Ardını oxu...
Bir neçə gün öncə dünyanın ən hündür zirvəsi olan Everest (8848 m) və Lots zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Qəhrəman (Musayeva) öz təəssüratlarını bölüşüb.

V. Qəhrəman İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişində səfər haqda danışıb.

“Məqsədin olduqda, biləndə ki, sən ora nə üçün getmisən, bu səni zirvəyə aparıb çıxarır. Dayanmaq ağlımdan keçməyib. Səfər zamanı üçqat əlcək taxmağıma baxmayaraq barmaqlarımı don vurmuşdu. Amma bu yumşaq donvurmadı, açılacaq. Əgər təsadüfən əlcəyini itirsən, oradan barmaqsız qayıdacaqsan”, - o bildirib.

Vəfa Qəhrəman həmçinin Everesti fəth etməyə xərclənən vəsaiti də açıqlayıb:

“Everesti fəth etmək 60 mindən 100 min dollara kimi başa gəlir. Zirvəyə gedib-gəlmək təxminən 18, bəzi insanlar üçün isə 24 saatı əhatə edir”.

Daha ətraflı videoda:

 

Ardını oxu...
  

Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Tahir ailə münaqişəsi zəminində həyat yoldaşı Sonaya (adlar şərti verilib - red.) işgəncə verib.

Musavat.com "Teleqraf"a istinadən xəbər verir ki, Tahir 2024-cü il iyulun 3-də yaşadıqları evdə arvadı Sona ilə mübahisə edib, əsassız bəhanələrlə onu əxlaqsız adlandırıb və müxtəlif dərəcəli xəsarətlər yetirməklə qadına əzab verib.

O, iyulun 4-də və 9-da arvadını yenə də əxlaqsız adlandırıb, başqa kişilərlə intim müasibətlərdə olduğunu, Sonaya müxtəlif dərəcəli xəsarətlər yetirib. Növbəti gündə də hərəkətlərinə davam edib.

İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: "Mən şirkətdə ekspeditor-sürücü işləyirəm. Sona ilə 2007-ci ildən evliyik. Bu vaxta kimi aramızda söz-söhbət olub, ancaq bu cür konflikt yaşamamışıq. Əvvəllər arvadımı döyməmişəm. Xeyli müddətdir Sonanın başqa birisi ilə danışmasından şübhələnirdim, amma sübut edə bilmirdim. İyun ayının sonlarında onun telefonuna baxanda "İnstagram" sosial şəbəkəsi vasitəsilə ona Ruslan adlı şəxsdən mesaj gəldiyini gördüm. Bu barədə soruşanda həmin şəxsi tanımadığını, onunla danışmadığını bildirdi. Bu sözlərə inanmadım, öz "İnstagram" hesabımdan yazaraq mobil nömrəmi ona verdim. Hadisədən təxminən on gün sonra həmin adam Rusiya nömrəsi vasitəsilə mənimlə əlaqə saxladı, Sona ilə danışdığını, yazışmaların olduğunu bildirdi. Hətta yazışmaların fotoşəkilini də göndərdi. Mən çox əsəbiləşdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 3-də əsəbi halda evə gəlib, Sonadan anası Sənəmin yanında bu barədə soruşub: "Sona əvvəlcə hər şeyi dandı, sonrad başqa kişi lə danışdığını dedi və üzr istədi. Mən də əsəbiləşdiyimdən özümü saxlaya bilmədim, əlimlə onun üzünə zərbə vurdum. Anası Sənəm məni ayırmaq üçün aramıza girdi. Sona mənim telefonumu götürdü və yerə ataraq sındırdı. Bu hadisədən sonra özümü toparlaya bilmədim və gecə evə gəlmədim".

Tahirin ifadəsinə görə, iyulun 10-da Sonadan hər şeyi etiraf etməsini, səmimi olmasını tələb edib, bu halda onu bağışlayacağını deyib: "Lakin Sona yenə yalanlar danışdı, Ruslana üzünün şəklini göndərmədiyini dedi. Halbuki Ruslan mənə Sonanın üzünün şəklini göndərmişdi. Biz yenidən dalaşmağa başladıq. Sonadan evdən çıxmağı tələb elədim, o, növbəti gün gedəcəyini dedi. Sonaya əxlaqsız olduğunu, uşaqların onunla yaşamasına imkan verməyəcimi bildirdim. Ona uşaqlardan imtina etməsi, özünün əxlaqsız olması barədə ərizə yazdırdım".

Tahir deyib ki, növbəti gün səhər oyandıqda həm Sonanın, həm onun əşyalarının, həm də özünün mobil telefonunun evdə olmadığını görüb: "Telefonumda Sonanın yazışmaları və şəkilləri olduğu üçün onu da özü ilə aparmışdı. Mən Sonanı iyulun 3-də vurmuşam. İyulun 4-də qollarından tutub sıxaraq silkələmişəm, saçını dartaraq yolmuşam. Qalan xəsarətləri isə Sonaya anam yetirib. İyulun 3-də emosiyalarıma hakim ola bilməmişəm, onu döymüşəm. Buna görə özümü günahkar bilirəm".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sonanın sözlərinə görə, 2007-ci ildə Tahirlə rəsmi nikaha daxil olub, 10 və 16 yaşlarında Amal və Zəfər adında iki övladları var: "Tahirlə təzə ailə qurduğum zamandan daim kiməsə borcu olurdu. Hətta mənim qızıllarımı sataraq borclarını da bağlamışdı. Həmişə borcları olduğu üçün əsəbi olur, içki içir, daim mənimlə dalaşırdı. Hətta məni döyüb təhqir etdiyi vaxtlarda olurdu. 2022-ci ildən başlayaraq məni daha çox döyməyə, təhqir etməyə başladı. Evdən çölə çıxdığıma görə də məni dəfələrlə döymüşdü. Bu barədə valideynlərimə heç nə deməmişəm. Tahir məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı. Mən mübahisədən sonra bir müddət evdən ayrıldım və atamgildə yaşadım. Sonradan bizi barışdırdılar".

Sona ifadəsində göstərib ki, iyulun 9-da Tahir onun bank kartını istəyib: "Kartı ona verdim. Tahir bank kartımdan 1 500 manat pul çıxardı və pulun 400 manatını mənə qaytardı. Daha sonra özü-özünə əsəbiləşərək məni döydü. Növbəti gün, yəni iyulun 10-da evə içkili halda gəldi, yenidən məni şiddətli şəkildə döydü. Döydükdən sonra məcburi qaydada "mən əxlaqsızam, pul müqabilində görüşürəm" kimi sözlər dedizdirdi, səsimi yazdı. Həmçinin əxlaqsız olduğum üçün övladlarımdan imtina etməyim haqda ərizə yazdırdı, məcbur imza etdirdi. Gecə saat iki radələrində məni ayaqyalın evdən çölə çıxartdı və evdən qovduğunu dedi".

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ardını oxu...
Bu gün rus işğalçılarının Ukraynanın Kiyev vilayətinin Vasilkov şəhərinə dron zərbəsindən sonra sakinlər arasında çoxlu həlak olanlar var.

Bakupost.az yerli KİV-ə istinadən xəbər verir ki, onlardan biri, şəhər sakini 28 yaşlı Anna partlayış zamanı 4 yaşlı oğlunu qorumaq üçün bədənini ona sipər edib.

Nəticədə gənc ana qəlpə zərbəsindən həlak olub.

Üzündən qəlpə zərbəsi alan Mark adlı uşaq sağdır və həkim nəzarətindədir.
Ardını oxu...
 
 
 

Ardını oxu...
  

Müğənni Samir Piriyevin həyat yoldaşı  Anara Fətəliyeva qızına irad bildirən məktəb direktorunun onlara görə işdən çıxarılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, o bu haqda sosial media hesabında paylaşım edib:

“Bu gün mən özüm qəsdlə bu haqda heç bir paylaşım etmədim ki, saytlara məzə olmasın. Amma alınmadı. Saytlar hər zamankı kimi reytinq peşindədir. Nazirliyin əmri ilə işdən çıxarılan direktora bizim adımızı calamayın, xahiş edirəm. Onun övladıma haqsız və kobud iradı keçən ilin oktyabrında olub, mən də qızıma qarşı cəmiyyət içində göstərdiyi kobudluğa görə şikayətimi ictimaiyyətə bildirmişəm. İndi əgər təqaüd yaşını çox keçdiyinə və aşkar olunmuş bir çox ciddi nöqsanlarına görə direktor nazirlik tərəfindən vəzifəsindən uzaqlaşdırılıbsa, buna biz səbəbkar deyilik. Və çox ümid edirəm ki, 42 saylı məktəbə 30 ildən sonra savadlı, mədəni, rüşvətxor olmayan yeni direktor təyin olunar”.

Qeyd edək ki, Bakıda 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova işdən çıxarılıb.

Bildirilib ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib. İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Firəngiz Həmidova direktor olduğu məktəbdə təhsil alan müğənni Samir Piriyevin qızına geyimi ilə bağlı irad bildirmişdi. Müğənninin həyat yoldaşı isə sosial media hesabında direktordan şikayətlənmiş, direktorun uşaqlarla kobud davrandığını bildirmişdi.

Könül
Musavat.com

 
 
 
Ardını oxu...
   

Aktrisa Mətanət Əhmədovanın (Eres) səhhətində problem yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə sənətçinin həmkarı Rasəf Mehdiyev xəstəxanadan video paylaşaraq məlumat yayıb. O bildirib ki, aktrisa əməliyyat olunub, indi hər şey qaydasındadır.

 

 
 
 
 
 

 

Şahanə Rəhimli
Musavat.com


Ardını oxu...


Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.

Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Xəbəri rus dilində oxuyun: “Европа выступает за продолжение конфликта в Украине” - Рубио

Videodan qadının psixi sağlamlıq vəziyyətinin yerində olmadığını ehtimal etmək mümkündür.

***

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

PAYLA

Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir zamanların məşhur "Kamerton" verilişinin aparıcısı Gülnarə Məmmədova Bakıya qayıdıb.

Uzun illərdən sonra onun Türkiyədən Bakıya qayıtması geniş müzakirələr yaradıb.

Sosial şəbəkə istifadəçiləri Gülnarənin türk həyat yoldaşından ayrıldığı üçün geri qayıtdığını iddia ediblər.

Bakıya əri ilə gəldiyini deyən aparıcı dedi-qoduya belə reaksiya verib:

"Yazırlar ki, Türkiyədə ət bahalaşıb, ona görə Azərbaycana qayıdıb. İllər sonra qayıtmağım insanlara qəribə gəlir. Vətəninə gəlmək üçün mütləq boşanmalısan? Yalandır, ayrılmamışam. Olsa, gizlədiləsi bir şey yoxdur. Ərim işi ilə bağlı gedib qayıdır. Öz işini Bakıda qurmaq istəyir. Uşağımızı burada böyütmək istəyirəm. Yoldaşım Azərbaycanı çox sevir, bizim dildə çox təmiz danışır. Mən öyrətmişəm. Mənə deyirdi ki, türk dilini öyrən, uşaq burada dərsə gedəcək. Sonunda isə mən deyən oldu"/Milli.Az
Ardını oxu...
15 yaşlı qız marketdə tanış olduğu 24 yaşlı şəxslə evlənmək məqsədi ilə qaçıb. Onlara mağarda toy da edilib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, hadisə bölgələrdən birində baş verib. Onların 2024-cü ildə toyları olub və hazırda övladları var.

15 yaşı tamam olan Nanə (ad şərtidir) mağazada satıcı işləyirmiş. 24 yaşlı Qafar (ad şərtidir) həmin mağazaya müştəri kimi gəlib. Onlar bir-birlərini bəyəniblər və evlənməyi qərarlaşdırıblar.

Onların kənddə, mağarda toyları da keçirilib. 15 yaşı tamam olmayan qızın toyunun olmasına ailəsi etiraz edib. Lakin qız Qafara verilməyəcəyi təqdirdə özünə bıçaqla xəsarət yetirəcəyini deyib.

Sonra ailələr toya razılıq veriblər. Qafarın dediyinə görə Nanə ona 18 yaşı tamam olduğunu deyib. Nanə də bildirib ki, Qafardan yaşını gizlədibmiş.

15 yaşlı qızın ərə verilməsi toy məclisindən sonra məlum olub və polis araşdırmaya başlayıb. Qafar buna görə məsuliyyətə cəlb edilib.

Onlar hazırda ər-arvad kimi birlikdə yaşadıqlarını deyiblər. Tərəflər bir-birindən şikayətçi olmayıb. Qafara yüngül cəza verilməsini xahiş ediblər.

Məhkəmə Qafar barəsində 1 il 6 ay şərti cəza təyin edib.
Ardını oxu...
Neftçala Rayon Mərkəzi Xəstəxanasında insident olub.

Oxu.Az-ın məlumatına görə, xəstəxananın operatoru işləyən qadın öz rəfiqəsi tərəfindən döyülüb.

Qeyd olunur ki, Neftçala şəhərinin 20 yanvar küçəsində Ülkər adlı qadın ətir satışı ilə məşğul olub. Xəstəxananın statistika bölməsində operator vəzifəsində çalışan Cəmalə adlı qadın isə onunla rəfiqə olub. Cəmalə Ülkərin mağazasından nisyə ətirlər götürərək satıb sonradan pulunu ödəyirmiş .

Cəmalə sonuncu dəfə Ülkərdən 350 manat dəyərində ətirlər götürsə də, onların pulunu 4 ay ödəməyib. O, Ülkərlə razılaşıb ki, maddi vəziyyəti ilə əlaqədar ona hər ay 50 manat ödəyə biləcək. Ülkər də onunla razılaşıb.

Bir müddət sonra Cəmalə oğluna kiçik toy məclisi edib və Ülkəri də dəvət edib. Amma işlə əlaqədar Ülkər toya gələ bilməyib, buna görə Cəmalədən üzr də istəyib. Cəmalə isə onun üzrünü qəbul etməyib. Ülkər ona deyib ki, borclu olduğu 350 manatın 50 manatını oğlunun toyuna çıxsın.

Bir neçə gündən sonra Cəmalə sosial şəbəkələrdə Ülkəri təhqir etməyə başlayıb. Ülkər bu barədə ona dəfələrlə xəbərdarlıq etsə də, xəstəxana işçisi onun bu xəbərdarlığına məhəl qoymayıb.

Çarəsiz qalan Ülkər özü ilə bir nəfər qadın da götürüb xəstəxanaya, Cəmalənin iş yerinə gəlib və yanındakı qadına tapşırıb ki, Cəmalə ilə olan davasını videoya çəksin. Ülkər xəstəxananın giriş koridorunda Cəmalə ilə rastlaşıb və ondan etdiyi hərəkətin səbəbini soruşub. Cəmalə ona cavab vermədən getmək istəyəndə Ülkər Cəmalənin saçında tutub dəhlizdə sürüməyə, onu şillə və təpik zərbələri ilə vurmağa başlayıb. Mühafizəçilərin müdaxiləsindən sonra dava sakitləşdirilib və hadisə yerinə polis gəlib.

Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ülkər qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum olunub.
 
Ardını oxu...
Qanlı Adaya - Narginə qurudan ən yaxın məsafədəyik...
Zığ Burnunda... Sona xanım Hacıyevadan danışırıq...
Nargin uzaqdan görünür, qüssəsi isə qəlbimizdədir...
Bu adanın hər dönəmi acı dastandı. Həm də milli özünüdərk dastanıdı. Kitablara sığmaz müsibəti var...
Bu adada nələr oldu...
Düşmən, bu susuz, bir adı da `İlanlı Ada` olan bu məkanda kimlərimizi ilana-çayana yem etdi...
kimlərimizi sənədsiz-sübutsuz öldürdü...
Kimlərimizin ayağına daş bağlanıb dənizə atdı...
Hələ də doğru-dürüst araşdırılmır. Hələ də xalqın tarixi xalqa açılmır...
Hansı xalqın tarixində belə bir ADA olsaydı muzeyə çevirər və gələnə, gedənə görk edərdi...
Təkcə gələnə-gedənə deyil, elə özünə də görk edərdi... Vətəndaşını məktəb yaşından ali məktəbə kimi NARGİN MUZEYİNƏ gətirməyi, öyrətməyi, günahsız qurbanları, ağır dönəmləri tanıtmağı təhsil proqramına salardı.
Biz etmərik...
Dövlətin bir vəzifəsi də vətəndaşının yaddaşına tarixi ayar verməkdir ki, bu sahədə yüzillik axsaqlığımız davam edir.
Biz bu məkana zamanının ən böyük XANIMI olan Sona xanım Hacıyevadan danışmağa gəldik.
Sona xanım çox zəngin, çox hünərli, çox mədəni, çox cəsarətli və... damarlarında axan türk qanının haqqını vermiş bir şəxsiyyətdir.
Necə ki Ümmugülsüm 37 repressiyasında Bayıl türməsində olarkən qanlı sovet rejiminə etiraz şeirləri yazan yeganə şairdir... eləcə də Sona xanım Hacıyeva Nargin adasından əsir türk zabitləri qaçıran, onları hazır ölümün caynağından qoparan tək qadındır.
Əlbəttə, o əsirlərin xilaskarları bütün Bakı camaatı, Abşeron kəndliləri idi. Amma Sona xanımın hünəri bir başqadır...
O gördüyü işlərlə YEGANƏ bir xanımdır...
Ömrünü xilaskarlıq ruhuna qurban vermiş İTKİN QADINDIR.
Mehriban Vezir
TEREF

Dünyapress TV

Xəbər lenti