Ardını oxu...
Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

XALQ.AZ xəbər verir ki,bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.Araşdırma zamanı “Vabiss” MMC-nin vəzifəli şəxsi tərəfindən əmək müqaviləsi olmadan xeyli sayda işçinin işə cəlb edilməklə, əmək haqlarının, həmçinin əmək müqaviləsi bağlanacağı təqdirdə ödəməli olduğu vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi, “HRH Construction2024” MMC-nin vəzifəli şəxsi tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa “İnşaat Konstruksiyaları” MMC, “LABSTYLE” MMC və “Koray Kılıç Mekanik İnşaat” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərinə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi müəyyən olunub.

Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Nəsimi rayon prokurorluğuna göndərilib, həmçinin İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
 
Ardını oxu...
Qazaxıstanda bahalı həyat tərzi nümayiş etdirən blogerlərin vergiyə cəlb olunması ilə bağlı qərar çıxarılıb. Belə ki, sosial şəbəkələr üzərindən ödəniş əsasında reklam işi görən şəxslər artıq vergi ödəməli olacaqlar. Eyni qayda Türkiyədə də tətbiq edilir. Sosial şəbəkə fenomenləri qazanclarına uyğun tənzimlənmə ilə müxtəlif məbləğdə vergi ödənişi həyata keçirirlər.

Azərbaycanda da bahalı həyat nümayiş etdirən, geniş izləyici auditoriyası olan, müxtəlif mağaza və markalarla reklam işləri görən blogerlərin sayı az deyil.

Maraqlıdır, ölkəmizədə də reklama görə vergiyə cəlb olunma tətbiq edilə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində, bahalı həyat göstərmək cinayət işi deyil.

O bildirib ki, bunun çıxış yolu dünyada tətbiq olunan gəlir vergisi bəyannaməsidir:

“Şəxsin kimliyindən asılı olmayaraq onun mütləq gəlir vergisi bəyannaməsi olmalıdır. Dünyada da belədir ki, ildə bir dəfə vəzifəsindən, statusundan asılı olmayaraq bütün vətəndaşlar gəlir bəyannaməsi təqdim etməlidirlər. Bizdə də buna keçmək daha məqsədəuyğundur”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda da əvvəl gəlir deklorasiyasının təqdim edilməsi ilə bağlı qayda qəbul olunub:

“Lakin bunun tətbiqi nədənsə gecikdirilir. İnsanlar VÖEN açmalı və bütün gəlirlərini onun vasitəsilə rəsmiləşdirməlidirlər. Bəzi hallarda insanlar pulu xarici platformalardan qazanırlar. Yəni reklam gəlirləri və s. Bunlar da bəyannamədə əks olunmalıdır. Sadəcə, tənzimlənmə mexanizmi tapılmalıdır. Bunun da ən sadə yolu illik gəlir bəyənnaməsidir. Asan və optimal variantdır.”.
 
Ardını oxu...
"VEST-LTD" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən QSC-nin hazırki vergi borcu 12 milyon manata yaxındır. (11891188.48AZN)

Bildirək ki, nizamnamə kapitalı 2050 AZN olan "VEST-LTD" QSC-nin qanuni təmsilçisi ŞAHİN VERDƏLİYEV ƏLİMƏRDAN Oğludur.
Ardını oxu...
Araşdırma etdiyimiz zaman "VEST-LTD" QSC-nin ötən ilin son ayında *Bakı Dövlət Universiteti ilə "Bakı Dövlət Universitetinin ərazisində köhnə yarımstansiya binasının sökülməsi, ərazinin inşaat tullantılarından təmizlənərək abadlaşdırılması və yaşıllıq zolağının salınması işlərinin satınalınması" ilə bağlı 11.500 AZN-lik,

*Elə həmin vaxtda Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə Mebel inventarlarının satınalınmasına görə, 17.981.180,51 AZN-lik,

*Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə "Azərbaycan Respublikası Milli Arxiv İdarəsində (Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arixvlərinin binasında) aparılacaq əsaslı təmir işlərinin" satın alınması ilə bağlı 671.902,74 AZN-lik müqavilə imzalayıb.

Hazırda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi qalibidir. Onlar arasında yaxın zamanda 37.230.105,82 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin isə Nizamnamə kapitalı 2050 AZN qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

"VEST-LTD" QSC-nin isə Nizamnamə kapitalı 100 AZN qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur.

Maraqlıdır ki, dövlət qurumunun iri məbləğli tenderlərində qalib seçilən “Şans Construction” MMC haqqında açıq mənbələrdə heç bi məıumat yoxdur. Hətta şirkətin əlaqə nömrələrinə və internet saytına rast gəlinmir. Bu isə şirkətin maddi-texniki bazası haqqında məlumatları əlçatmaz edir.

Xatırladaq ki, yerli mediada gedən məlumatlara görə, Eldar Əzizov sadıq kadrıdır.
 
Ardını oxu...
Son bir il ərzində Azərbaycanda əksər ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunub.
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, həmçinin son bir ildə bəzi ərzaq məhsullarının qiymətində ucuzlaşma qeydə alınıb.
Son bir ildə daha çox kərə yağı, mal və qoyun əti bahalaşıb, yumurta, un və banan isə ən çox ucuzlaşan məhsullardır.
Cədvəldə bir sıra əsas ərzaq məhsullarının bir il əvvəl –2024-cü ilin yanvarında qeydə alınan orta qiymətləri ilə bir il sonra –2025-ci ilin yanvarında qeydə alınan orta qiymətləri təqdim olunub:
Ardını oxu...
 
 

 


Ardını oxu...
Bazarlarda həm bostan, həm də qoz-fındıq məhsulları qıtlaşıb.
TEREF Xəzər TV-yə istinadən bildirir ki, söhbət yerli məhsullardan gedir.
Müxtəlif ölkələrdən idxal olunan məhsulların qiymətləri isə fərqlidir. Kimisi qoz ləpəsinin Qırğızıstandan, kimisi Ösbəkstan gətirldiyini deyir. Satıcılar iddia edir ki, son zamanlarda bazar əgər yerli məhsulların ümidinə qalsa qiymətlər həddən artıq baha olar.
Azərbaycana qabıqlı qoz və qoz ləpəsi Rusiya, Özbəkistan Qırğızıstan, Gürcüstan və Çindən gətirlir. Satıcılar deyir ki, Ukraynadan gətirlən eyni adlı məhsullar azalıb. Öyrəndik ki, bostan məhsullarınında sayılan badımcan da yerli bazara əsasən İran və Türkiyədən gətirilir.
Qiymətləri isə 2-4 manat arasında dəyişir.
Yerli məhsulun yetişdilməsi mürəkkəb olduğundan hazırda bu bostan məhsulu da xaricdən idxal olunur. Satıcılar deyir ki, yerli badımcan bazarlarda idxal badımcandan daha ucuz satılır.

İqtisadçı-ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, qoz fındıq məhsullarında qıtlaşma baş verir:

“Avqust, sentyabr aylarında fındığın yığım dönəmi olduqdan sonra bu istehsalçılar satıcılara və fındıq stoklayan şirkətlərə, zavodlara öz məhsullarını təqdim etməyə çalışırlar. 2024-cü ildə də məhsuldarlıq aşağı düşdü və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurdu. Bəzi məhsullarda müəyyən problemlər, xəstəliklər yaranmağa başladı. Hətta qıtlıqla üzləşdik və məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərdi. Ümumiyyətlə Azərbaycan xarici bazara, ən çox ixrac etdiyi məhsullardan biri fındıq məhsuludur. Xüsusilə Ferero və nutellaya öz məhsullarını ixrac edir. Düşünürəm ki, bu istiqamətdə problem yaranmayacaq. Digər tərəfdən yerli dəllallar bu məhsulun Novruz bayramı yaxınlaşarkən toplayıb bayram ərəfəsində baha satışını təşkil etmək üçün belə həmlələr edirlər. Amma xaricdən gətirilən fındıq məhsulu daxili bazarda qiymətlərdə balans yaradılmasına kömək edir. Yəni bunun üstün cəhətindən biri budur. Həmçinin Azərbaycanda bu sahədə fəaliyyət göstərən həm istehsalçılar, həm böyük təşkilatlar, korporasiyalar, həm də özəl istehsalçıların bir çoxu məhsullarını sığortalatmayıblar. Buna görə də problem olduqda çətinliklə üz üzə qalırlar və hər hansı bir vəsait, təzminat əldə edə bilmirlər”.
Ardını oxu...
Ötən il Azərbaycana xarici ölkələrdən 2 milyon 570 min ədəd süni diş gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan süni dişin 1 ədədinin orta gömrük dəyəri 16,5 sent (28 qəpik) olub.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə Azərbaycana xarici ölkələrdən 32 milyon 165,5 min ədəd süni diş gətirilib və süni dişin 1 ədədinin orta gömrük dəyəri 21,6 sent (36,8 qəpik) olub.
Məlumatlardan da göründüyü kimi, əvvəlki illə müqayisədə ötən il xaricdən gətirilən süni dişlərin həm miqdarı, həm də qiyməti aşağı düşüb.
Ötən il Azərbaycan ən çox İtaliya və Türkiyədən süni diş idxal edib. Xaricdən gətirilən süni dişlərin 80%-ə yaxını İtaliya və Türkiyənin payına düşüb və hər iki ölkədən idxal edilən süni dişin gömrük dəyəri 22 qəpik olub. Ən bahalı süni diş isə Azərbaycana Almaniyadan gətirilib. Ötən il Almaniyadan bir ədədi 60 manatdan 414 ədəd süni diş idxal edilib.
Məlumat üçün qeyd edək ki, süni dişlər Azərbaycana aşağıdakı ölkələrdən gətirilib:
İtaliya – 1 411 625 ədəd (1 ədədinin orta gömrük dəyəri 22 qəpik);
Türkiyə – 599 900 ədəd (22 qəpik);
Çin – 439 164 ədəd (26,6 qəpik);
Rusiya – 68 830 ədəd (48 qəpik);
Polşa – 24 192 ədəd (63 qəpik);
Koreya – 7 476 ədəd (1,25 manat);
Macarıstan – 5 292 ədəd (83 qəpik);
Avstriya – 4 410 ədəd (2,4 manat);
Sloveniya – 3 696 ədəd (1,53 manat);
Filippin – 2 925 ədəd (6,5 manat);
Hindistan – 1 979 ədəd (19,4 manat);
Almaniya – 414 ədəd (60 manat).
 
Ardını oxu...
Azərbaycan fəaliyyət göstərən elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, qurumda “SWIFT” təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və digər maliyyə qurumlarının nümayəndələrindən ibarət “SWIFT” İstifadəçilər Qrupunun birgə görüşü təşkil olunub. Görüşdə “SWIFT”in reallaşdırdığı hazırkı və gələcək fəaliyyət proqramları, strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər müzakirə olunub.

Görüşdə çıxış edən AMB-nin sədr müavini Vüsal Xəlilov ödəniş sistemlərində həyata keçirilən islahatlardan və strateji prioritetlərdən danışarkən bildirib: “Maliyyə institutları və strateji tərəfdaşların AMB-nin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə yaxından tanış olması və bu çərçivədə qeyd olunan təşəbbüslərə diqqət yetirməsi olduqca mühümdür. Eyni zamanda, hazırda banklarla yanaşı, lisenziya verdiyimiz elektron pul və ödəniş təşkilatlarının da “SWIFT” şəbəkəsinə qoşulması fintex sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla, maliyyə sektorunda növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir”.

Daha sonra Azərbaycanda ödəniş əməliyyatlarının dinamikası, ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, “ISO20022” beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə “SWIFT” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda icra olunmuş innovativ ödəniş həlləri üzrə praktiki müzakirələr aparılıb. Kommersiya banklarının nümayəndələrinin müvafiq mövzularla bağlı çıxışları da baş tutub.
Ardını oxu...
Dövlət Radiotezliklər İdarəsi “İcarə xidmətinin satınalması” tenderinin nəticələrini elan edib.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Facility Management Group” MMC (VÖEN: 1403645031) olub.

Qalib şirkətlə 172 809 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
 
Ardını oxu...
Avropa İttifaqı enerji, nəqliyyat və müharibədən sonrakı bərpa işləri də daxil olmaqla, bir sıra sahələrdə Suriyaya tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılması barədə qərar qəbul etməyə hazırlaşır.
"Reuters" xəbər verir ki, Aİ Şurası Suriyaya qarşı qüvvədə olan məhdudiyyətləri yumşaltmaq niyyətindədir.

Bu qərar enerji, nəqliyyat, maliyyə əməliyyatları və müharibədən sonrakı rekonstruksiya layihələrini əhatə edəcək.

Məqsəd Suriyada iqtisadi stabilliyi dəstəkləmək və humanitar vəziyyəti yaxşılaşdırmaqdır.
 
Ardını oxu...
Valyuta mübadiləsi fəaliyyəti Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir.

Qeyd edək ki, bir neçə il öncə ölkədə, xüsusilə də paytaxtda çox sayda valyutadəyişmə məntəqələri, "Exchange” fəaliyyət göstərirdi.

Vətəndaşlar istəyi zaman asanlıqla öz valyutasını həmin məntəqələrdə dəyişdirə bilirdilər. Ancaq 2016-cı ildə valyutadəyişmə mətəqələri bağlandı.

Hətta ekspertlərin sözlərinə görə, bu proses 6 min iş yerinin bağlanması ilə nəticələndi. 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqlədi.

Valyuta mübadiləsi məntəqəsi hava limanlarının aerovağzal kompleksində, iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar və köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələrində təşkil oluna bilər.

Beləliklə, bu gün valyutadəyişmə prosesləri əsasən banklarda həyata keçirilir. Bununla yanaşı hazırda çox az sayda valyutadəyişmə məntəqəsi var və bankların əksəriyyəti də saat 18:00-dək fəaliyyət göstərir ki, şənbə-bazar günləri də tamamilə işləmirlər.

Bəs vətəndaşlar axşam saatlarında, yaxud şənbə-bazar günləri valyutanı necə dəyişə bilərlər və "Exchange”-lərin sayının artırılmasına ehtiyac varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, valyutadəyişmə məntəqələri heç vaxt müstəqil olmayıb:

“Onlar hansısa bankın şöbələri idi. Azərbaycanda o vaxt hamıya elə gəlirdi ki, valyutadəyişmə məntəqələri hamısı müstəqildir, əslində belə deyildi. Onların bəziləri müstəqil idi.

Məsələn, deyək ki, mən sahibkaram, istəyirəm valyutadəyişmə məntəqəsi açım. Gedirdim hansısa bir banka, fikrimi bildirirdim, bank formal olaraq Mərkəzi Banka müraciət edirdi, lisenziya alırdı. Mən də o banka qeyri-rəsmi müəyyən ödəniş edirdim, faktiki o valyuta məntəqəsini işlədirdim. O vaxt valyutadəyişmə məntəqəsinə yaxınlaşanda xırda hərflərlə yazılmış sertifikatı olurdu və orada hansı banka məxsusluğu yazılırdı.

Sadəcə, o zaman niyə valyutadəyişmə məntəqələri çox idi? Birincisi, o dövrlərdə valyuta əməliyyatları çox idi. Çünki 2005-ci ildən 2015-ci ilədək Azərbaycanda iqtisadi inkişafın pik nöqtəsi idi. İnsanlar varlanırdı, neft çox idi, hamı işləyirdi, pul qazanırdı və valyuta əməliyyatları həyata keçirirdilər. Buradan belə nəticə çıxır ki, tələbat çox idi.

Digər tərəfdən həmin dövrdə Mərkəzi Bankın məhdudiyyəti vardı. Yəni bankların, o cümlədən valyutadəyişmə məntəqələrinin satdığı valyutanın məzənnə fərqi Mərkəzi Bankın məzənnəsindən 2 faizdən çox fərqlənə bilməzdi. Sonra onu artırdılar və 4 faiz etdilər.

Bu zaman valyutadəyişmə məntəqələri, müəyyən valyutada qıtlıq olduqda bundan istifadə edirdilər. Yəni onlar o məhdudiyyətdən kənarlaşırdılar.

Məsələn, vətəndaş banka gedirdi və bank deyirdi ki, valyuta yoxdur. Banka sərf etmirdi ki, 2 faizlə vətəndaşa valyuta satsın. Ancaq valyutadəyişmə məntəqəsi çekdə bir məzənnə yazırdı, qeyri-rəsmi pul alırdı. Buna görə də hamı oraya gedirdi və məntəqələrin qarşısında növbələr yaranırdı. Bu da o məntəqələrin populyar olmasının bir tərəfi idi”.

Ekspertin sözlərinə görə, sonra Mərkəzi Bank onları bağladı:

“Eyni zamanda 2-4 faiz məhdudiyyəti aradan qaldırdı. Bu gün banklar istədiyi məzənnə ilə valyuta sata bilir. Eyni zamanda, Mərkəzi Bank bəyan etdi ki, hansı valyutadəyişmə məntəqələrinə lisenziya verilirsə, onlar banklardan asılı deyil. Onlar tamamilə müstəqildirlər.

Ancaq Mərkəzi Bankın onlara qarşı tələbləri də çoxdur. Belə ki, Mərkəzi Bank onlardan kapital tələb edir, banklarda pul saxlamalıdırlar, depozit və s. Bu da çoxuna sərf etmir.

Valyutadəyişmə məntəqəsi açmağın özü çox vəsait tələb edən bir sahədir. Yəni oraya pul qoymaq lazımdır. İndiki dövrdə tələbat da elə yüksək deyil. Problem onda deyil ki, onlara icazə vermirlər, sadəcə tələbat yoxdur. Digər tərəfdən nağdsız ödənişlər, bank kartları və s. həcmi artıb.

O cümlədən də xaricilər ölkəmizə gələndə valyuta dəyişmək üçün bank tapa bilmirsə və yaxud həmin gün şənbə-bazar günü olarsa, həmin şəxs kartı götürüb gedib pulunu bankomatdan çıxarır.

Bu baxımdan, valyuta məntəqələri açmağa meyilin azalması, tələbat və onlara qoyulan yüksək tələblərlə bağlıdır. İndi müstəqil valyutadəyişmə məntəqəsi var, onların sayı çox azdır, çünki açmaq qətiyyən sərf etmir”.
 

Dünyapress TV

Xəbər lenti