.com-un məlumatına görə, görüş zamanı iki dövlət və xalq arasında yüksək səviyyəli münasibətlərin mövcudluğu xüsusi vurğulanıb.

İkitərəfli əməkdaşlığın bundan sonra da müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Bəhreyn Krallığının Vəliəhdi Azərbaycanın hər zaman qlobal problemlərin həllinə dəstək olduğunu, bu çərçivədə ölkənin COP29 beynəlxalq tədbirinə də yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Ətraf mühitin qorunması sahəsində təşəbbüslərin davamı olaraq MAMA “Ana təbiət” sərgisinin Bəhreyndə təşkilinə görə təşəkkürünü çatdırıb.

Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın ətraf mühitin qorunması istiqamətində Azərbaycanda və digər ölkələrdəki təşəbbüsləri yüksək qiymətləndirilib.

Görüş zamanı Azərbaycan və Bəhreyn arasında gələcək əməkdaşlıq layihələri sırasında beynəlxalq EKSPO sərgiləri, o cümlədən Yaponiyada aprel ayından başlayacaq “EKSPO 2025” çərçivəsində birgə fəaliyyət üzrə də fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan və Bəhreynin “Formula 1” kimi nüfuzlu yarışa uğurla ev sahibliyi etməsi vurğulanıb. Ölkədə avtomobil idmanı üzrə yarışların keçirilməsinə önəm verildiyi və bu çərçivədə də gələcək əməkdaşlıq müzakirə olunub.

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Ukrayna Ali Radası korrupsiya ittihamı ilə üzləşən deputat İrina Kormışkinanın (Allahverdiyeva) səlahiyyətlərinə xitam verilməsini dəstəkləyib.

XALQ.AZ xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, “Xalqın Xidmətçisi” partiyasının deputatı Kormışkinanın vəzifədən uzaqlaşdırılması üçün 246 deputat səs verib.
Ardını oxu...
Jeleznyak əlavə edib ki, daha əvvəl mandatdan imtina edənlərin əksəriyyətindən fərqli olaraq, Kormışkina mandatını təhvil verməzdən əvvəl şəxsən çıxış edib.

İrina Kormışkinaya qarşı 20 milyon qrivendən (hazırkı məzənnə ilə təxminən 500 min dollar) çox dəyərində aktivlər alması ilə bağlı ittiham irəli sürülüb.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında xalq deputatı İrina Kormışkinaya qanunsuz varlanma şübhəsi ilə bağlı ittiham irəli sürülüb. 2025-ci ilin yanvarında onun elektron bəyannamələrə yalan məlumatların daxil etməsi ilə bağlı yeni şübhələr müəyyən edilib.

İstintaq müəyyən edib ki, Kormışkina yaşadığı ev və Odessa şəhəri yaxınlığında dəyəri 17 milyon qrivnadan artıq olan, əsassız sərvət hesabına əldə etdiyi torpaq sahələri barədə məlumatları 2023-cü il üçün bəyannaməsində əks etdirməyib.
 
Ardını oxu...
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva Azərbaycan Dillər Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə ADU məlumat yayıb.

Həmidə Əliyeva 1969-cu ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986–­­­1991-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-2009-cu illərdə isə Azərbaycan Dillər Universitetində xarici dil (ingilis dili) müəllimi ixtisası üzrə ikinci təhsil alıb.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olub, 2002-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2018-ci ildə dilologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1991-1995-ci illərdə həmin filialın Xarici dillər kafedrasında pedaqoji fəaliyyət göstərib, 1995-1997-ci illərdə isə “Naxçıvan” Universitetinin Bakı filialının Humanitar elmlər kafedrasında müəllim işləyib.

2003-cü ildən Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında çalışan H.Əliyeva hazırda həmin kafedranın professorudur.

2012-ci ildə ADU-nun Doktorantura və dissertantura şöbəsinin müdiri, 2016-2020-ci illərdə ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının elmi katibi, eləcə də ADU-nun elmi katibi olub. H.Əliyeva 2016-2017-ci illərdə ADU-da fəaliyyət göstərən Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2024-cü ildə ADU Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilib.

Ailəlidir, iki övladı var.
 
Ardını oxu...
Qadının həyatını xilas etmək mümkün olmayıb

Gəncədə gənc qadın dəm qazından boğularaq ölüb. AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, 1999-cu il təvəllüdlü Məmmədova Zərəngiz dəm qazından zəhərlənib.

O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
Paytaxt yollarında qarın təmizlənməsi üçün xadimələrdən, süpürgəçilərdən istifadə edilir. Bu faktları şəhərin müxtəlif ərazilərində görmək mümkündür. Əsasən də qadınların iş istismarına cəlb edilməsi diqqəti cəlb edir. Onların arasında orta və yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Bu da əmək hüquqlarının pozulması və onların qul kimi işlədilməsi deməkdir. Çünki yolların qardan təmizlənməsi üçün xüsusi texnika və avadanlıq alınıb. İşin hüququ tərəfi ilə yanaşı mənəvi aspekti də var - qadınları qarda-çovğunda küçədə işlətmək, qar təmizlətmək ayıbdır. Lakin bunu edənlər rayon icra hakimiyyətləridir.

Anaxeber.info son bir neçə gün ərzində bu mənzərənin Bakının hansı rayonlarında müşahidə edildiyini dəqiqləşdirib. Müşahidələrə görə, paytaxtın Nərimanov, Sabunçu, Suraxanı, Nizami rayonlarında qadınların qar təmizləmək işlərinə cəlb olunması hallarına, rast gəlinib. Eyni vəziyyət Yasamal, Binəqədi rayonlarında da qeydə alınıb. Bu rayonların icra başçıları, "JEK" müdirləri, vəzifəli şəxsləri isə həmin saatlarda isti kabinetlərdə, ya da qarlı havanın ləzzətini çıxarmaq üçün restoranlarda olublar.


Anaxeber.info
 
Ardını oxu...
Azərbaycanda estetik əməliyyat etdirənlərin sayı artsa da, heç də hamısı uğurlu nəticə vermir. Son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır.

Xəbər verdiyimizi kimi Səhiyyə nazirliyi və hüquq-mühafizə orqanları saxta lisenziya əldə etmiş plastik cərrahlarla bağlı araşdırma aparır və artıq bir neçə cərrahın lisenziyası ləğv edilib.

Bu əməllərinin qurbanları isə artmaqdadır. XALQ.AZ xəbər verir ki,belə qurbanlardan biri də Bakı sakini, Gunay Məmmədovadır.
Ardını oxu...
G. Məmmədovanı “Medaura” klinikası baş həkimi plastik cərrah Nigar Məhəmmədova əməliyyat edib.
Ardını oxu...
Buna əgər plastik əməliyyat demək olarsa.
Ardını oxu...
Pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb. Şikayətçi bildirir ki, nəfəs almaqda çətinlik çəkir, dost- tanış, qouhumlar belə artıq məni tanımır, çünki üzüm tamimilə dəyişib ancaq səsimdən tanıyırlar.
Ardını oxu...
Şikayətçi bildirir ki, Nigar Məhhəmmədova və köməkçisi Yaqub məni aldatdılar bu hala saldılar. Mənə 1 saatlıq korreksiya əməliyyatı deyib, 4 saat narkozdan saxlayıb əməliyyat ediblər. Bir ay ərzində məni iki dəfə əməliyyata salıblar, mənə deyilmədən həyati əhəmiyyətli orqanlarıma müdaxilə (qabırğama) müdaxilə olunub. Bu günə qədər cərrahiyə əməliyyatı yeri sağalmayıb, yaramdan irin axır deyə G. Məmmədova bildirib.
Ardını oxu...
Belə uğursuz əməliyyatın icracısı isə ”Medaura” klinikasında Nigar Məhəmmədova baş həkim kimi fəaliyyət göstərir, pasiyentlər qəbul edir,əməliyyatlar həyata keçirir.
Ardını oxu...
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına şikayət olunub araşdırma aparılır.
Ardını oxu...
Şikayətlə bağlı ”Medaura” klinikası ilə əlaqə yaratmaq mümkün olmadı. Nigar Məhəmmədovanın açıqlamasını dərc etməyə hazırıq.

Həmin fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, “MedAura” klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusif oğludur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
İctimai TV-nin aparıcısı Nərmin Knyaz şəxsi həyatı ilə bağlı açıqlama verib.

O, instaqramda paylaşdığı postda evli olub, ayrıldığını yazıb:

"5 ay evli olmuşam. Boşanmışam. Cəmiyyətin qınağından bəzən bunu deyəndə hiss etdirməsəm də içimdə utanıram. Bunun üzərində hələ də işləyirəm..

Evli olduğum münasibətimdə emosional və fiziki şiddət görmüşəm".

/milli.az
 

Dünyapress TV

Xəbər lenti