b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_93276134ff2aae232f155bca3eec8b0b.jpeg
  

ABŞ-ın “The Washington Post” qəzeti 2025-ci ilin əvvəlində Bakıdakı sui-qəsd cəhdinin detallarını yazıb.

Musavat.com nəşrin yazdıqlarına istinadla xəbər verir ki, planlaşdırılan sui-qəsd cəhdinin hədəfi Azərbaycanın yəhudi icmasının yüksək rütbəli üzvü – ravvin Şneor Seqal olub.

Nəşr bu barədə şənbə günü, aprelin 5-də Qərb və Yaxın Şərqin təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən xəbər verib.

Nəşr qeyd edir ki, İran Azərbaycanda ravvini məhv etmək üçün Gürcüstandan bir qatil tutub. Sui-qəsd cəhdi 2025-ci ilin əvvəlində məlum olsa da, məqsədi yalnız indi məlum olub.

Iran enlisted drug trafficker in failed plot to kill Azerbaijan rabbi --  report | The Times of Israel

Nəşrin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds Qüvvələrinin terror aktını törətmək üçün göndərdiyi şəxs gürcü narkotik alverçisi Aqil Aslanovdur. Keçən ilin payızında o, İran xüsusi təyinatlıların zabiti ilə görüşüb və ondan ravvin necə öldürüləcəyi ilə bağlı “dəqiq göstərişlər” alıb. Qəzetə danışan mənbələr bildiriblər ki, Aqil Aslanov 200 min dollar müqabilində qətli törətməyə razılaşıb.
Ravvin Seqal “The Washington Post”a açıqlamasında bu hadisəni yalnız mediada gedən xəbərlərdən öyrəndiyini deyib və Azərbaycanda təhlükəsiz yaşadığını vurğulayıb: “Biz burada dinc yaşayırıq. Mən küçələrdə qorxmadan gəzirəm”.

Terror aktının qarşısının alınması ilə bağlı məlumat yanvarın ortalarında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında açıqlanıb. Lakin yalnız indi potensial qurbanın adı və hücumun hədəfi məlum olub. Daha sonra bəyanatda Aqil Aslanovun və onun işə cəlb etdiyi yerli sakin Ceyhun İsmayılovun saxlanılması barədə məlumat verilib. Onlar terror aktı törətmək üçün sui-qəsddə ittiham olunublar. Hazırkı xəbərə görə, onlar da hansısa təhsil mərkəzinə hücum planlaşdırırdılar.

Şneor Seqal: Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır

Şneor Seqal 

Nəşrin təhlükəsizlik mənbələrinin məlumatına görə, Aqil Aslanov və onun iranlı idarəçiləri arasında görüş birbaşa İranda baş tutub və geniş cinayət əlaqələri olan iranlı Məhəmməd Gülkari tərəfindən təşkil olunub. Bakıya qayıtdıqdan sonra Aqil Aslanov Ceyhun İsmayılovu işə cəlb edib və onlar ravvin Seqalı güdməyə başlayıblar. Azərbaycan hakimiyyəti yanvar ayında yaydığı bəyanatda bildirib ki, şübhəlilər “bir dini icma üzvü haqqında məlumat toplayıb, mobil proqram vasitəsilə onun evinin və iş yerinin yeri barədə məlumatı xarici kəşfiyyat xidmətinin nümayəndəsinə göndəriblər”.

Nəşr xatırladır ki, İran uzun illərdir ki, bütün dünyada İsrail, yəhudi diasporu və ya ayətullah rejiminin əleyhdarları ilə əlaqəli hədəflərə qarşı terror hücumları təşkil etməyə çalışır. O, tez-tez yerli cinayətkarların köməyinə müraciət edir. Elə keçən ay ABŞ məhkəməsi rus mafiyasının iki üzvünü - Rafət Əmirov və F.Ömərovu Nyu Yorkda iranlı amerikalı jurnalist Məsih Əlinejadı qətlə yetirməkdə təqsirli bilib. Bu sui-qəsd hələ 2021-ci ildə üzə çıxıb. Hər ikisi SEPAH-ın Əl-Qüds Qüvvələrinin yüksək rütbəli zabiti Ruhullah Bazekəndinin adından hərəkət edib. Bazekəndi Türkiyədə hədəflərin məhv edilməsi əməliyyatları çərçivəsində İsrail vətəndaşlarına və İstanbuldakı keçmiş İsrail konsuluna hücum cəhdində də ittiham olunur.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_hh_09bf39a1-0669-4a88-9755-5c0492fb0e32.jpeg
 
 

Bölmənin digər xəbərləri

07 Aprel 2025 Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? - VİDEO
07 Aprel 2025 Musiqi və incəsənət müəllimlərinin attestasiyası başa çatdı: 80 faiz uğur qazandı - VİDEO
07 Aprel 2025 İranda mədən çökdü: Ölən və yaralanan var
07 Aprel 2025 Salyanda sahibkar intihar ETDİ
07 Aprel 2025 Vahid Ələkbərov haqda yeni iddialar-əsgərlikdə niyə olmayıb?
06 Aprel 2025 UNEC-in Dərbənd Filialı Məzunları Diplom Böhranı Yaşayır: Təhsil Nazirliyi Niyə Susur? İDDİA
06 Aprel 2025 Gürcüstanda ZƏLZƏLƏ
06 Aprel 2025 Azərbaycanda toyda kütləvi dava
06 Aprel 2025 Gəncədə 23 yaşlı gəncin BAŞINI KƏSDİLƏR - TƏFƏRRÜAT
06 Aprel 2025 Aeroport yolunda ağır qəza: Ölən və yaralananlar var VİDEO
06 Aprel 2025 Soçidən İrəvana təyyarə 24 saata “uçdu”
06 Aprel 2025 Moskvaya sabah rekord miqdarda yağıntı düşəcək
06 Aprel 2025 Külli miqdarda borcu olan məşhur klinikanın sahibi dəyişdi
05 Aprel 2025 Bakının bəzi ərazilərində köhnə tikililər söküləcək - Kompensasiya necə veriləcək?
05 Aprel 2025 Bakıda məşhur otelin sahibi elektron qolbaqda gəzəcək – Ofisantı həbs edildi
05 Aprel 2025 Şahbuz rayonunda xidmət edən bir qrup zabit və MAXE-nin evinə gələn təbii qaz xəbərdarlıq edilmədən kəsilib
05 Aprel 2025 Azərbaycanda universitet binası sökülür
05 Aprel 2025 “Embawood” şirkətinin qüsurlu mebel satdığı üzə çıxıb
04 Aprel 2025 Sahil Babayev Samir Şərifova "sədaqət andı içənləri" yola salır - Öz əski komandasını gətirir
04 Aprel 2025 İtkin düşən məktəbli qızın hara getdiyi məlum oldu

Dünyapress TV

Xəbər lenti