Ardını oxu...
Qida əlavələri bədənin ehtiyac duyduğu vitamin, mineral, amin turşuları və digər maddələri təmin etmək üçün istifadə olunan məhsullardır. Foodinfo.az xəbər verir ki, qida əlavələri müxtəlif formalarda
– kapsul, toz, maye və ya tabletlər şəklində olur və qidalanma çatışmazlığı olan şəxslərə dəstək məqsədi daşıyır. Məsələn, D vitamini və kalsium sümükləri gücləndirir, omeqa-3 isə ürək sağlamlığına müsbət təsir göstərir.
Ancaq qida əlavələrindən düzgün istifadə olunmadıqda sağlamlıq problemləri yarana bilər. Çünki bəzi vitamin və mineralların həddindən artıq qəbulu zəhərlənmə riskini artırır və orqanizmdə yan təsirlərə səbəb ola bilər.
Əlavələrin mütləq həkim məsləhəti ilə qəbul edilməsi vacibdir, çünki hər bir insanın ehtiyacı fərqlidir.
Qida əlavələri sağlam qidalanma və balanslı pəhriz ilə birlikdə istifadə olunduqda bədənə faydalıdır, lakin sağlam qidalanmanın əvəzi kimi qəbul edilməməlidir.
 
Ardını oxu...
İçməli su alanda nələrə diqqət etməliyik?Bir insanın istehlak etdiyi suyun keyfiyyəti onun sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, içməli su təhlükəsiz, əlverişli orqanoleptik xüsusiyyətlərə və zərərsiz kimyəvi tərkibə malik olmalıdır.

TEREF-in Lent.az-a istinadən məlumatına görə, içməli su alarkən məhsulun aşağıda qeyd olunan xüsusiyyətlərinə diqqət yetirmək lazımdır:

- "İçməli su", onun adı, növü (emal edilmiş, təmizlənməmiş (təbii), süni minerallaşdırılmış, süni florlaşdırılmış, süni yodlaşdırılmış, mineralların optimal tərkibinə malik, qazlı (güclü, orta, zəif) və ya qazsız və s.);

- tərkibi ("içməli su" və daxil olan maddələrin siyahısı, xüsusən konservantlar, makro və mikroelementlər);

- İçməli suyun mineral tərkibinin fizioloji faydalılığı göstəricilərinin faktiki dəyərləri;

- saxlama şəraiti;

- konteyner həcmi;

- istehsal tarixi və son istifadə tarixi;

- istehsalçının adı, yeri və telefon nömrələri;

- su istehsalı yeri;

- içməli suyun keyfiyyətinə dair tələbləri müəyyən edən normativ sənədin adı.
 
Ardını oxu...
Narın tərkibindəki antioksidantlar və fitokimyəvi maddələr yüksək təzyiqin azaldılmasında təsirlidir. Xüsusən, nar suyu damarların genişlənməsinə kömək edən maddələr ehtiva edir və bununla da qan dövranını yaxşılaşdırır. Foodinfo.az xəbər verir ki, narın yüksək antioksidant miqdarı damar divarlarında yığılma və sərtləşmə riskini azaldaraq ürək-damar sağlamlığını dəstəkləyir. Aparılan tədqiqatlar göstərir ki, müntəzəm olaraq nar suyu içmək qan təzyiqini azaltmağa və ürək-damar xəstəlikləri riskini minimuma endirməyə kömək edir. Lakin nar suyu yüksək şəkər tərkibinə də malik olduğundan ölçülü şəkildə istifadə edilməlidir, xüsusilə diabet xəstələri ehtiyatlı olmalıdır. Narın balanslı şəkildə istehlakı yüksək təzyiqi nəzarətdə saxlamağa kömək edən təbii və faydalı bir vasitədir.
 
Ardını oxu...
Mobil telefondan istifadənin eşitmə qabiliyyətinə təsiri araşdırma mövzusu olsa da, sağ qulaqda danışmanın verdiyi zərər hər kəsi şok edir.

Mobil telefonların yaydığı radiasiya beynimizə, qulaqlarımıza, gözlərimizə, sinəmizə, ürəyimizə və cinsi orqanlarımıza təsir edir.

Yaxşı, bəs telefonu hansı qulaqda istifadə etməliyik?

Beynəlxalq Xərçəng Araşdırmaları İnstitutunun 2008-ci ildə nəşr etdiyi hesabatda bildirilir ki, 10 il və daha çox mobil telefondan istifadə edən insanlarda beyin şişi 40 faiz daha çox aşkarlanır.
Alimlərin apardığı araşdırmaya görə, cib telefonunun yaydığı radiasiya beynin sağ tərəfindəki damarlara və bölgələrə təsir edir və telefonun sol tərəfində istifadə edildiyindən daha çox zərər verir.

Mütəxəssislər sol qulaqdan istifadə etməyi məsləhət görürlər.
 
 
 
Ardını oxu...
Vazokonstriktor burun damcılarına alışmaq təhlükəli nəticələrə səbəb ola bilər.

TEREF lent.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin terapiya kafedrasının dosenti, terapevt Natalya Kobelevskaya söyləyib.

O qeyd edib ki, bir çoxları burun üçün vazokonstriktor dərmanlarını nəzarətsiz qəbul edirlər. Asılılıq bir-iki ay belə dövri və ya daimi qəbuldan sonra başlayır.

Mütəxəssis qeyd edib ki, asılılıq ilə dərmana reaksiya verən reseptorların sayı azalır. Buna görə də, ən azı bir təsirə nail olmaq üçün bir insanın getdikcə daha böyük bir dozaya ehtiyacı yaranır.

"Ancaq belə miqdarda damcı qəbul etmək təhlükəlidir, çünki bu, qan təzyiqinin artmasına, selikli qişaların qurumasına və orada qabıqların yaranmasına və anosmiya - qoxu itkisinə səbəb ola bilər", - həkim xəbərdarlıq edib.

Asılılıqdan xilas olmaq üçün Kobelevskaya deyib ki, otolarinqoloqa müraciət etməlisiniz.
 
Ardını oxu...
Yaddaşı və beyin fəaliyyətini gücləndirməyə kömək edən bir çox qida növü var.
TEREF musavat.com-a istinadən xəbər verir ki, bu qidalar antioksidantlarla, vitaminlər və sağlam yağlarla zəngindir, beyindəki hüceyrə fəaliyyətini stimullaşdırır və yaddaş qabiliyyətini artırır.

Yaddaşı gücləndirən bəzi faydalı qidalar bunlardır:

Qoz və badam - Omeqa-3 və E vitamini ilə zəngin olan qoz və badam yaddaş və beyin sağlamlığı üçün çox faydalıdır. Qoz, xüsusən də zehni fəaliyyəti dəstəkləməyə kömək edən antioksidantlarla doludur.
Qarağat və digər giləmeyvələr - Antioksidantlar və C vitamini ilə zəngin olan qarağat yaddaşı gücləndirir və beyinin yaşlanma prosesini ləngidir.
Somon və digər yağlı balıqlar - Somon, sardina kimi balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir ki, bu da beyinə faydalıdır və yaddaşı inkişaf etdirir.

Avokado - Avokado tərkibindəki sağlam yağlar sayəsində qan dövranını yaxşılaşdırır, beyinə qan axınını təmin edir və diqqəti artırmağa kömək edir.

Yaşıl çay - Yaşıl çay konsentrasiyanı artırır, yaddaşı gücləndirir və beyinə antioksidant təsir edir.

Brokoli - K vitamini və antioksidantlar baxımından zəngin olan brokoli beynin fəaliyyətini stimullaşdırır və yaddaşın uzun müddət yaxşı qalmasına kömək edir.

Tünd şokolad - Flavonoidlər və antioksidantlar olan tünd şokolad diqqət və yaddaşı yaxşılaşdırır. Ancaq miqdarına nəzarət etmək vacibdir.

Bu qidaları müntəzəm olaraq qəbul etmək yaddaşın qorunması və güclənməsinə töhfə verə bilər.
 
Ardını oxu...
Duzu çox olan pendirin dadını yüngülləşdirmək və istifadəsini daha sağlam etmək üçün bir neçə sadə üsul mövcuddur. Foodinfo.az xəbər verir ki, bu üsullar pendirin həm dadını balanslaşdırır, həm də duz miqdarını azaltmağa kömək edir.
1. Suda islatmaq: Duzlu pendiri kiçik dilimlərə bölüb bir qaba su əlavə edərək bir neçə saat islatmaq mümkündür. Bu proses duzun bir qisminin suya keçməsinə səbəb olur. Hətta suyu bir neçə dəfə dəyişdirmək pendirin daha az duzlu olması ilə nəticələnir.
2. Süddə saxlanmaq: Pendiri süddə saxlamaq da təsirli bir üsuldur. Süd pendirin həm dadını yüngülləşdirir, həm də duzun azalmasına kömək edir. Bir neçə saat süddə saxladıqdan sonra yuyub istehlak etmək pendirin daha dadlı olmasını təmin edir.
3. İsti suda saxlamaq: Duzlu pendiri qısa müddət isti suda saxlamaq da duzun azalmasına kömək edə bilər. İsti su duzu daha sürətlə çıxarır, lakin pendirin toxumasına zərər verməmək üçün çox uzun müddət saxlamamaq məsləhətdir.
4. Kartof və ya çörək əlavə etmək: Pendiri suda islatdıqda suya kartof və ya bir neçə dilim çörək əlavə etmək də faydalıdır. Kartof və çörək suyun duzunu çəkərək pendirdəki duzun azalmasına kömək edə bilər.
Bu üsullar sadə və təsirli olmaqla yanaşı, pendiri daha xoş bir dadla istehlak etməyinizi təmin edir.
 
Ardını oxu...
Bu gün yerli KİV-də ən mühüm mövzulardan biri Monqolustandan Azərbaycana ətin gətirilməsidir. Qeyd edilir ki, bu il Azərbaycana Monqolustandan çox ət gətirilib. Ətin kiloqramının Azərbaycana 4 manata gətirildiyi iddia edilir. Bildirilir ki, 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info portalına açıqlamasında qeyd edib ki, Monqolustandan ət məhsulları daha çox İrana və müsəlman ölkələrinə gedir. Ekspert hesab edir ki, Monqolustan ətləri kifayət qədər təmiz ətdir. Sədr bildirib ki, Monqolustandan ət Azərbaycana da gətirilir və restoranlarda istifadə edilir. Yəni sənayedə, satışda çox az halda rast gəlinir.

“Bu ətlər normal ət hesab olunur və Azərbaycana gətirilməsi 12-13 manata başa gəlir”-deyən Eyyub Hüseynov hesab edir ki, yaxın 5 ildə Azərbaycan özünü qoyun əti ilə təmin edə biləcək. Ekspert qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə böyük heyvan təsərrüfatları olacaq və Azərbaycan özü-özünü qoyun əti ilə təmin etmək səviyyəsinə gəlib çatacaq.

Bəs ölkəyə gətirilən ətləri yemək sağlamlıq üçün təhlükəlidirmi?
Ətlər yəqin ki, dondurulmuş şəkildə gətirilir.

Dondurulmuş ətlər sağlamlıq üçün təhlükəli deyilmi?
ABŞ Qida Təhlükəsizliyi və Təftiş Xidməti qaydalarına əsasən, qida, o cümlədən ət uyğun dərəcədə düzgün saxlandıqda, uzun müddət təhlükəsiz olaraq qalır. Dondurmaq molekulların hərəkətini və fəaliyyətini yavaşlatmaqla, qidanı qoruyan bir təhlükəsizlik sistemidir. Dondurma bakteriya kimi zəhərli mikrobların hərəkətsiz qalmasına səbəb olur. Dondurulmuş qidaların əksəriyyəti işləyən dondurucuda demək olar ki, heç vaxt xarab olmur. Yəni ölkəyə dondurulmuş şəkildə və uyğun şəraitdə gətirilən qidalar sağlamlıq üçün təhlükəli deyil. Əgər məhsul dondurulana qədər təhlükəli deyilsə”-deyən Eyyub Hüseynov qeyd edib ki, bu ətlərdən kütləvi şəkildə restoranlar istifadə edir və bu günə kimi restoranlarda kütləvi şəkildə zəhərlənmələr qeydə alınmayıbsa, deməli, bu ətləri təhlükəsiz hesab etmək olar.
 
 
 
Ardını oxu...
Əzgil böyrəklər üçün faydalı xüsusiyyətləri ilə tanınan təbii bir meyvədir. Foodinfo.az xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində böyrək sağlamlığını dəstəkləyir və sidik yollarını təmizləməyə kömək edir. Əzgilin ən mühüm xüsusiyyətlərindən biri sidikqovucu təsirə malik olmasıdır. Bu xüsusiyyət sayəsində bədəndə artıq su və toksinlərin xaric edilməsini asanlaşdırır, böyrəklərin təmiz qalmasına kömək edir və böyrək daşlarının yaranma riskini azaldır.Əzgilin tərkibində yüksək miqdarda C vitamini və antioksidantlar var ki, bunlar iltihab əleyhinə təsir göstərir. Bu xüsusiyyətlər böyrəklərin iltihablanmasını və infeksiyalarını azaldır, böyrək funksiyalarının normal şəkildə işləməsinə dəstək olur. Eyni zamanda, C vitamini bədəni sərbəst radikallardan qoruyur, hüceyrələri yeniləyir və böyrəklərin zədələnməsinin qarşısını alır.Bundan başqa, əzgil kaliumla zəngindir. Kalium mineralları böyrəklərin elektrolit balansını tənzimləməyə kömək edir, bu da bədəndə maye tarazlığının qorunmasını dəstəkləyir və qan təzyiqini normallaşdırır. Qan təzyiqinin normada olması isə böyrəklərin sağlam qalması üçün olduqca vacibdir, çünki yüksək təzyiq böyrəklərə zərər verə bilər.
Ardını oxu...
Qvatemalada Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Benedikto Lukas Qarsiyanın soyqırım və insanlığa qarşı cinayətlərə görə 2860 il azadlıqdan məhrum etmək istəyirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, 92 yaşlı Qarsiya 1978-1982-ci illərdə yerli əhalinin etnik təmizlənməsi ilə bağlı cinayətlərdə iştirakda ittiham olunur. O dövrdə 1200-dən çox insan həlak olmuşdu.

Prokurorun açıqlamasına əsasən, Qarsiyanın məqsədi maya iksil etnik qrupunu məhv etmək olub. Qvatemala Silahlı Qüvvələri vətəndaş müharibəsi illərində bu qrupu "daxili düşmən" hesab edib.

Hazırda Qarsiya artıq 58 illik həbs cəzasını çəkir. 2018-ci ildə onu gənc bir şəxsin oğurlanması və onun bacısının işgəncəyə məruz qalması ilə bağlı ittiham edərək məhkum ediblər.

Məlumata görə, səhhəti ilə əlaqədar Qarsiyanı hərbi hospitala köçürüblər və o, yeni məhkəmə işində iclaslarda videokonfrans vasitəsilə iştirak edib.

Mənbələrin bildirdiyinə görə, hökm gələn həftə elan ediləcək. Qvatemala prokurorluğu Qarsiyanın 2860 il azadlıqdan məhrum edilməsini tələb edib.
 

Dünyapress TV

Xəbər lenti