Daha bir tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri sökür? (VİDEO)
Sumqayıtda "Mahal" MMC tikinti şirkətinin sakinlər evdə ola-ola mənzilləri sökdüyü iddia edilir.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, belə iddia ilə Sumqayıt sakinləri çıxış ediblər.

Sumqayıt şəhərinin 4-cü məhəlləsində "Mahal" MMC tərəfindən aparılan söküntü işləri ciddi narazılıq doğurub.

Sakinlər bildiriblər ki, evdə olduqları halda onların mənzilləri qanunsuz şəkildə sökülüb və tikinti şirkəti hələ də onlara lazımi kompensasiyanı ödəməkdən imtina edir. Hazırda tərəflər arasında gərginlik yaranıb. Mübahisənin kökündə isə kompensasiya məbləğinin azlığı dayanır. Sakinlərin sözlərinə görə, təklif olunan məbləğ onların yeni mənzil əldə etməsi üçün yetərli deyil.

"Mahal" MMC tikinti şirkətinin sədr müavini Ruslan Məmmədov bildirib ki, hazırda söküntü aparılan binada cəmi 3-4 ailə qalıb. Təklif olunan pul bazar qiymətlərinə uyğundur, lakin sakinlər bu məbləğlə razılaşmırlar. O, sakinlərin evlərinin qanunsuz sökülməsi iddiasını isə rədd edib. Məsələ ilə bağlı tərəflər arasında məhkəmə çəkişməsi davam edir.

Bu isə sakinlər üçün ədalətli həll yolunun tapılıb-tapılmayacağını müəyyən edəcək.

Qeyd edək ki, martın 27-də Bakı şəhərinin Yasamal rayonunun Alatava ərazisində Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında sakinlər içəridə ola-ola "Melissa Group" adlı tikinti şirkəti tərəfindən söküntü işləri aparılmışdı.

 

Bölmənin digər xəbərləri

01 Aprel 2025 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...
01 Aprel 2025 Bakıda BAŞIPOZUQLUQ: Arxitektura Komitəsi İŞ BAŞINDADIR... - Məsuliyyət isə onlarlıq deyil...
01 Aprel 2025 Fərzəliyev bütün tenderləri Mehbalıyevin kürəkəninə verib
01 Aprel 2025 Aristokrat klinikada diplomuz "stomatoloq"(?)-Bu, yalnız bir fırıldaqçılıq deyil...
01 Aprel 2025 Milyonçu "Tender kralı" Hacı Ramazan Mirzəyevlə bağlı məlumat yayıldı
01 Aprel 2025 Qəzənfər Ağayev “ELNUR-2″ni niyə “əzizləyir”? - HƏQİQƏTƏN DƏ...
01 Aprel 2025 `Anadolu` restoranı ilə Nəsimi RİH-in işbirliyi - BU NƏDİ BELƏ?..
31 Mart 2025 Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 Mart 2025 Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? - İLGİNC FAKT
31 Mart 2025  Binəqədidə başçının satmadığı YER QALMAYIB - NARAZILIQ VAR... FOTO
31 Mart 2025 Sabirabad rayonunda direktor, Maarif müdiri və Regional Rəhbərinin birgə qanunsuzluğu!!!
31 Mart 2025 Masallı sakini Prezidentə müraciət etdi: "Oğlumun ölümündə olan günahkarlar cəzalandırılsın"
30 Mart 2025 "Tender kralı" Ramazan Mirzəyev kimdir? -Dövlətin milyonları necə talanır?
30 Mart 2025 ƏƏSMN üçün yardılmış “MAC CONSTRUCTİON”: Şirkət rəhbəri ilə Sahil Babayevi nə birləşdirir?
29 Mart 2025 Mehdiqulu müəllim 33 nömrəli məktəbin direktorudur ya fermanın?
29 Mart 2025 Yasamalda zibil qutularının yerində obyekt tikilir – İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”
28 Mart 2025 Xətaidə bu başıpozuqluğa kimlər rəvac verir? - İcra Hakimiyyəti hara baxır? FOTO
28 Mart 2025 Deputat və oğlu NƏDƏ ittiham olunur
28 Mart 2025 "Melissa Grup" vandallıqda tək deyil - MTK rəhbərləri mafioza çevriliblər... video
28 Mart 2025 Badamdarda sürüşmə zonasında 40 illik şam ağacları məhv edildi — Yerində obyekt tikən kimdir?/FOTOLAR

Dünyapress TV

Xəbər lenti