Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu
Türkiyə “Fənərbağça"sının baş məşqçisi Joze Mourinyonun klubdakı gələcəyi təhlükə altına düşüb.

Teleqraf “HaberGlobal”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin Türkiyə Kubokunun 1/4 final mərhələsində “Qalatasaray”a 1:2 hesablı ev məğlubiyyətindən sonra rəqib komandanın baş məşqçisi Okan Buruka qarşı hərəkəti futbol dünyasında ən çox danışılan mövzulardan birinə çevrilib.

İspaniyanın AS nəşrinin məlumatına görə, “Fənərbağça” Mourinyonun müqaviləsini ləğv etmək üçün böyük təzminat ödəməli ola bilər. Onu istefaya göndərmək İstanbul nəhənginə 40 milyon avroya başa gələ bilər.

İddia olunur ki, “Fənərbağça” rəhbərliyinin bəzi üzvləri yolverilməz hərəkətlər etdiyi və klubun imicinə xələl gətirdiyi üçün 62 yaşlı baş məşqçinin istefaya göndərilməsini istəyir. Yekun qərarı klub prezidenti Ali Koç verəcək.

“Fənərbağça” baş verənlərlə bağlı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin qərarını gözləyir. Mourinyonun hərəkətləri "aqressivlik" kimi qiymətləndirilib və o, reqlamentin 44-cü maddəsinə əsasən 5-10 matç arası cəza ilə üzləşə bilər.

Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça" - "Qalatasaray" oyunundan sonra Okan Burukun burnunu sıxıb. Məsələyə İntizam Komitəsinin iclasında baxılacaq.
 

Bölmənin digər xəbərləri

07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun cəzası bəlli oldu
05 Aprel 2025 UEFA Mbappeni cəzalandırdı
04 Aprel 2025 "Fənərbağça" bəyanat yaydı: Mourinyo və Okan Buruk arasında yaşananlar...
03 Aprel 2025 Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda məğlub oldu
02 Aprel 2025 Qurban Qurbanovdan hakimə etiraz: planşeti təpiklə sındırdı - ANBAAN VİDEO
02 Aprel 2025 İngiltərə Premyer Liqası: "Arsenal" azarkeşlərini sevindirdi
01 Aprel 2025 İngiltərə Kubokunda yarımfinalçılar bəlli oldu
31 Mart 2025 İspaniya La Liqası: "Barselona" "Jirona"nı darmadağın etdi
31 Mart 2025 Ançelotti Arda Güleri təriflədi
30 Mart 2025 Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu
29 Mart 2025 Sanki güzgüdə özümə baxıram: Mbappedən maraqlı yanaşma - FOTO
28 Mart 2025 UEFA "Real Madrid"in oyunçuları barəsində istintaqa başladı
27 Mart 2025 Deputat ƏSƏBİLƏŞDİ: “Braziliya çayxanalarından komandalarımıza futbolçu yığırlar”
26 Mart 2025 "Qalatasaray" heyətini Ukrayna millisinin qolkiperi ilə gücləndirəcək
26 Mart 2025 Həbibin həyatda qorxduğu tək CANLI: qaçması gündəm oldu – VİDEO
26 Mart 2025 Azərbaycan millisi Belarusa da uduzdu
25 Mart 2025 "Yorulmuşuq" - "Barselona"nın ulduzu
24 Mart 2025 “Liverpul”un ulduzu Arda Gülerə İLİŞDİ - FOTO

Dünyapress TV

Xəbər lenti