Rusiyanın ikinci adamının Azərbaycan kəndi Tayçarıxla nə əlaqəsi? - İLGİNC
Rusiyanın baş naziri Mixail Mişustinin milliyyəti haqda o hələ baş nazir təyinatı alandan-2020-ci ilin yanvarından yazılır.

Musavat.com xəbər verir ki, buna səbəb onun ətrafında ən yaxın dostlarından birinin erməni biznesmen Levon Amdilyanın olmasıdır. Mişustinin təhsilini başa vurduqdan sonra işlədiyi Beynəlxalq Kompüter Klubunun yaradıcısı məhz Amdilyan olub. Mişustin baş nazir olduqdan sonra Amdilyanın “əl-qolu” daha da açılıb.

Amdilyan “Taxcom” MMC-nin 50%-nə sahibdir. Bu şirkət Mişustinin Federal Vergi Xidmətinin rəhbəri vəzifəsində işlədiyi müddətdən kassa aparatları islahatları vaxtı yaradılıb. Keçən ilə qədər baş nazirin erməni dostu şirkətdə 25% payı vardı, lakin bugünlərdə məlum olub ki, onun səhmləri iki dəfə artırıb.

“Taxcom” şirkəti satıcılardan məlumatları toplayır və vergi xidməti sisteminə ötürür. Şirkətin 2023-cü il üçün gəlirləri 2,5 milyard rublu (xalis mənfəət - 43,65 milyon) ötüb, dövlət satınalmalarına sərf olunan vəsaitin ümumi həcmi isə 129 milyon təşkil edib. Baş nazirə yaxın olan erməni iş adamı hökumətin nəzarətində olan strukturlardan müqavilələr alır. Rusiya mediası yazır ki, baş nazir sanksiyalardan əvvəl Amdilyanla həyat yoldaşından daha tez-tez xaricə səyahət edirdi. Amdilyanın ABŞ-ın Ohayo ştatının sakini kimi qeydiyyatdadır.

Rusiya baş nazirinin milli kökləri ilə bağlı açıq mənbələrdə yarıerməni olması barədə iddialar var. Belə ki, mətbuatda yayılan məlumatlara görə, Mişustin anası tərəfdən ermənidir, Mixail Mişustinin anası Ermənistanın tarixi azərbaycan kəndi Tayçarıxdandır. Ermənilər sonradan azərbaycan kəndini “milliləşdirdirib” Meqradzor adlandırıb. Kəndin Razdan şəhərindən 60 kilometr aralıda yerləşdiyi deyilir. Mişustinin hazırda da Ermənistandan çoxlu dostlarının olduğu da iddia edilir.

Mişustin 1998-ci ildə Rusiya Federal Vergi Xidməti rəhbərinin informasiya sistemləri üzrə köməkçisi olmaqla karyera nərdivanını yüksəltməyə başlayıb. Ona xidmətin kompüterləşdirilməsi, elektron sənəd dövriyyəsinin tətbiqi tapşırılıb. Vergilər Nazirliyinin baş informasiya inzibatçısı kimi Mixail Mişustin 2002-ci ildə 100 və 160 milyon ABŞ dolları dəyərində kompüter avadanlığının alınması üçün Dünya Bankından iki kreditin alınmasını təşkil etməsi və onları uğurla “mənimsəməyə” nail olması ilə məşhurlaşdı.

Mişustinin atasının adı Vladimir Moiseeviçdir. Məlum olduğu kimi, Moisey-Musa sırf yəhudi adıdır. Musa adı müqəddəs kitablarda xatırlanır və məhz yəhudi xalqına məxsusdur. Mişustinin babası belarus əsilli idi və tarixi məlumatlara görə, o zaman onun doğma şəhəri Polotskda əhalinin üçdə ikisi yəhudi idi. Mişustinin anasının adı Luizadır. Luiza adının fransızcadan (“Allaha kömək edin”) götürüldüyü də güman edilir. Buna baxmayaraq, Luiza adı ermənilərdə də geniş rast gəlinir.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin iki gün əvvəl “Balçuk Capital” ın sahibi David Amaryana Amerikanın “Goldman Sachs” bank qrupundan “Qazprom”, “Rosneft” və digər Rusiya şirkətlərinin səhmlərini almağa icazə verib. Siyahıda həmçinin “Novatek”, “Surqutnefteqaz”, “Tatneft”, “Lukoil və “Rostelecom”un səhmləri də var.

Göstərilən əməliyyatları həyata keçirmək üçün şirkət Rusiya qanunvericiliyinə uyğun olaraq əlavə icazə tələb etməyəcək.

“Balçuk Capital”ın baş qərargahı Ermənistanın paytaxtı İrəvanda yerləşir. Fond 2 milyard dollardan çox olan aktivləri idarə edir.

David Amaryan əvvəllər bir neçə il Ruben Vardanyanın təsis etdiyi “Troika Dialoq” investisiya şirkətində işləyib. “Goldman Sachs” dünyanın ən böyük investisiya banklarından biridir. Ukraynada müharibə başlayandan sonra bank Rusiya Federasiyasındakı fəaliyyətini məhdudlaşdırıb.
 

Bölmənin digər xəbərləri

07 Aprel 2025 Mühərriki sıradan çıxan təyyarə avtomobil yoluna endi - ANBAAN VİDEO
07 Aprel 2025 Ağ Ev Rusiyanın gömrük rüsumları siyahısına daxil edilməməsini izah edib
06 Aprel 2025 Bir qrup fransız Baykonura daxil olmaq istəyərkən saxlanılıb
06 Aprel 2025 ABŞ-da Tramp və Maska qarşı kütləvi nümayişlər keçiriləcək
06 Aprel 2025 Məşhur akvaparkda HƏYƏCANLI ANLAR – 2000-dən çox insan TƏXLİYƏ EDİLDİ
06 Aprel 2025 Estoniya XİN-dən Macarıstanla bağlı qalmaqallı AÇIQLAMA
06 Aprel 2025 Obama Trampın siyasətini kəskin tənqid edib və amerikalıları müqavimətə çağırıb
05 Aprel 2025 Tramp TikTok-a 75 gün vaxt verdi
05 Aprel 2025 “Supercasus”un gizli eşq macərası, ölümünə qədər qeybə çəkilən KQB zabiti
05 Aprel 2025 Məşhur erməni avtoritetin 130 mülkü MÜSADİRƏ EDİLDİ - "Plaza"…
04 Aprel 2025 9 May paradında dünyaya bu MESAJ veriləcək: Putin ona o qədər YALVARDI ki...- Ekspertdən UNİKAL TƏHLİL
04 Aprel 2025 Trampın qərarını yanlış adlandırdı
03 Aprel 2025 “Qarabağ Azərbaycandır!” - Ştaynmayer
03 Aprel 2025 Tramp administrasiyası ilk dəfə Gürcüstanla bağlı mövqeyini açıqladı: Rəsmi Tiflis üçün ciddi mənfi siqnal...
02 Aprel 2025 Almaniya prezidenti xanımı ilə Bakını gəzdi - FOTOLAR
02 Aprel 2025 Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb
02 Aprel 2025 Türkiyədə boykot çağırışı edənlərə XƏBƏRDARLIQ
02 Aprel 2025 Almaniya Ukraynaya 11 milyard avro həcmində hərbi yardım da ayıracaq
02 Aprel 2025 İsveçrə Rusiyanın 7,4 milyard İsveçrə frankı (təxminən 8,38 milyard dollar) məbləğində aktivlərini dondurub.
02 Aprel 2025 Polşa Smolensk fəlakəti işində 43 rusiyalı eksperti ittiham edir

Dünyapress TV

Xəbər lenti