b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_fbb647b01d43a41d710565bda16c7d49.jpg
 


Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz ailəsi ilə Bakıya köçmə səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə sənətçinin xanımı sosial şəbəkədə paylaşdığı videoda məlumat verib. O bildirib ki, özünü artıq İzmirə aid hiss etmir və vətəndə yaşamaq qərarına gəlib:

"İllərdir Türkiyədə yaşayıram, özümü həmişə bu yerlərə aid hiss etmişəm. Zaman keçdikcə içimdəki bu aidlik hissi içimdə solmağa başladı. Bilmirəm, bəlkə də böyümüşəm və köklərim məni çağırır.Kargo işləri, uşaqların məktəbi, itlər, pişiklər… Hər şey bir-birinə qarışmışdı. Duyğularım qarışmışdı. Amma verdiyim qərar içimi isidirdi. Həm sevinir, həm kədərlənir, bəzən ağlayıram. Mən sadəcə bir evdən digərinə köçmürəm. İllərin xatirələrini yığıram. Və nəhayət Bakıya köçdük”.

 
 
 
 
 

 

Könül
Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti