Ardını oxu...
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 370 ton (79,8 %), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2,4 dəfə) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,9 %-ni təşkil edib.
 
Ardını oxu...
Rəsmi məlumat: 2024-cü ildə Azərbaycanın BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) iqtisadiyyatına birbaşa xarici investisiyaları 457,531 milyon ABŞ dolları təşkil edib. BƏƏ-yə Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyalardakı payı 26 % təşkil edir. İnvestisiyaların həcmi 2023-cü il ilə müqayisədə 4,82 dəfə və ya 362,712 milyon ABŞ dolları artıb.
Yəni, 2024-də BƏƏ-yə qoyulan investisiyalarda hər 10 dollardan 2,6 dolları Azərbaycan pulu olub və bu investisiyalar 2023-cü illə müqaisədə 5 dəfə (!!!) artıb.
Yaxşı, bu investisiyaların strukturu nədir? Özəl sektordur, ya dövlət investisiyalarıdır? Xub, özəl sektordusa, niyə Azərbaycana investisiya qoymur da, BƏƏ-yə yatırım edirlər?! Dövlət investisiyalarıdırsa, lap yaxşı, hara yatırım olunub, bu yatırım dövlət büdcəsinə nə qədər və hansı zaman kəsimində dividend gətirəcək?!
Bəlkə özəl sektor ona görə BƏƏ-yə yatırım edir ki, orada vergi-gömrük rüsumları azdır, qanunlar çalışır, ola bilərmi bu, görəsən hökumətin iqtisadi komandası bu suallara cavab verə bilərmi?!
Natig Jafarli
Ardını oxu...
Almaniyanın məşhur “DrillTec GmbH” şirkətinin Azərbaycandakı filialının vergiyə külli miqdarda borcu yaranıb.
TEREF "Musavat.com"a istinadən xəbər verir ki, şirkətin hazırda vergiyə yaranmış borcu 330 min manatdır.


Şirkət Azərbaycanda milyonlarla manat dəyəri olan bir neçə böyük layihənin icrasını həyata keçirib. Şirkət neft-qaz kəmərlərinin çəkilməsi, qazma və boru kəmərlərinin quraşdırılması kimi iri layihələri icra edir.

Rəsmi məlumatlarda şirkətin aldığı layihələrdən birinin dəyəri 26 milyon manat olaraq göstərilir. Bu məbləğ şirkətə Cənubi Qafqaz Boru Kəmərinin 5 çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işlərinə görə ayrılıb.

Bundan başqa da şirkət bir neçə böyük layihənin icrasını həyata keçirib.
Ardını oxu...
ABŞ bir gündə min “qızıl viza” satıb və bundan 5 milyard dollar qazanıb.

Bu barədə “Financial Express” ABŞ-ın ticarət naziri Hovard Lutnikə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, öz sahibinə ABŞ-da yaşamaq icazəsi verən belə vizanın hər biri 5 milyon dollara başa gəlir.

APA
 
Ardını oxu...
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bir müddət öncə bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. O, dana və quzuların erkən yaşda kəsilməsinin əleyhinə olduğunu qeyd edib,

Deputatın təklifi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Modern.az-a bildirib ki, dünya praktikasında qeyri-peşəkarlar aqrar sahə ilə bağlı təkliflər vermir, qanunda dəyişikliklə bağlı çıxışlar etməkdən çəkinirlər:

“Sahəni dərindən bilmədən sahə ilə bağlı nəsə danışmaq yersizdir. Bütün ölkələrdə qədim zamanlardan heyvanların kəsim zamanını sahibkarlar müəyyən edir. Heyvanın kəsim zamanı heç bir ölkədə dövlət qanunu ilə tənzimlənmir. Bunu kim uydurdu, kim dildən-dilə gəzdirdi bilinmir. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da çıxışı olmuşdu. İndi də Aqrar siyasət komitəsinin sədrinin belə bir çıxış etməsi yalnızca qeyri-peşakarlıqdan irəli gəlir. Çünki heyvanlar ilk aylarda daha sürətlə inkişaf edirlər. Məsələn, quzular 6 ay müddətinə, eləcə də buzovlar 6-7 müddətinə sürətə inkişaf edirlər. Sonrakı etapda isə gündəlik yem tələbatı artır. Elə bil ki, bütün canlılar ilk etapda sürətlə inkişaf edir. Sonrakı etapda isə təbii inkişaf dayanır və ancaq qidalanma hesabına inkişaf mümkün olur”.

V.Məhərrəmli bildirib ki, Azərbaycanda ot və yem çatışmazlığı var:

“Biz tələbatımızdan 2.5 dəfə az ot, 15 dəfə az qüvvəli yem istehsal edirik. Belə bir halda heyvanları uzun müddətə saxlamaq mümkün olmayacaq. Olsa da, baş sayı azalacaq. Ölkəmizdə 1.8 milyon xırdabuynuzlu, 350 min iribuynuzlu heyvan sayı azalıb. Bunun səbəbi kifayət qədər yem olmamasıdır. Əgər yem olarsa, niyə sahibkarlarımız daha az heyvan saxlasınlar?! Azərbaycanda ətin qiyməti regionda ən yüksək dərəcədədir. Ət istehsal edib satmaq sahibkarlarımıza sərf etdiyi halda bunu etmirlər, çünki örüş əraziləri tükənib, məhsuldarlıq aşağı düşüb”.

Müsahibimiz qeyd edib ki, kənd təsərrüfatı naziri və Aqrar siyasət komitəsinin üzvləri nə etdiyini bilmirlər:

“Yaxşı olar ki, onlar nəsə deməzdən əvvəl mütəxəssislərlə məsləhətləşsinlər. Əgər imkan yaradılarsa, Aqrar siyasət komitəsinin üzvlərindən özünü ən hazırlıqlı hesab edənlərlə bu məsələni müzakirə etməyə hazıram. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi bu sahədə çalışan sahibkarlara ciddi problem yarada bilər. Məmurlar elə deməklə deyil, mən bilirəm ki, onların əksəriyyəti 4-5 aylıq quzu əti ilə qidalanırlar. Bu əgər qanun şəklində həyata keçirilərsə, fermerlərlə yanaşı, istehlakda da ciddi problemlər yaradacaq. Elə adamlar var ki, onlar quzu əti yeyə bilir, amma toğlu ətini yeyə bilmir. Yaxşı olar ki, hər kəs öz bildiyi sahə üzrə danışsın. Bu sahə olduqca mürəkkəbdir, onsuz da bərbad vəziyyət yaradıblar, daha da pis günə qoya bilərlər”.
 
Ardını oxu...
İstanbul Fond Birjasında çökmə davam edir.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə 10:52-də alqı-satqı dayandırılıb. İtkilər davam etdiyindən birja 11:27-də bağlanıb.

Günə 0,53% enişlə və 9.758,53 indekslə başlayan birjada yerli vaxtla 10:12-də eniş 5%-ə çatıb. Bu səbəbdən də alqı-satqının dayandırılmasına qərar verilib.

"Saat 10:52-dən etibarən indeksin söndürülməsi sistemi işə salınıb. Birjanın səhm, füçers və opsiya bazarlarında ticarət edilən səhm və səhm indekslərinə əsaslanan müqavilələr, Dövlət Qiymətli Borc Bazarında isə əməliyyatlar müvəqqəti olaraq dayandırılıb", - İstanbul Fond Birjasının açıqlamasında deyilir.
 
Ardını oxu...
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlamasında bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda son iki ayda heyvanların kəsilməsi məsələsi ilə bağlı təbliğatlar gedir.

"Bəzi mənbələrdə quzuların kəsilməməsi və quzu ətinin pis olduğu barədə çağırışlar edilir. Bu barədə dövlət orqanlarından eşitdikdə, 1982-ci ili xatırladım. 1982-ci ildə SSRİ dövründə siyasi büro - Moskva qərar qəbul etmişdi ki, toylarda heyvan kəsilməsin, ümumiyyətlə ət kəsilməsin. Əhali kolbasa ilə toylarda iştirak edirdi. Sovet İttifaqı ərzaq proqramı həyata keçirirdi. Effektiv kənd təsərrüfatı siyasəti aparmaq əvəzinə, istehlakçıların seçim hüququ məhdudlaşdırılırdı. Bir çox məsələlər istehlakçıdan asılıdır. Bazarda baş verən müsbət və mənfi nəticələr istehlakçının seçimlərinə əsaslanır. İstehlakçıların israfçılığının qarşısını almaq əsas məsələlərdən biridir. Mütəxəssislər bəzən hökumətin çağırışına cavab olaraq deyirlər ki, quzu əti pisdir.

Düşünürəm ki, dədə-babadan və tarixdən bizə miras qalan, milli adət-ənənələrə daxil olmuş quzu əti ən üstün ətdir düşüncəsindən uzaq olmaq, kənd təsərrüfatını inkişaf etdirmək siyasəti ilə uyğun gəlmir. Gözləyirdim ki, azad olmuş torpaqlarda hökumət böyük kənd təsərrüfatları yaradacaq. Daim proqnoz verirdim ki, yaxın 5 ildə Azərbaycan özünü ətlə tam təmin edəcək. Ancaq çağırışlar edilir ki, quzu əti yeməməli və hətta zərərli olduğu barədə məlumatlar yayılır. Hamımıza məlumdur ki, heyvanları böyütmək üçün mütləq onlara baytarlıq dərmanları vurulur. Ən uca dağ kəndlərində belə, mala və qoyuna heyvan dərmanları vurulmasa, onlar qırılacaqlar".

Müsahibimiz qeyd etdi ki, quzu antibiotik və digər dərmanlar qəbul etməmiş bir canlıdır.

"Əlbəttə, quzunun “yazıqlığı”, baxışı ayrıdır. Quzu, baytarlıq dərmanlarından kənarda qalmış daha yaxşı ətə malik yeməli heyvandır. Quzu yeməmək, qocalmış heyvan ətinin daha yaxşı olması təbliğ edilir. Hətta Qida Təhlükəsizliyi Agentliyinin idarə rəisi mənimlə mübahisə edərək bildirib ki, o, kənddə ən yaşlanmış xoruzu seçib, ətini yeyir. Belə çıxır ki, arabaya qoşulmuş öküz ətləri ən baha qiymətə olmalıdır. Hindistandan yaşlanmış heyvan əti Azərbaycana daha ucuz göndərilir. Vaxtilə öküzləri, yaşlanmış heyvanları ümumiyyətlə kəsməzdilər. Kənd təsərrüfatı siyasətinə bu cür primitiv yanaşma doğru deyil. İstehlakçının seçim hüququ var. İstehlakçı istəsə, pul verib alar, istəməsə almaz. Bazarda hər cür ət olmalıdır. Kim ki, qocalmış xoruz, toyuq, öküz əti yemək istəyir, buyurub, bazardan alıb yesinlər.

Kənd təsərrüfatı siyasətini bu cür formalaşdırmaq doğru deyil. İstehlakçıları israfçılıqdan uzaqlaşdırmaq siyasəti aparılmalıdır. Təəssüf ki, ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. Azad İstehlakçılar Birliyi ilə dövlət səmərəli əməkdaşlıq qurmur.

Əgər belə bir siyasət aparılarsa, quzu kəsiminə və ya digər kəsimlərə qadağalar qoyularsa, quzular yenə kəsiləcək. Quzu ətinin qiyməti isə 50-100 manata qalxacaqdır. Bu, çox səhv bir yanaşmadır. Fərqli fəaliyyət göstərmək lazımdır. Kim istəyirsə, qocalmış ətləri yesin, buyurun yesinlər. Bu səhv siyasətdir. 1982-ci ilin sovet siyasətini xatırladır", - deyə E.Hüseynov bildirdi.
 
Ardını oxu...
Niderlandın ən böyük bank qrupu olan “ING Group” 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozu 3 %, 2026-cı ildə 2,5 % səviyyəsində proqnozlaşdırır.

İndex.az ING-yə istinadən xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi 0,4 faiz bəndi artırılıb, 2026-cı il üçün isə 0,3 faiz bəndi azaldılıb.

Beləliklə, ING 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in orta illik artımını 2,75 % səviyyəsində proqnozlaşdırır.

ING cari ilin birinci rübü üçün iqtisadi artım proqnozu 2 %, ikinci rüb üçün 3 %, üçüncü rüb üçün 2,5 %, dördüncü rüb üçün isə 4,5 % təşkil edir.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları fərqlənir. “S&P Global” – hər il üçün 2 %, “Fitch Ratings” – 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, “Moody’s” – hər il 2,5 % səviyyəsində proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,7 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-fevral aylarında isə 0,2 % artıb.
 
 
 
Ardını oxu...
Hazırda Azərbaycanda qiymətləndirmə sahəsində vəziyyət necədir? Hər hansısa bir şirkətin Azərbaycan Qiymətləndiricilər Palatasının 2025-ci il üçün planları nədən ibarətdir? Bu il qiymətləndirmələrə əsasən hansı sahələrdə bahalaşma gözlənilir?

Mövzu ilə bağlı Azərbaycanda Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov Referans- a açıqlamasında bildirib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunun icrası olaraq Dövlət İmtahan Mərkəzində son 6 ayda keçirilən 4 imtahandan 214 nəfər uğur qazanmış, onlardan 126 nəfər qiymətləndirici və 74 qiymətləndirici təşkilatın müraciətləri əsasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) reyestrində qeydiyyata alışıblar.

Palata sədri onu da vurğulayıb ki, hazırda AQP Rəyasət Heyəti tərəfindən bütün normativ və hüquqi sənədlərin hazırlanması prosesi başa çatmaq üzrədir. Digər tərəfdən, AQP rəhbər heyəti tərəfindən müvafiq dövlət və kommersiya qurumları rəhbərləri ilə müxtəlif görüşlər keçirir, qanunun tələbləri və icrası istiqamətdə işlər görülür. Azərbaycanda yeni formalaşan Qiymətləndiricilər Palatasının əsas hədəfi qiymətləndirmə bazarının struktur bölmələrinin inkişaf etdirilməsidir.

Palata sədri həmçinin deyib ki, onların əsas hədəfi Azərbaycanın qiymətləndirmə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, daha keyfiyyətli xidmətlərin təmin olunmasına şərait yaratmaq və sektorda davamlı inkişafı təmin etməkdir.

Nüsrət İbrahimov eyni zamanda bildirib ki, inflyasiyanın aşağı düşməsi hələ qiymətlərin aşağı düşməsi deyil. Çünki Azərbaycandakı qiymət artımı birbaşa və dolayısı ilə beynəlxalq aləmdə baş mühüm iqtisadi proseslərdən asılıdır.
"Konkret olaraq bahalaşmanın ehtimal edildiyi sektorlar var. Misal üçün daşınmaz əmlak bazarında, müəyyən qida məhsullarının qiymətlərində və elektronika sahələrində bahalaşmanın olacağı real görünür",- deyə Nüsrət İbrahimov qeyd edib.
 
 
 
Ardını oxu...
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin fevral ayında bəzi qida məhsullarının, xüsusilə də meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunub. Limon, portağal, naringi, alma, armud, heyva, kələm, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan və kartof kimi məhsulların bahalaşması diqqət çəkir.

Azərbaycanın meyvə-tərəvəz ixracından əldə etdiyi gəliri nəzərə alsaq, qiymət artımının səbəbləri ilə bağlı maraqlı suallar ortaya çıxır.

Qiymət artımına səbəb ixracdır, yoxsa daxili bazardakı digər amillər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymət artımına səbəb ixrac deyil:

“Çünki biz həmişə ixrac etmişik. Bu, yalnız o zaman təsir edə bilər ki, əvvəlkindən daha çox ixrac edək. Məsələn, əvvəllər 100 ton məhsul ixrac edirdiksə, indi 200-300 ton ixrac etsək, bu, bazara təsir edə bilər. Amma meyvə-tərəvəzin qiymət artımının əsas səbəbi ixrac deyil, Tarif Şurasının qərarlarıdır. Tarif Şurasının hansı qərarları qiymət artımına təsir edib? Keçən il Tarif Şurası enerji daşıyıcılarının qiymətini artırdı. Benzinin və dizelin qiyməti qalxdı və bu, daşınma xərclərinə ciddi təsir göstərdi”.

İqtisadçı onu da əlavə edib ki,meyvənin dəyəri çəkisinə görə çox olmur, amma daşınma xərcləri onun kiloqram qiymətinə əhəmiyyətli təsir göstərir:

“Məsələn, əvvəl meyvə və tərəvəzi daşımaq üçün 300 manat ödəyirdilərsə, indi bu rəqəm 400 manata yüksəlib.Daşıyıcıların xərclərinin bəzən 30%-i, bəzən isə yarısı yanacaq və digər nəqliyyat xərclərinə gedir. Dizel yanacağının 25% bahalaşması qiymət artımına əsas təsir edən faktorlardan biridir.Digər səbəb isə elektrik və qaz tariflərinin artmasıdır. Yanvar ayından etibarən bu tariflər bahalaşıb. İşıq və qaz parnik təsərrüfatlarında, həmçinin anbarlarda saxlanma xərclərinin əhəmiyyətli hissəsini təşkil edir. Tariflərin artması bu sahələrdə də qiymətləri yüksəldib.Bundan əlavə, hökumət bu ilin yanvar ayından minimal əmək haqqını artırdı. Şəffaflıq yüksəlib, vergilərin yığımı artıb və sahibkarların xərcləri çoxalıb. Bütün bu faktorlar – Tarif Şurasının qərarları, minimal əmək haqqının artması, şəffaflığın yüksəlməsi və inflyasiya – meyvə-tərəvəzin qiymət artımına təsir edən əsas səbəblərdir”.

Dünyapress TV

Xəbər lenti