"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Valyuta mübadiləsi fəaliyyəti Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir.

Qeyd edək ki, bir neçə il öncə ölkədə, xüsusilə də paytaxtda çox sayda valyutadəyişmə məntəqələri, "Exchange” fəaliyyət göstərirdi.

Vətəndaşlar istəyi zaman asanlıqla öz valyutasını həmin məntəqələrdə dəyişdirə bilirdilər. Ancaq 2016-cı ildə valyutadəyişmə mətəqələri bağlandı.

Hətta ekspertlərin sözlərinə görə, bu proses 6 min iş yerinin bağlanması ilə nəticələndi. 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqlədi.

Valyuta mübadiləsi məntəqəsi hava limanlarının aerovağzal kompleksində, iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar və köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələrində təşkil oluna bilər.

Beləliklə, bu gün valyutadəyişmə prosesləri əsasən banklarda həyata keçirilir. Bununla yanaşı hazırda çox az sayda valyutadəyişmə məntəqəsi var və bankların əksəriyyəti də saat 18:00-dək fəaliyyət göstərir ki, şənbə-bazar günləri də tamamilə işləmirlər.

Bəs vətəndaşlar axşam saatlarında, yaxud şənbə-bazar günləri valyutanı necə dəyişə bilərlər və "Exchange”-lərin sayının artırılmasına ehtiyac varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, valyutadəyişmə məntəqələri heç vaxt müstəqil olmayıb:

“Onlar hansısa bankın şöbələri idi. Azərbaycanda o vaxt hamıya elə gəlirdi ki, valyutadəyişmə məntəqələri hamısı müstəqildir, əslində belə deyildi. Onların bəziləri müstəqil idi.

Məsələn, deyək ki, mən sahibkaram, istəyirəm valyutadəyişmə məntəqəsi açım. Gedirdim hansısa bir banka, fikrimi bildirirdim, bank formal olaraq Mərkəzi Banka müraciət edirdi, lisenziya alırdı. Mən də o banka qeyri-rəsmi müəyyən ödəniş edirdim, faktiki o valyuta məntəqəsini işlədirdim. O vaxt valyutadəyişmə məntəqəsinə yaxınlaşanda xırda hərflərlə yazılmış sertifikatı olurdu və orada hansı banka məxsusluğu yazılırdı.

Sadəcə, o zaman niyə valyutadəyişmə məntəqələri çox idi? Birincisi, o dövrlərdə valyuta əməliyyatları çox idi. Çünki 2005-ci ildən 2015-ci ilədək Azərbaycanda iqtisadi inkişafın pik nöqtəsi idi. İnsanlar varlanırdı, neft çox idi, hamı işləyirdi, pul qazanırdı və valyuta əməliyyatları həyata keçirirdilər. Buradan belə nəticə çıxır ki, tələbat çox idi.

Digər tərəfdən həmin dövrdə Mərkəzi Bankın məhdudiyyəti vardı. Yəni bankların, o cümlədən valyutadəyişmə məntəqələrinin satdığı valyutanın məzənnə fərqi Mərkəzi Bankın məzənnəsindən 2 faizdən çox fərqlənə bilməzdi. Sonra onu artırdılar və 4 faiz etdilər.

Bu zaman valyutadəyişmə məntəqələri, müəyyən valyutada qıtlıq olduqda bundan istifadə edirdilər. Yəni onlar o məhdudiyyətdən kənarlaşırdılar.

Məsələn, vətəndaş banka gedirdi və bank deyirdi ki, valyuta yoxdur. Banka sərf etmirdi ki, 2 faizlə vətəndaşa valyuta satsın. Ancaq valyutadəyişmə məntəqəsi çekdə bir məzənnə yazırdı, qeyri-rəsmi pul alırdı. Buna görə də hamı oraya gedirdi və məntəqələrin qarşısında növbələr yaranırdı. Bu da o məntəqələrin populyar olmasının bir tərəfi idi”.

Ekspertin sözlərinə görə, sonra Mərkəzi Bank onları bağladı:

“Eyni zamanda 2-4 faiz məhdudiyyəti aradan qaldırdı. Bu gün banklar istədiyi məzənnə ilə valyuta sata bilir. Eyni zamanda, Mərkəzi Bank bəyan etdi ki, hansı valyutadəyişmə məntəqələrinə lisenziya verilirsə, onlar banklardan asılı deyil. Onlar tamamilə müstəqildirlər.

Ancaq Mərkəzi Bankın onlara qarşı tələbləri də çoxdur. Belə ki, Mərkəzi Bank onlardan kapital tələb edir, banklarda pul saxlamalıdırlar, depozit və s. Bu da çoxuna sərf etmir.

Valyutadəyişmə məntəqəsi açmağın özü çox vəsait tələb edən bir sahədir. Yəni oraya pul qoymaq lazımdır. İndiki dövrdə tələbat da elə yüksək deyil. Problem onda deyil ki, onlara icazə vermirlər, sadəcə tələbat yoxdur. Digər tərəfdən nağdsız ödənişlər, bank kartları və s. həcmi artıb.

O cümlədən də xaricilər ölkəmizə gələndə valyuta dəyişmək üçün bank tapa bilmirsə və yaxud həmin gün şənbə-bazar günü olarsa, həmin şəxs kartı götürüb gedib pulunu bankomatdan çıxarır.

Bu baxımdan, valyuta məntəqələri açmağa meyilin azalması, tələbat və onlara qoyulan yüksək tələblərlə bağlıdır. İndi müstəqil valyutadəyişmə məntəqəsi var, onların sayı çox azdır, çünki açmaq qətiyyən sərf etmir”.
 

Bölmənin digər xəbərləri

20 Fevral 2025 Azərbaycandakı elektron pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulmağa başlayıb
20 Fevral 2025 Portaldan gizlədilən icarə tenderinin qalibi - MƏLUM OLDU
20 Fevral 2025 Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları dayandıracaq
19 Fevral 2025 Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
19 Fevral 2025 Rusiya Fransanı Əlcəzairin taxıl bazarından demək olar ki, tamamilə sıxışdırıb
18 Fevral 2025 Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox....
18 Fevral 2025 Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin vergi borcu üzə çıxdı - Yarımmilyon manatlıq
18 Fevral 2025 17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? – ARAŞDIRMA
17 Fevral 2025 Fermerlər məhsullarını niyə sata bilmir? — VİDEO
17 Fevral 2025 Aİ ABŞ məhsullarının idxalına rüsum tətbiq edə bilər
17 Fevral 2025 Dünyanın ən bahalı KÜÇƏSİ – VİDEO
17 Fevral 2025 Qiyməti artdı, bəs çəkisi? - BELƏ DAVAM EDƏRSƏ...
16 Fevral 2025 Rusiyadan İrəvana göndərilən pul şok etdi - Qərb “görmür”
15 Fevral 2025 Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər
15 Fevral 2025 Bir gündə 10 AZN-lik şirkətlərlə 2 milyon manatlıq “alış-veriş - "Gözəl" tender "əməliyyat"ları
14 Fevral 2025 İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? - "Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”
14 Fevral 2025 Bu torpaqların qiyməti artır - DİQQƏT
14 Fevral 2025 Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
14 Fevral 2025 Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
14 Fevral 2025 AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

Dünyapress TV

Xəbər lenti