Vahid Ələkbərov haqda yeni iddialar-əsgərlikdə niyə olmayıb?
Rusiya mənbələri indiyədək də onun karyera yüksəlişi haqda hələ də “bəzi şübhələrini” gizlətmirlər

İki gün əvvəl “Forbes” Rusiyanın ən zəngin adamlarının son reytinq siyahısını açıqlayıb. “Lukoil”un təsisçisi Vahid Ələkbərov 28,7 milyard dollar sərvətlə şimal ölkəsinin ən zəngin adamı siyahısına başçılıq edib. Musavat.com yada salır ki, Vahid Ələkbərov “Lukoil” neft şirkətinin prezidenti vəzifəsindən 2022-ci ilin aprelində vaxtından əvvəl istefa verib və Direktorlar Şurasını tərk edib.

Azərbaycan doğumlu oliqarx haqda indiyədək çox yazılıb, amma Rusiya mənbələri indiyədək də onun karyera yüksəlişi haqda hələ də “bəzi şübhələrini” gizlətmirlər.

Rusiyanın ən böyük özəl neft şirkəti “Lukoil” necə yarandı? Bütün bu saysız-hesabsız sərvət necə oldu ki, Ələkbərov və komandasının əlinə keçdi? Niyə bu komandanın üzvləri həqiqətən xüsusi toxunulmazlığına sahibdirlər? Bu suallar ətrafında araşdırma aparan tsarqrad.tv Vahid Ələkbərov haqda ilginc iddialar irəli sürüb. Qeyd edək ki, bu media-holdinq Rusiya hərbi kəşfiyyatına yaxındır, xüsusilə 44 günlük müharibədə Azərbaycan əleyhinə yazılar dərc edib. Ona görə Vahid Ələkbərov haqda araşdırma obyektiv olmaya da bilər. Məsələn, xüsusi qeyd edilir ki, V.Ələkbərov “böyük ehtimalla hərbi xidmətdə olmayıb”, çünki bu barədə nə özü danışıb, nə hansısa mənbədə məlumat var. “Vahid Ələkbərov görünür, orduda xidmət etməyib. Rusiya elitasının bir hissəsi adətən hərbi xidmətdə olduğundan öyünür, amma Vahid Ələkbərovdan əsgər nağıllarını heç kim eşitməyib. Ümumiyyətlə isə Vaqid Yusufoviç hərbçilərə çox hörmət edir. Zamanında “Lukoil”un menecerlərinin təxminən üçdə biri keçmiş hərbçilər olub”- sayt yazıb.
Vahid Ələkbərovun karyera yüksəlişi haqda daha bir qıcqanc reaksiya bu cümlələr hesab oluna bilər.

Bəllidir ki, V.Ələkbərov “AZİ”- ni bitirib. “Ələkbərov institutu bitirdikdən sonra, 1974-1979-cu illərdə Bakıda baş verən möcüzələr hələ də elm tərəfindən deşifrə olunmayıb. Adi neft və qaz hasilatı operatoru altı ildən az müddətdə bir neçə vəzifə dəyişib və 30 yaşında yerli neft yatağının rəis müavini olub. Belə karyera nəinki sovet dövründə, indinin özündə də, demək olar ki, yoxdur. Vahid Yusufoviçin şöhrət yolu 1979-cu ildə gənc mütəxəssisin Bakıdan Qərbi Sibir yataqlarının işlənməsinə göndərilməsi ilə başlayır. O, “Surqutneftqaz” şirkətində çox sürətlə irəlilədi. 1983-cü ildə Ələkbərov “Koqalımneftqaz”a keçdi və burada yerli neft-qazçıxarma idarəsinin rəisi, 1987-ci ildən isə baş direktoru oldu. Həm də Koqalım monosənaye şəhərciyinin faktiki sahibi oldu”-nəşr yazır.

İddia olunur ki, məhz Koqalımda Ələkbərov sonradan neft oliqarxiyasının zirvəsinə yüksəlməyə imkan verəcək əlaqələr yaradıb. Söhbət “Uraynefteqaz”a rəhbərlik edən Aleksandr Putilovdan və “Lanqepasnefteqaz”ın “kral”ı Yuri Şafranikdən gedir. Karyera yüksəlişi haqda daha bir xüsusi qeyd: “1990-cı ilin yanvarında hələ nisbətən gənc olan Ələkbərovun karyerası yeni mərhələ başladı: o, SSRİ Neft və Qaz Sənayesi Nazirliyi tarixində ən gənc nazir müavini oldu. Bir il sonra isə nazirin birinci müavini postuna təyinat aldı. SSRİ-nin çöküşünün son aylarında “Qazprom”, “Rosnefteqaz” (indiki “Rosneft”) artıq yaradılmışdı. Sovet İttifaqının rəsmən süqutundan bir ay əvvəl SSRİ Nazirlər Soveti 1991-ci ilin noyabr ayının 25-də ən çox neft çıxaran və emal edən müəssisələr “LanqepasUrayKogalym" adı altında birləşdirildi. Daha sonra, əsas mədən aktivlərinin ilk üç hərfi məşhur “Lukovica” adlandı ki, hələ o zaman Ələkbərov şirkətə faktiki nəzarət edirdi.

1992-ci ilin sonunda Prezident Boris Yeltsin “Neft, neft emalı sənayesi və neft məhsullarının tədarükü dövlət müəssisələrinin, istehsal və elmi-istehsalat birliklərinin özəlləşdirilməsinin və səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında” fərman imzaladı. Ələkbərovun uzun müddət müttəfiqi olan Yuri Şafranik Rusiya yanacaq və energetika naziri oldu ki, bu, “Lukoil” adlanacaq imperiyanın yolunu açdı. “Lukoil”in özəlləşdirilməsi 1994-cü ildə başladı, 1995-ci ildə hökumətin qərarı ilə “Lukoil” istehsal zəncirinin bütün hissələri üzrə fəaliyyət göstərən doqquz iri müəssisənin nəzarət paketini aldı”.

“Lukoil” ətrafında xeyli qalmaqallar da var ki, bunlar barədə zamanında yazılıb. Xüsusilə vitse-prezidentlərinin müəmmalı ölümləri haqda da hələ də ən müxtəlif iddialar var.

Musavat.com
 

Bölmənin digər xəbərləri

07 Aprel 2025 Türkiyəli blogerdən Bakıdakı "manatlıq" taksilərə qəribə reaksiya - VİDEO
07 Aprel 2025 Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? - VİDEO
07 Aprel 2025 Musiqi və incəsənət müəllimlərinin attestasiyası başa çatdı: 80 faiz uğur qazandı - VİDEO
07 Aprel 2025 İranda mədən çökdü: Ölən və yaralanan var
07 Aprel 2025 Salyanda sahibkar intihar ETDİ
06 Aprel 2025 UNEC-in Dərbənd Filialı Məzunları Diplom Böhranı Yaşayır: Təhsil Nazirliyi Niyə Susur? İDDİA
06 Aprel 2025 “The Washington Post” Bakıda 200 min dollara planlaşdırılan qətl işindən yazdı - SENSASİON TƏFƏRRÜAT
06 Aprel 2025 Gürcüstanda ZƏLZƏLƏ
06 Aprel 2025 Azərbaycanda toyda kütləvi dava
06 Aprel 2025 Gəncədə 23 yaşlı gəncin BAŞINI KƏSDİLƏR - TƏFƏRRÜAT
06 Aprel 2025 Aeroport yolunda ağır qəza: Ölən və yaralananlar var VİDEO
06 Aprel 2025 Soçidən İrəvana təyyarə 24 saata “uçdu”
06 Aprel 2025 Moskvaya sabah rekord miqdarda yağıntı düşəcək
06 Aprel 2025 Külli miqdarda borcu olan məşhur klinikanın sahibi dəyişdi
05 Aprel 2025 Bakının bəzi ərazilərində köhnə tikililər söküləcək - Kompensasiya necə veriləcək?
05 Aprel 2025 Bakıda məşhur otelin sahibi elektron qolbaqda gəzəcək – Ofisantı həbs edildi
05 Aprel 2025 Şahbuz rayonunda xidmət edən bir qrup zabit və MAXE-nin evinə gələn təbii qaz xəbərdarlıq edilmədən kəsilib
05 Aprel 2025 Azərbaycanda universitet binası sökülür
05 Aprel 2025 “Embawood” şirkətinin qüsurlu mebel satdığı üzə çıxıb
04 Aprel 2025 Sahil Babayev Samir Şərifova "sədaqət andı içənləri" yola salır - Öz əski komandasını gətirir

Dünyapress TV

Xəbər lenti