Ardını oxu...
  

Musavat.com xəbər verir ki, sosial şəbəkədə yayılan bir video böyük marağa səbəb olub.

Belə ki, Türkiyənin Kars rayonunda yaşayan Fatma xanımın əks olunduğu görüntülərdə qadının Azərbaycan türkcəsində danışması diqqət çəkib. Videoda qadın Azərbaycanın Qərb bölgəsinin ləhcəsində danışır, bəzən Anadolu türkcəsində sözlərindən də istifadə edir.

 

Musavat.com həmin videonu təqdim edir: 

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
  

1988-ci ildən başlayaraq sonrakı illərdə üzləşdiyimiz saysız faciələrin müəlliflərini birbəbir saysaq, uzun bir siyahı alınar. Ancaq bu siyahının “ilk onluğ”una düşənlərin içində bir ad-soyad da var ki, onun üstündən keçmək olmaz.

Bu, Raisa Maksimovna Qorbaşovadır – SSRİ rəhbəri Mixail Qorbaçovun həyat yoldaşı, o zamanlar SSRİ-də yeni-yeni dəb olan ifadə ilə desək, sovet dövlətinin 1-ci xanımı.

Qarabağda erməni separatçıları ilk mitinqlərinə çıxanda bundan təkcə rəsmi Bakı yox, bütün SSRİ şok olmuşdu. Çünki SSRİ-də sovet rejiminin icazə olmadan təşkil edilən istənilən kütləvi aksiya antisovet hərəkət sayılırdı. İrəvanda və Xankəndidə kütləvi aksiyalar keçirənlər isə gerçəkdən də antosovet şüarlar qaldırmış, sovet quruluşunu, daxili sabitliyi təhdid edən tələblər irəli sürmüşdülər. Bütün ölkə separatçı ermənilərə ağır cəza gözləyirdi.

Ancaq bu, baş vermədi. Moskva Qarabağı Azərbaycandan qoparıb Ermənistana qatmaq istəyən, Kremli şantaj edən separatçılarla yumşaq davrandı. Elə o zaman ölkəmizdə şayiələr yayılmağa başladı ki, ermənilərin Kremldə ciddi himayədarları var və onlar hətta Qorbaçovun yaxın ətrafına daxildirlər.

Qorbaçovun yaxın ətrafında olan ən nüfuzlu erməni Georgi Şahnazarov idi. SSRİ Ali Sovetinin deputatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Bakıda doğulmuş Qarabağ ermənisi olan Şaxnazarov Qorbaçovun baş köməkçisi, əsas məsləhətçisi idi. Ancaq ermənilərin sovet rəhbərliyindəki arxa-dayağı Şaxnazarovla məhdudlaşmırdı, baş katibin həyat yoldaşı Raisa Qorbaçovanın da ermənilərin məşum planına xeyir-dua verdiyi iddia olunurdu.

Ardını oxu...

Bu gün əminliklə demək olar ki, o iddialar və şayiələr səbəbsiz yerə olmayıb. Hər şey göz önündəydi. Düzdür, ortalıqda ermənilərin Raisa Maksimovnaya unikal və bahalı brilyant bağışladıqları barədə də söz-söhbət gəzirdi, amma bu, olmasa belə “birinci xanım”ın ermənilərə rəğbəti danılmaz idi.

O zamanlar “Vremya” xəbərlər proqramını izləyənlər xatırlayar, 1989-cu ilin dekabrında Ermənistanın Spitak şəhərində baş vermiş dəhşətli zəlzələdən sonra Qorbaçov başının dəstəsi ilə fəlakət zonasına gedərkən onu R.Qorbaçova da müşayiət edirdi. “Vremya”nın təbii fəlakət zonasından hazırladığı xüsusi reportajda Qorbaçov xalq qarşısında çıxış edərkən ermənilərin əsassız iddialar irəli sürdüklərindən danışanda Raisa Maksimovnanın ərinə “nə danışırsan” mimikası ilə sərt nəzər salması milyonların gözündən qaçmamışdı.

Bu qadının dövlətin ali postunu, eyni zamanda hakim partiyanın lideri vəzifəsini tutan ərinə ciddi təsir göstərməsi çoxdan etiraf olunmuş faktdır. 1985-91-ci illər arasında Raisa Qorbaşova bir tərəfə, Siyasi Büro başqa tərəfə olub. Birincinin sözü Qorbaçovun yanında daha keçərli imiş.

Lenindən ta Qorbaçova qədər sovet liderlərinin heç birinin həyat yoldaşı üzdə olmayıb, dövlət işinə qarışmayıb, özlərinə xüsusi status və vəzifə tələb etməyib. Ancaq Raisa Qorbaçova öz ötkəmliyi ilə hər fürsətdə “SSRİ-ni ərim idarə edir, ərimi isə - mən” davranışı sərgiləyirdi. O, tez-tez xarici səfərlərə çıxan Qorbaçovu hər yerdə, bütün rəsmi tədbirlərdə, görüşlərdə müşayiət edirdi. “Vremya”nın xəbərlər bülletenində mütləq R.Qorbaşovanın da görüşlərinə, fəaliyyətinə dair süjetlər verilirdi.

Ardını oxu...

Raisa Maksimovna Qorbaçova 1932-ci ildə Altay diyarının Rubtsovsk şəhərində anadan olub. Onun “tatar qızı” olmasına dair söz-söhbət yayılsa da, Raisa Maksimovnanın atası milliyyətcə ukraynalı dəmiryol mühəndisi Maksim Titarenko, anası isə sibirli olub. Raisanın kiçik bacısı Lyudmila ərə gedəndən sonra Ayukasova soyadı qəbul edib və oftalmoloq işləyib. Onun qardaş Yevgeni Titarenko isə yazıçı olub.

Raisa 1949-cu ildə orta məktəbi bitirib, Moskvaya gedib, Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olub, tələbə vaxtı Mixail Qorbaçovla ailə qurub. 1955-ci ildə onunla birlikdə təyinatla Stavropola köçüb.

Əslində Raisa Maksimovnanın dominantlığı özünü elə Stavropolda göstərib. O, “Bilik” cəmiyyətində müəllim işləyib, eyni zamanda tibb və kənd təsərrüfatı institutlarında fəlsəfədən dərs deyib, elmlə məşğul olub, sosiologiyanı öyrənib, bu sahədə tədqiqat aparıb. 1967-ci ildə Raisa Maksimovna sosiologiya üzrə namizədlik dissertasiyası müdafiə edib.

1978-ci ildə Raisa Kremldə yüksək vəzifə almış əri il birlikdə paytaxta qayıdıb, Moskva Dövlət Universitetində dərs deməyə başlayıb.

R.Qorbaçovanın personası və fəaliyyəti SSRİ daxilində yaxşı qarşılanmasa da, xaricdə rəğbət və maraqla qarşılanıb. Hətta Britaniya jurnallarından biri R.Qorbaçovanı “1987-ci ilin qadını” adlandırıb.

Ardını oxu...

SSRİ-nin dağılmasında Qorbaçov cütlüyünün rolundan danışan rusların, demək olar ki, hamısı onların Qarabağ məsələsində tutduğu destruktiv mövqenin üstündən keçirlər. Fakt odur ki, SSRİ-nin süqutunun detanatoru Qarabağda başlanan erməni separatizmi olub. İki il əvvəl Almatıda yüngülvari millətçilik zəminində (“Qazaxıstanın rəhbəri qazax olsun” tələbiylə aksiya keçirilməsi) başlanmış hərəkatı top-tüfənglə, güllə-qandalla boğan Kreml cəmi iki il sonra görünməmiş millətçilik şüarları ilə, həm də kütləvi şəkildə meydana çıxan ermənilərin hərəkətinə göz yumdu və dağılma prosesi başlandı. SSRİ elə dövlət idi ki, onun sütunlarını tərpətmək olmazdı. Həmin sütunlardan biri də millətçiliyin hər cür təzahüründən imtina etmək, hamını ümumi “sovet xalqı” ifadəsində birləşdirmək idi. Məhz ermənilər SSRİ-də yaşayan bütün millətlərə göstərdilər ki, nasizm nədir və necə olur.

Raisa Maksimovna 1999-cu ildə 67 yaşında qan xərçəngindən ölüb. Onun xəstəliyini doğuran səbəblər arasında dəhşətli qəzadan qısa müddət sonra Çernobıl AES-ə səfəri zamanı radiasiyaya məruz qalmasını da iddia edirlər.

Araz Altaylı, Musavat.com

 

Ardını oxu...
Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) yeni təyinat reallaşıb. Sənubər Nəzərova Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Onun əsas fəaliyyət istiqaməti şirkətin PR strategiyasını idarə etmək və korporativ tədbirlərin təşkilindən ibarət olacaq. Xatırladaq ki, hazırda Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidmətinə Məhəmmədəli Qəribli rəhbərlik edir.
Sənubər Nəzərova bu təyinatdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi kimi fəaliyyət göstərib.
30 ildən artıq müddətdətdir fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən iri işəgötürənlərindən biridir. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna logistika, distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir.
Məhəmmədəli Qəribli
TEREF
Ardını oxu...
Fransada Anna adlı 53 yaşlı qadın dələduz qurbanı olub.

Tribunainfo.az xəbər verir ki, tanımadığı bir şəxs sosial şəbəkə üzərindən özünü Hollivud ulduzu Bred Pitt kimi təqdim edərək onunla sevgili olub.

Anna onun həqiqətən Bred Pitt olduğuna inanıb. Dələduz evli qadına Bred Pittin süni intellektlə düzələn foto və videolarını atıb.
Ardını oxu...
Bütün bunlardan sonra qadın varlı ərindən boşanaraq “Saxta Bred Pitt”lə evlənmək qərarına gəlib.

O həyat yoldaşından boşanan vaxt 830 000 dollar civarında təzminat alır. Bunu bilən dələduz Annaya xərçəng xəstəsi olduğunu və əməliyyat üçün külli miqdarda pula ehtiyacı olduğunu deyib.

O yenə də Bred Pittin süni intellektlə hazırlanan xəstəxana fotolarını qadına gönədrib. Anna 8 ay bu dələduza inanıb.
Ardını oxu...
Qadın Bred Pitti televiziyada yeni sevgilisi İnes Ramonla gördükdən sonra aldadıldığını öyrənib. O həmin adamı tapmaq üçün lazımı orqanlara müraciət edib.

Hazırda polis həmin dələduzu axtarır. Anna isə yaşadığı ağır stressə görə xəstəxanada müalicə alır.
 
Ardını oxu...
 

Efirdə aparıcı Elgiz Əkbərlə qonağı Elit star Cəmilə arasında gərginlik yaşanıb.

Aparıcı verilişinin qonağı olan sənətçinin görünüşünə ilişib.

Müğənnin camalına təriflər yağdıran Elgizin onun estetiksiz gözəl olduğunu deyib, sual ünvanlaması qarşı tərəfdən sərt cavabla nəticələnib.

"Gözəlliyimi qonşudan alıb gəlmişəm" deyə, cavab verən Cəmilə etirazını bildirib. Verdiyi sualdan peşman olan Elgiz vəziyyətdən çıxmağa çalışıb.\\Milli.Az 

 
 
 
Ardını oxu...
"Sosial şəbəkələrdə bir çox məsələlərin ictimailəşməsi mənfi haldır. İnsanlar "çəhrayı" eynəklərini çıxarın dünyanın o biri üzünü də görürlər. Neqativ xəbərlərə çox məruz qaldıqda beyin bir müddət sonra onu müsbət qarşılamağa başlayır. Mənfi xəbərlərə nə qədər üzülsək də, zamanla beynimiz və gözümüz öyrəşir. Hazırda ən çox dəbdə olan tendesiyalardan biri də feminizmdir. Düşünürlər ki, feminizm kişilərə qarşı aqressiyadır. Əslində cinsiyyətin heç bir fərqi yoxdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib:
"Biz heç nəyin şiddətlə, ölümlə, hədəylə həyata keçməyəcəyini bilməliyik. Bəlkə də fiziki şiddət olmasa da ailə daxilində psixoloji şiddət görən, ailə həyatına davam etmək məcburiyyətində qalan milyonlarla kişi var. Həyat yoldaşını öldürən, şiddət göstərən qadınların güclü olduğunu düşünürük. Kişilər eyni şeyi etdikdə yanaşmamız fərqli olur. Bütün bunların hamısının motivində sağlam psixologiyadan söhbət gedə bilməz.

Əvvəlki nəsillərdən duyğuları basdırılmış, fikir azadlığı olmayan insanlar üçün sosial şəbəkələrdə fikir bildirmək çox asandır. Yeni nəsillər isə həddən artıq azad olduğu üçün onlar da istədiklərini sosial şəbəkələrdə səsləndirirlər. Beləliklə, xaos yaranır. Çox mübahisəli məsələlərin rəy bölməsinin bağlı olması daha yaxşı olar. Rəylərdə başlanan mübahisələrin daha sonra harada tamamlandığını biz bilmirik. Faciə ilə bağlı fikir bildirərkən, daha böyük faciə yarada bilərik. Cinayətə cinsiyyət ayrımı olmadan sadəcə cinayət olaraq baxmaq lazımdır. İnsanlar real həyatda ifadə edə bilmədikləri fikirləri rəylərə yazaraq, emosional rahatlama yaşayırlar".
Ardını oxu...
  

Xətai rayon sakini olan, 35 yaşlı qadın müşkülə düşən işlərini yoluna qoymaq üçün falçı ya gedib.

Onun iddiasına görə, 3 ay müddətində falçıya 12 min manat pul verib. Əvəzində Natiq adlı falçı ona müxtəlif dualar yazıb.

Gənc qadın iddia edb ki, Natiq adlı şəxs Bakıda müxtəlif mənzilləri iki günlük kirayə edib fala baxırmış. İndi o telefonlarını açmır, kirayə yaşadığı ərazini isə tərk edib.

Hazırda fakt Xətai rayonu, 34-cü polis bölməsində araşdırlır.//Xəzər TV

 
 
 
Ardını oxu...
Bakıda təmizlik işçisi parkda ölüb.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu Şahlar Allahverdiyev küçəsində yerləşən parkda qeydə alınıb.

Mənzil Kommunal Təsərrüfat Bölməsində süpürgəçi işləyən 65 yaşlı Kifayət Təvəkkül qızı Bayramova dünyasını dəyişib. Onun parkda qəfil infarkt keçirərək öldüyü deyilir.
 

Ardını oxu...
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etmiş ola bilər.​

"DogruXeber.az" xəbər verir ki, bu barədə 1990-cı illərin əvvəllərində Əsədin atası Hafizin xahişi ilə kəşfiyyat xidmətləri tərəfindən hazırlanmış məxfi sənədləri dərc edən suriyalı jurnalist Nizar Nayuf açıqlayıb.

Onun hətta Londonda oxuyarkən də izləndiyi təsdiqlənir.

"Sky News Arabia" telekanalının məlumatına görə, Hafiz gələcək gəlininə etibar etməyib. Hafiz Əsma ilə bağlı inamsızlıq ucbatından kəşfiyyat xidmətlərinə onu Böyük Britaniyada izləməyi və ətrafını öyrənməyi əmr edib.

Bəşər Əsədin həyat yoldaşı Londonda anadan olub və London Universitetinin Kral Kollecini bitirib. Suriya kəşfiyyat xidmətləri onu JPMorgan Bankda işləyərkən britaniyalı kəşfiyyatçının ona köməklik göstərdiyini müəyyən edib.​​​​
Ardını oxu...
Azərbaycanda baldızının intim görüntülərini yayan qadın cinayət məsuliyyətinə cəlb edilib.

Laçın rayon sakini 1986-cı il təvəllüdlü Südabə Hüseynovaya (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 156.1-ci, yəni şəxsi həyatın toxunulmazlığı maddəsi ilə iş açılıb.

Araşdırmalarla Südabənin ərinin bacısı olan Xanım Hüseynovaya məxsus intim görüntüləri digər vətəndaşların mobil telefonuna göndərərək onun şəxsi həyatına dair informasiyaları yayması məlum olub.

Müəyyən edilib ki, hadisədən əvvəl dövlət qurumlarından birində çalışan Südabənin əri öz müdiri Turaldan işlənmiş telefon alıb. Südabə evdə olarkən ərinin telefonunu götürərək onun yaddaş hissəsində axtarış aparıb. Bu zaman o, Tural ilə, yəni telefonun keçmiş sahibi ilə baldızı Xanım arasında sevgi münasibətinin olmasını öyrənib. Südabə onlar arasındakı danışıqları oxuyub, həmçinin baldızı Xanımın Turala göndərdiyi intim görüntülərini öz telefonuna köçürüb.

Bundan sonra Südabə evli baldızının evli kişi ilə sevgi yaşamasını, ona intim görüntülər göndərməsini yaxınlarına və digər şəxslərə bəyan etmək qərarına gəlib. O, görüntüləri bir neçə nəfərə göndərərək baldızını rüsvay edib.

Başlanmış cinayət işinin materialları baxılması üçün Laçın rayon məhkəməsinə göndərilib.

Məhkəmə Südabə Hüseynovanı 156.1-ci maddə il təqsirli bilərək qazancının 15 faizinin dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edib. Həmçinin təqsirləndirilən şəxsin üzərində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri saxlanılıb.// Publika.az
 

Dünyapress TV

Xəbər lenti