b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_b13f254098b73ad3cffe4a7e314a67a9.jpg
  

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, aparıcı bu acı itki ilə bağlı Instagram hesabında paylaşım edib.

Xoşqədəm Hidayətqızı anasını ehtiramla yad edərək, paylaşımında görkəmli şair Məmməd Arazın şeirindən sətirlərə yer verib.

"Daha gəlməyəcək anamın səsi
Mənə də taleyin yumruğu dəydi.
Düzü, xatirimə dəyir, bəzisi
Soruşur mərhumun yaşı neçəydi?
Bilmirəm, düşmüşdü, saçlarına dən.
Dolaşır suallı cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ANA yaşında".

292427_887hm2f1hi.jpg

292426_s4k8jquu7u.jpg

Dünyapress TV

Xəbər lenti