“Mədəniyyət Nazirliyi mənimlə maraqlanmır” –
“Dəfələrlə Mədəniyyət Nazirliyinə məktub yazmışam. Onlar mənim kimi qocaman sənətkarlarla maraqlanmır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Ceyran Haşımova deyib.

90 yaşlı xalq artisti səhhətindəki problemlərdən danışıb:

“Təzyiq xəstəsiyəm, çox əziyyət çəkirəm. Mənim artıq 90 yaşım var, yaş öz sözünü deyir. Artıq xəstəxanaya da getməkdən imtina edirəm. Özüm dərmanlarımı yaxşı bilirəm, özüm-özümü müalicə edirəm. Səsim hər kəsi aldadır, elə bilirlər yaxşıyam. Amma inanın ki, yaxşı deyiləm, çox yorulmuşam”.
Xalq artisti “Şöhrət” ordeni almaq üçün dəfələrlə Mədəniyyət Nazirliyinə məktub ünvanlasa da, cavab ala bilmədiyini deyib:
“Çox təəssüf edirəm ki, nazirliyimiz mənim kimi qocaman sənətkarlarla maraqlanmır. Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm, “Şöhrət” ordeni almalıyam, amma ala bilmirəm. Daha doğrusu vermirlər. Dəfələrlə Mədəniyyət Nazirliyinə məktub yazmışam, deyirlər ki, bu işə baxılacaq. Nə vaxt baxılacaq? Mən öləndən sonra? Artıq mənim 90 yaşım var, daha nə qədər yaşayacağam ki? Mən Azərbaycanda yeganə xalq artisti olan xanım tarzənəm. Amma görürsüz ki, nazirliyə bu maraqlı deyil. Mən mədəniyyətimiz üçün çox işlər görmüşəm, Azərbaycanın bütün rayonlarını, xarici ölkələri gəzmişəm, əsgərlərimizin önündə çıxışlar etmişəm. Bir ananın üç qızı olanda onlara baxa bilmir. Amma mən o boyda “Lalə qızlar” ansamblını yığıb hər yerə aparmışam. Bunların hamısı əziyyət idi. Bütün mətbuat bizdən yazırdı. Amma bu gün bunların heç bir dəyəri yoxdur”.

 
smartbee.png
 
 
 
 
 

Bölmənin digər xəbərləri

20 Fevral 2025 Azərbaycanlı məşhur müğənni keçmiş prokurorun oğlu ilə həbsxanada GÖRÜŞÜRMÜŞ
20 Fevral 2025 Bloqerlərin mərci: Yandırılan milyonlarla dollarlıq avtomobillərin aqibəti necə oldu? – ETİRAF / VİDEO
19 Fevral 2025 Əməkdar artistin “qırmızı lent” ÜSYANI - VİDEO
19 Fevral 2025 Firuzə İbadova buna görə daha toylara getmir
19 Fevral 2025 Açıq-saçıq geyimi Xatirənin başına "bəla oldu" - VİDEO
18 Fevral 2025 Anar daha bir türkiyəli məşhuru bəzədi - VİDEO
18 Fevral 2025 Məşhur bakılı stilistə ağır xərçəng diaqnozu qoyuldu - FOTO
17 Fevral 2025 “Aygün Kazımova evsiz qalar, amma səhnəsiz qalmaz”
17 Fevral 2025 İnternetin sürətinə və qiymətinə görə Azərbaycan regionda neçənci yerdədir? – SİYAHI
17 Fevral 2025 İkinci dəfə boşanan Aysun İsmayılova: “Heç bir ailədən söhbət gedə bilməz”
17 Fevral 2025 “Kaş, Azər yox, sən ölərdin” - VİDEO
16 Fevral 2025 Əmilərindən Azərin qızına maşın hədiyyəsi — VİDEO
15 Fevral 2025 “Ağlım olsaydı qətiyyən müğənni olmazdım”
14 Fevral 2025 “Quzumu da götürdüm, gedirəm” - Demetdən Anara
14 Fevral 2025 "Vicdanlı kişi var-dövlətə yox,..." - Aytən Leylaqızından QALMAQALLI AÇIQLAMA
13 Fevral 2025 "Sən demə, yoldaşımı əmisi qızı ilə "göbək kəsdi" ediblər" - müğənninin qeyri-adi həyatı
12 Fevral 2025 "Saç boyası, xına kişi üçündür"
12 Fevral 2025 BAŞ SƏHİFƏ HAQQIMIZDA SİYASƏT SOSİAL ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
12 Fevral 2025 “Ayağım tutulub, gəzə bilmirəm” - rəqqasə Renka
12 Fevral 2025 “O restorandan qovuldum” - Əməkdar artist

Dünyapress TV

Xəbər lenti