Nazirliyin buralardan XƏBƏRİ YOXDUR... - GÖRÜNƏNİ BUDUR...
Yardımlı rayonu, Alar kənd sakini Fərəc Rəhmanov Alar kənd tam orta məktəbində 30 ildir ki, direktor vəzifəsini icra edən İlyas Əbilovdan şikayətçidir.

Patrul.az bildirir ki, məktəb direktoru qanunsuz fəaliyyətlə məşğuldur. Belə ki, 23.02.2023-cü il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən İlyas Əbilova şiddətli töhmət verilməsinə baxmayaraq, adıçəkilən şəxs bu günə qədər də qanunsuz əməllərini davam etdirir. Şikayətdə məktəb direktorunun məktəbdə çalışan təmizlik işçilərinin maaşlarını heç bir səbəb göstərilmədən kəsdiyi qeyd olunub.

Eyni zamanda Azərbaycan dili və ədəbiyyat müəllimi Almırzə Şahvərənovun 2024-cü ilin mart ayında 65 yaşının tamam olduğu halda, sertifikasiya imtahanında iştirak etmədən pedaqoji fəaliyyətini davam etdirdiyi bildirilib.

Həmçinin məktəbdə fizika müəllimi olmadığı halda, vakant yerlərin məktəb direktoru tərəfindən şəxsi maraqları naminə gizlədildiyi qeyd edilib.

Bildirilib ki, müəllim təyinatlarında baş verən qanunsuzluqlarla bağlı dəfələrlə müvafiq qurumlarla şikayət olunsa da, məsələ ört-basdır edilib.

Vətəndaş qeyd olunan qanunsuz halların araşdırılması və qanunauyğun tədbir görülməsini xahiş edir.

Patrul.az
 
 
 

Bölmənin digər xəbərləri

07 Aprel 2025 Sabiq gömrük şefləri Aydın Əliyev və Səfər Mehtiyevin Azərbaycandan çıxardığı milyonların izi ilə…
07 Aprel 2025 Nəsimi rayonunda "YAŞIL TERROR" davam edir
07 Aprel 2025 Rövşən Rüstəmovun işçiləri ÖZBAŞINA QALIB... - Hətta naziri belə eşitmirlər...
07 Aprel 2025 "Sumqayıt" MMC ağacları kəsdi, ərazini hasarladı-Qanunsuz tikinti aparılacaq?- Video
07 Aprel 2025 Göyçayda Dövlət Məşğulluq Agentliyi "Vəzifə saxtakarlığı"na yol verilmişdir
07 Aprel 2025 Nərimanovda camaatın evini başına uçurlar: BAŞÇI QEYBƏ ÇƏKİLİB - AAYDA "dövlət çətiri" altında özbaşınalıq edir
06 Aprel 2025 AAYDA-nın 'QARA KASSASI' həbsə gedir - GÖZLƏNTİ
06 Aprel 2025 "Abidin Fərzəliyev icra başçısı təyin olunanda fikirləşdik ki, hər şey yaxşı olacaq, amma..." - "...qazanıb yediyin o pullar haramınız olsun!"
05 Aprel 2025 ŞOK: İcra hakimiyyətində RÜŞVƏT ŞƏBƏKƏSİ... - ADLAR AÇIQLANDI: Kim... nə qədər alır?
05 Aprel 2025 Xətai İcra Hakimiyyəti 5 ailəni təhdid edir: Evdən çıxmasanız, gəlib zorla aparacaqlar
05 Aprel 2025 Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 Aprel 2025 Yardımlı icra hakimiyyəti vətəndaşa YARDIM EDƏ BİLMİRSƏ... - NARAZILIQ VAR...
05 Aprel 2025 Nəsimi rayonunda qanunsuzluqlar davam edir-Ağaclar kəsildi....- Video- Fotofakt
05 Aprel 2025 “Vialon" MMC "iş" başında - Vətəndaşın damını başına uçuran daha bir şirkət: evi talan etdilər - VİDEO
05 Aprel 2025 Sabunçu rayonunda icazəsi olmayan obyekti kim tikdirir? - Video
04 Aprel 2025 “İlk olaraq Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir...”
04 Aprel 2025 Ağcabədi səhiyyəsi: PULUN YOXDURSA... BATDIN! - GİLEY
04 Aprel 2025 Mübariz Mənsimovun oğlu üzərində atasının rəsmi olan xalça toxutdurdu, pulunu vermədi - MÜRACİƏT
04 Aprel 2025 MTK özbaşınalığı davam edir - Nəsimi rayonunda “Maşınqayıran” MTK əmlakımı belə zəbt etdi-ŞİKAYƏT
04 Aprel 2025 `Zəfəran Otdıx` yüzlərlə ailənin kabusuna çevrilib - Sakinləri aldadıb, binanın həyətində restoran tikdilər

Dünyapress TV

Xəbər lenti