Ardını oxu...
Putin Rusiyası Ukraynaya qarşı işğalçılıq müharibəsində ağır hərbi cinayətlərini, kütləvi qırğınları dayandırmaq fikrində deyil.

Rusiya Baş Qərargahı və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində “Oreşnik” zərbələri üçün hədəfləri seçir.

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı deyib.

O deyib ki, bu hədəflər “Kiyevdəki qərar qəbul edən mərkəzlər” ola bilər. Onun sözlərinə görə, Kiyev guya Moskva və Sankt-Peterburqda dövlət əhəmiyyətli hədəfləri vurmağa cəhd edib və “bu cəhdlər davam edir”. Putin deyib ki, Rusiyanın “Oreshnik”ə bənzər daha bir neçə kompleksi var və onlar istifadəyə hazırdır.

Rusiya başçısı iddia edib ki, “Oreşnik”in gücü nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər: “Bu raketlərdən kütləvi qruplar, yəni bir zərbədə bir neçə raketdən istifadə edilərsə, bu zərbənin gücü nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər. Partlayışın episentrində olan hər şey fraksiyalara, elementar hissəciklərə bölünür və mahiyyətcə toza çevrilir".

Putin onu da əlavə edib ki, bu gecə Rusiya Ukraynadakı hədəflərə 90 raket və 100 PUA ilə hərtərəfli zərbə endirib, 117 hədəfi vurub. Onun sözlərinə görə, son iki gündə Rusiya Ukrayna ərazisinə 100 raket və 466 PUA atıb.

Göründüyü kimi, Putin Rusiyası sözdə nə qədər sülhə hazır olduğunu desə də, əməldə daha dəhşətli ssenarilər hazırlayır, kütləvi qırğınlar törətməyə cəhd göstərir. Beləliklə “dünyanın ikinci ordusu” Kursk başda olmaqla, real döyüşdə, cəbhədə heç cür böyük uğur qazana bilməməsinin, 3-cü ildir Ukrayna çöllərində çapalamasının əvəzini dinc şəhərlərdə kütləvi qırğınlar törətməklə çıxarmağa çalışır.
 
Ardını oxu...
Bəzi məhsullar arıqlamağı təşviq edən kimi reklam olunur.
Ferra.ru xəbər verir ki, reallıqda müxtəlif səbəblərdən arıqlamaq prosesini çətinləşdirə bilərlər.Bunlara aşağıdakı məhsullar daxildir:Pəhriz içkiləri. Bir araşdırma göstərib ki, dadlandırıcı qəbul etdikdən sonra beyində qida istəklərini və iştahı idarə edən bölgələrdə aktivlik artıb. Bu o deməkdir ki, siz dadlandırıcı ilə pəhriz soda içsəniz belə, vücudunuz sanki şirin bir şey içirmiş kimi reaksiya verir. Ənənəvi pəhriz qazlı içkilərə yaxşı alternativ sağlam sodadır.Az yağlı qatıq. Bir çox istehsalçılar bu cür yoqurtlara çoxlu şəkər əlavə edirlər. Və bu kilo itkisini yavaşlada bilər. Tədqiqatlar əlavə şəkər istehlakı ilə çəki artımı arasında əlaqə tapıb.Tərəvəz çipsləri. Yaxşı doymurlar, bu da sonda həddindən artıq yeməyə səbəb ola bilər. Əgər duzlu bir şey yemək istəyirsinizsə, onda bir porsiya həqiqi çips yemək daha yaxşıdır.
Ardını oxu...
Bu məşhur yemək sağlamlığa mənfi təsir göstərə bilər.
RBC xəbər verir ki, bura ilk növbədə çoxlarının sevdiyi, bəzilərinin isə demək olar ki, həftədə bir neçə dəfə yediyi qızardılmış kartof daxildir. Bu yemək kökəlməyə və ürək-damar sistemində problemlərə səbəb ola bilər.Həddindən artıq kartof, xüsusilə də qızardılmış və ya yağ və duz əlavə edilmiş kartof yemək qan şəkəri və təzyiqin artması kimi yan təsirlərə səbəb ola bilər. Kartofun həddindən artıq istehlakı şəkərli diabet və ya insulin müqaviməti olan insanlar üçün yüksək risk yaradır. Kartof qızartması əksər insanların pəhrizlərində məşhur yan yeməkdir. Ancaq yağ əlavə edildiyi üçün kalori miqdarı iki dəfə artır.
 
Ardını oxu...
Gələn il Azərbaycanda İcbari Tibbi Sığorta Fondunun büdcəsi təxminən üç milyard manat olacaq ki, bu da səhiyyə xərclərinin 70,6%-ni icbari tibbi sığorta ilə əhatə etməyə imkan verəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gələn il büdcənin səhiyyə xərcləri iki milyard manat və yaxud ümumi xərclərin 7,4%-i qədər olacaq. Bütövlükdə səhiyyə xidmətləri üçün nəzərdə tutulan məbləğ isə 3,6 milyard manat təşkil edəcək", - o vurğulayıb.

Deputatın sözlərinə görə, İcbari Tibbi Sığorta Fondunda vəsait artımı əhaliyə göstərilən tibbi xidmətlərin kəmiyyətinə və keyfiyyətinə müsbət təsir edəcək:

"Bu gün əhalinin ən mürəkkəb müalicə və müayinələrini icbari tibbi sığorta qarşılayır. Növbəti ildən ambulator müalicə alan xəstələrin dərmanla təminatını da icbari tibbi sığorta qarşılayacaq ki, bu da son dərəcə təqdirəlayiq haldır. Digər bir məsələ odur ki, səhiyyə üzrə dövlət proqramları çərçivəsində müalicə alan xəstələr də icbari tibbi sığorta ilə əhatə olunmağa başlayıblar. Bu keçidi daha da sürətləndirmək lazımdır. Prosesin başa çatması ilə bu qəbildən olan xəstələrin adekvat müalicəsi reallaşacaq. Bütövlükdə icbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir, insanların icbari tibbi sığortadan məmnunluğu daha da artır".

Xatırladaq ki, bu il İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 850,3 milyon manatdır.

Medicina.az
Ardını oxu...
Lavanda bitkisinin həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır. Bəzi bitkilərin istər iyi, istərsə dadı acı və xoşagəlməz olsa da, lavanda həm ətrinə, həm də dadına görə fərqli bir bitkidir. Avropada demək olar bütün dövlətlərdə plantasiyalarda becərilən lavanda o qədər gözəl görüntü yaradır ki, qonaq gələn xarici turistləri bu sahələrə gəzməyə gətirirlər. Bu plantasiyaların ətrafında havada çox gözəl ətir olur, gələn insanlar da sahədən ayrılmaq istəmirlər.
Sağlamolun.az xəbər verir ki, lavandanın həm ətri, həm də çayı insanların əsəblərinə sakitləşdirici təsir göstərir.Lavanda toxumlarından 50 qram götürülür, balaca bir yastıq hazırlanır, kiçik yaşlı uşaqların yataq yerinin yaxınlığına qoyulur, uşaqların həm əsəblərinə müsbət təsir edir, həm də gözəl ətri otağa yayılır.Lavanda bitkisindən 2 xörək qaşığı 2 stəkan suda dəmlənir, süzülür, yuyulduqdan sonra saçlar dəmləmə ilə yaxalanır. Lavanda dəmləməsi saçları gurlaşdırır və baş dərisində olan kiçik mikroorqanizmləri məhv edir. Həmin mikroorqanizmlər saçları kəpəkləndirir, qaşınma verir və sonda saçların tökülməsinə səbəb olur.Nevrozu olan insanlar üçün faydalı bir çay:1 xörək qaşığı lavanda və 1 xörək qaşığı cökə çiçəyi qarışdırılır, 3 stəkan su tutan termosda dəmlənir və 1 xörək qaşığı bal əlavə edilir. Bu çay gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir, həm gözəl ətri və dadı var, həm də yuxunu yaxşılaşdırır.Maraqlıdır, lavandanın iyi nə qədər insanların xoşuna gəlsə də, kiçik həşəratlar bir o qədər ondan uzaq qaçır, ona görə də lavanda dəmləməsi bit, birə, qoturluq gənəsi kimi parazitləri bədəndən və başdan uzaqlaşdırır. Müalicə üçün lavanda dəmləməsi ilə vanna etmək, eyni zamanda lavandalı suyu otaqlara püskürtmək lazımdır.Lavanda tərkibi efir yağları ilə zəngin olduğundan havada müxtəlif virusları məhv edir və onların kütləvi yayılmasının qarşısını alır. Bu səbəbdən də şəhərin parklarında əkilməsi çox məqsədəuyğundur, çünki lavanda bitkisi donuz qripi, quş qripi və adi qripdən qorunmağın ən effektli təbii üsuludur.Lavanda otunun qurusunu işlənməyən paltarların, yorğan və döşəklərin arasına qoyanda güvə onlara yaxın düşə bilmir. Evdə qripli xəstə olduqda otağa tez-tez lavandalı su püskürtmək lazımdır.
 
 
 
Ardını oxu...
Uşaqlıqda yaşanan emosional laqeydlik, bilmədən həyatımızı formalaşdıra və yetkinlik dövründə gözlənilməz şəkildə özünü göstərə bilər. Terapevt Loqan Koen deyir ki, uşaqlıqda emosional laqeydlik özünü ifadə etməkdə çətinlik, imposter sindromu və tənhalıq hissi kimi əlamətlərlə özünü göstərir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, uşaqlıq travması keçirdiyiniz və bunu bilmədiyiniz beş gizli əlamət.

Mütəxəssislər bildirirlər ki, uşaqlıq travmaları biz fərqində olmasaq da böyüyəndə həyatımıza təsir edir.

Evlilik və ailə terapevti Loqan Koen, uşaqlıq travmasının yetkinlik dövründə üzə çıxmasının çətin olduğunu, ancaq dərin izlər buraxa biləcəyini söyləyir. Koen vurğulayır ki, emosional laqeydlik “görünməz travma” adlanır və onun təsirləri bəzən illər sonra ortaya çıxır.

Emosional laqeydlik uşağın ehtiyac duyduğu sevgi, təsdiq və diqqətdən məhrum edilməsi kimi müəyyən edilir.

Qucaqlamaq və ya emosiyaları minimuma endirmək kimi mehriban nümayişlərin olmaması bu laqeydliyin ən çox görülən nümunələrindəndir.

Mütəxəssislərin fikrincə, bu vəziyyət uşağın təhlükəsizlik və bağlılıq hissini ciddi şəkildə zədələyir.


Koen qeyd edir ki, baxımsız qalan uşaqlar yetkinlik dövründə öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Ehtiyaclarını ifadə etməyə çalışarkən rədd edilən uşaqlar zamanla susmağı öyrənirlər.

İkinci əlamət odur ki, insanlar sizdən hissləriniz barədə səmimi şəkildə soruşduqda özünüzü qərib hiss edirsiniz, Koen deyib.

Uşaqlıqda travmalar yaşayan insanlar hisslərini ifadə etməkdə çətinlik çəkirlər və bu kimi suallardan narahat olurlar. Çünki onların duyğuları uşaqlıqda qüvvədən düşmüşdü.

Uşaqlıq travmasının qurbanları da aşağılıq kompleksi və ya imposter sindromuna sahib ola bilər.

Bu insanlar özlərini qeyri-kafi hiss edir və ətrafdakı hər kəsin daha istedadlı olduğunu düşünürlər. Özündə özünə hörmətin aşağı olmasıdır.

Uşaqlıqda travmatik təcrübələr keçirənlər duyğularını müəyyən etmək və bölüşməkdə çətinlik çəkirlər.

Özlərini tənha hiss etsələr də, sosial mühitlərdə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bu, onların rədd edilmək qorxusu ilə birlikdə, yetkinlikdə təcrid olunmağa üstünlük vermələrinə səbəb olur.

Mütəxəssislər vurğulayırlar ki, uşaqlıq travmalarının təsirləri terapiya ilə aradan qaldırıla bilər. Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hər yeddi uşaqdan biri baxımsız və ya zorakılığa məruz qalır. Həkimlərin fikrincə, travmaları tanımaq bu dövrü qırmaq üçün ilk addım ola bilər.
Ardını oxu...
Dietoloq Yelena Solomatina sağlamlığa ən çox zərər verən qidaları sadalayıb.Foodinfo.az bildirir ki, ekspert "Veçernaya Moskva"ya müsahibəsində şirniyyatlar, mürəbbələr, konservlər, xəmir məmulatları, pivə - bütün bu məhsulların yüksək glisemik indeksi olduğunu, buna görə də qanda qlükoza səviyyəsini artırdığını bildirib.Mütəxəssisin sözlərinə görə, bu qidalardan alınan enerji yükü böyük miqdarda insulin istehsalına səbəb olur.Bu, kollagen istehsal prosesinin pozulmasına gətirib çıxarır. Ekspert əlavə edib ki, daxili toxumalar sərtləşir və qırışlar əmələ gəlir.
 
Ardını oxu...
 

Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, qəhvə bağırsaqda potensial faydalı “L. Asaccharolyticus” bakteriyalarının sayını artırır.

Tədqiqatda dünyanın müxtəlif ölkələrindən təxminən 77 min nəfər iştirak edib. İlk mərhələdə könüllülərdən öz qidalanma rejimləri haqqında məlumat vermələri xahiş olunub. Tədqiqatçılar xüsusilə qəhvə içmə vərdişləri ilə maraqlanıblar. Daha sonra alimlər könüllülərdən bağırsaq mikrobiotasının tərkibini analiz etmək üçün nəcis nümunələri götürüblər.

Qəhvə həvəskarları ilə onu içməyənlərin bağırsaq mikrobiomunun məlumatlarını müqayisə edən elm adamları əhəmiyyətli fərq aşkar ediblər. Müntəzəm olaraq qəhvə içən insanlarda “Lawsonibacter asaccharolyticus” növü bakteriyaların səviyyəsi qəhvədən çəkinənlərə nisbətən səkkiz dəfə yüksək olub. Bu qanunauyğunluq təcrübə iştirakçıları arasında yaşayış regionundan asılı olmayaraq müşahidə edilib.

Alimlər “L. Asaccharolyticus”un yüksək səviyyəsinin insan sağlamlığına necə təsir edə biləcəyini hələ dəqiq bilmirlər. Buna baxmayaraq, onlar güman edirlər ki, bu fenomen artıq elmi tədqiqatlarda qeyd olunan qəhvənin orqanizmə müsbət təsiri ilə əlaqəli ola bilər.//Report

Ardını oxu...
Pis qidalanma demək olar ki, bütün xroniki patologiyaların inkişafına təsir göstərir.
Foodinfo.az xəbər verir ki, artan yorğunluq, yuxu pozğunluğu, artıq bədən çəkisi və oynaqlarda problemlər varsa, pəhrizinizi yenidən nəzərdən keçirməlisiniz.
Mədə yanması, şişkinlik və digər həzm problemləri də pəhrizin dəyişdirilməsinin zəruriliyini göstərir.
 
 
 
Ardını oxu...
Son illərin arıqlama trendi ilə bütün işi-gücü yağlarını əritməyə çalışmaq olanların hamısını yəqin bu sual düşündürür: Əriyən yağlar, piylər bədəndən necə xaric olur?

İlk növbədə piy qatının nə olduğunu və necə yarandığını bilib düzgün addımlar atsanız, bəlkə də heç qurtulmaq istəyəcəyiniz bir şey olmaz.

Piy – ifrat dərəcədə qəbul olunan və sərf edilmədiyi təqdirdə ehtiyat kimi saxlanılan enerjidir.

Artıq piylərdən azad olmaq üçün onları, yəni enerji ehtiyyatını sərf etmək lazımdır. Bu sadəcə fizikadır. Əslində bu kimi yağların yanması prosesi birbaşa beyinlə əlaqəlidir. Yəni qarına polietilen kəmər bürüyüb tərliyərək və bu tərlə birlikdə yağın əriyib üzə çıxmasını zənn etmək kimi absurd fikirlər tamamilə yanlışdır.

Mütəxəssislər də deyirlər ki, piyin paylanması və itirilməsi genetika, cins, yaş və fiziki aktivlik səviyyəsi də daxil olmaqla bir çox amillərlə əlaqədardır.

Adətən kişilər əvvəlcə qarın nahiyəsində, qadınlar isə bud və sağrı nahiyəsində piyi itirirlər. Bununla belə, çox şey orqanizmin xüsusiyyətlərindən də asılıdır.

Doktor Vəfa Paşazadə bildirib ki, enerji qəbulu azaldıqda, bədənimiz enerji boşluğunu doldurmaq üçün yağ ehtiyatlarına çevrilir:

“Bununla belə, bədəndəki mürəkkəb metabolik hadisələr nəticəsində yağlar bədəndən çıxır. Adekvat kalorili defisit yağların hüceyrələrindən ayrılmasına və enerji kimi istifadəsinə səbəb olur.

Bəs yağlar bədənimizdən necə və hansı vasitələrlə xaric olur?

Həkimin sözlərinə görə, qidada olan yağlar bədəndəki adipositlər adlanan hüceyrələrdə triqliseridlər şəklində saxlanılır:

“Triqliserid üç növ atomdan ibarətdir: Karbon, hidrogen və oksigen. Triqliserid parçalandıqda, təxminən 20 faizi suya, qalan hissəsi isə karbon qazına çevrilir. Su kimi dəridən tər və göz yaşı ilə, ifrazat sistemindən isə sidik və nəcislə xaric oluna bilər.
Karbon dioksid isə tənəffüs yolu ilə ağciyərlərdən çıxır”.

Avstraliyanın Yeni Cənub-Qərb Universitetində aparılan klinik araşdırmaya görə, yağın böyük hissəsi karbon dioksid kimi xaric olur. Tədqiqatçılar piy itirmə prosesi zamanı atomların keçdiyi yolların müşahidəsində müəyyən ediblər ki, 10 kq piy itkisi üçün onun 8,4 kq-ı karbon qazına çevrilərək ağciyərlər vasitəsilə nəfəsə buraxılır, qalan 1,6 kq isə bədəndən xaric olan mayelərə çevrilir.

Ağciyərlərin sidik, nəcis, nəfəs və digər bədən mayeləri ilə oksidləşmə nəticəsində orqanizmdə əmələ gələn H2O ilə arıqlamaq üçün əsas ifrazat orqanı olduğu bildirilir. Yetkin bir insanın gündə 18 min dəfə nəfəs alması, ən azı 2 min qram karbonun ayrılması deməkdir. Bu, çəki itkisinin təxminən üçdə birinə uyğundur.

Yanmış yağlar bədəndən karbon qazı və su şəklində xaric olur. Bu mənada yandırılmış yağların bədəndən çıxarıldığı əsas orqan ağciyərlərimizdir.

Nəticə etibarilə piydən azad olmaq üçün maksimum fiziki aktiv olmaq və ehtiyat piylərin yığılmaması üçün düzgün qidalanmaq mühüm əhəmiyyət daşıyır.
 

Dünyapress TV

Xəbər lenti