Ardını oxu...
2024-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 837.3 milyon manat vəsait xərclənib.

XALQ.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur. Qeyd edək ki, cari ilin sentyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard manata bərabər olub.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 316.4 milyon manat dəyərində məhsul istehsal edilib.
 
Ardını oxu...
Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Bildirilir ki, dövlət büdcəsi xərclərinin artırılmasının əsas səbəbi Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Əlavə xərclərin maliyyələşdirilməsi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
Onu da əlavə edək ki, militarizm irticaçı silahlanma siyasətidir və təcəvüzkarlıq məqsədilə müharibəyə hazırlanmaqdır.
Ardını oxu...
“Expressbank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə cari ilin əvvəli ilə müqayisədə “Expressbank”ın həm faiz gəliri, həm də faiz xərcləri azalıb.

Belə ki, cari ilin 3-cü rübündə “Expressbank”ın faiz gəlirləri 49.640 milyon manat təşkil edib.

2024-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 57.670 milyon manat olduğunu nəzərə alsaq, 8.030 milyon manatlıq azalmanın olduğunu görərik.

“Expressbank”ın faiz xərcləri isə 2024-cü ilin 3-cü rübündə 4.516 milyon manat azalaraq 14.086 milyon manat təşkil edib.

Cari ilin əvvəlində bankın faiz xərcləri 15.516 milyon manat olub.

2024-cü ilin 3-cü rübündə “Expressbank”ın dövr üzrə xalis mənfəəti 2.840 milyon manat azalaraq 9.175 milyon manata enib.

2024-cü ilin əvvəlində bankın dövr üzrə xalis mənfəəti 12.015 milyon manat olub.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.545 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
 
 
 
Ardını oxu...
Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

İqtisadiyyat.az-ın məlumatına görə, nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

"Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək", - deyə nazirlik bəyan edib.
 
Ardını oxu...
Əbu-Dabidə yerləşən ADQ investisiya və holdinq şirkəti və Livanın aparıcı banklarından biri olan Bank Audi sal ("Bank Audi") bu gün ADQ-ni Odea Bank A.Ş.-nin (Bank Audi-nin Türkiyədəki törəmə müəssisəsi) satın aldığını elan edib. “Odeabank”) kapitalının 96 faizinin alınması ilə bağlı qəti müqavilə imzalandığını açıqlayıb.

Beynəlxalq Qiymətləndirmə Fondu (BVF) maliyyə siyasəti ilə bağlı son hesablamasında qlobal dövlət borcunun bu il qlobal ümumi milli məhsulun (UDM) 93 faizinə çatacağını və 2030-cu ilə qədər UDM-in 100 faizinə yaxınlaşacağını gözləyir. dedi - Covid-19 pandemiyasından 10 il əvvəl Faiz dərəcəsi 2019-cu ilə nisbətən nisbətən yüksəkdir.

BVF-nin Maliyyə İşləri Departamentinin direktor müavini Era Dabla-Norris mühasibat uçotu açılmazdan əvvəl jurnalistlərə deyib: “Qlobal dövlət borcu çox yüksəkdir. Borc yükünün və ya borcun proqnozunun müşahidə ediləndən daha pis ola biləcəyinə inanmaq üçün kifayət qədər əsaslar var".

Dabla-Norris, iqlim dəyişikliyinə, borc proqnozlarının getdikcə daha nikbin olmasına və böyük həcmdə borc ehtimalı kimi problemləri həll etmək üçün mövcud xarici təzyiqlərə istinad edərək bildirir ki, “Məsələnin mahiyyəti odur ki, ölkələr “Maliyyə evinin qeydiyyatdan keçmə vaxtıdır” deyib.
 
Ardını oxu...
Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb. vakansiyalar

Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad idi.
 
 
 
Ardını oxu...
"Bank Avrasiya" 2024-cü ilin III rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
SAVASHMEDİA.az banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində "Bank Avrasiya"nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 11.9% azalaraq 3 milyon 483 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 952 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 8.4% azalaraq 11 milyon 193 min manat, faiz xərcləri isə 33% azalaraq 1 milyon 698 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 milyon 860 min manata ( illik müqayisədə 7.9% çox), qeyri-faiz xərcləri isə 5 milyon 996 min manata ( illik müqayisədə 3.3% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 4 milyon 648 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 10.2% azdır.

Bu ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10.9% və ya 20.2 milyon manat artaraq 204.7 milyon manata çatıb. Cari ilin ilk 9 ayında "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 351 min manat azalaraq 136.8 milyon manata bərabər olub.

Bu dövrdə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 120 milyon 412 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 15.7% və ya 16.3 milyon manat çoxdur. Bankın ümumi depozit portfeli isə cari ilin 9 ayında 37.8% və ya 18.3 milyon manat manat artaraq 66 milyon 810 manata çatıb.

2024-cü il oktyabr ayının 1-nə "Bank Avrasiya"nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 4.8% və ya 3 milyon 869 min manat artaraq 84 milyon 307 min manat təşkil edib.
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı balansında olan nəqliyyat vasitələrini hərraca çıxarır.

İqtisadiyyat.az xəbər verir ki, avtomobillər noyabrın 26-da saat 10:00-da hərraca çıxarılacaq.

"Mercedes", "Honda", "Hyundai", "Toyota", "Audi" və "Mitsubishi" markalarına aid avtomobillərin ümumi sayı 15 ədəddir.

Avtomobillərin markası, istehsal ili və ilkin hərrac qiyməti ilə aşağıdakı siyahıdan tanış olmaq mümkündür:
Ardını oxu...
 
Ardını oxu...
Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 997 manat 10 qəpik olub.

“Cebheinfo.az” bu gün açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövrlə (yanvar-iyul 2024) müqayisədə 5 manat 30 qəpik azalıb. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında orta aylıq əməkhaqqı 1 002 manat 40 qəpik olub.

İqtisadçı-eskpert Razi Abbasbəyli “Cebheinfo.az” -a açıqlamasında deyib ki, ilin sonunda orta aylıq əməkhaqqı azalır:

“Ümumi kvalifikasiya və əlavə gəlir vergiləri üzrə hesablamalar ilin sonunda orta aylıq əməkhaqqının baza hissəsini azaldır.

Təqribən 0,5 faizə yaxın azalma baş verir. Əsasən mühasibatlıq və xəzinədarlıq proseslərində ilin sonuna doğru əməkhaqqının təkrar formalaşdırılması və yeni il üçün əməkhaqqının təyini ilə bağlı belə hallar baş verir”.

Ekspert qeyd edib ki, bu ilin sonunda orta aylıq əməkhaqqı daha da azalacaq:

“Bu ilin sonu və gələn ilin əvvəlində texniki-maliyyə məsələləri ilə bağlı orta aylıq əməkhaqqı ardıcıl olaraq azalacaq. Lakin burada narahatlığa heç bir əsas yoxdur. Belə ki, texniki və maliyyə hesablamalarına görə orta aylıq əməkhaqqının ümumi statistikası azalır. Lakin yeni hesablamalardan sonra, ilin əvvəlində orta aylıq əməkhaqqının artacağı gözlənir. Yəni, ümumi statistikada baş verən dəyişikliyə görə heç bir narahatlığa əsas yoxdur”.
 
Ardını oxu...
“Dow Jones” və “S&P 500” indeksləri tarix boyu ən yüksək səviyyələrə çatıb.

İndex.az xəbər verir ki, bu, bankların müsbət hesabatları fonunda baş verib.

Belə ki, “Dow Jones Industrial Average” 1 % artaraq 42 863,86 bəndə, “S&P 500” 0,6 % artaraq 5 815,03 bəndə, “Nasdaq Composite” isə 0,3 % artaraq 18 342,94 bəndə çatıb.

“JPMorgan Chase” bankının səhmləri gözləntiləri üstələyən mənfəət hesabatının dərc edilməsindən sonra 4 % artıb. Eyni zamanda, “Tesla”nın səhmləri İlon Mask sürücüsüz taksi təqdim etdikdən sonra 8,7 % ucuzlaşıb.

Xatırladaq ki, “Dow Jones” ABŞ səhm bazarının ilk indikatorudur. O, ABŞ-ın 30 iri sənaye şirkətinin məlumatlarını əhatə edir.

“S&P 500” indeksinə informasiya texnologiyaları (İT), energetika, səhiyyə, maliyyə, kommunal xidmətlər, sənaye və telekommunikasiya sahələrini təmsil edən ABŞ-ın 500-ə yaxın şirkəti daxildir. İndeks demək olar ki, müxtəlif dərəcələrdə istehsal və xidmət sahələrinin hamısını əhatə edir. Üstəlik, onun böyük hissəsini İT şirkətləri təşkil edir.
 

Dünyapress TV

Xəbər lenti