![]() |
![]() ![]() ![]() |
|
Xanım ifaçı Əminə Şirin şəxsi həyatı ilə bağlı çoxlarının bu zamana kimi bilmədiyi faktları açıqlayıb.
Əminə keçmiş həyat yoldaşının Xəzər rayonunun (əvvəlki adı: Əzizbəyov rayonu) sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov olduğunu bildirib.
Müğənni bildirib ki, gizlədəsi bir şeyi yoxdur, onlar ailəli olublar:
"Qızım (atası Yalçın Həsənov - red.) Rəşid Həsənovun nəvəsidir. Məni qınayanlar düşünsün ki, 23 yaşında qız o zindanın divarları arasında hər ay 6 gün orada həyat yoldaşı ilə qalırdı. Mənim toyum da orada olub, gəlinlik paltarında. Ona görə də kimsə mənə eşq öyrətməsin. Eşq əslində bilməyənlərin danışdığı, bilənlərin susduğu mövzudur".
Əminə qeyd edib ki, onların izdivacı 13 il əvvəl başa çatıb:
"Allah rəhmət eləsin, mən eşidəndə ki, xəstədir, özüm zəng etdim. Özü də dedi ki, bir bu zəngi gözləyirdim, inanmırdım yığarsan".
Qeyd edək ki, sabiq prokuror Rəşid Həsənovun oğlu Yalçın Həsənovla yanaşı, mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov da Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunmuşdu.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Yalçın Həsənov 8 il müddətinə, Orxan Nadirov isə 11 ay azadlıqdan məhrum edilmişdi./Titul.az