İkinci Dünya Müharibəsinin SİRLƏRİ:
İkinci Dünya Müharibəsi bəşər tarxinin ən ağır hərbi konflikti olub. Müharibənin əsas arenası Avropa və Sakit okean hövzəsi olsa da, diqqətdən kənar qalan köməkçi cəbhələr də olub.

Lent.az bu dəfə İkinci Dünya Müharibəsinin az danışılan epozidundan, İtaliyanın Britaniyanın təsiri altında olan Bəhreyni bombalamasından məlumat verəcək.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739992678_2.jpg

Hələ 1871-ci ildə Britaniya İmperiyası Bəhreyn üzərində protektorat qurmuşdu. Onun şərtlərinə görə Bəhreyn şeyxi ölkənin müstəqil xarici siyasətindən Böyük Britaniyanın xeyrinə imtina edir və bunun müqabilində tam hərbi müdafiə alırdı. 1932-ci ildə Bəhreyndə böyük neft yataqları kəşf edildi və tezliklə onun ixracı başladı, Amerika şirkətləri neft hasilatında fəal iştirak etdilər. 1935-ci ildən bəri Britaniyanın ilk daimi hərbi bazası Bəhreyndə qərarlaşdı. Bir sözlə, Britaniya körfəz regionunda müstəmləkə imperiyasının əsas qalası kimi Bəhreyni görürdü.

1940-cı il iyunun 10-da İtaliya Krallığı Fransa və Böyük Britaniyaya müharibə elan etdi. İtaliya aviasiyasında kifayət qədər strateji bombardmançı yox idi, ona görə də risk etmək: arsenalında olan bir neçə nəqliyyat təyyarəsini adi bombardmançıların əlçatmaz olan hədəfləri vura bilən təyyarələrə çevirmək qərarı alındı.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739992678_3.jpg

Bu təyyarələr SM 82 adlanırdı və İtaliya Hərbi Hava Qüvvələrinin potensial imkanlarını nümayiş etdirmək üçün körfəzdəki Manama şəhərində (Bəhreyn) Britaniya neft emalı zavodlarını bombalamaq qərara alındı. Bu Rodos adasından Bəhreynə uzanan və ümumi məsafəsi 4200 kilometrdən çox olan uzun və çətin bir missiya idi. Bombardmandan sonra onlar Qırmızı dənizə və İtaliya Eritreyasına çatmaq üçün geniş və demək olar ki, yaşayış olmayan Ərəbistan səhrası üzərindən uçaraq cənub-qərb istiqamətinə dönməli idilər.

Oktyabrın 18-də saat 17:10-da adi və əlavə çənlər doldurulduqdan sonra 15, 20 və 50 kiloqram olan yandırıcı və partlayıcı bombalar təyyarələrə yükləndi. Təyyarələr daha sonra aerodromdan havaya qalxaraq, gizliliyi təmin etmək üçün radiolarını söndürdülər və təxminən saat 3-də bombardmançılar hədəflərinə - Bəhreyn neft emalı zavodlarına çatdılar. Hücum nəticəsində iki neft emalı zavoduna ciddi ziyan dəydi və bir neçə neft quyusu yandırıldı.

Pilotlar ilk partlayışların parıltısını görən kimi italyan təyyarələri nəzarətləri altında olan Afrikadakı Eritreyaya doğru istiqamət götürdülər və orada saat 8:40-da eniş etdilər. Yolda Səudiyyə Ərəbistanındakı Dhahran neft zavodunu da vurdular, lakin böyük ziyan vura bilmədilər. Hətta belə bir versiya da var ki, hücum təsadüfi olub. İtaliya qüvvələri 4200 kilometr məsafəni cəmi 15 saat 30 dəqiqəyə qət edərək, o zaman tarixdə ən uzun bombardman rekordunu qırdı. Hava hücumu zamanı onlar heç bir itki vermədi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739992678_4.jpg

Bəhreynə hava hücumu ingilislər üçün tamamilə sürpriz oldu. İtaliya bombardmançılarının bu qədər uzun məsafəni qət edə biləcəyini heç kim təsəvvür edə bilməzdi. Və İtaliya aviasiyasının Bəhreynə hücumu, əlbəttə ki, faşist təbliğatında şişirdildi. Yerli hakimiyyət və media bu kiçik əməliyyatı qüdrətli İtaliya Hərbi Hava Qüvvələrinin böyük bir qələbəsi adlandırırdı.
 

Dünyapress TV

Xəbər lenti