Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışında Avropada çörəyə və şirniyyatlara həşərat sürfələrindən hazırlanmış unun əlavə edilməsi mövzusu müzakirə edilib.
Hansı qidalara böcək tozu qatılır? Çörəyin ağ və yumşaq olması üçün ona qatılan ziyanlı maddələr hansılardır?
Dünyanın bir çox yerlərində həşəratlar müntəzəm olaraq yeyilir. Bəs biz buna hazırıq?
Proqramın qonaqları - çörək texnoloqu Kamil Əliyev, diyetoloq-həkim Leyla Zülfüqarlı, biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov, texnika üzrə fəlsəfə doktoru, dosent Eldəniz Bayramovla bu və digər suallara aydınlıq gətirilib.