İlon Mask sürətlə kasıblaşır - “Bloomberg”
“Tesla” şirkətinin baş direktoru, ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Maskın sərvəti 2024-cü ilin noyabrından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşüb.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın aprelin 2-də tətbiq etdiyi idxal rüsumları səbəbindən qiymətli kağızlar bazarlarında kotirovkaların çökməsi nəticəsində olub.

“Aprelin 7-də “Tesla”nın səhmlərinin ucuzlaşması sürətləndikdən sonra Mask 4,4 milyard dollar itirdi. NASDAQ ticarətində avtomobil istehsalçısının səhmləri 2,56% ucuzlaşaraq 223,29 dollara düşüb. Nəticədə milyarder dünyanın ən zəngin adamları arasında itkilərə görə liderlər siyahısında altıncı yeri tutub. “Bloomberg” Milyarderlər İndeksinin (Bloomberg Billionaires Index) ümumi sərvəti 271 milyard dollar azalaraq bütün tarix ərzində bir gündə üçüncü ən böyük itki olub”, - agentlik yazır.

Eyni zamanda, aprelin 3-ü və 4-də milyarder bundan bir neçə dəfə çox - ümumilikdə 31 milyard dollar itirib. Ümumilikdə, 2025-ci ilin əvvəlindən biznesmenin sərvəti 134,7 milyard dollar azalıb.

Bununla belə, sərvətinin azalmasına baxmayaraq, “Bloomberg Milyarderlər İndeksi”nə görə Mask hələ də 298 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamları arasında birincidir. Sərvət baxımından Mask həm “Amazon” şirkətinini banisi Ceff Bezosu (196 milyard dollar), həm də kapitalı 183 milyard dollar dəyərində qiymətləndirilən “Meta” şirkətinin baş direktoru Mark Zukerberqi xeyli qabaqlayır.

- Trampın ABŞ prezidenti seçilməsindən qısa müddət sonra Teslanın səhmlərinin qiymətlərinin dəyişməsi fonunda Maskın sərvəti azalmağa başlayıb. Onun Trampın baş məsləhətçisi kimi rolu “Tesla” avtomobillərini ABŞ-də və xaricdə etirazlar və vandalizm hədəfinə çevirib”, - agentlik bildirir.

“Financial Times (FT)” qəzeti fevral ayında Avropada “Tesla” avtomobillərinin satışlarının azalması səbəbindən İlon Maskın sərvətinin gündə 22 milyard dollar azalmasına diqqət çəkərək, bunu onun Avropa siyasətinə müdaxiləsi, xüsusən də sağçı partiyaları dəstəkləməsi nəticəsində populyarlığının devalvasiyası ilə izah edib.

Digər amil milyarderin 2025-ci il yanvarın 20-də ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə təyin olunduqdan sonra həyata keçirdiyi ABŞ federal hökumətinin xərclərinin kəskin azaldılması siyasətidir. Xüsusilə də İlon Mask on minlərlə dövlət əməkdaşının işdən çıxarılmasını təklif edib ki, bu da 2025-ci ilin fevralında sosial mediada #TeslaTakedown və #TeslaTakover həsteqləri ilə Amerikada etirazlara səbəb oldu.

Xatırladaq ki, Donald Trampın 2024-cü ilin noyabrında ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra “Tesla” şirkətinin səhmləri sürətlə bahalanmağa başladı.

“Seçkidən sonrakı həftələr ərzində investorlar “Tesla” şirkətinin səhmlərinə 700 milyard dollardan çox pul xərcləyərək, Maskın ABŞ-nin yeni prezidenti ilə münasibətlərinin və iş adamının artan siyasi əhəmiyyətinin avtomobil istehsalçısına fayda gətirəcəyi mərcini bağlayıblar. Dekabrın 18-də şirkətin səhmləri 488,54 dollara çataraq tarixi maksimuma yüksəldi. Nəticədə, 2024-cü ilin dekabrında 13%-lik payla elektrikli avtomobil istehsalçısı “Tesla”nın ən böyük səhmdarı olan Mask, 400 milyard dollarlıq sərvətlə tarixdə ilk şəxsə çevrildi”, - “Bloomberg” agentliyi vurğulayır.

Marqlıdır ki, bu fonda öz mənbələrinə istinad edən “Washinqton Post (WP)” qəzeti İlon Maskın prezident Donald Trampdan 185 ölkəyə münasibətdə əlavə idxal tariflərinə yenidən baxmağı xahiş etdiyini yazıb. Onun ABŞ prezidentinə həqiqətən də belə bir müraciəti etdiyi və buna hansı cavabı aldığı barədə hələlik heç bir rəsmi açıqlama yoxdur.
 

Bölmənin digər xəbərləri

12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR
12 Aprel 2025 AMB ən çox şikayət olunan bankların adını açıqladı – SİYAHI
12 Aprel 2025 Elmin Zamanovun rəhbəri olduğu qurumun 4 milyon vergi borcu var
11 Aprel 2025 Mərkəzi Bank ənənəvi addımından niyə imtina etdi? – Birmənalı qarşılanmayan qərar
11 Aprel 2025 Tramp Çinə qarşı rüsumları 145%-ə qaldırdı
11 Aprel 2025  Bazara təzə kartof da gəldi, qiymət nəinki enir, əksinə, qalxır - AXI NİYƏ?..
11 Aprel 2025 Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb
10 Aprel 2025 “Diadem” şirkətinin rəhbərləri ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
10 Aprel 2025 "Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır
10 Aprel 2025 Çinli investorlar qızıla üz tutdular - 1 milyard dollar sərmayə...
10 Aprel 2025 Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO
09 Aprel 2025 Neft qiymətləri 40 dollara qədər düşə bilər – Goldman Sachs
09 Aprel 2025 Tariflər Azərbaycandan Amerikaya yumurta ixracını dayandırıb? - AÇIQLAMA
09 Aprel 2025 Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 Aprel 2025  Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq? - AKTUAL
08 Aprel 2025 Qlobal maliyyə bazarı trilyonlarla dollar itirdi - “Bloomberg”
07 Aprel 2025 Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti və....
07 Aprel 2025 Alça və çiyələyin qiyməti əl yandırır - VİDEO
07 Aprel 2025 Çubaysın hesablarına həbs qoyuldu
07 Aprel 2025 Rusiya dünyanı fəth edəcək... VİDEO

Dünyapress TV

Xəbər lenti