"Meyvə-tərəvəzin qiymət artımının əsas səbəbi ixrac deyil" — İqtisadçı
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin fevral ayında bəzi qida məhsullarının, xüsusilə də meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunub. Limon, portağal, naringi, alma, armud, heyva, kələm, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan və kartof kimi məhsulların bahalaşması diqqət çəkir.

Azərbaycanın meyvə-tərəvəz ixracından əldə etdiyi gəliri nəzərə alsaq, qiymət artımının səbəbləri ilə bağlı maraqlı suallar ortaya çıxır.

Qiymət artımına səbəb ixracdır, yoxsa daxili bazardakı digər amillər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymət artımına səbəb ixrac deyil:

“Çünki biz həmişə ixrac etmişik. Bu, yalnız o zaman təsir edə bilər ki, əvvəlkindən daha çox ixrac edək. Məsələn, əvvəllər 100 ton məhsul ixrac edirdiksə, indi 200-300 ton ixrac etsək, bu, bazara təsir edə bilər. Amma meyvə-tərəvəzin qiymət artımının əsas səbəbi ixrac deyil, Tarif Şurasının qərarlarıdır. Tarif Şurasının hansı qərarları qiymət artımına təsir edib? Keçən il Tarif Şurası enerji daşıyıcılarının qiymətini artırdı. Benzinin və dizelin qiyməti qalxdı və bu, daşınma xərclərinə ciddi təsir göstərdi”.

İqtisadçı onu da əlavə edib ki,meyvənin dəyəri çəkisinə görə çox olmur, amma daşınma xərcləri onun kiloqram qiymətinə əhəmiyyətli təsir göstərir:

“Məsələn, əvvəl meyvə və tərəvəzi daşımaq üçün 300 manat ödəyirdilərsə, indi bu rəqəm 400 manata yüksəlib.Daşıyıcıların xərclərinin bəzən 30%-i, bəzən isə yarısı yanacaq və digər nəqliyyat xərclərinə gedir. Dizel yanacağının 25% bahalaşması qiymət artımına əsas təsir edən faktorlardan biridir.Digər səbəb isə elektrik və qaz tariflərinin artmasıdır. Yanvar ayından etibarən bu tariflər bahalaşıb. İşıq və qaz parnik təsərrüfatlarında, həmçinin anbarlarda saxlanma xərclərinin əhəmiyyətli hissəsini təşkil edir. Tariflərin artması bu sahələrdə də qiymətləri yüksəldib.Bundan əlavə, hökumət bu ilin yanvar ayından minimal əmək haqqını artırdı. Şəffaflıq yüksəlib, vergilərin yığımı artıb və sahibkarların xərcləri çoxalıb. Bütün bu faktorlar – Tarif Şurasının qərarları, minimal əmək haqqının artması, şəffaflığın yüksəlməsi və inflyasiya – meyvə-tərəvəzin qiymət artımına təsir edən əsas səbəblərdir”.

Bölmənin digər xəbərləri

31 Mart 2025 ABŞ miqrantlarla mübarizə xərclərini hesablayıb
30 Mart 2025 Kartof sürətlə bahalaşır: Səbəb nədir?
30 Mart 2025 Ukrayna ABŞ-la iqtisadi razılaşmanın dəyişdirilməsini istəyir
30 Mart 2025 KİV: ABŞ qanunsuz miqrasiya ilə mübarizəyə 300 milyon dollar xərcləyib
28 Mart 2025 “Avant Group” təbiətə 100 minlik ziyan vurub
27 Mart 2025 Bakının bu yerlərində evlər OD QİYMƏTİNƏ OLACAQ – GÖZLƏNİLMƏZ ARTIM
26 Mart 2025 Polşa Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfədən çox artırıb
25 Mart 2025 Azərbaycan kərə yağı idxalına çəkdiyi xərci 2 dəfədən çox artırıb
24 Mart 2025 2024-cü ildə Azərbaycanın BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) iqtisadiyyatına birbaşa xarici investisiyaları 457,531 milyon ABŞ dolları təşkil edib
24 Mart 2025 Milyonlar qazanan şirkətin vergiyə 330 min manat borcu var
23 Mart 2025 ABŞ bir gün ərzində 1000 “qızıl viza” satdı
23 Mart 2025 Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert
22 Mart 2025 İstanbul birjasında əməliyyatlar dayandırıldı
22 Mart 2025 “Quzu ətinin qiyməti 50 manata qalxacaq” - BELƏ DAVAM EDƏRSƏ...
20 Mart 2025 ING Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu artırıb
20 Mart 2025 DİQQƏT! Bu sahələrdə bahalaşma GÖZLƏNİLİR...
19 Mart 2025 Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 2,7 milyard dollar artıb
19 Mart 2025 Azərbaycandan ABŞ-yə Rusiyadan daha çox pul köçürülüb – Ölkələrin siyahısı
19 Mart 2025 Ərzaq bazarında bahalaşma: səbəb yalnız bayramdır? - AKTUAL
18 Mart 2025 Azərbaycandan Gürcüstana 6 milyon dollar pul köçürməsi olub

Dünyapress TV

Xəbər lenti