Bakıda məşhur Marmaris restoranında biabırçılıq-
Bakıda yerləşən məşhur hotellərdən birinin ərazisində fəaliyyət göstərən restoran barədə sosial şəbəkələrdə ciddi narazılıqlar yayılıb. Müştərilər Ramada otelinin ərazisində yerləşən Marmaris restoranında yaşadıqları xoşagəlməz təcrübəni ictimailəşdiriblər.

AzPost xəbər verir ki, istifadəçilər səhər yeməyi adı ilə getdikləri məkanda köhnə məhsullar və bərbad xidmətlə qarşılaşıblar. Sosial şəbəkə istifadəçisi Fatimə Amrali Şıxveli paylaşımında bildirib ki, restoranda hər şey köhnə və istifadəyə yararsız vəziyyətdə olub. Onun sözlərinə görə, isti yemək sifariş verdikdən tam iki saat sonra gəlib və o da cəmi bir boşqabla təqdim olunub.

“Demək olar ki, ac gəlib evdə yedik. Çörək, meyvə, şokolad yağı – hamısı köhnə idi. Hər şey bərbad, xidmət sıfır səviyyəsində idi”, – deyə o qeyd edib.

Digər istifadəçi Solmaz Cahangirova isə qeyd edib ki, bu restoran hələ açıldığı ilk gündən narazılıqlarla gündəmdədir. Onun sözlərinə görə, illər öncə gedəndə də eyni vəziyyətlə üzləşiblər.

Restoran və otelin digər xidmətləri barədə də narazılıqlar səsləndirilib. Abbas Diyar adlı istifadəçi bildirib ki, Ramada otelinin SPA və hovuzları da bərbad vəziyyətdədir: “Hovuzlar xlorlu gölməçəni xatırladır. SPA isə girilməz haldadır.”

Hazırda restoran və otel rəhbərliyindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri bu cür xidmət səviyyəsinin paytaxtın mərkəzində yerləşən və özünü nüfuzlu məkan kimi təqdim edən obyekt üçün qəbuledilməz olduğunu bildirirlər.
 

Bölmənin digər xəbərləri

03 İyun 2025 288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir – Son sözü Üç nazirlik deyəcək! VİDEO
03 İyun 2025 Vəzifəli şəxs içkili halda qəza törədib?
03 İyun 2025 Hayat Residence» MTK-nın işçilərindən “yaşıl terror“ - Gecələr ağacları və yaşıllıqları yandırırlar
03 İyun 2025 Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş. - BU NƏDİ BELƏ?
03 İyun 2025  Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
03 İyun 2025  Binə qəsəbəsinin icra nümayəndəsi oliqarx imiş - BU DA FAKT!
03 İyun 2025 "Sağlam Ailə" Tibb Mərkəzində mətni kopyalayib çoxuna eyni şeyi yazıb göndərirlər? İDDİA
03 İyun 2025 Arxitektura Komitəsinin “Bureau Mühit” MMC ilə işbirliyi hələ də davam edir - İcazə verin şübhələnək...
02 İyun 2025 Oğlu gəlini tərəfindən qətlə yetirilən ananın FƏRYADI - DƏHŞƏT
02 İyun 2025 "Elnarə Canlı Beauty Center"-in lisenziyası və diplomu var? - Tolik nə zamandan estetik klinikaların qarantı oub? FOTO
01 İyun 2025 Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
01 İyun 2025 Bakıda dağ satışa çıxarıldı - FOTO
01 İyun 2025 Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları – VİDEO
01 İyun 2025 Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
31 May 2025 Eltisinin ölümünə görə həbs olunan həkim iş başında: Müştəri qəbul edir - FOTOFAKT
31 May 2025 Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
31 May 2025 Yüksək rütbəli məmur QƏZA TÖRƏTDİ: İndi də gizlədirlər... - TƏFƏRRÜAT
31 May 2025 Qaxın da öz TENDERYEYƏNİ VAR...
31 May 2025 “Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
31 May 2025 “Bravo marketdə” müştəriləri belə aldadırlar

Dünyapress TV

Xəbər lenti