Azyaşlı ona işgəncə verən anasından alındı -
Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.

Bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, azyaşlıya anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib.

“Rayon Polis İdarəsi tərəfindən azyaşlının anası tapılaraq polis bölməsinə dəvət olunub. O, övladının olduğu yer barəsində məlumat verməkdən yayınsa da, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən azyaşlının olduğu yer müəyyən edilib. Uşağın anasının himayəsində saxlanılması onun həyatı üçün təhlükəli hesab edildiyindən həmin Komissiya və RPİ əməkdaşları tərəfindən azyaşlı olduğu yerdən dərhal götürülüb və müvafiq sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinin işçilərinə təhvil verilib”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlının işgəncə görüntüləri yayılıb. Uşağın ağır fiziki zorakılığa məruz qaldığı aydın görünür.

Xatırladaq ki, bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılmışdı. Anası tərəfindən çəkilən və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə o, azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf etmişdi.

Azyaşlı ona işgəncə verən anasından alındı -
Azyaşlı ona işgəncə verən anasından alındı -
 

Dünyapress TV

Xəbər lenti