Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə Arzu Yusifova gətirilib.

Qeyd edək ki, ixtisasca qastroenteroloq-psixoloq həkim olan Arzu Yusifova bir ilə yaxındır sözügedən xidmətdə həkim kimi fəliyyət göstərir. O, həmçinin bir sıra özəl və dövlət xətəxanalarında çalışıb. Arzu Yusifova fövqəladə hallar naziri ilə ailəvi yaxınlığı ilə tanınır.

Xatıradaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, xidmət rəisi əvəzi general-mayor Rəfail Mehdiyev ötən gün vəzifəsindən azad edilib.
Ardını oxu...
Bakıda eltisini qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilən "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"DogruXeber.az" oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ü.İlyasova üç il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, üç il iki ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, bu il aprel ayının 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.

İstintaqla "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.

Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, mərhum Səbirə Vəliyeva Ü.İlyasovanın eltisidir.

Həmçinin səhiyyə naziri Teymur Musayev parlamentin iclasında bildirmişdi ki, ölən şəxs mətbəxdə əməliyyat olunub.
Ardını oxu...
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən mənzildən oğurluq edən xadiməyə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1980-ci il təvəllüdlü Zülfiyyə H. adlı qadın, Xırdalan şəhərindəki çoxmərtəbəli binanın 15-ci mərtəbəsində yaşayan Nuranə adlı qadının evindən külli miqdarda pul oğurlayıb. O, mənzildən ümumilikdə 17.340 manat dəyərində - 10.200 ABŞ dolları və 3.000 manat məbləğində pul aparıb. Daha sonra həmin vəsaiti şəxsi borclarını ödəmək üçün xərcləyib.

Araşdırmalar zamanı məlum olub ki, Zülfiyyə hadisə baş verən gecə, saat 01:00 radələrində xadimə kimi çalışdığı evə oğurluq məqsədilə daxil olub. O, ev sahibəsinin həmin vaxt gecə klubunda olduğunu bildiyi üçün bu fürsətdən istifadə edib.

Təqsirləndirilən şəxs tanımadığı bir taksi ilə evə gəlib və əvvəlcədən Nuranənin çantasından oğurladığı açarla mənzilin qapısının üst qıfılını açaraq içəri daxil olub. Yataq otağında yerləşən güzgülü dolabdan pulları götürərək, evi tərk edib.

Məhkəmənin hökmünə əsasən, Zülfiyyə H.-ya 2 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
 

Ardını oxu...
Füzuli rayonunda şəhid Vüqar Zamanovun anası Lətifə Zamanovanın kişiyə qarşı təhqiredici hərəkətlər etməsi və buna dair görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.

“Qafqazinfo” xəbər verir ki, L.Zamanova bu gün video yayaraq hadisə barədə danışıb və baş verənlərə aydınlıq gətirməyə çalışıb.

O bildirib ki, həyat yoldaşı vəfat etdiyi üçün oğlunun lövhəsinə qarşı nalayiq hərəkətlər etmiş şəxsi özü cəzalandırmaq qərarına gəlib:

“Oğlumun xatirə lövhəsi qarşısında nalayiq hərəkət etdiyi üçün bu addımı atmışam. Daha sonra oğlumun ünvanına nalayiq sözlər dediyi üçün mən də şəhid anası kimi buna dözməyib, o sözləri demişəm. Hansı şəhid anasına o sözlər deyilsə, buna sakit dayanmaz. Daha sonra o, məndən üzr istədi, əl-ayağıma düşüb yalvardı, içkili olduğunu dedi, mən də onu bağışladım”.

L.Zamanova oğlu və özü barəsində deyilən bəzi fikirlərlə razı olmadığını deyib. Həmçinin media və sosial şəbəkələrdən hadisəni əks etdirən görüntülərin silinməsini xahiş edib.

Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov Vətən müharibəsində müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi iştirak edib. 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, Horadizdə dəfn edilib. Ölümündən sonra müxtəlif medallarla təltif edilib.

Ardını oxu...
Məhşur dizayner və yazıçı Kirzayda Rodriqezin 40 yaşında mədə xərçəngindən vəfat etməzdən əvvəlki son sozləri.
Mənim qarajımda dünyanın ən bahalı avtomobili var idi, amma indi əlil arabasında gəzməli oluram. Şirkətimdə hər cür brend paltarlar, ayaqqabılar və qiymətli əşyalar satılır. Amma indi bədənim xəstəxananın verdiyi kiçik ağ paltoya bürünüb.
Bankda çoxlu pulum var, amma artıq ehtiyacım yoxdur.
Evim qala kimi idi, amma indi xəstəxana çarpayısında yatıram.
Beşulduzlu oteldən beş ulduzlu otelə keçdim, amma indi vaxtımın çoxunu bir labaratoriyadan digərinə keçərək xəstəxanada keçirirəm.
Yüzlərlə insana imza atmışam, amma bu dəfəki imzam tibbi sənədlərin üzərindədir.
Saçımı yeddi bərbərə düzəltdirmişəm, amma indi bir dənə də saçım yoxdur.
Şəxsi təyyarəm var və mən hər yerə uça bilirəm.
Amma indi xəstəxananın qapısına çatmaq üçün iki qulluqçuya ehtiyacım var.
Tamamilə istənilən yeməyi ödəyə bilsəm də, indi mənim pəhrizim gündə iki tablet və gecə bir neçə damcı duzlu sudan ibarətdir.
Bu ev, o maşın, o təyyarə, o mebel, bankdakı pul, reputasiya və şöhrət, bunların heç biri mənə kömək edə bilməz, heç biri dərdimi yüngülləşdirə bilməz və sonra başa düşdüm ki, ən önəmli şey sağlamlığımdır.
Həyat ölümə doğru bir qatar səyahətidir, əgər bu səyahətə çıxsanız, sonunda bu qatardan düşəcəksiniz.
Aziz Mustafa
TEREF
Ardını oxu...
Nazirinin olduğu avtomobil qəzaya düşüb.
Çexiyanın müdafiə naziri Jana Çernoçovanın olduğu avtomobil bu gün qəzaya düşüb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, Praqanın mərkəzində iki avtomobil toqquşub.

Praqa polisinin sözçüsü Kristina Zelinkova deyib: "Hərbi polis maşını işıqları yandırılmış vəziyyətdə hərəkətdə olarkən onu başqa bir mülki avtomobil vurub".

Toqquşma yol ayrıcında baş verib və nəticədə tramvayın hərəkəti təxminən on dəqiqə dayanıb.

Qeyd olunur ki, Çexiyanın müdafiə naziri tutduğu vəzifəyə görə hərbi maşından və hərbi polisin təmin etdiyi mühafizədən istifadə edir.

Çexiya Müdafiə Nazirliyinin sözçüsü David Şima faktı təsdiqləyib: "Mən təsdiq edə bilərəm ki, bu gün günorta nazirin avtomobili Praqanın mərkəzində qəzaya düşüb. İştirakçılardan heç biri xəsarət almayıb".
 
Ardını oxu...
Ermənistan mediası “Müasir erməni fahişələrin növləri və xidmət qiymətləri” haqda məqalə yayıb.

TEREF həmin məqaləni ixtisarla təqdim edir:

Dünyanın ən qədim peşəsi olan fahişəlik Ermənistanda da geniş yayılıb. Bu işlə məşğul olanların fikrincə, Ermənistanda fahişəlik 3 növə bölünür:

Ən aşağı səviyyə – təhsil səviyyəsi olmayan, yaşı çox və polis tərəfindən ən çox görülən küçə fahişələridir. Onların “xidmətləri” kifayət qədər münasibdir – 15-25 min dram (təxminən 40-65 dollar).

Orta səviyyə – gecə klublarında və digər əyləncə məkanlarında işləyən və həmin məkanda öz xidmətlərini göstərən fahişələrdir. Bunlar adətən daha gənc və daha cəlbedici olurlar. Bu kateqoriyaya xaricdən “turlarla” gələnlər də daxildir ki, onlara polis nəzarətini çətinləşir. Onların xidmətlərinin qiyməti 30-50 min dram (təxminən 80-130 dollar) təşkil edir.

Ən yüksək səviyyə – müxtəlif sosial şəbəkələr vasitəsilə müştəri ilə görüş təşkil edən elit fahişələrdir. Onlar əsasən gənc, cazibədar və çox vaxt yaxşı təhsil almış olurlar. Bir qayda olaraq, bunlar polisin profilaktik xidmətlərinin əhatə dairəsindən kənarda qalır. Onların xidmətləri 70 min dramdan 200 min drama və daha yuxarı olur.

Əgər əvvəllər elit fahişələr müştərilərini əsasən sosial şəbəkələr vasitəsilə tapırdılarsa, indi hər şey xeyli asanlaşıb. Ermənistanda fahişələr üçün xüsusi sayt var. Bu, Ermənistanda “Escort” alt bölməsi olan “Escort news” adlanır, burada Ermənistanda müxtəlif cinsi xidmətlər göstərən insanlar təqdim olunur. Əgər əvvəllər fahişə deyəndə ağlınıza ancaq pulla cinsi xidmət göstərən qadınlar gəlirdisə, bu gün tələb də, təklif də dəyişib.

Kişilər və transseksuallar da kifayət qədər yüksək qiymətə cinsi xidmət göstərirlər. Şərhlərə görə, onlara böyük tələbat da var. Üstəlik, kişi fahişələr əsasən biseksualdır, həm kişilərlə, həm də qadınlarla görüşürlər. Nə qədər təəccüblü görünsə də, təkcə kişilərə deyil, qadınlara da cinsi xidmət göstərən transgenderlər də var.

Ermənistanda “Escort” alt bölməsində ən sərfəli fahişələrin qiyməti 40-50 min dramdır. Bu, saatların sayından asılıdır. Görüş nə qədər qısa olarsa, məbləğ bir o qədər az olar.

Fahişələr xidmətlərinin qiymətini belə müəyyənləşdiriblər: 30 dəqiqə – 100 dollar, 6 saat – 1400-1800 dollar. Transseksual fahişələrin xidmətləri də kifayət qədər bahadır – 50 mindən 120 min drama qədər. Həm qadınlar, həm də kişilərlə görüşən kişi fahişələr öz xidmətlərinin qiymətini müəyyən ediblər – məsələn, bir saat – 100-200 dollar, 24 saat – 1000-1300 dollar.

Onu da qeyd edək ki, bu internet saytında fahişənin boyu, çəkisi, saçının və dərisinin rəngi, döymə və pirsinqlərin olub-olmaması və sayı, hətta fahişənin siqaret çəkib-çəkməməsi və ya içki içməsinin qeyd edilməsi tələb olunur. Yeri gəlmişkən, Teleqramda öz porno platformanızı yaratmaq da bu günlərdə dəb halını alıb. Xüsusilə fahişələr 5000-25000 dram arasında aylıq abunə üçün onların iştirakı ilə erotik videolar təqdim edirlər.

Bakupost.az
 

Ardını oxu...
  

Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.

Musavat.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, saat 06 radələrində naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olub. 

Qadının başına un kisəsi keçirilərək ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Z.Nağıyevaya məxsus 6 min manat və pensiya kartından çıxardığı məbləğ götürülüb.

Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər. 

Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə-beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb.

DİN in Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Z.Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o, tənha yaşayırmış.

Ardını oxu...

 
 
 

 

Ardını oxu...
  

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan "X"dəki hesabında İstanbul şəhərində keçirilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Qarabağ atlarının kompozisiyası ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, Ə.Ərdoğan paylaşımda 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyaya heyranlığını büruzə verib.

"VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında könülləri fəth edən Qarabağ atlarının bənzərsiz nümayişi. Bu gün bir xalqın mədəniyyəti digər xalqın qəlbində əks-səda tapıb. İki dövlət, bir millət; mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir", - Ə.Ərdoğan vurğulayıb.

 

 
 
 
 
 

 

 
 
 
 
Ardını oxu...
 

Erməni qadınlara doğum etmək üçün ABŞ-a ziyarət vizası ilə daxil olmamaq barədə xəbərdarlıq edilib.

Bu barədə Amerikanın İrəvandakı səfirliyi öz Facebook səhifəsində məlumat yerləşirib.

Səfirlik Ermənistan vətəndaşlarına uşaq dünyaya gətirmək üçün ziyarətçi vizası ilə ABŞ-a daxil olmamaq barədə xəbərdarlıq edib.

Diplomatik missiya qadınlara xatırladıb ki, “doğum turizmi” qadağandır.

Açıqlamada deyilir: “Uşağın Amerika vətəndaşı olması üçün ABŞ-də uşaq dünyaya gətirmək məqsədi ilə səyahət üçün vizadan istifadə edilməsinə icazə verilmir”.

O da bildirilib ki, Amerika konsulluğu müraciət edənlərin belə niyyətləri olduğundan şübhələnərsə, müraciətlər rədd ediləcək.//Teleqraf

Dünyapress TV

Xəbər lenti